Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-323/2019 21.08.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı cavabdeh AzərbaycanRespublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Komitənin Mənzil İstismar Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-323/19 Bakı şəhəri 21 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, iddiaçı İsmayıllı rayon İsmayıllı Bələdiyəsinin sədri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu i l tarixli, 2-2(103)-26/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı İsmayıllı rayon İsmayıllı Bələdiyəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra məntdə birinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının icarə haqqı kimi yaranmış 46200 manat borcun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçı ilə onun arasında bağlanmış torpağın icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 31 oktyabr 2 017-ci il tarixli şifahi məhkəmə iclası qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək AzərbaycanRespublikasıQaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti (bundan sonra məndə ikinci cavabdeh) iş üzrə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 57750 manat icarə haqqı borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2-2(81)828/2017 saylı qətnaməsi ilə (hakim Aida Hüseyn) ilk iddia tələbi qismən, 49500 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən ikinci cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, tərəflər arasında bağlanmış torpağın icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2018-ci il tarixli, 2-2(103)-158/2018 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 8250 manat icarə haqqı borcunun tutulması hissəsində ləğv edilmişdir. İddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun tamamilə və ya qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2-2(102)-437/18 saylı qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2-2(103)-26/2019 saylı qətnaməsi ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vüsalə Baxışova və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilk iddia tələbi təmin olunmamış, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin 01 mart 2019-cu il tarixli, 01/147 saylı məktubunda İsmayıllı şəhərində yerləşən 9,002336 hektar torpaq sahəsindən cavabdehin sifarişi əsasında 45 yaşayış evi, 96 şagirdlik məktəb binası və tibb məntəqəsinin inşa edildiyi, 18 iyul 2013-cü il tarixdə 77 saylı Əmrlə yaradılmış Dövlət Qəbul Komissiyası tərəfindən yaşayış qəsəbəsinin istismara verildiyi qeyd olunmuşdur. İddiaçının 01 mart 2019-cu il tarixli, 63 saylı məktubunda uzunmüddətli icarəyə götürülmüş həmin torpaq sahəsində 45 ədəd yaşayış evinin tikilmə si, həyətyanı sahələrlə birlikdə qaçqın və məcburi köçkünlərin istifadəsinə verildiyi və hal-hazırda həmin qəsəbədə 200 nəfərə yaxın qaçqın və məcburi köçkün yaşadığı qeyd olunmuşdur. 12 yanvar 2011-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsi ilə Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanaraq icarəyə verən MA N0104486 saylı, 03 sentyabr 2010-cu il tarixli çıxarışa əsasən İsmayıllı şəhəri ünvanında yerləşən 9.002336 hektar torpaq sahəsini 8250 manat illik icarə haqqı ilə 99 il müddətinə cavabdehin icarəsinə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 298 saylı sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramına” 2475 saylı Sərəncamı ilə “əlavələr”in 1.2-ci bəndinə əsasən, İsmayıllı rayo nunda İsmayıllı Bələdiyyəsinə məxsus torpaq sahəsində məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilmişdir. Yeni qəsəbənin inşasında icraçı orqan kimi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi göstərilmişdir. Respublika ərazisində inşa edilmiş məcburi köçkün qəsəbələrinin yerləşdiyi və dövlət mülkiyyətində olan torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə yalnız Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin balansına verilmişdir. Azərbaycan Respublikası `Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 148 saylı qərarına əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeni qəsəbələrdə olan və Qaçqın və X1 üzrə Dövlət Komitəsinin balan sında saxlanılmış mənzil fondunun normal fəaliyyətini (istismarını) təmin etmək məqsədilə Komitənin nəzdində yaradılmışdır. Mənzil İstismar Deartamentinin Nizamnaməsi 26 yanvar 2004-cü il tarixdə təsdiqlənmişdir. Həmin nizamnamədə departamentin məqsədləri, fəaliyyətinin ümumi prinsipləri, hüquq və vəzifələri öz əksini tapmışdır. Departamentin yaradılması haqqında Nazirlər Kabinetinin qərarından və departamentin nizamnaməsindən göründüyü kimi, onun məcburi köçkünlər üçün bu və ya digər qəsəbənin tikintisində və ya həmin qəsəbə üçün torpaq sahəsinin ayrılmasında iştirak etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Yeni inşa edilmiş qəsəbə məcburi köçkünlərin istifadəsinə verildikdən sonra Mənzil İstismar Departamenti oradakı əhaliyə kommunal xidmətlər göstərməyə başlayır. İşin bu hallarına və sü butlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh Mənzil İstismar Departamenti nizamnamə üzrə yalnız öz fəaliyyət sahəsi daxilində olan məsələlərlə əlaqədar müstəqil olaraq müqavilə bağlamaqla sövdələşmələri həyata keçirə bilər. Tikintisinin icraçısı kimi Komitənin təyin edildiyi məcburi köçkün qəsəbəsinin salınması üçün torpaq sahəsinin icarəyə götürülməsində tərəf kimi iştirak etmək Mənzil İstismar Departamentinin fəaliyyətinə daxil deyildir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 700.1-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində bil dirmişdir ki, Qaçqın və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin komitə sədri tərəfindən təsdiq edilmiş əsasnamədə cavabdeh departamentin səlahiyyətləri açıq şəkildə göstərilmişdir ki, həmin səlahiyyətlərə həmçinin department tərəfindən müqavilələrin bağlanması da daxil edilmişdir. Cavabdeh department iddiaçı tərəfindən keçirilmiş hərracda iştirak etmiş, hərracın nəticələri barədə protokolu imzalamış, habelə İsmayıllı rayon Notariat Kontorunda müqaviləni imzalamışdır. Bundan sonra, cavabdeh Komitənin sədrinin göstərişi ilə İsmayıllı rayonunda qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşa edilmişdir ki, onlar hal-hazırda həmin mənzillərdə yaşayırlar. İddiaçı hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməklə ləğv olunduğu təqdirdə, cavabdehin istifadəsinə verilmiş torpaqlar da iddiaçıya qaytarılmalıdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nizamnaməsinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası onların aşağıdakı qaydada pozulmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində ümumi qayda olaraq məyyən edilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkə məsinə verilir. Bu qaydaya uyğun olaraq ilk iddia üzrə iddiaçı cavabdehə qarşı onun rəsmi qeydə alındığı ünvan üzrə inzibati-iqtisadi məhkəməyə müraciət etmişdir. Lakin Məcəllənin 39.1-ci maddəsi müstəsna aidiyyat kimi nəzərdə tutmuşdur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması (1), tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (2), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında (3) iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Maddələrin tələblərindən göründüyü kimi, daşınmaz əmlakla bağlı aşağıdakı iddiallar həmin əmlakın olduğu yerə görə verilməlidir: (1) mülkiyyət hüququnun tanınması; (2) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; (3) qanuni sahibin hüquqlarının müdafiəsi barədə. Qeyd edilmiş maddənin daşınmaz əmlakla bağlı tələblərinin tətbiqinin zəruriliyi belə izah olunur ki, həmin işlər üzrə icraat daşınmaz əmlakın yerində müayinəsindən, həmin əmlaka dair sənədlərin vaxtında toplanılmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən, həmin daşınmaz əmlakla bağlı üçüncü şəxslərin maraqlarının mövcud olmasından asılıdır ki, bu hərəkətlər həmin əmlakın olduğu yerdə daha uyğun həyata keçirilə bilər. Digər tərəfdən, müstəsna aidiyyət həm də mübahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğurur. İlk iddia üzrə iddiaçının tələbi torpağın icarəyə verilməsi ilə bağlı borcun ödənilməsindən ibarətdir. Yəni tələblərin mahiyyətindən göründüyü kimi, tələb bilavasitə daşınmaz əmlaka dair hüquqların müdafiəsi, yəni mülkiyyətçinin həmin torpağın istifadəsindən alınmalı olan fayda ilə bağlıdır ki, bu halda iddia tələbləri üzrə müstəsna aidiyyat qaydalarının tətbiq edilməsi zəruri olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən ərazi aidiyyətı qaydalarına düzgün riayət edilməmiş və prosessual qanunvericiliyin aşağıdakı müddəaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 44.2-ci maddəsinə əsasən, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Qarşılıqlı iddiaya münasibətdə isə Azərbaycan Respublikası MPM-nin 35.3-ci maddəsində müəyyən olunmuşdur ki, qarşılıqlı iddia, aidiyyatından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Lakin qarşılıqlı iddianın icraata qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Belə ki, işin 50-ci səhifəsində olan qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, həmin ərizə birinci cavabdehin nümayəndəsi kimi Nazim İsgəndərov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin: - 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; - 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir; - 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; - 155-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün i ddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddələrin tələbləri onu ehtiva edir ki, qarşılıqlı iddia verilərkən iddianın verilməsinə dair ümumi qaydalara riayət edilməlidir. Ümumi qayda olaraq nümayəndənin iddia ərizəsinin imzalanması səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi olaraq göstərilməsi müəyyən edilmişdir. Hüquqi şəxsə münasibətdə isə etibarnamənin onun rəhbərinin imzası və möhürü vurulmaqla təsdiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, birinci cavabdehin adından qarşılıqlı iddia ərizəsi nümayəndə tərəfindən imzalansa da, lakin nümayəndənin səlahiyyətləri qanunvericiliyin əks olunmuş tələblərinə uyğun təsdiqlənməmiş, hər hansı bir etibarnamə iddia ərizəsinə əlavə olunmamışdır. Halbuki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 2-2(81)828/2017 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, lakin bundan sonra işin 59-cu səhifəsində olan etibarnamə ilə birinci cavabdehin nümayəndəsi N.İsgəndərovun səlahiyyətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə əsasən təsdiqlənmişdir. Bu halda isə aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı idi. Belə ki, Azərbaycan Respublikası MP M-nin 259.0.-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə Hüquq Şurasının 11 apreı 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın 20.5-ci bəndinə əsasən, İsmayıllı rayonu Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiy ası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qətnamənin ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı İsmayıllı rayon İsmayıllı Bələdiyəsinin sədri XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2-2(103)-26/2019 saylı qətnaməsi ləğv edilsin. İş baxılması üçün aidiyyət üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhk
Məhkəmə qərarları › İş №2-2(102)-323/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-323/2019
21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver