Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-323/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 fevral tarixli, 2-2(104) -38/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.
1. İŞİN HALLARİ 1. xx xxxx 2011-ci il tarixli, 027 nömrəli kredit müqaviləsinə əsasən borcverən – İddiaçı ASC (bundan sonra – “iddiaçı”) borcalana 400.000 manat məbləğində 24 ay güzəştlə, 60 ay müddətinə illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “cavabdeh”) isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 2. xx xxxxxx 2014-cü il tarixli, 022 nömrəli kredit müqaviləsinə görə cavabdehə 24 ay güzəştlə, 84 ay müddətinə illik 7 faiz ödənilməklə 840.000 manat kredit verilmişdir. 3. xx xxxx 2019-cu il tarixli maliyyə arayışına görə xx xxxx 2011-ci il tarixli, 027 nömrəli k redit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə olan əsas borc 188.882,04 manat, faiz borcu 1.850,85 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 33.148,80 manat, cərimə borcu 5.672,94 təşkil edir. 4. xx xxxx 2019-cu il tarixli, **********664 nömrəli maliyyə arayışına əsasən xx xxxxxx 2014-cü il tarixli, 020 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixə olan əsas borc 840.000 manat, faiz borcu 176.960 manat, Konstitusiya Məhkəməsinin Plenumuna əsasən hesablanan faiz borcu 0 manat, cərimə borcu 0 təşkil edir.
5. İddiaçı tərəfindən, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabd ehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 188.882,04 manat, hesablanmış faiz 1.850,85 manat, cərimə borcu 5.672,94 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcu 33.148,80 manat, cəmi 229.554,63 manat, xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 840.000 manat, hesablanmış faiz 176.960 manat, cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 0 manat, cəmi 1.016,960 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2011-ci il və xx xxxxxx 2014-cü il tarixlərdə iddiaçı və cavabdeh MMC-nin rəhbəri X3 arasında müvafiq olaraq 027 və 020 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə cavabdehə bank tərəfindən 027 saylı kredit müqaviləsi üzrə illik 7 faiz olmaqla, 60 ay müddətinə, 24 ay güzəştlə 400.000 manat və 020 saylı kredit müqaviləsi üzrə illik 7 faiz olmaqla 84 ay müddətinə, 24 aylıq güzəştlə 840.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqavilələri üzrə borclu müqavilələrin şərtlərini pozaraq ödəniş etməmişdir.
8. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli, e-2-2(083)474/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 188.824,04 manat, hesablanmış 1.850,85 manat faiz, 3.672,94 manat cərimə borcu, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas məbləğ 840.000 manat, hesablanmış 176.960 manat məbləğində faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməsi, 33.148,80 manatfaiz borcu hissəsində iddia tələbinin təmin edilməməsi, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Vəliyev).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir (bax yuxarıda § 7). İddiaçı müqavilə müddəti bitdikdən sonra borcu xx.xx.2019-cu il tarixədək (xəbərdarlıq həmin tarixdə göndərilmişdir) tələb etmədiyindən, 33.148,80 manatfaiz borcunun ödənilməsi hissəsində tələb təmin edilə bilməz.
10. Dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan, bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmiş, lakin hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin faiz borcunun həddini aşmışdır.
11. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin tələblərinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Beləliklə, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığın dan, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 3672,94 manat məbləğində tutulmalıdır.
12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 462.1, 463, 465.2, 467-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014cü il tarixli qərarının tələblərinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyas ı məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 fevral tarixli, 2-2(104)-38/2020 saylı qətnaməsi ilə (hakimlər R.Z.Mamedov (sədrlik edən), İ.Ə.Şəfiyev və A.V.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli, e-2-2(083)-474/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına uyğun (bax yuxarıda §§ 9-13) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
16. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ 1.1. Kassasiya şikayətinin dəlilləri
17. İddia tələbində qeyd edilmiş 33148.80 manat pul tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmaqla borcludan tutulması xahiş edilmişdir. Belə ki, Mülki Məcəllənin 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında da kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditor un etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
19. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peş əkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 427.3, 443.1, 445.7 və 448.1-ci maddələrinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
2. Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
22. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
23. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç b ir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
25. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, faktiki olaraq qətnaməni, iddia tələbinin təmin edilməyən 33.148,80 manatfaiz borcu hissəsində mübahisələndirmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hə rəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi”. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır...”.
30. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.
31. Azərbaycan Respublikası Konstitusiya müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məhkəməsinin qərarının müvafiq “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istin ad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
3. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə faiz borcu hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 fevral tarixli, 2-2(104)-38/2020 saylı qətnaməs i qismən, 33.148,80 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
33. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra borcu xx.xx.2019-cu il tarixədək tələb etmədiyindən, 33.148,80 manat hesablanan faiz borcu hissəsində tələb təmin edilə bilməz.
34. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, iş materiallarında məhkəmələrin istinad etdiyi xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu yoxdur, işdəki, cavabdehə ünvanlanmış xəbərdarlıq isə xx xxxx 2018-ci ill tarixdə tərtib olunmuş, edimiş xəbərdarlığa baxmayaraq cavabdeh kredit müqavilələri üzrə heç bir ödəniş etməmiş, buna qədər isə cavabdeh tərəfindən yalnız birinci kredit müqaviləsi üzrə qismən ödənişlər edilmiş, sonradan isə hər hansı ödəniş edilmədiyinə görə müvafiq iddia ilə məhkəməyə müraciət edilmiş, ödənilməsi tələb olunan 33.148,80 manat da 60 ay müddətinə verilmiş 2011-ci il tarixli, 027 nömrəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcudur, cavabdeh isə işə birinci instansiya, apelyasiya və kassasiya qaydasında baxılarkən heç bir məhkəmə iclasında iştirak etməmişdir.
35. İddia ərizəsinə və iddiaçının kassasiya şikayətinə əsasən, 33.148,80 manat pul tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmaqla bu məbləğin də borcludan tutulması xahiş e dilmişdir. Həmin maddəyə əsasən isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
36. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir... Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır..... Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MMin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyy ətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir...... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur... Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
37. İddiaçı da qanunvericili yin ona vermiş olduğu bu dispozitiv hüquqdan istifadə edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadla cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə illik beş faiz hesablamaqla gecikdirilmiş vaxt üçün 33.148,80 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Qeyd edilənlər nəzərə alınmaqla apelyasiya məhkəməsi tərəfindən müqavilə müddəti bitdikdən sonra iddiaçının, 33.148,80 manat faiz borcunu xx.xx.2019-cu il tarixədək tələb etmədiyi əsası ilə təmin edilməməsi qanuni hesab edilə bilməz və buna görə də apelyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi bu hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi həmin hissədə də təmin edilməlidir.
38. Qeyd edilənləri nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşaraq apelyasiya instansiyası məhkəməsinin 33.148,80 manat faiz borcu pulunun cavabdehdən tutulması üzrə işdəki sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iddia tələbinin təmin edilməyən bu hissəsi məhz Mülki Məcəllənin 445.7-ci maddəsi və onun şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarının düzgün tətbiq edilməməsi ilə əlaqədardır və iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı əlavə araşdırma aparılması və sübutların qiymətləndirilməsi zərurəti yoxdur.
39. Apelyasiya Məhkəməsi iddia tələbinin digər hissələri ilə əlaqədar isə düzgün olaraq qeyd etmişdir ki, xx xxxx 2011-ci il və xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələrinin şərtlərinə görə cavabdehə bank tərəfindən 027 saylı kredit müqaviləsi üzrə illik 7 faiz olmaqla, 60 ay müddətinə, 24 ay güzəştlə 400.000 manat və 020 saylı kredit müqaviləsi üzrə illik 7 faiz olmaqla 84 ay müddətinə, 24 aylıq güzəştlə 840.000 manat məbləğində kredit verilmiş, borclu tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, bu səbəbdən kreditor haqlı olaraq məhkəməyə müraciət etmiş, cavabdeh, həmin kredit müqavilələrinin şərtlərini pozaraq və xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
40. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apelyasiya və kasasiya şikayətlərində dəbbə pulunun azaldılması ilə bağlı məhkəmələrin gəldiyi nəticəni mübahisələndirmədiyindən məhkəmə koll egiyası da iddia tələbinin bu hissəsinə münasibət bildirilməsinə zərurət görmür.
41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 fevral tarixli, 2-2(104)-38/2020 saylı qətnaməsi qismən, 33.148,80 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-n in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
43. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 fevral tarixli, 2-2(104)-38/2020 saylı qətnaməsi qismən, 33.148,80 manat faiz borcu pulunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.