Məhkəmə qərarları › İş №2-2(102)-323/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-323/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-323/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan ASC-nin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı LPO İddiaçı ASC-nin vəkili Cavabdeh MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı LPO ASC Cavabdeh MMC-yə qarşı “kredit borcunun ödənilməsi, tutumanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərə findən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(103)-529/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ləğv prosesində olan ASC-nin ləğvedicisi (bundan sonra – “Ləğvedici”) 2018-ci il 7 mart tarixində iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “MMC”) 2014-cü il 21 noyabr tarixli KM 01 saylı kredit müqaviləsinə əsasən, 3.000.000 manat əsas, müqavilənin müddəti üzrə 2016-cı il 10 noyabr tarixinə 118.207,14 manat faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 507.504,06 manat faiz b orcunun, 495.000,47 manat cərimə borcunun, cəmi 4.120.711,67 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın 2014-cü il 21 noyabr tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş MMC-yə məxsus 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın müəyyən edilmiş ilkin satış qiyməti ilə açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-343/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 2014-cü il 21 noyabr tarixli KM 01 saylı kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas, 606.750,61 manat faiz borcu (2014-cü il 21 noyabr tarixindən 2020-ci il 12 mart tarixinədək) və 249,39 manat cə rimə, cəmi 3.607.000 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 26,25 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödəniməsi, tutmanın ilkin satış qiyməti 4.000.000 manat olan MMC-nin mülkiyyətindəki ikimərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın satılmasından əldə edilmiş vəsaitin hesabına MMC-nin borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin MMC-yə qaytarılması, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun 126,88 manatının MMC-dən, 18,12 manatının ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir (hakim – E.Əliyev).

3. Ləğvedici 2020-ci il 2 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsinə, iddianın 495.000,47 manat məbləğində cərimə üzrə borc tələbinin azaldılaraq 249,39 manat məbləğində təyin edilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4. 3-cü şəxs (bundan sonra – “MB”) 2020-ci il 2 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ikimərtəbəli qeyri-yaşayış binasının satışından əldə olunan vəsaitin ilk növbədə İddiaçı ASC-nin 2015-ci il 16 noyabr tarixli KBQ15-1786 nömrəli kredit müqaviləsi üzrə MB qarşısındakı 3.000.000 əsas, 55.750 manat faiz borcu olmaqla ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi məqsədilə ilkin ipoteka saxlayan kimi MB-yə köçürülməsinə, artıq vəsait qalarsa, Ləğvedici-yə MMC-nin borcunun ödənilməsi məqsədilə köçürülməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. MMC 2020-ci il 9 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsinə, iddianın 495.000,47 manat məbləğində cərimə üzrə borc tələbinin azaldılaraq 249,39 manat məbləğində təyin edilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 22(103)-529/2020 saylı qətnaməsi ilə Ləğvedicinin apellyasiya şikayəti qismən təmin edilmiş, MMC və MB-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)343/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 18 mart tarixli qətnaməsi dəbbə pulu və cəmi b orcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulu 50.000 manat, cəmi borc isə 3.656.750,61 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və C.Yusifov).

7. MB həmin qətnamədən 2020-ci il 30 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. MMC 2021-ci il 30 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin faizlər və cərimə hissəsində ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. MMC eyni zamanda prosessual müddətin bərpasına dair ərizə təq dim edərək müddətin bərpa edilməsi və kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(103)529/2020 saylı qərardadı ilə MMC-nin kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və C.Yusifov).

11. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi aşağıdakı kimi olmuşdur. 12. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 saylı qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonr a – “MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2020-ci il 28 oktyabr tarixdə saat 17:21-də MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

13. MMC-nin kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində göstərilən 2 ay müddətində verilməmişdir. Belə ki, şikayətetmə müddəti MMC-yə münasibətdə 2020-ci il 28 dekabr tarixində bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 30 aprel tarixdə verilmişdir.

14. MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Lakin hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövc ud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə MMC-yə rəsmi qaydada verilməmişdir.

16. Halbuki yuxarıda göstərildiyi kimi qətnamə 2020-ci il 28 oktyabr tarixində MMC-nin nümayəndəsi və vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir

17. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını MPM-in 133.1, 133.2, 405.0.1, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. MMC 2021-ci il 27 may tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

19. Məhkəmə qərardadında qeyd edilənlərin əksinə olaraq, Vəkil1 MMC-ni n nümayəndəsi və vəkili olaraq apellyasiya instansiyasında davam edən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində işlə bağlı qətnamə qəbul edilən zaman artıq MMC tərəfindən nümayəndə kimi adına verilən etibarnamənin müddəti bitmək üzrə idi. Yəni işə apellyasiya instansiyasında baxılarkən o, işdə iştirak etmək üçün etibanamə və order təqdim edə bilməmişdi. Belə ki, 2020-ci il 20 oktyabr tarixində eyni saatda Ali Məhkəmədə məhkəmə iclasında iştirak etmək məcburiyyətində qaldığı üçün apellyasiya instansiyası məhkəməsində olan 2020-ci il 20 oktyabr tarixli məhkəmə iclasına çata bilməmişdi. Bu səbəbdən nümayəndə və vəkil qismində onun iştirakı mümkün ola bilməmişdi.

20. Həmçinin MPM-in tələblərində göründüyü kimi, şəxslər “Elektron məhkəmə” informa siya sistemində qeydiyyatda keçdikləri təqdirdə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt yəni e-mail, SMS və s.) çatdırılır. Yəni, əvvəla, şəxsin qeydiyyatdan keçməsi, daha sonra həmin şəxsə sənədin elektron kabinetə yerləşdirildiyinə dair elektron qaydada məlumat çatdırılması lazımdır ki, həmin şəxs tərəfindən məhkəmə sənədləri qəbul edilmiş hesab edilsin. Bildirmək istəyirik ki, birinci instansiya məhkəməsində MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yerləşdirildiyi tarix olan 2020-ci il 28 oktyabr tarixində “Elektron məhkəmə” sistemində qeydiyyatdan keçməmişdi. Həmçinin həmin şəxsin adına məhkəmə sənədin in - konkret olaraq məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsinə dair elektron qaydada məlumat göndərilməmişdir. Yəni nə SMS göndərilmiş, nə də ki elektron poçta məlumat daxil edilməmişdir. Çünki həmin tarixdə yuxarıda adı qeyd edilən şəxsin elektron kabinetdə qeydiyyatı mövcud deyildi. Həmçinin apellyasiya instansiyası məhkəməsində MMC-nin nümayəndəsi və vəkili kimi iştirak edə bilməyən bir şəxsin elektron kabinetinə yerləşdirilməsi və ona elektron qaydada məlumatın göndərilməsi mümkün deyildi. Bu səbəbdən hesab edirik ki, apellyasiya instasiyası məhkəməsinin bu qərardadı qəbul edərkən gəlmiş olduğu qənaət əsassızdır və həmin qərardadın ləğv edilməsi üçün tam hüquqi əsas təşkil edir.

21. Kassasiya şikayəti MPM-in 135.6, 402, 405, 417.1.3-cü maddələrinə istinad edilməklə əsasla ndırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qərardadının əsassız olduğunu bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən Ləğvedicinin vəkili apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslı olduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. MMC apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alın ması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneç ilik törətmir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(103)-529/2020 saylı qərardadı ləğv edilməli və bununla bağlı növbəti prosessual hərərkətlər yerinə yetirilməlidir.

30. Məhkəmə kollegiyası kassatorun dəlillərini (bax yuxarıda §§ 19-20) əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

31. Mübahisələndirilən qərardadda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 saylı qətnaməsi 2020-ci il 28 oktyabr tarixində saat 17:21-də MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.

32. Halbuki işin materiallarından (İ cild, i/v 39) görünür ki, MMC tərəfindən Vəkil1 məhkəmə və digər orqanlarda nümayəndəlik funksiyalarının yerinə yetirilməsi məqsədilə 2018-ci il 19 mart tarixində yalnız 2 illik etibarnamə verilmişdir.

33. Deməli, həmin etibarnamənin müddəti 2020-ci il 19 mart tarixində, yəni hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan (2020-ci il 18 mart) cəmi 1 gün sonra bitmişdir.

34. MMC tərəfindən Vəkil1 növbəti etibarnamə yalnız 2021-ci il 1 aprel tarixində verilmişdir (İİ cild, i/v 238).

35. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin 2020-ci il 18 mart tarixli qətnaməsindən MMC-nin apellyasiya şikayətini (İİ cild, i/v 175-179) Vəkil1 deyil, MMC-nin direktoru Nazim Cəfərov imzalamışdır.

36. Həmçinin hazırkı iş üzrə MMC-ni apellyasiya instansiyası məhkəməsində vəkil kimi təmsil etmək üçün Vəkil1 orderinin olması işin materi alları ilə ümumiyyətlə müəyyən olunmur.

37. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli 2-2(103)529/2020 saylı qətnaməsindən MMC-nin qanuni təmsilçisi kimi kassasiya şikayəti verilməsi üçün Vəkil1 səlahiyyətli olmamış, buna baxmayaraq qətnamə cavabdeh tərəfindən yalnız həmin şəxsə çatdırılmış, ona görə də MMC-nin qətnamədən kassasiya şikayətini vaxtında vermək imkanı olmamışdır.

38. Bundan başqa, işin materiallarından (İİ cild, i/v 198-201) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 saylı qətnaməsi iş üzrə bütün tərəflərə, o cümlədən MMC-yə 2020-ci il 29 oktyabr tarixli məktubla göndərilsə də, yalnız ASC-yə və MB-yə müvafiq ünvanlarda çatdırılmışdır.

39. Lakin həmin qətnamənin MMC-yə müvafiq ünvanda çatdırılması işin materialları ilə müəyyən olunmur.

40. Bundan başqa, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, 2021-ci il 8 fevral tarixində MMC-dən daxil olmuş ərizədə qətnamənin MMC tərəfindən alınmadığı bildirilərək, qətnamənin müvafiq ünvana göndərilməsi xahiş olunmuşdur.

41. Buna baxmayaraq həmin ərizədən sonra da qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən MMC-yə göndərilməsi işin materialları ilə müəyyən olunmur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə qətnaməsi MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq MMC-yə rəsmi qaydada çatıdırlmış hesab oluna bilməz. Odur ki, MMC-yə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-529/2020 saylı qətnaməsində kassasiya şikayətinin v erilməsi müddəti ötürülmüş hesab edilmir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(103)529/2021 saylı qərardadı ləğv edilsin. Bununla bağlı növbəti prosessual hərəkətlər yerinə yetirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar