Məhkəmə qərarları › İş №2-2(102)-323/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-323/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-323/2022 08.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət məsələsinə dair şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabde h6, Cavabdeh7 və MTK-ya qarşı “kredit xətti müqaviləsinə, kredit razılaşmasına xitam verilməsi və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli e-2-2(113)-650/2022 nömrəli iş üzrə qərardadından Cavabdeh5 verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı QSC (bundan sonra – “QSC”) 2021-ci il 24 dekabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”), Cavabdeh6, Cavabdeh7 və MTK qarşı 2014-cü il 19 avqust tarixli 17 L000004466 saylı kredit xətti müqaviləsinə, 2014-cü il 26 avqust tarixli 17 R000007524 saylı kredit ra zılaşmasına və 2015-ci il 11 fevral tarixli 017 R********** saylı kredit razılaşmasına xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh5 vəkili və nümayəndəsi 2022-ci il 22 fevral tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, işin aidiyyatı üzrə Bak şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrindən görünür ki, kreditin məqsədi fərdi kiçik kreditdir. Cavabdeh5 vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, hazırkı mübahisə onun şəxsi işləri ilə əlaqədar olmaqla, sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. İşdə iştirak dən şəxslərin subyektiv tərkibindən göründüyü kimi, onların əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olm ayan fiziki şəxslərdir, ona görə də işə ümumi məhkəmə də baxılmalıdır.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli 2-2(113)-650/2022 saylı qərardadı ilə cavabdehin həmin ərizəsi (vəsatəti) rədd edilmişdir (hakim – L.Əliyeva).

5. Məhkəmə hesab etmişdir ki, müqavilədə və razılaşmada kreditin məqsədi kimi fərdi kiçik kredit olması qeyd edilmişdir. Eyni zamanda, müqavilədə kredit alanın məlumatları arasında VÖEN-i də göstərilmişdir.

6. Həmçinin Cavabdeh5 QSC-yə kredit verilməsi üçün müraciət etdiyi kredit ərizələrindən də görünür ki, o, fərdi sahibkar qismində (VÖEN **********) kredit almaq üçün banka müraciət etmişdir.

7. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, hazırkı işdə iddiaçının icra edilməsini tələb etdiyi əsas öhdəliyin yaranması üçün əsas olmuş kredit mü qaviləsi hüquqi şəxs QSC və fərdi sahibkar Cavabdeh5 arasında bağlanmışdır.

8. Müqavilənin bağlanması məqsədinə gəldikdə, kreditin verilməsi üçün müraciət ərizələrində Cavabdeh5 fərdi sahibkar olmasının göstərilməsi, kredit müqaviləsi və razılaşmasında Cavabdeh5 VÖEN-nin göstərilməsi, eləcə də verilmiş kreditin məbləği ona dəlalət edir ki, kredit Cavabdeh5 sahibkarlıq fəaliyyətini həyata keçirməsi məqsədilə verilmişdir.

9. Ərizənin cavabdehlərin əksəriyyətinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər olması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

10. Məhkəmə bu qənaətini Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 30, 31.1, 32.1, 32.2, 32.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 10, 11-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh5 vəkili və nümayəndəsi 2022-ci il 9 mart tarixində Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli, e-2(113)-650/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bak şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəni § 3-də göstərilən hallarla əsaslandırmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 mart tarixli 2-2(113)-650/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli e-2-2(113)-650/2022 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməmiş, məhkəmə əvvəlki mövqeyində qalmış, eyni hüquq normalarına (bax yuxarıda § 10), habelə əlavə olaraq MM-in 269-cu maddəsinə istinad etmiş, şikayət işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – L.Əliyeva). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

13. MPM-in müvafiq müddəalarında (hazırda q üvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidi yyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır...” “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsin ə göndərilir.”

14. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur (2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan): “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.”

15. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında göstərilmişdir ki “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irə li gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

16. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır, məhkəmə məsələ ilə bağlı düzgün nəticəyə gəlmişdir, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsi nin 2022-ci il 25 fevral tarixli e-2-2(113)650/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Müqavilə tərəflərinin hüquqi şəxs və fərdi sahibkar olmasını, kreditin verilməsi üçün müraciət ərizələrində Cavabdeh5 fərdi sahibkar olmasının göstərilməsini, kredit müqaviləsi və razılaşmasında Cavabdeh5 VÖEN-nin göstərilməsi, eləcə də verilmiş kreditin məbləğini, habelə şikayətin dəlillərinin Bakı Kommersiya məhkəməsi tərəfindən ətraflı cavablandırılmasını nəzərə alaraq qarışıq məhkəmə tərkibi Bakı Kommersiya Məhkəməsinin mövqeyini əsaslı, şikayətin dəlillərini isə əsassız hesab edir.

18. Bakı Kommersiya Məhkəməsi aidiyyət məsələsi barəsində qanuni və əsaslı nəticəyə gəlmiş, bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.

19. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə a laraq və MPM-in 403-1.6, 403-1.7 və 403-1.8.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh5 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli e-2-2(113)-650/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar