Məhkəmə qərarları › İş №2-2(102)-323/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-323/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-323/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Bəhrəddin oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Bəhrəddin oğluna qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 2-2(107)-29/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bəhrəddin oğlu arasında kredit limitinin ayrılmasına dair 2023-cü il 13 iyun tarixli, 36-MCR-1-786-23 nömrəli razılaşma imzalanmış və həmin razılaşmaya əsasən, bank borc alan Cavabdeh 120 ay müddətinə, aylıq 2,50% olmaqla 50000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limitinin ayırılması razılaşdırılmışdır.

2. Həmin kredit limitinin ayrılmasına dair 2023-cü il 13 iyun tarixli 36-MCR-1-786-23 nömrə li razılaşma üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bəhrəddin oğlu arasında 2021-ci il 29 noyabr tarixdə 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.

3. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh Bəhrəddin oğlunun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur.

4. Tərəflər arasında bağlanmış 2023-cü il 13 iyun tarixli, 36-MCR-1-786-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən cavabeh Cavabdeh Bəhrəddin oğluna dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,58 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2023-cü il 13 iyun tarixli kredit müqaviləsi üzrə banka 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 24743.84 manat borcun və 164.23 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1i ünvanında yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan s atılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü il 13 iyun tarixində bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 2024-cü il 20 may tarixinədək 22.313,42 manat əsas borcu, 2.313,98 manat faiz borcu və 465,74 manat cərimə borcu toplanmışdır. Lakin bank müqavilə əsasında yalnız cərimənin 25%-i olan 116,44 manat məbləğində cərimə tələb edir. Beləliklə, ümumilikdə tələb olunan borc 24.743,84 manat təşkil edir. Daha sonra, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, bu borcu ödəməkdən yayın mış və bildirişə hər hansı münasibət bildirməmişdir. Bu səbəbdən, bank qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehə və reyestr orqanına müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlər görmüşdür.

7. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 19 noyabr tarixli, e-2-2(117)1219/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 2023-cü il 13 iyun tarixli, 36-MCR-1786-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu, 164.23 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc məbləğinin cavabdehin tam (xüsusi) mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,0624 ha torpaq sahəsi üzərində yerləşən 305.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 40000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – M.Hüseynov)

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 22313.42 manat əsas, 2313.98 manat faiz və 116.44 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Ona görə də iddia bu hissədə təmin edilməlidir. Həmçinin, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yarandığına görə iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

9. Eyni zamanda məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin 2024-cü il 28 oktyabr tarixli ƏEM/O 47-685/24 nömrəli mütəxəssis rəyinə əsasən əmlakın likvid dəyəri ilə götürülərək 40000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə və “İpoteka haqq ında” Azərbaycan Respublikasının Qanunun 1.0.9, 33, 39.3.3, 47.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyərinin 40000 manat müəyyən edilməsi hissəsində ləğv olunmasını və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 2-2(107)-29/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

13. Məhkəmə qeyd etmişdir ki, tərəflər ara sında bağlanmış 2023-cü il 13 iyun tarixli, DA/00785/23 nömrəli ipoteka müqaviləsində də onların qarşılıqlı razılığı ilə ipoteka predmetinin bazar dəyəri 50.000 manat müəyyən etmişlər (müqavilənin 2.2-ci bəndi).

14. Həmin ipoteka müqaviləsinin 9.4-cü bəndində göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılığına əsasən, ipoteka predmetinə tutma yönəldilməsi zamanı ilkin satış qiyməti 37.500 manat məbləğində müəyyənləşdirilir.

15. Eyni zamanda məhkəmə bildirmişdir ki, cavabdeh əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edilməlidir.

16. Məhkəmə vurğulamışdır ki, birinci instansiya məhk əməsi tərəfindən iş üzrə verilmiş qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 40000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yenidən araşdırılması üçün ap ellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 19. “İpoteka haqqında” Qanunun 39.3.3, 43.5, 43.7-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi üzrə - birinci instansiya məhkəməsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd edilən maddələrə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün öz təşəbbüsü ilə ekspertiza təyin etmişdir. Bu qərar tərəflərin iştirakı ilə, xüsusilə cavabdeh tərəfin mövqeyi nəzərə alınmadan qəbul olunmuşdur. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim olunan mütəxəssis rəyinə etiraz edilmiş və hesab edilmişdir ki, bu rəy ixtisaslaşmış ekspert rəyi ilə əvəz olunmalı, qi ymətləndirmə daha səlahiyyətli qurum tərəfindən aparılmalıdır. Bu məqsədlə oxşar evlərin bazar qiymətlərinə dair internet resurslarından əldə edilmiş məlumatlarla birlikdə əsaslandırılmış vəsatət təqdim olunmuş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti rədd etmişdir. Eyni məsələ apellyasiya instansiyasında da qaldırılmış, lakin yenidən təmin edilməmişdir. Apellyasiya məhkəməsi tərəflərin ipoteka müqaviləsi bağlayarkən dəyəri razılaşdırdıqlarını əsas gətirərək, əlavə qiymətləndirməyə ehtiyac olmadığını bildirmişdir. Halbuki aparılan sadə hesablamalar torpaq sahəsinin dəyəri nəzərə alınmadan belə, ipoteka predmetinin fərdi yaşayış evinin dəyərinin 70-80 min manat olduğunu göstərir. Mütəxəssisin hansı əsasla evin bazar qiymətini 50 min, likvid dəyərini isə 40 min manat müəyyən etdiyi aydın deyil. Bu vəziyyət hərrac zamanı bankın evi 25.500 manata alaraq balansına keçirməsi və nəticədə qərarın ədalətsizliyinə səbəb olması riskini yaradır. Bu səbəbdən, iş üzrə yenidən ekspertiza təyin olunmalı və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün iş materialları Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilməlidir.

20. MPM-in 77.1, 217.1, 217.3, 217.4-cü maddələri üzrə üzrə - cavabdeh məhkəməyə yazılı və əsaslandırılmış vəsatət təqdim etməsinə baxmayaraq, müraciət yalnız bir cümlə ilə rədd edilmişdir. Halbuki vəsatətə bir sıra birja saytlarından götürülmüş oxşar evlərin qiymətlərinə dair sübutlar əlavə olunmuşdur. Məhz bu kimi faktların araşdırılmasına zərurət olduğu üçün apellyasiya şikayəti ilə müraciət edilmişdir. c) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar Respublikasının Qanununun müvafiq 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

10. İpoteka müqav iləsi 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirm əli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;” “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.5. Təkrar hərrac bu Qan unun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə v ə ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

27. Kassasiya şikayətində istinad olunan “İpoteka haqqında” Qanunun 39.3.3, 43.5, 43.7-ci maddələri və Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinin tələblərinin pozulması barədə də lillərə dair qeyd olunur ki, kassasiya şikayətində pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

28. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələri hərracın baş tutmamasının elan edilməsi ilə bağlı məsələləri tənzimləyir və həmin maddələrlə tənzimləyən məsələlər ümumiyyətlə hazırki mübahisənin predmetinə aid deyildir.

29. Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi isə torpaqların qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Laki ipoteka predmeti olan daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı məsələlər həmin qanunla deyil, “İpoteka haqqında” Qanunun 1.0.9, 10.5, 39.3.3 və s. maddələri ilə tənzimlənir.

30. Kassasiya şikayətində işin hallarına və sübutlara düzgün qiymət verilmə məsinə istinad edilməsi isə əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamen tal prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

34. Cavabdeh tərəfindən verilmiş məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət qiymət verilməməsi, bunula da MPM-in 77.1, 217.1, 217.3, 217.4-cü maddələrinin tələblərinin pozulması bar ədə dəlillər də əsassızdır.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin vəsatətin təmin edilməməsinin səbəbləri ətraflı göstərilmiş, cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmiş və MPM-in 392.2-ci maddəsinin tələblərinə uyğun olaraq hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyi göstərilmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏ RARA ALDİ: Cavabdeh Bəhrəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 yanvar tarixli, 2-2(107)-29/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar