Məhkəmə qərarları › İş №2-2(102)-324/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-324/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-324/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təminatsız kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X2 ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı Fondun vəkili Vəkil və cavabdeh MMC-nin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı təminatsız kredit borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətanməsindən iddiaçı Fond və Cavabdeh MMMC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə (hazırda ləğv prosesindədir) Cavabdeh arasında bağlanmış 4 kredit müqaviləsindən 1-cisi, xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 %-lə 75.000 manat məbləğində kredit verilmişdir.

2. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 101H90 No-li Maliyyə Arayışına görə, xx.xx.2017-ci il tarixə cavabdeh MMC-nin bu müqavilə üzrə cəmi 62.287,6 5 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

3. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 041H87 nömrəli Xəbərdarlığa uyğun olaraq xx.xx.2017-ci il tarixə hesablanmış 62.287,65 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 4. 2-ci, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 %-lə 123.436 manat məbləğində kredit verilmişdir.

5. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 101H90 nömrəli Maliyyə Arayışına görə, xx.xx.2017-ci il tarixə cavabdeh MMC-nin bu müqavilə üzrə cəmi 113.588,07 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

6. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli, 041H87 nömrəli Xəbərdarlığa uyğun olaraq xx.xx.2017-ci il tarixə hesablanmış 113.588,07 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 7. 3-cü, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 %-lə 76.000 manat məbləğində kredit verilmişdir.

8. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 101H90 nömrəli Maliyyə Arayışına görə, xx.xx.2017-ci il tarixə cavabdehin bu müqavilə üzrə cəmi 68.662,71 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

9. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 041H87 nömrəli Xəbərdarlığa müvafiq olaraq xx.xx.2017-ci il tarixə hesablanmış 68.662,71 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 10. 4-cü, xx.xx.2013-cü il tarixli 153/1 3 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh-yə 12 ay müddətinə, illik 12 %-lə 31.550 manat məbləğində kredit verilmişdir.

11. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 101H90 nömrəli Maliyyə Arayışına görə, xx.xx.2017-ci il tarixə cavabdeh MMC-nin bu müqavilə üzrə cəmi 41.262,62 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

12. İşin materiallarında olan xx.xx.2018-ci il tarixli 041H87 nömrəli Xəbərdarlığa uyğun olaraq xx.xx.2017-ci il tarixə hesablanmış 41.262,62 manat borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2016-cı il tarixli qərarı ilə “İddiaçı" ASC-nin bank lisenziyası ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qə rarı ilə həmin ASC-nin məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən onun Ləğvedicisi təyin edilmişdir.

14. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır.

15. İşin materiallarında olan, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/307 nömrəli məhkəməmühasibatlıq ekspertizası rəyinə görə, iş materiallarında olan cari xxxx məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh-in iddiaçı Fonda maliyyə arayışında borcun hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə olan müqavilələr üzrə borcu aşağıdakı kimi müəyyən olunur: 1) xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 62.287,65 manat, faiz borcu üzrə 0,00 manat; 2) xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 113.588,07 manat, faiz borcu üzrə 0,00 manat; 3) xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 68.662,71 manat, faiz borcu üzrə 0,00 manat; 4) xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 27.724,30 manat,faiz borcu üzrə 3.308,04 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləbvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 62.287,65 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 113.588,07 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 68.662,71 manat əsas borc, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 27.724,30 manat əsas borc, 3.308,04 manat faiz borcu, 10.230,28 manat gecikmə faiz borcu olmaqla, ümumilikdə 285.801,05 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq cavabdeh Fondun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il 107/13 saylı kredit müqaviləsinə əsasən, cavabdeh MMC-yə 75.000 AZN; xx.xx.2013-cü il tarixli, 109/13 saylı kredit müqaviləsinə əsasən, 123.436 AZN; xx.xx.2013-cü il tarixli, 111/13 saylı kredit müqaviləsinə əsasən, 76.000 AZN; xx.xx.2013-cü il tarixli, 153/13 saylı kredit müqaviləsinə əsasə; 31.550 AZN məbləğində, hər 4 kredit müqaviləsi üzrə 12 ay müddətinə, illik 12% ödənilmək şərtilə kredit verilmişdir.

18. Kredit müqavilələrinin 3.4.1-ci bəndinə əsasən, borcalan Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.

19. Müqavilələrin 3.4.2-ci bəndinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra e dilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir.

20. Lakin buna baxmayaraq cavabdeh MMC kredit müqavilərinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

21. Hazırda borclunun xx.xx.2017-ci il tarixə hesablanmış Banka ödənilməmiş borcu xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 62.287,65 AZN əsas borcu; xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 113.588,07 manat AZN əsas borcu; xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 68.662,71 AZN əsas borcu; xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə isə 27.724,30 AZN əsas borcu, 3.308,04 AZN faiz borcu, 10.230,28 gecikmə faiz borcu olmaqla, ümumilikdə 285.801,05 AZN təşkil edir.

22. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə.(hakim K.Vəliyev; iş No 2-2(84)-198/2018) iddia tələbinin təmin edilməsi; cavabdeh MMC-dən xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62.287,65 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113.588,07 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68.662,71 manat və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41.262,62 manat olmaqla, cəmi 285.801,05 manat məbləğində kredit borcunun tutularaq iddiaçı Fondun xeyrinə ödənilməsi qət edilmişdir. 23. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh MMC_nin iddiaçı Fonda xx.xx.2013-c ü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə 62.287,65 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 113.588,07 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə 68.662,71 manat və xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə 41.262,62 manat olmaqla, cəmi 285.801,05 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh MMC tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı Fond həmin borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Şəki A pellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.Abbasov, hakimlər M.Hüseynov və E.Hüseynov; iş № 2-2(107)-2/2020) cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10.230,28 manat gecikmə faiz borcu hissəsində dəyişdirilməsi; xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-yə hesablanmış 10.230,28 manat gecikmə faiz borcunun, müqavilələr üzrə ödənilməli olan ümumi məbləğdən, yəni 285.801,05 manat məbləğdən çıxılması və cavabdeh MMC-dən tutularaq iddiaçı Fonduna xeyrinə cəmi ödənilməli olan məbləğ 275.570,77 manat məbləğində m üəyyən edilməsi; 1-ci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsi xüsusi bilik tələb olunan sualları (müqavilələr və çoxsaylı maliyyə sənədləri əsasında cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcunun məbləğinin müəyyən edilməsi) izah etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmək əvəzinə, iddia ərizəsində göstərilən məbləğləri əsas götürərək iddia tələbini tam olaraq təmin etmişdir.

27. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən, Bankla Cavabdeh arasında bağlanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla, bu müqavilələr üzrə cavabdeh MMC-nin iddiaçı Fonda olan borcunun müəyyən edilməsi üçün təyin edilmiş eksper tizаnın xx xxxxx 2020-ci il tarixli 9/307 nömrəli rəyinə əsasən, Cavabdeh-nin İddiaçı ASC-nə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 62.287,65 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 113.588,07 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsi üzrə: əsas borc üzrə 68.662,71 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 27.724,30 manat, faiz borcu üzrə 3.308,04 manat borcunun olması müəyyən edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi həmin espert rəyini mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, cavabdeh MMC-nin cavabdeh Fonda maliyyə arayışında borcun hesablandığı tarixə, yəni xx xxxxxx 2017-ci il tarixə xx.xx.2013-cü il tarixli 107/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 62.287,65 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 109/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 113.588,07 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 111/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 68.662,71 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 27.724,30 manat, faiz borcu üzrə 3.308,04 manat olmaqla, cəmi 275.571,76 manat kredit borcunun olması müəyyən edildiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi qanunauyğun olmuşdur.

29. Eksp ert rəyində sonuncu, xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçı Fonda cəmi 31.032,34 manat məbləğində borcunun yaranması müəyyən edilsə də, 1-ci instansiya məhkəməsi həmin borc məbləğinə 10.230,28 manat gecikmə faiz borcunu da əlavə etməklə cəmi borcu 41.262,62 manat müəyyən etmişdir.

30. Qeyd olunan hissədə ekspert öz rəyini onunla əsaslandırmışdır ki, şərtləri təhlil olunan 4 kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, iddiaçı Fond tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığından cavabdeh MMC-yə qeyd edilən müqavilələr üzrə cərimə borcu hesablanmamalıdır.

31. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-dən əlavə 10.230,28 manat gecikmə faiz borcunun tutulmasını qət etməklə səhvə yol vermişdir.

32. Belə ki, kredir müqaviləsinin şərtləri heç bir halda kreditorun varlanma vasitəsi olmamalıdır. Bu mənada iddiaçı Fond tərəfindən xx.xx.2013-cü il tarixli 153/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 10.230,28 manat gecikmə faiz borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də, 1-birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilərək, cavabdeh MMC-dən iddiaçı bankın xeyrinə tutulmalı olan kredit borcunun məbləğindən 10.230,28 manat gecikmə faiz borcunun çıxılması daha məqsədəuyğun və ağlabatandır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşı sı alınmalıdır.

33. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 425.1, 445.1, 445.2.2, 448.1, 448.2ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı Fonda xx.xx.2020ci il tarixdə, cavabdeh MMC-yə isə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

35. Həmin qətnamədən narazı qalan iddiaçı Fond ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasındən xah iş etmişdir

36. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri

37. İddiaçı Fondun kassasiya şikaytində qeyd edilənlərə görə tərəflər arasında bağlanmış kredit müqavilələrinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqavilələri üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilələrin tərkib hissəsi olan Ödəniş Qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün a ylıq ödəniş məbləğinin 1% cərimə vaxtı keçmiş vaxtı keçmiş kredit üzrə faiz ödəyir.

38. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində xx.xx.2013-cü il tarixli, 153/13 saylı kredit müqaviləsi üzrə cavabdeh MMC-dən tələb edilən 10.230.28 manat cərimə borcunu hədsiz dərəcədə azaldaraq bu hissədə iddia tələbini təmin etməmişdir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir.

40. Həmin qərarda pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik 5 faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablamaq hüququ qeyd olunmuşdur.

41. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, MMC apellyasiya instansiyası məhkəməsinə ödənilmiş məbləğlərin hansı kredit müqavilələri üzrə silinməsi bar ədə mütəxəssis rəyinin alınması barədə vəsatətlə müraciət etsə də, müraciəti təmin edilməmiş və yekun qərar çıxarılmışdır.

42. Cavabdeh MMC hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün qərar qəbul etməmişdir.

43. Belə ki, cavabdeh MMC tərəfindən məhkəməyə verilmiş ərizədə iddiaçı Fond tərəfindən iddia ərizəsi iddia müddətinin pozulması ilə verildiyinə görə 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbin rədd edilməsi xahiş edilmişdir. İş üzrə sənədlərdən göründüyü kimi, cavabdeh 4 müxtəlif kredit müqaviləsi ilə iddiaçı bankdan kredit götürmüşdür. Bu kreditlər üzrə sonuncu ödənişi 2015-ci ilin may ayında olmuşdur. İddiaçı Fond məhkəməyə iddia müddətinin bitməsinə 1 ay qalmış, 2018-ci ilin aprel ayında müraciət edib. İş materiallarına əlavə edilmiş xxxxda cavab deh tərəfin ödənişləri görünsə də ödənişlərin hansı kredit müqaviləsi üzrə silinməsi görünməməkdədir. Məhz buna görə də, cavabdeh MMC tərəfindən ödənilmiş sonuncu ödənişlərin hansı kreditlərinə silinməsini araşdırmaq üçün mütəxəssis rəyinin alınması vacibdir. İş üzrə 4 kredit müqaviləsi varsa. Deməli müştərinin adını bankda 4 ssuda hesabı (hər müqavilə üzrə) mövcuddur. Ödəniş qəbzlərində isə ödənişlər yalnız bir cari hesaba ödənildiyi görünməkdədir. Əlbətdə bunları müəyyənləşdirmək ekspertin və ya mütəxəssisin rəyinə ehtiyac var. Sonuncu ödəniş, əgər bir müqavilə üzrə silinmişdirsə, deməli digər 3 müqavilə üzrə iddia müddəti keçib. O zaman məhkəmə buna hüquqi qiymət verməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

44. Kassasiya şikayətlərinə qarşı tərəflər etirazlar təq dim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. İddiaçı Fondun vəkili Vəkil verdiyi kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

46. Cavabdeh MMC-nin vəkili Nümayəndə verdiyi kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

47. TƏTBİQ EDİLƏN HÜQUQ

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Həmin Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

51. Həmin Məcəllənin 372.2-ci maddəsinə müvafiq olaraq hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

52. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

53. Həmin Məcəllənin 375.2-ci maddə sinə uyğun olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

54. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

55. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1 -ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

56. Cavabdeh MMC-nin kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

57. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qərar ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

59. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnamə si ilə 1-ci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edərək, bu qətnamə ilə cavabdeh MTK-dan iddiaçı Fondun xeyrinə tutulması qət edilmiş 285.801,05 manat ümumi kredit borcu məbləğindən 10.230,28 manat gecikmə faiz borcunu çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə mötəbər sübut növü kimi, qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli ekspertiza rəyinə uyğun, habelə həmin borcun tənasübsüz surətdə yüksək olduğuna görə gəlmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış 4 kredit müqaviləsinin mətnində cərimə bəndi nəzərdə tutulsa da, iddiaçı Fond tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixə cavabdeh MMC-yə qeyd edilən müqavilələr üzrə c ərimə borcu hesablanmamalıdır.

61. Məhkəmə kollegiyası qeyd etməyi zərur hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan 10.230,28 manat məbləğin hansı borc olduğunu (apellyasiya instansiyası məhkəməsinin qətnaməsində həmin borc həm cərimə, həm də gecikdirmə faiz borcu adlanır) konkret müəyyən edə bilməmişdir.

62. Hərçənd ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı bəndində söhbət hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dərəcəsi ilə tutulan cərimədən, habelə vaxtı keçmiş kredit üzrə 24% dərəcəsi ilə tutulan faizdən gedir.

63. Eyni zamanda kassasiya şikayətində iddiaçı ASC göstərir ki, onun tələb etdiyi 10.230,28 manat borc məbləği gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə tutulan məbləğdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lemunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malik olması qeyd etmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən borc məbləğinin tənasübsüz yüksək olub-olmaması məsələsinin həlli bu borcun dəqiq təyinatının müəyyən edil məsindən və bundan sonra onun əsas borcla müqayisəsindən asılıdır.

65. Eyni zamanda qanuna, habelə formalaşmış məhkəmə təcrübəsinə görə də tənasübsüz yüksək olan cərimə məbləğləri məhkəmə tərəfindən adətən, azaldılır, amma silinmir (bax hazırki qərarın 49-cu bəndinə).

66. Məhkəmə kollegiyası onu da qeyd etməyi zərur hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində mötəbər sübut növü kimi istinad etdiyi xx xxxxx 2020-ci il tarixli məhkəmə müasibatlıq ekspertizanın rəyinə kritik yanaşmamış, həmin ekspertiza tərəfindən aparılan araşdırmanın əhatəli olmamasına kifayət gədər diqqət yetirməmişdir.

67. Məsələn, cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənərə görə, həmin MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə müvafiq ərizə vermiş və göstərlmişdir ki, iddiaçı Fond hazırki iddia ilə məhkəməyə müraciət edərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddəti pozulmuşdur (bax hazırki qərarın 50-53-cü bəndlərinə).

68. Belə ki, tərəflər arasında bağlanmış 4 kredit müqaviləsi MMC-nin sonuncu ödənişi 2015-ci ilin may ayında həyata keçirilmişdir. İddiaçı Fond iddia ərizəsi ilə məhkəməyə iddia müddətinin bitməsinə 1 ay qaldığı, 2018-ci ilin aprel ayında müraciət etmişdir.

69. İşin materiallarına əlavə edilmiş “xxxx”da MMC-nin ödənişləri görünsə də, bu ödənişlərin hansı kredit müqaviləsi üzrə silinməsini müəyyən etmək olmur. Məhz buna görə də, cavabdeh MMC tərəfindən ödənilmiş sonuncu ödənişlərin hansı kreditlərinə silinməsini araşdırmaq üçün mütəxəssis rəyinin alınması vacibdir.

70. İş üzrə 4 kredit müqaviləsi mövcuddursa, deməli müştərinin (cavabdeh MMCnin) ad ına Bankda 4 (hər müqavilə üzrə) ssuda hesabı mövcuddur. Ödəniş qəbzlərindən isə ödənişlərin yalnız 1 cari hesaba ödənildiyi görünür. Əlbətdə, bunları müəyyənləşdirmək üçün ekspertin və ya mütəxəssisin rəyinə yaranır. Nəticədə, sonuncu ödəniş, əgər 1 müqavilə üzrə silinmişdirsə, deməli digər 3 müqavilə üzrə iddia müddəti keçmiş sayılmalıdır. İşdəki ekspertiza rəyində yuxarıda qeyd edilən məsələlərə zəruri yer verilməmişdir. O zaman apellyasiya instansiyası məhkəməsi buna lazımi hüquqi qiymət verməli idi (bax hazırki qərarın 54-cü bəndinə).

71. Göründüyü kimi, hazırki mübahisənin ədalətli məhkəmə həlli üçün əlavə araşdırmaya zərurət yaranmışdır.

72. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd edilən sualların cavablandırılması üçün iş üzrə müt əxəssis rəyi alınmalı və ya yeni məhkəməmühasibətlıq ekspertizası təyin edilməlidir.

73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına dair hər 2 tərəfin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

74. Şərh olunanlara və Azərbaycan maddələrinə əsasən məhkəmə kollegiyası Respublikası MPM-nin 417-419-cu QƏRARA ALDİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli 2-2(107)-2/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar