Məhkəmə qərarları › İş №2-2(102)-325/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-325/2019

21.08.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-325/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”na qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı MMC-nin direktoru X23, onun vəkili X3, cavabdehin vəkili Vəkil, üçüncü şəxs X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”na qarşı “ipotekadan azad edilmə” tələbinə dair iqtisadi iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)613/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 21 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”na qarşı “ipotekadan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fond tərəfindən MMC üçün onun Gürcüstan Respublikasında fəaliyyət göstərən “X29-Gürcüstan” SC-yə verdiyi SWİFT-lərdə verilmiş xxx iyalara, verilmə müddətlərinin bitməsi səbəbindən xitam verilmiş hesab edilməsi və həmin müddətlər bitdikdən sonra “X29-Gürcüstan” SC tərəfindən X7 əsa ssız verilmiş xxx iyaların etibarsız hesab edilməsini nəzərə alaraq X9 məxsus ünvan 1 ünvanda yerləşən 44.2 kv.m. qeyri-yaşayış sahəsinin və xxx mənzilin, X16 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 saylı evin 25 xxx mənzilinin, X8 məxsus xxx mənzilinin, X5 məxsus ünvan 3 ünvanda yerləşən 68.2 kv.m. qeyri-yaşayış sahəsinin üzərindən 14.02.2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən qoyulmuş yüklülüyün götürülməsi və ipotekadan azad edilməsi, 30 manat dövlət rüsumunun Fonddan tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 2-2(81)-557/2017 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli, 2-2(103)-32/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 2-2(81)-557/2017 saylı qərardadının ləğv edilməsi və işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 10 iyul 2018-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “X29” ASC tərəfindən MMC üçün onun Gürcüstan Respublikasında fəaliyyət göstərən “X29-Gürcüstan” SC-yə verdiyi SWİFT-lərdə verilmiş Bank xxx iyalarına verilmə müddətlərinin bitməsi səbəbindən xitam verilmiş hesab edilməsini, müddəti bitmiş xxx iyalara görə tələbin əsassız olmasını, borcun bağlanmasını və “X29” ASC tərəfindən ödənilmiş vəsaiti n dondurulmuş kimi xüsusi hesabda saxlanmasını nəzərə alaraq bu əmlaklardan X16 məxsus xxx mənzilinin, X8 məxsus xxx xxx mənzilinin, X6 məxsus ünvan 3 ünvanda yerləşən 68.2 kv.m qeyriyaşayış sahəsinin üzərindən yüklülüyün götürülməsi və ipotekadan azad olunması, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barəsində qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onuna əsaslandırılmışdır ki, iddiaçı, Gürcüstan Respublikasının Bələdiyyələrin İnkişaf Fondu tərəfindən 2014-cü ildə keçirilən tenderlərdə iştirak etmiş və bu tenderlərin ikisinin qalibi olmuşdur. 15 oktyabr 2014-cü il tarixdə X2 Fondu ilə MMC arasında EİB/WİMP11/W/NCB/03-1 saylı “X27 yenidən qurulması” layihəsi üzrə 1488642,2 Gel dəyərində və yenə 15 oktyabr 2014-cü il tarixdə EİB|WİMP11/W/NCB/14-1 saylı “X30 yenidən qur ulması” layihəsi üzrə 1588162,28 GEL dəyərində 2 ədəd müqavilə bağlanılmışdır. İmzalanmış müqavilələr üzrə “X28 yenidən qurulması” (NCB 03-1) müqaviləsi üzrə 11 aylıq müddətə 446592,65 GEL avans zəmanəti 15.09.2015-ci il tarixə kimi kontraktın dəyərinin 10% həcmində, yəni 148864,22 GEL icra zəmanəti isə 24 ay müddətinə 15 oktyabr 2016-cı il tarixinə qədər olmaq şərti ilə və 2-ci müqavilə olan “X31 yenidən qurulması” (NCB 14-1) müqaviləsi üzrə 317632,57 GEL avans zəmanəti 10 aylıq müddətə 15.08.2015-ci il tarixə kimi, konktraktın dəyərinin 10% həcmində, yəni 158816,22 Gel icra zəmanəti isə 22 ay müddətinə 15 avqust 2016-cı il tarixinə qədər olmaq şərti ilə Bank xxx iyaları işlərin sifarişçisi olan Gürcüstan Respublikası Bələdiyyələrin İnkişafı Fondu tərəfindən tələb olunurdu. MMC bu məqsə dlə “X29” ASC-yə müraciət etmişlər. X26 Respublikasının Tbilisi şəhərində filialı “xxxx” SC fəaliyyət göstərirdi. Bütün bu 4 xxx iya üzrə MMC-yə 1071994,37 Gel kontrxxx iya lazım idi. Buna görə də MMC-dən bank tərəfindən bu xxx iyaların verilməsi üçün girovlar tələb olunmuşdur. İddiaçı, Bankın tələbinə əsasən girov olaraq aşağıdakı əmlakları təqdim etmişdir.

1. X9 məxsus ünvan 1 ünvanda zirzəmidə yerləşən 44.4 kv. metr qeyri-yaşayış sahəsi; 2.X9 məxsus xxx mənzil; 3.X16 məxsus xxx mənzili;

4. X8 məxsus xxx mənzili;

5. X6 məxsus ünvan 3 ünvanda yerləşən 68.2 kv.m qeyri-yaşayış sahəsi. Bu əmlakların təqdim edilməsindən sonra Bank qiymətləndirmə aparmış və həmin əmlaklara ******* Gel müqabilində ekvivalent kimi 560000 AZN qiymət qoyulmuşdur. Halbuki, həmin vaxt 10.10.2014-cü il tarixə 1 AZN- 2 2378 Gel dəyərində idi, Bank işə özünə sərfəli variant kimi 1 AZN-1,9142 GEL kursunu götürmüşdür. Bu isə Bank qanunvericiliyinə ziddir. Bundan sonra əmlak sahiblərinin iştirakı ilə notariusda 10 oktyabr 2014-cü il tarixdə 042-330-14 saylı ipoteka müqaviləsi imzalanmış və təsdiq olunmuşdur. Əmlakların dəyəri 560 000 AZN olmaqla ipoteka müqaviləsinin 1.1 bölməsinə uyğun olaraq qiymətləndirilmişdir. İpoteka müqaviləsinin təsdiqindən sonra Bankla MMC arasında 10 oktyabr 2014-cü il tarixdə 15 saylı müqavilə imzalanmışdır. AR Mərkəzi Bankı tərəfindən 27 yanvar 2016-cı il tarixdə "X29" ASC-nin lisenziyası ləğv olunmuş və Bank həmin ilin 10 may tarixində müflis elan edilmişdir. Ancaq "X29 Gürcüstan" SC özbaşınalıq edərək verilmiş xxx iyaların müddətini heç bir əsas olmadan 15 noyabr 2016-cı il t arixədək uzatmışdır. Halbuki, lisenziyası ləğv olunmuş Bank belə bir hüquqa malik deyildir. Bununla belə, hətta uzadılmış müddət də yekunlaşmış və beləliklə Bank xxx iyalarına xitam verilmişdir. Lakin Bank ipotekalara dair qeydlərin dövlət reyestrindən silinməsi üçün tədbir görməmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2-2(81)-719/18 saylı qətnaməsi ilə (hakim: İ.B.Əhmədov) iddia təmin edilmiş, MA seriyalı, ******* xxx Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X16 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 saylı evin 25 xxx mənzili, MA seriyalı, ******* xxx Hüquqları n Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X8 məxsus olan xxx mənzili və RX seriyalı, ******* xxx Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərindən yüklülüyün götürülməsi və həmin daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması məqsədilə lazımı hərəkətlərin edilməsi vəzifəsi cavabdeh ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”na həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə təminat altına alınmış bank xxx iyalarının verilmə müddəti bitdiyindən və xxx iyanın qüvvədə olduğu müddət ərzində cavabdehin iddiaçıya qarşı hər hansı reqress tələb hüququ yaranmadığından tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində ipotekaya dair aparılmış qeyd artıq həqiqi vəziyyəti əks etdirmir və dövlət reyestrindən çıxarılmalıdır. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-613/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: Ü.A.Mayılov və V.T.Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-719/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-66/2018 saylı, 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərtinə görə, apelyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassız və qanunsuzdur. Odur ki, həmin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, ləğv prosesində olan “X29” ASC 30.01.2018-ci ildə cavabdeh İddiaçı MMC-yə qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri 2 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iş icraata qəbul edilmiş, lakin iddiaçı üzrlü səbəblərdən məhkəmə iclasında iştirak də bilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra, iddiaçı tərəfindən icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13.06.2018-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bununla yanaşı, ləğv prosesində olan “X29” ASC tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə sözügedən işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət təqdim olunmuşdur. Məhkəmə isə vəsatəti təmin etməmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin iş üzrə icraatın təzələnməsi barədə qərardadının ona təqdim olunmasını gözləmədən İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul etmişdir. Ba nk öz növbəsində iş üzrə əhəmiyyətli hesab olunan materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iş üzrə lazımi qaydada iştirak edə və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə həmçinin qeyd edilir ki, birinci instansiya məhkəməsində olduğu kimi apelyasiya instansiya məhkəməsi də işə düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə və qüvvədə olan qanunvericilik aktı müddəalarına əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və direktoru kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs A.Hüseynzadə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, “X29” ASC (“xxx ”) ilə İddiaçı MMC (“xxx ”) arasında bağlanmış bank xxx iyasının verilməsi barəsində 10.10.2014-cü il tarixli, 15 saylı müqaviləyə əsasən, “xxx ”, “X29-Gürcüstan” SC-yə veriləcək Bank xxx iyasına uyğun olaraq X13 Fondu tərəfindən təşkil olunan Duşeti su xəttinin yenidən qurulması (EBİ/WİMP/W/NCB/14-1) işlərinin aparılması üzrə tenderin və Terjola su xəttinin yenidən qurulması (EBİ/WİMP/W/NCB/03-1) işlərinin aparılması üzrə tenderin şərtlərinə “xxx ” tərəfindən əməl edilmədiyi təqdirdə “X29-Gürcüstan” SC tərəfindən ödəniləcək 1 071 994,37 lari məbləğindən artıq olmayan hər hansı məbləği (həmin günə ödəniləcək larinin manata ekvivalentində) “Benefisiar”ın ilk yazılı tələ bi ilə ona ödənilməsinə dair xxx ın xeyrinə bank xxx iyasının verilməsini öhdəsinə götürür. 10 oktyabr 2014-cü il tarixli, 15 saylı “Bank xxx iyasının verilməsi barəsində müqavilə”yə dəyişiklik edilməsinə dair 01 avqust 2015-ci il tarixli Razılaşmaya əsasən, həmin Razılaşma ilə 10 oktyabr 2014-cü il tarixli, 15 saylı bank xxx iyasının verilməsi barəsində müqavilənin 1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “xxx ”, “X29-Gürcüstan” SC-yə veriləcək bank xxx iyasına uyğun olaraq, X13 Fondu tərəfindən təşkil olunan Duşeti su xəttinin yenidən qurulması (EBİ/WİMP/W/MCB/14-1) işlərinin aparılması üzrə tenderin və Terjola su xəttinin yenidən qurulması (EBİ/WİMP/W/NCB/03-1) işlərinin aparılması üzrə tenderin şərtlərinə “xxx ” tərəfindən əməl edilmədiyi təqdirdə “X29-Gürcüstan” SC tərəfindən ödəniləcək 1 230 158,0 lari məbləğindən artıq olmayan hər hansı məbləği (həmin günə ödəniləcək larinin manata ekvivalentində) “Benefisiar”ın ilk yazılı tələbi ilə ona ödənilməsinə dair “xxx ”ın xeyrinə bank xxx iyasının verilməsini öhdəsinə götürür. “X29” ASC (“xxxx”), MMC (“xxx ”) və X12 (“İpoteka qoyan”), X24(“İpoteka qoyan”), X11(“İpoteka qoyan”) və X10(“İpoteka qoyan”) arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli, 042-330-14 saylı ipoteka müqaviləsinə əsasən, 09 oktyabr 2014-cü il tarixli, 15 saylı bank xxx iyasının verilməsi barəsində müqavilənin təminatı üçün xüsusi mülkiyyət hüququ əsasında “İpoteka qoyanlar”a məxsus aşağıda qeyd olunan daşınmaz əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: xxx xxx binanın zirzəmisində 44.4 kv.m qeyri-yaşayış sahəsi; Bxxx xxx 3 otaqlı 56 xxx mənzil, xxx mənzili; xxx yerləşən 127 xxx evin 1 otaqlı 52 xxx mənzili; ünvan 4 ünvanda yerləşən 68.2 kv.m. qeyri-yaşayış sahəsi. MA seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, xxx xxx mənzili X14 xüsusi mülkiyyətindədir; MA seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, xxx mənzili X4 xüsusi mülkiyyətindədir; RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. “X29” ASC tərəfindən “X29 - Gürcüstan” SC - nin ləğvedicisinə ünvanlanan D/2199 nömrəli, 29 sentyabr 2016-cı il tarixli məktubdan görünür ki, 08.09.2016-cı il tarixli 41 saylı məktuba cavab olaraq bildirilir ki, 15.10.2014-cü il tarixli LG-KAİNAT-CDB/1 və LGKAİNAT-CDB/3 saylı zəmanət məktublarına əsasən 436 238,0 və 34,0 lari məbləğində kontr-zəmanətlər üzrə ödəniş haqqında xahişi yerinə yetirmək mümkün deyildir. Çünki bu zəmanət məktublarının fəaliyyət müddəti 15 mart 2016-cı il və 01 iyul 2016-cı il tarixində bitmişdir. (LG-KAİNAT-CDB/1-15.03.2016-cı ilədək və LG-KAİNAT-CDB/3 01.07.2016-cı ilədək); 17 noyabr 2016-cı il tarixli mədaxil qəbzinə əsasən, X19 tərəfindən ləğv prosesində olan “X29” ASC-yə MMC-nin 13.10.2014-cü il tarixli 15 saylı xxx iya müqaviləsi üzrə öhdəliyinin qismən ödənişi olaraq 185.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. “X29” ASC tərəfindən deyil, “X29” Gürcüstan SC tərə findən X13 Fonduna iddiaçının xeyrinə aşağıdakı bank xxx iyaları verilmişdir: 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.001 saylı İcra Bank xxx iyasından görünür ki, Duşeti su təchizatı sisteminin bərpa edilməsi müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasının təmini üsulu kimi “X29 - Gürcüstan” SC 15 avqust 2016-cı il tarixə kimi X13 Fonduna 158 816,0 lari məbləğində xxx iya vermişdir; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.001 saylı İcra Bank xxx iyasına 15 avqust 2016-cı il tarixli, 1 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 15 noyabr 2016-cı ilədək uzadılmışdır; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.002 saylı X15 görünür ki, Duşeti su təchizatı sisteminin bərpa edilməsi müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasının təmini üsulu kimi “X29-Gürcüstan” SC X13 Fonduna 317 632,0 lari məbləğində xxx iya vermişdir; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.002 saylı X22 05.08.2015-ci il tarixli, 1 saylı Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 17.06.2016-cı ilədək uzadılmışdır; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.002 saylı X22 16.06.2016-cı il tarixli, 2 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 31.08.2016-cı ilədək uzadılmışdır; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.003 xxx İcra Bank xxx iyasından görünür ki, Terjola su təchizatı sisteminin bərpa edilməsi müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasının təmini üsulu kimi “X29” Gürcüstan SC X13 Fonduna 15.10.2016-cı ilədək 148 864,0 lari məbləğində xxx iya vermişdir; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.003 saylı İcra Bank xxx iyasına 03.08.2015 -ci il tarixli, 1 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının məbləği artırılaraq 195 284,20 lariyə çatdırılmışdır; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.004 saylı X15 görünür ki, Terjola su təchizatı sisteminin bərpa edilməsi müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasının təmini üsulu kimi “X29” Gürcüstan SC X13 Fonduna 446 593,0 lari məbləğində xxx iya vermişdir; 15 oktyabr 2014-cü il tarixli, SAT. 0002349.004 saylı X22 03.08.2015-ci il tarixli, 1 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 01.03.2016-cı il tarixədək uzadılmışdır; 15.10.2014-cü il tarixli, SAT. 0002349.004 xxx X22 24.02.2016-cı il tarixli, 2 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 01.07.2016-cı il tarixədək uzadılmışdır; 15.10.2014-cü il tarixli, SAT. 0002349.004 xxx X22 30.06.2 016-cı il tarixli, 3 xxx Əlavədən görünür ki, həmin bank xxx iyasının müddəti 31.08.2016-cı il tarixədək uzadılmışdır; SWİFT kodlaşdırılan ödəniş sənədlərindən aydın olur ki, “X29” ASC tərəfindən “X29Gürcüstan” SC-yə sonuncunun verdiyi bank xxx iyalarının təminatı kimi kontr-xxx iyalar təqdim edilmişdir. İddiaçı MMC-nin X2 Fondu ilə bağladığı 15 oktyabr 2014-cü il tarixli “X27 yenidən qurulması” və “X30 yenidən qurulması” müqavilələri üzrə öhəliklərinin icrasının təmini üsulu kimi “X29-Gürcüstan” SC tərəfindən tarixləri yuxarıda qeyd olunan müvafiq bank xxx iyaları verilmişdir. “X29-Gürcüstan” SC isə öz növbəsində, 15 oktyabr 2014-cü il tarixli müqavilələr üzrə iddiaçının öhdəliklərini icra etməməsi halında X2 Fonduna (yəni benefisiara) ödəyəcəyi pul məbləğini iddiaçıdan əldə etməsinin təm inatı kimi öz növbəsində bank xxx iyası (bu halda, kontr-xxx iya adlanır) tələb etmiş və iddiaçı (yəni xxx ) də “X29” ASC (yəni xxx ) ilə bu barədə məlum bank xxx iyasının verilməsinə dair 15 saylı müqaviləni imzalamışdır. “X29” ASC-nin kontr-xxx iya üzrə tələbin daxil olması halında ödəyəcəyi pul məbləğini İddiaçı MMC-dən geri ala bilməsini təmin etmək məqsədilə 042-330-14 saylı, 10 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsini bağlamışlar. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasın ı təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi xxx iyanı öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi nəzərdə tutur. xxx iyaya əsasən xxx (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (xxx ın) xahişi ilə xxx ın kreditoruna (benefisiara) xxx iya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Məcəllənin 487.1-ci (“xxx ın benefisiar qarşısında xxx iyada nəzərdə tutulan öhdəliyi xxx iya verilmiş məbləğin öd ənilməsi ilə məhdudlaşır.”) və 489.1-ci (“xxx ın xxx iya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini xxx dan reqres qaydasında tələb etmək hüququ xxx la prinsipialın icrası üçün xxx iya verilmiş razılaşması ilə müəyyənləşdirilir.”) maddələri isə, xxx ın öhdəliyinin hədləri və xxx a qarşı reqress tələblərinə dair münasibətləri tənzimləyir. Məcəllənin 488.1.2-ci maddəsi isə, müəyyənləşdirilmiş müddətin qurtarmasını xxx iya öhdəliyinə xitam verilmə əsası kimi təsbit edir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən əsaslı olaraq müəyyən edilmişdir ki, işin materiallarında “X29” ASC-nin kontr-xxx iya üzrə benefisiara hər hansı məbləğdə pul ödəməsinə, başqa sözlə, bankın (xxx ın) MMC-yə (xxx a) reqress tələbinə malik olmasına dair sübut mövcud d eyildir. Digər tərəfdən, yuxarıda adı çəkilən kontr-xxx iyalar üzrə onların verilmə müddətləri bitmişdir və bu müddətlərin yenilənməsi də “X29” ASC-nin müflis elan olunması səbəbindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinin tələbləri baxımından istisna edilir. Həmin normanın tələbinə görə, Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Göründüyü kimi, kontr-xxx iyaların verildiyi müddət üzrə “X29” ASC-nin MMC-yə qarşı reqress tələb hüququ əmələ gəlməmişdir; eyni zamanda, artıq sözügedən kontr-xxx iyalar üzrə müddət keçdiyindən (hətta bankın müflis olmasını diqqətə almasaq belə) benefisiarın ödəniş etmək barədə tələbindən bank tərəfindən imtina edilməlidir (MM, m. 486.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 488.1 və 488.1.2-ci maddələrinə əsasən, xxx iyada müəyyənləşdirilmiş müddət qurtardıqda xxx ın benefisiar qarşısında xxx iya üzrə öhdəliyinə xitam verilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iş üzrə tərəflər arasında 10 oktyabr 2014-cü il tarixli, 15 saylı müqavilə üzrə bankın reqress tələb hüququnun yaranmasının qeyri-mümkünlüyü və müddətin bitməsi səbəbindən kontr-xxx iyaya xitam verilmişdir. xxx iya (kontr-xxx iya) müqaviləsi üzrə öhdəliyə xitam verilməsi ilə həmin müqavilə üzrə öhdə liklərin icrasının təmini üsulu olaraq bağlanmış ipoteka müqaviləsinə də xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Başqa sözlə, ipoteka hüququnun əlavə (aksessor) xarakteri onun mövcudluğunu əsas öhdəliyin mövcudluğuna bağlı edir və bunun məntiqi davamı kimi, əsas öhdəliyin xitamı ipotekanın da xitamına səbəb olur. Bu hal, “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsində də nəzərdə tutulmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: xxxx və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öh dəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5). Həmin Qnunun 15-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı xxxxın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı xxxxın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kontr-xxx iya öhdəliyinin təminatı olan ipotekaya xitam verilməsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələbindən irəli gəlir. “İpoteka haqqında” Qanunun 48.2-ci maddəsi, xxxxın üzərinə ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmək öhdəliyini qoymuşdur. Bu öhdəlik birbaşa olaraq qanundan irəli gələn öhdəlikdir və icrası iddiaçı tərəfindən məhkəmə qaydasında tələb oluna bilər. Cavabdeh apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, ləğv prosesində olan «X29» ASC 30 yanvar 2018-ci ildə cavabdeh «xxxx» MMC-yə qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etm işdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sözügedən işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət təqdim olunmuşdur. Məhkəmə isə vəsatəti təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə icraatın təzələnməsi barədə qərardadının ona təqdim olunmasını gözləmədən iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bank öz növbəsində iş üzrə əhəmiyyətli hesab olunan materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim etdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iş üzrə lazımi qaydada iştirak edə və sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən tərəflərə sübutların təqdim olunması üçün vaxt verilmiş, lakin iddianın hüquqi həllinə təsir edəcək, o cümlədən kontr-xxx iya üzrə cavabdeh Bank tərəfindən ödənişlərin aparılmasını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılan iddia tələbinə gəldikdə, işin materiallarına əlavə edilmiş 30 yanvar 2018-ci il tarixli iddia ərizəsindən və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” həmin iddia ərizəsi ilə müraciət edərək, “X29” ASC tərəfindən deyil, “X29-Gürcüstan” SC tərəfindən verilmiş xxx iyalar benefisara (X2 Fonduna) aparılan ödənişlərin, 786.338,29 lari məbləğində əsas borcun, 9.314,41 lari faiz borcunun, ümumilikdə 795.652,70 lari borcun tutulmasını, tutmanın “X29” AS-nin iddiaçı ilə bağladığı 042-330-14 saylı, 10 oktyabr 2014-cü il ta rixli ipoteka müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinə yönədilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi hazırki iddia tələbini əsaslandıraraq həmçinin ona istinad etmişdir ki, Gürcüstan Milli Bankının vitse-prezidentinin 02 sentyabr 2016-cı il tarixli sərəncamı ilə “X29-Gürcüstan” SC-nin bank fəaliyyəti barədə lisenziyası ləğv edilmiş və onun ləğvetmə prosesinə başlanılmışdır. Bununla belə, “X29-Gürcüstan” SC-nin ləğvedicisi tərəfindən icra müddəti bitmiş xxx iyalar üzrə ödənişlər aparılmışdır. Həmin ödənişlərlə bağlı Gürcüstan Respublikasında iddiaçıya qarşı tələb irəli sürülmüşdür. “X29-Gürcüstan” SC və “X29” ASC ayrı-ayrı hüquqi şəxslər olduğu üçün hə min ödənişlərin iş üzrə cavabdehə hər hansı aidiyyəti yoxdur. İşdə olan, Gürcüstan Milli Bankının vitse-prezidentinin 02 sentyabr 2016-cı il tarixli sərəncamından aydın olur ki, “X29-Gürcüstan” SC-nin bank fəaliyyətinə lisenziyası ləğv edilmiş və onun ləğvetmə prosesinə başlanılmışdır Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ipoteka ilə təminat altına alınmış bank xxx iyalarının verilmə müddəti bitdiyindən və xxx iyanın qüvvədə olduğu müddət ərzində cavabdehin iddiaçıya qarşı hər hansı reqress tələb hüququ yaranmadığından tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində ipotekaya dair aparılmış qeyd artıq həqiqi vəziyyəti əks etdirmir və dövlət reyestrindən çıx arılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddianın əsaslı olmasına dair düzgün nəticəyə gəldiyindən, iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahis əli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ləğv prosesində olan “X29” ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-613/2018 saylı 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar