Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-325/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə Qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi) Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra–“iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 2-2(103)-103/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.
2. Cavabdeh tərəfindən iddiaçının yerləşdiyi ünvana baxış keçirilməsi nəticəsində tərtib olunmuş 2017-ci il 25 may tarixli 2 nömrəli akta əsasən, Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında yerləşən MTK-nın qazanxanasına daxil olan xətlər d=125mm; d=50mm-dir. MTK-nın qazanxanasına d=50 mm-lik boru ilə aylıq hesabat gedib. D=125 mm-lik su xəttinin hesablanması və sayğacın qoyulması məqsədə uyğundur. Akt tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır. 3. 2017-ci il 25 may tarixli iddiaçı tərəfindən tərtib olunmuş qeyri-qanuni istifadə nət icəsində itirilmiş su hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva 55 ünvanında yerləşən iddiaçı 67860 kubmetr miqdarında 135720 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan İstifadə” Qaydalarının (bundan sonra – “Qaydalar”) 8.7-ci bəndinə əsasən, əlavə sərfiyyat hesablanmış, dəymiş ziyanın məbləğinin abonent tərəfindən ödənilməsinin məcburi olduğu qeyd olunmuşdur.
4. Cavabdeh tərəfindən tərtib olunmuş 2017-ci il 29 may tarixli MXD-3942 nömrəli inventar aktına əsasən, Bakı şəhəri, Z.Əliyeva 55 ünvanında yerləşən MTK-nın qazanxanasına baxış keçirilən zaman qazanxanaya daxil olan xəttin diametrinin 125 mm olduğu müəyyən edilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 2021-ci il 7 iyul tarixli pretenziya məktubundan görünür ki, iddiaçıya hesablanmış 135.720 manat borcun silinməsi tələb edilmiş, əks halda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2021-ci il 14 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 135.720 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2017-ci il tarixli MXD-3942 saylı akta əsasən, iddiaçıya 135.720 manat borc yazılmışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilən aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus binanın qazanxanasına çəkilən xəttin diametri 125 mm-ə bərabər olsa da, su istismarının hesablanması 50 mm diametri olan boruya uyğun olaraq hesablanmışdır. Bu səbəbdən, cavabdeh istismar edilmiş suyu 125 mm diametri olan boruya uyğun olaraq hesablamış və iddiaçının üzərinə 135.720 manata bərabər 67860 kub metr sərfiyyat yazmışdır. Cavabdeh tərəfindən boruların heç birində hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir. Belə ki, şirkətlərə məxsus qazanxanaya 125 mm diametrlik hər hansı boru gəlmir. Yalnız qazanxananın daxilinə qızdırma prosesi üçün 125 mm-lik sink (metal) trubalar istifadə olunmuşdur. Cavabdeh təşkilatın tərtib etdiyi akta əlavə olunmuş borunun fotoşəklindən görünür ki, qeyd olunan boru ümumiyyətlə 20 mm diametrdir. Bu isə bir daha onu sübut edir ki, tərtib edilmiş ak t özündə həqiqəti əks etdirmir. Bundan başqa, qazanxananın yerləşdiyi binaya daxil olan su xəttinin üzərində su sayğacı 2012-ci ildə quraşdırılıb və hal-hazırda da mövcuddur. Ona görə də sayğacdankənar istifadə kimi qeyd oluna bilməz.
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməklə, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2005-ci il 1 sentyabr tarixində 053821 nömrəli "su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair" qeyri-əhali abonenti kimi müqavilə bağlanmışdır. MTK-ya 2008-ci il 3 may tarixində d=50mm borulu STV markalı su sayğacı quraşdırılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış s ayğacın göstəricilərinə uyğun qaydada cavabdehə ödəyir. Cəmiyyətin əməkdaşları tərəfindən iddiaçıya məxsus MTK-ya baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı diametri 125 mm-lik xətt vasitəsilə sudan qeyri-qanuni (sayğacdan kənar) istifadə etmişdir. 2017-ci il 29 may tarixində MXD-3942 saylı inventar akt tərtib edilmişdir. Mövcud olan bütün qanun pozuntuları video yazı və fotoşəkillər vasitəsilə sübut kimi qeydə alınmışdır.Video sübutdan da göründüyü kimi, MTK-nın qazanxanasında d=50mm olan borudan əlavə d=125mm olan borudan da istifadə edilir. Buna baxmayaraq, iddiaçıya təkcə d=50mm olan boru ilə aylıq hesabat verilib. 2017-ci il 25 may tarixli aktda MTK-da hər iki borunun mövcudluğu qeyd olunmuş və bu fakt MTK-nın nümayəndəsi (Mustafayev Şahmurad) tərəfindən də akt imzalanmaqla təsdiq olunmuşdur. Bu səbəbdən, d=125-lik borunun MTK-da olması işin mübahisəsiz halıdır. Həmin tarixdən etibarən iddiaçıya hər iki boru vasitəsilə hesabat verilir. Belə ki, d=125mm olan boruya görə hesabat Qaydalara əsasən, borunun en kəsiyinə uyğun hesablanır. Bundan əlavə, iddiaçı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarla r tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Mənzil Tikinti Korporativləri isə heç bir halda sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və sahibkar hesab edilə bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 oktyabr tarixli e-2-2(113)3680/2021saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya əsassız olaraq hesablanmış 135.720 (bir yüz otuz beş min yeddi yüz iyirmi) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməs i qət edilmişdir (hakim–Ü.Həsənova).
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Z.Əliyeva 55 ünvanında yerləşən iddiaçıya məxsus ünvana baxış keçirilmiş, baxış nəticəsində həmin ünvanda yerləşən MTK-nın qazanxanasına daxil olan su xətlərinin diametri 50 mm-lik boru ilə getməli olduğu halda, 125 mm olan boru ilə getdiyi aşkar olunmuş, bu səbəbdən də iddiaçıya əlavə sərfiyyat yazılmışdır.
12. Cavabdeh tərəfindən akta fotoşəkillər və videoyazı əlavə edilsə də, göstərilənlərdə həmin boru xətlərinin məhz iddiaçıya məxsus ünvana aid olmasını, həmin boru xətlərindən qanunsuz istifadə edilib-edilmədiyini müəyyən etmək olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz.
13. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizat ı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən, həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
14. Məhkəmə cavabdehin yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməməsinin səbəbi kimi istinad etdiyi iddiaçının sahibkarlıq subyekti olmaması ilə bağlı dəlilini əsassız hesab edərək bildirmişdir ki, internet vergi idarəsində kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, iddiaçının təşkil ati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 43.5, 64.1, 64.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 3 noyabr tarixli, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli Qərar larına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı”iş üzrə 2007-ci il 26 iyun tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarlarına, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinəistinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmi n qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli 2-2(103)-103/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və V.Baxışova).
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. 2017-ci il 29 may tarixində MXD-3942 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən, qazanxan aya daxil olan su xətlərinin diametri 50 mm-lik boru ilə getməli olduğu halda, 125 mm olan boru ilə getdiyi aşkar olunmuşdur. Həmin akt əsasında əlavə 67860 m3 miqdarında suyun dəyərinin ödənilməsi qərara alınmış və iddiaçıdan 135720 manatın ödənilməsi tələb olunmuşdur.
19. Cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən 50 mmlik boru əvəzinə daha böyük 125 mm olan boru ilə su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, bu halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
20. Cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
21. Belə olan halda isə iddiaçıdan həmin yoxl ama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. Çünki, istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il15 fevral tarixli Fərmanı ilə tə sdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə, MPM-in 77.1-ci maddəsinəi stinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 yanvar tarixində iddiaçının nümayəndəsi və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
24. Cavabdeh 2022-ci il 4 fevral tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 212.86 manat dövlət rüsumunun iddiaçıdan tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 1096 və 1097.1-ci maddələrinin tələblə ri pozulmuşdur-iddiaçı sayğacdankənar d=125 mm-lik boru vasitəsi ilə qanunsuz qoşulma edərək sudan qeyriqanuni istifadə etmiş, bunun nəticəsində cavabdehə 135.720 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği Qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. 26. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “Qanun”) 67.1-ci və 72-ci maddələrinin tələbləri pozulmuş, iş üzrə qeyd olunan maddi hüquq normaları tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir.
27. Həmin Qanunun 50-ci maddəsinin 2-ci bəndinin tələbi pozulmuşdur-cavabdehin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış həmin qanunun tələblərinə riayət edilməklə həyata keçirilmişdir.
28. Qaydaların 3.1.1, 6.1, 8.7-ci bəndlərinin tələbləri pozulmuşdur-Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını cavabdeh həyata keçirir. Cavabdeh balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Cavabdeh hesab edir ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinin tələbi pozulmuşdurBirinci instansiya məhkəməsinin cavabdehin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır.
30. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəməyə ca vabdeh tərəfindən sayğacın 2021-ci il 23 iyun tarixli inventarizasiya aktı və video görüntü təqdim edilmişdir. Həmin sübutlarda su sayğacından kənar qeyri-qanuni su xəttinin mövcudluğu (kənar xəttin iş diametri 125-mm-lik) açıq aşkar görünür. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməməklə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətindən də göründüyü kimi cavabdeh maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şikayətində qeyd etməmiş və yalnız normaları sadalamaqla kifayətlənmişdir.
33. Bundan başqa, kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin nümayəndələri obyekt sahibinin icazəsinə əsasən obyektə daxil olmuş və bu səbəbdən də yoxlama məlumatlarını sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə əlavə etməyə zərurət yaranmamışdır. Buna münasibətdə iddiaçı qeyd edir ki, qanunsuz yoxlama iddiaçıya məxsus obyektdə aparılmış və onun tərəfindən yoxlamanın keçirilməsinə əvvəlcədən heç bir razılıq verilməmişdir. Yoxlama keçirilən vaxt və hazırda da iddiaçının qanuni nümayəndəsi X1r, onun isə heç bir yerdə yoxlamanın keçirilməsinə etiraz etməməsi ilə bağlı yazılı razılığı və ya imzası yoxdur. Tərəfin istinad etdiyi Qanunun 50-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, “obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə” su idarəsinin ə məkdaşları obyektə daxil ola bilər. Cavabdeh tərəfindən isə obyektə daxil olmaqda məqsəd hər hansı işi aparmaq olmamış və iş aparılmamışdır.
34. Kassasiya şikayətində Qaydaların 6.1-ci bəndinə istinad edərək yoxlamanın balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xəttində həyata keçirildiyini bildirilsə də, həmin balans mənsubiyyəti sərhədinin hardan başlanması haqqında heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. H azırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan R espublikasının Qanunununmüvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:... 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;...” 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməninmüvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanı n qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”
40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir (bax yuxarıda § 38-39). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği 2017-cu il 29 may tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış nəticəsində tər tib olunmuş akta əsasən hesablanmışdır.
43. İddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31.2, 31.2.3-cü maddələrinə istinad olunaraq qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində aparılacaq yoxlama, Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeyd alınmadan aparılmışdır. Ona görə də, həmin yoxlamanın hüquqi qüvvəsi nəticəsi yoxdur, iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsini qanunve riciliyin qeyd olunan tələblərinə uyğun hesab edir.
45. Cavabdeh kassasiya şikayətində yoxlama deyil, iddiaçının su təchizatı sisteminə cari baxış keçirildiyini göstərsə də, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin (bax yuxarıda § 39) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edi lməsi müəyyən edilmişdir. Baxılan iş üzrə isə həmin tələblərə əməl edilməmişdir. Bu baxımdan Kollegiya kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair digər dəlilləri üzrə hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab etmir.
46. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda § 40).
47. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kas sasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli 2-2(103)-103/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov