Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-326/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı hesablanmış “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 mart tarixli 2- 2(104)-30/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ ş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanaya qaz verilişinin dayandırılması səbəbindən vurulmuş ziyan olaraq 442.927 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli e-2-2(115)-28/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 200.000 manat vəsait tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Vəliyev).
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apel lyasiya instansiya məhkəməsindəki ilk icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 6 iyun tarixli 2-2(104)-97/2022 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunmaması qət edilmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.İsgəndərova).
5. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin isə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. a) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 7 dekabr tarixli 2-2(102)-651/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2022-ci il 6 iyun tarixli 2-2(104)-97/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Həsənov). b) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 12 may tarixli 2-2(104)-109/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunmaması qət edilmişdir (sədrlik edən – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və İ.Həsənov).
8. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, apellyasiya instansiyası məhkəməsində toplanmış sübutlar əsasında iş üzrə birinci instansiya məhk əməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 27 sentyabr tarixli 2-2(102)-539/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2023-cü il 12 may tarixli 2-2(104)109/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim – N.Nurməmmədov, hakimlər – Z.Babayev və A.Hüseynov). a) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(104)-30/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov və M.Mustafayev).
11. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli 2-2(104)-30/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Bu gecikmənin səbəbi isə kassasiya şikayətinin hazırlanıb təqdim edilməsinə təsir edən ami llərlə – şikayət mətninin həcmli olması və "Elektron Məhkəmə Sistemi"ndə yaranmış texniki nasazlıqla bağlı olmuşdur. Şikayətçinin iradəsindən asılı olmayan bu hallar prosesual hüququn həyata keçirilməsinə mane olmuşdur. Mövcud vəziyyət nəzərə alınaraq, prosessual müddətin bərpası və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 7 mart tarixli 2-2(104)-30/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti isə geri qaytarılmışdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.Bayramov və M.Mustafayev).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ, o cümlədən apell yasiya və kassasiya instansiyalarında müdafiə imkanı təmin edilməlidir. Bununla belə, bu hüquq prosessual şərtlərlə məhdudlaşır və qərardan kassasiya şikayəti yalnız müəyyən olunmuş müddətdə verilə bilər. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli qətnaməsi cavabdehin elektron kabinetində 2024-cü il 23 oktyabr tarixində yerləşdirilmiş, lakin kassasiya şikayəti yalnız 2025-ci il 26 fevral tarixində təqdim edilmişdir. Beləliklə, şikayət qanunla müəyyən olunmuş müddət buraxılmaqla verilmişdir.
15. Həmçinin məhkəmə müəyyən etmişdir ki, prosessual müddətin buraxılmasının üzrlü hesab olunması üçün ərizədə əsaslı səbəblər göstərilməmişdir. Bu səbəbdən müddətin bərpası üçün hüquqi əsaslar mövcud deyil.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 128.3, 135.8 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilərək prosesual müddətin bərpa olunmasına dair və kassasiya şikayətinin icraata qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MPM-in 133.1 və 133.6-cı maddələri üzrə - məhkəmə tərəfindən prosessual müddətin bərpa edilməməsi əsassız olmuş, ərizədə göstərilmiş iş yükü və texniki nasazlıq kimi obyektiv hallara lazımi hüquqi qiymət verilməmişdir. Bununla da, cavabdehin kassasiya instansiyasında hüquqlarını müdafiə etmək imkanı əsassız olaraq məhdudlaşdırılmışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti. 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
24. Kassasiya şikayətində g östərilən dəlillər də əsaslı hesab edilə bilməz.
25. Belə ki, MPM-in 133.1-ci maddəsinin tələblərinə görə prosessual müddətin bərpası yalnız buraxılmış müddətin üzürlü səbəblərlə əsaslandırılması halında mümkündür. Lakin cavabdehin ərizəsində göstərilən “iş həcminin çoxluğu” heç bir halda kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddətin ötürülməsini əsaslandıra biləcək üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
26. Cavabdehin ərizəsində göstərilən “elektron sistemdə texniki nasazlıq” kimi əsaslandırma isə sübuta yetirilməmiş, bu barədə hər hansı bir rəsmi sənəd və ya sübut təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslər fəaliyyətlərində prosessual hüquqlarının həyata keçirilməsinə məsuliyyətlə yanaşmalı, zəruri hallarda hüquqşünas və ya vəkil cəlb etməklə məhkəmə proseslərində vaxtında iştirak etməlidirlər. Məhkəmə müdafiəsi hüququ mütləq deyil, qanunla müəyyən edilmiş prosessual şərtlərlə məhdudlaşa bilər. Bu baxımdan, qanunla nəzərdə tutulmuş müddətə əməl olunması hüquqi müəyyənliyin və ədalət mühakiməsinin təmin olunması baxımından zəruridir.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 7 mart tarixli 22(104)-30/2024 nömrəli qərardadı dəyişdirilmədən saxla