Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-327/2018) Bakı şəhəri 08 avqust 2018-ci il Giriş hissə 08.08.2018 Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, R.Sarıyevin katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı 33227,88 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iqtisadi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2-2(105)-21/2018 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 15184,83 manat borcun və 31 manat dövlət rüsumunun, cəmi 15215,83 manat məbləğində pul vəsaitinin, sonradan isə iddiaçının nümayəndəsi iddia tələbinin həcmini artıraraq cavabdehdən 15184,83 manat borcun və 18012,05 manat məbləğində cərimənin, 31 manat dövlət rüsumunun, cəmi 33227,88 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2-2(85)278/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı-nin xeyrinə 15184,83 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə v ə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 15714,83 manat məbləğində pul vəsaiti tutulmuş, iddia qalan hissədə rədd edilmişdir (hakim İ.Quliyev). İş dəfələrlə yuxarı instansiya məhkəmələrində məhkəmə baxışının predmeti olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2-2(105)-21/2018 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi Z.Məmmədov, hakimlər T.Məmmədov və A.Abbasov) cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnam əsinin ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 26 yanvar 2012-ci il tarixdə İddiaçı ilə nisyə malların alınıb satılması barədə qarşılıqlı razılıq ilə müqavilə imzalamışdır. Götürülmüş malların dəyəri hər zaman vaxtlı-vaxtında ödənilmişdir. Mallar həmişə onun tərəfindən qəbul edilmiş, o, da malları qəbul etdiyinə dair müvafiq qaimə fakturalara imza etmiş və bu qaimə-fakturalar əsasında da ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2013-cü il tarixli 620713 saylı qaimə-faktura saxtadır. Həmin qaimə-fakturada onun adının qarşısındakı imza ona məxsus deyildir. Bunu bilmək üçün i ş materiallarına əlavə olunmuş qaimə faktura üzərində olan imza ilə elə işə əlavə edilmiş müqavilə üzərində olan imzaları müqayisə etmək sübut edər ki, imzalar tam fərqlidir və sənədlərdən hər hansı biri saxtadır, lakin işə baxan məhkəmələr belə əhəmiyyətli bir faktı da gözdən qaçırmışdır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də hər hansı üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edi ldiklərini nəzərə alaraq məhkəmə kollegiyası işə onların iştirakları olmadan kassasiya şikayətinin dəlilləri əsasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi f aktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2-2(105)-21/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01 oktyabr 2015-ci il tarixli, **********719500 saylı Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı hüquqi şəxs olaraq dövlət reyestrində qeydiyyata alınmış, İddiaçı ilə Cavabdeh arasında müxtəlif növ malların alqı-satqısı barədə 26 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, 30 dekabr 2013-cü il t arixli AEO/3 seriyalı 620713 saylı qaimə-faktura ilə İddiaçı tərəfindən cavabdehə 41.212,83 manat məbləğində müxtəlif növ mallar təhvil verilmiş, 26 avqust 2014-cü il tarixli, AEN/12 seriyalı 634323 saylı, 07 iyul 2014-cü il tarixli AEN/12 seriyalı 632964 saylı, 06 oktyabr 2014-cü il tarixli, AEN/12 seriyalı 294182 saylı, 23 aprel 2014-cü il tarixli, AEN/12 seriyalı 292246 saylı, 19 iyun 2014-cü il tarixli, AEN/12 seriyalı 142374 saylı, 25 fevral 2016-cı il tarixli, AEN/13 seriyalı 671539 saylı mədaxil qəbzlərinə əsasən AEO/3 seriyalı 620713 saylı qaimə-faktura ilə təhvil verilmiş mallara görə 26.028 manat məbləğində pul vəsaiti ödənilmiş, İddiaçı-nin Cavabdeh ünvanladığı 04 dekabr 2015-ci il tarixli bildirişlə, Cavabdeh İddiaçı-yə olan borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkə məyə müraciət ediləcəyi bildirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2016-cı il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 136-cı vərəqində olan 28 fevral 2014-cü il tarixli qarşılıqlı üzləşmə aktında “A” soyadı qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuş, 30 dekabr 2011-ci il tarixli AEO seriyalı 620713 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “Cavabdeh” yazıları qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, AEO/3 seriyalı 30.12.2013-cü il tarixli 620713 saylı qaimə-fakturadakı imzanın cavabdehə məxsus olmaması özü-özlüyündə onun həmin mallara görə borc öhdəliyini birmənalı istis na etmir, qaimə-fakturadakı imzanın cavabdehə məxsus olmaması birmənalı qaimə-fakturada qeyd edilmiş malların təqdim edilməməsi anlamına gəlmir və bu hal digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir, cavabdeh apelyasiya şikayətində də AEO/3 seriyalı 30.12.2013-cü il tarixli 620713 saylı qaimə-fakturada qeyd edilmiş malların ona təqdim edilmədiyini mübahisələndirmir, sadəcə olaraq həmin qaimə-fakturada adının qarşısındakı imzanın ona məxsus olmaması səbəbindən AEO/3 seriyalı 30.12.2013-cü il tarixli 620713 saylı qaiməfakturanın saxta olduğunu bildirmiş, cavabdeh 28 fevral 2014-cü il tarixli qarşılıqlı üzləşmə aktında 40.298,35 manat məbləğində borcunun olmasını hansı qaimə-faktura (və ya qaimə fakturalar) əsasında təsdiq etdiyini, həmçinin 20142016-cı illər ərzində iddiaçıya 26.02 8 manat məbləğində etdiyi ödənişləri hansı qaimə-faktura (və ya qaimə fakturalar) əsasında həyata keçirdiyini Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etməli olduğu halda, 2014-2016-cı illər ərzində iddiaçıya 26.028 manat məbləğində etdiyi ödənişləri, həmçinin 40.298,35 manat məbləğində borcunun olmasını təsdiq etdiyi qarşılıqlı üzləşmə aktını mübahisələndirilən AEO/3 seriyalı 30.12.2013-cü il tarixli 620713 saylı qaimə-faktura əsasında icra etmədiyi, başqa hal üzrə icra etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əksinə, iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən də göründüyü kimi, 26.028 manat məbləğində pul AEO/3 seriyalı 620713 saylı qaimə-fakturaya əsasən ödənilmişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, AEO/3 seriyalı 62071 3 saylı qaimə-fakturaya əsasən hazırlanmış seriya HG, 709181 saylı 30.12.2013-cü il tarixli elektron vergi hesab-fakturası Cavabdeh göndərilmiş və həmin elektron vergi hesab-faktura sonuncu tərəfindən oxunmuşdur. Elektron vergi hesab fakturasında təqdim edilmiş malların adı, növü, sayı, toplam qiymət və sair məlumatlar açıq şəkildə göstərilmiş, təqdim edilmiş elektron vergi hesab fakturası ilə bağlı cavabdeh tərəfindən heç bir etiraz bildirilməmiş, həmçinin həmin elektron vergi hesab-fakturasının AEO/3 seriyalı 620713 saylı qaimə-fakturaya əsasən hazırlanması mübahisələndirilməmiş, iş materiallarına əlavə edilmiş mədaxil qəbzləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli “09” yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş“Ciddi hesabat blanklarının tətbi qi və uçotunun aparılması” Qaydalarının tələblərinə uyğun tərtib edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 26 yanvar 2012-ci il tarixli alq-satqı müqaviləsinin 3.1, 3.2, 3.3, 3.4. və 6.4-cü maddələrinə əsasən bu müqavilə üzrə malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. “Satıcı” tərəfındən “Alıcı”ya təqdim olunan məhsulların 14 gün müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. Ödənişi qabaqcadan və ya “Satıcı”dan bilavasitə təhvil alınarkən həyata keçirilməli olan malın dəyəri nağd olaraq və ya nağdsiz qaydada 3 iş günü müddətindən gec olmamaq şərtilə “Satıcı”nın hesablaşma hesabına ödənilir. Müstəsna hallarda tərəflərin qarşıl ıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulan malın dəyərinin ödənişi isə malın alıcı tərəfindən faktiki realizə olunduğu tarixdə (qaimə-fakturada qeyd olunan tarix), lakin bu Müqavilənin 3.2. maddəsinin şərtlərini gözləməklə həyata keçirilir. “Alıcı” malın dəyərinin ödənilməsini özündə müvafıq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və nağd ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. “Alıcı” malların dəyərini nağdsiz qaydada ödədiyi halda, köçürmə sənədlərində malların ona təqdim olunmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir.Bu müqavilə imzalandığı andan qüvvəyə minir və öhdəliklər tam icra edilənədək öz qüvvəsində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı al ıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması” Qaydalarının 3.1, 3.2, 3.3, 3.4 və 3.5-ci bəndlərinə əsasənciddi hesabat blanklarının doldurulması əllə və ya elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilir. Əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidi r. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Korlanmış ciddi hesabat blankının əvəzinə yenisi doldurulur. Ciddi hesabat blankı nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır. Ciddi hesabat blankının əsas hissəsi (əsli) mühasibatlıqda qalır. Ciddi hesabat blanklarında qiymətlər manatla və qəpiklə göstərilməlidir. Apellyasiya məhkəməsi iş materiallarındakı mədaxil qəbzlərinə qərarın tələbləri baxımından hüquqi qiymət verərək qeyd etmişdir ki, mədaxil qəbzlərinin bütün rekvizitləri aydın və səlis xətlə doldurulmuş, rəqəmlər və sözlər oxunur, qaralamalara və düzəlişlərə yol verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2016-cı il tarixli ekspert rəyinə əsasən, 28 fevral 2014-cü il tarixli qarşılıqlı üzləşmə aktında “Aslanov” soyadı qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğunu, iş materiallarındakı mədaxil qəbzlərinə əsasən cavabdeh tərəfindən 26.028 manat məbləğində pulun AEO/3 seriyalı 620713 saylı qaimə-fakturaya əsasən ödənildiyini, mədaxil qəbzlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli “09” yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş“Ciddi hesabat blankl arının tətbiqi və uçotunun aparılması” Qaydalarının tələblərinə uyğun tərtib edildiyini, cavabdehin, 28 fevral 2014-cü il tarixli qarşılıqlı üzləşmə aktında 40.298,35 manat məbləğində borcunun olmasını hansı qaimə-faktura (və ya qaimə fakturalar) əsasında təsdiq etdiyini, həmçinin 2014-2016-cı illər ərzində iddiaçıya 26.028 manat məbləğində etdiyi ödənişləri hansı qaimə-faktura (və ya qaimə fakturalar) əsasında həyata keçirdiyini Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut edə bilmədiyini, həmin qaimə-fakturaya əsasən hazırlanmış və Cavabdeh göndərilmiş 30.12.2013-cü il tarixli elektron vergi hesab-fakturasının sonuncu tərəfindən oxunduğunu və elektron vergi hesab fakturasında təqdim edilmiş malların adı, növü, sayı, toplam qiymət və sair məlumatların açıq şəkildə göstər ildiyini və buna dair cavabdehin hər hansı etirazının olmadığını nəzərə alaraq cavabdehin kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2-2(105)-21/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: G östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2018-ci il tarixli, 2-2(105)-21/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-327/2018
Ali Məhkəmə Qərar — İş №2-2(102)-327/2018
08.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver