Məhkəmə qərarları › İş №2-2(102)-327/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-327/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borc məbləğinin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X1 ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı MMC-nin vəkili X2 və cavabdeh İstehsalat Birliyi vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qa rşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borc məbləğinin silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-179/2020 saylı qətnaməsindən cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “xxxx” MMC ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh arasında 2015, 2016 və 2017-ci illərdə «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə birtipli müqavilə”lər bağlanmışdır.

2. Tərəflər arasında bağlanmış 2326-07-17 saylı müqavilənin 1-ci bəndinə əsasən, qaz paylayıcısı bu Müqavilə ilə müəyyən edilmiş ş ərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

3. İşin materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019cu il tarixli 17938 nömrəli rəyinə görə, tədqiqat nəticəsində cavabdeh İstehsalat Birliyinin iddiaçı MMC-yə təqdim etdiyi hesablar üzrə aşağıdakı uyğunsuzluqlar müəyyən olunmuşdur: -2015-ci ildə - 4.888,30 manat: -2016-cı ildə - 7.641,50 manat; -2017-ci ildə - 13.756,60 manat; -2018-ci ildə (may-avqust) – 17.126,60 manat, ümumilikdə 43.413,00 manat məbləğində artıq borc hesablandığı müəyyənləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “xxxx” MMC cavabdeh Azərbay can Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MMC-yə hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı MMC cavabdeh İstehsalat Birliyi ilə 2015, 2016 və 2017-ci illərdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilələr bağlayaraq qazdan istifadə etmişdir. Müqavilələrin 2.3.1-ci bəndlərinə əsasən iddiaçı MMC qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğundan hər ay hesab fakturada göstərilən pul vəsaitin i tam həcmdə köçürmə üsulu ilə cavabdeh MMC-yə ödəmişdir. Lakin sonradan həmin hesab fakturalara diqqət yetirərkən müəyyən etmişdir ki, MMC-yə əlavə borc hesablanmışdır. Belə ki, həmin illərin hesab fakturalarından məlum olur ki, qaz sayğacının ayın əvvəlinə göstəricisi ayın sonuna olan göstəricidən çıxıldıqda fərq hər dəfə artıq yazılmışdır. İddiaçı MMC tərəfindən Bakı Regional Qaz Satışı Departamentinə müraciət edilərək bildirilmişdir ki, MMC indiyə qədər və bundan sonra da istifadə etdiyi təbii qazın dəyərini tam ödəmiş və ödəyəcək, yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcək, lakin həmin müraciətin müsbət nəticəsi olmamışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim X.İ manov; iş No 2-2(82)-104/2019) iddianın təmin edilməsi; 2015, 2016, 20 1 7 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı MMC-yə hesablanmış 43.413 manat borcun silinməsi vəzifəsinin cavabdeh İstehsalat Birliyinin üzərinə qoyulması qət edilmişdir 7. 1-ci instansiya məhkəməsi qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 01,07.2017-ci il tarixli 2326-07-17 saylı müqavilə üzrə iddiaçı MMC-yə cavabdeh İstehsalat Birliyi tərəfindən 43.413 manat məbləğində artıq borc hesablanmışdır, cavabdeh İstehsalat Birliyi tərəfindən həmin borcun mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm MPM-nin 77.2-ci maddəsi, həm də Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinin 2-ci cümləsinə görə, bu halı sübut etmək vəzifəsi cavabdeh İstehsalat Birliyinin üzərinə düşür.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun “N.Babayevin şikayəti üzrə” xx xxxxxx 2011-ci il tarixli Qərarına əsasən, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və m übahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. 9. 1-ci instansiya məhkəməsi, işin materiallarında olan 2015, 2016 və 2017-ci il və 2018-ci ilin may, iyun, iyul və avqust ayları üzrə hesab fakturalar əsasında qazdan istifadəyə görə hesablanmış və ödənilmiş məbləğlərin iddiaçı MMC-də quraşdırılmış sayğacın göstəricilərinə uyğun olub-olmamasının müəyyən edilməsi, uyğunsuzluq müəyyən edildiyi təqdirdə, həmin dövr üzrə artıq ödənilmiş (və ya borcun) məbləğin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17938 nömrəli ekspert rəyinə görə, xx.xx.2017-ci il tarixli 2326-07-17 saylı müqavilə üzrə iddiaçı MMC-yə cavabdeh İstehsalat Birliyi tərəfindən ümumilikdə 43.413 manat məbləğində artıq borc hesablanmışdır.

11. Rəyin tədqiqi hissəsindən görünür ki, ekspert tədqiqatı zamanı hesablama hər ilə görə ayrılıqda qrafik şəklində izahlı olaraq, sayğacın elektron göstəricsinin ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq əsasında aparılmışdır. Ekspertin gəldiyi nəticənin inandırıcılığı şübhə doğurmur. Bu baxımdan ekspert rəyində gəlinən nəticələri sübut əhəmiyyətli məlumalar kimi qiymətləndirir.

12. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla də qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində olan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh İstehsalat Birliyinin nümayəndəsi göstərilən fərqin sayğacların mexaniki göstə riciləri ilə elektron göstəriciləri arasında fərqin olması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

14. Həmin qətnamədən narazı qalan cavabdeh İstehsalat Birliyi ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova; iş № 22(103)-179/2020) cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanı lması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, cavabdeh İstehsalat Birliyinin iddiaçı MMC-yə təqdim etdiyi 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər təbii qazdan istifadəyə dair hesablarda sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq düzgün hesablanmamışdır.

17. Həlbuki, tərəflər arşında bağlanmış müqavilə şərtlərindən göründüyü kimi, istehlakçı yalnız qaz sayğacının göstəricilərinə əsasən ona hesablanan qazın dəyərini paylayıcının hesabını aldıqdan bir ay ərzində ödəməyə borcludur.

18. İşə əlavə olunmuş, mübahisəndirilən illərə dair iddiaçı MMC-yə təqdim edilən hesablar nəzərdən keçirildikdə, sayğacın ayın əvvəlinə və sonuna olan göstəriciləri arasındakı fərq olduğunu, daha konkret, hər dəfə artırıldığı aydın görünür.

19. Beləliklə də, tədqiq olunan sübutlara əsasən müəyyən olunur ki, iddiaçı MMC-yə cavabdeh İstehsalat Birliyi tərəfindən 2015-2017 və 2018-ci ilin may-avqust aylarında qaz sərfiyyatı düzgün hesablanmamış, ümumilikdə ona 43.413,00 manat məbləğində artıq borc hesablanaraq ödənilməsi tələb olunmuşdur.

20. Mülki qanunvericilik baxımından, cavabdeh İstehsalat Birliyi tərəfindən mübahisələndirilən dövrdə sayğacın göstəricilərindən artıq borcun hesablanaraq iddiaçı MMC-dən həmin məbləğin alınması qanunsuz və əsassızdır.

21. Ona görə də, 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunması işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticədir. Bu mənada, cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüq uq normalarının pozulması ilə qəbul edildiyini, işin tam araşdırılmadığını mübahisələndirən dəlilləri əsassızdır.

22. Onun apellyasiya şikayətinə əlavə edilmiş, habelə 1-ci instansiya məhkəməsində işə baxılarkən, təqdim edilmiş başqa işlər üzrə qətnamələrə gəldikdə isə, birincisi, həmin qətnamələrələ müəyyən edilən hallar hazırkı iş üçün preyudisial xarakter daşıya bilməz.

23. İkincisi, həmin qətnamələrdə mübahisələndirilən məsələ istihlakçıya hesablanmalı olan qaz sərfiyyatının, sayğacın mexaniki yoxsa, elektron göstəricilərinə əsasən həyata keçirilməsi ətrafında yaranan bir mübahisəni əhatə etmiş və mütəxəssis rəyinə əsaslanmaqla, hesablamanın sayğacın elektron göstəricisinə əsasən aparılmalı olduğu qənaətinə gəlinmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə xx.x x.2020-ci il tarixdə təqdim edilmişdir.

25. Həmin qətnamədən narazı qalan cavabdeh İstehsalat Birliyi ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh İstehsalat Birliyinin kassasiya şikayətində qeyd edilənlərə görə, Bakı şəhərinin Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə iddiaçı MMC-yə məxsus 2 ədəd sənaye müəssisəsi vardır. Hər iki sənaye müəssisəsinə ayrılıqda qaz xətti çəkilmiş və hər bir qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Həmin sənaye müəssisələrinə ayrı-ayrılıqda **********00000 və **********00030 nömrəli abonent kodları da verilmişdir. Hazırda id diaçı tərəf ona hesablanmış 43.413 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, iş materiallarına da xx.xx.2017-ci il tarixində bağlanılmış 232607-17 nömrəli təbii qazın alqı-satqısına dair müqaviləni əlavə etmişdir. Bağlanmış müvafiq müqavilə isə iddiaçı MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində tərəflər arasında varanacag öhdəlik münasibətlərini tənzimləyir (09/2017-ci il tarixindən bugünə kimi). Təbii qazın alqı-satqısına dair müvafiq müqavilə bağlandıqdan sonra iddiaçı MMC ona məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsində istehlak etdiyi təbii qazdan irəli gələn borc münasibətlərini deyil, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye m üəssisəsində yaranmış, müqavilə tarixindən öncəki 2015, 2016, 2017-ci il tarixli borclarını mübahisələndirmişdir.

27. Başqa bir sözlə, təbii qazın alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə iddiaçı MMC-yə məxsus **********00030 nömrəli abonent kodu üzrə fəaliyyət göstərən sənaye müəssisəsinə aid olduğu halda, iddiaçı MMC həmin müqavilənin ona məxsus **********00000 nömrəli abonent kodu üzrə Pivə istehsalı ilə məşğul olan digər sənaye müəssisəsinə aid olduğunu bildirmişdir.

28. Apelyasiya məhkəməsi qeyd olunan faktları və iş üzrə həqiqi halları araşdırmamışdır.

29. İddiaçı MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsində, tərəflər arasında yaranmış mübahisənin xx.xx.2017-ci il tarixində bağlanılmış 2326-07-17 nömrəli təbii qazın alqı-satqısına dair müqavilədən irəli gəldiyini id dia etmişdir. Həmin müqavilə iddia ərizəsinə qoşma qismində əlavə edilmiş və işə baxan məhkəmələr də həmin müqaviləyə, eləcə də onun bəndlərinə istinad etmişlər. Nəzərə alsaq ki, sözügedən müqavilə xx.xx.2017-ci il tarixində bağlanılmışdır, o zaman həmin müqavilə üzrə cavabdeh İstehsalat Birliyi tərəfindən öhdəliyin pozulması 07/2017-ci il tarixindən sonrakı dövrü əhatə etməli və iddiaçı yalnız 07/2017-ci il tarixdən sonrakı dövr üçün onun barəsində hesablanmış borcun silinməsini tələb etməli (mübahisələndirməli) idi.

30. Tərəflər arasında müəyyən edilmiş öhdəliklər müqavilə münasibətləri üzrə tənzimləndiyindən, apelyasiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında həmin münasibətləri tənzimləyən maddi hüquq normalarını (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 389, 44 2, 448, 1096-1097-ci və s. maddələrinin tələbləri) icraatında olan iş üzrə düzgün tədbiq etməmişdir.

31. Tərəflər arasında bağlanılmış müqavilə xx.xx.2017-ci il tarixində bağlanılmış olmasına baxmayaraq, iddiaçı tərəf həmin tarixdən öncə tərəflər arasında yaranmış münasibətləri (başqa bir abonent kodu ilə fəaliyyət göstərən sənaye müəssisəsi üzrə) müqavilə öhdəliklərindən kənara çıxaraq mübahisələndirməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Cavabdeh İstehsalat Birliyinin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

34. İddiaçı MMC-nin vəkili R.Axundov kassasi ya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən öd ənilməsini tələb edə bilməz.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Həmin Məcəllənin 101.7-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. İş üzrə cavabdeh İstehsalat Birliyi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində gəldiyi nəticəni əsaslandırmaq üçün iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 17938 saylı rəyinə istinad edərkən belə hesab etmişdir ki, ekspertin gəldiyi nəticənin inandırıcılığı şübhə doğurmur, bu baxımdan ekspert rəyində gəlinən nəticələr sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilir. Beləliklə, də təd qiq olunan sübutlara əsasən müəyyən olunur ki, iddiaçı MMC-yə cavabdeh İstehsalat Birliyi tərəfindən 2015-2017 və 2018-ci ilin may-avqust aylarında qaz sərfiyyatı düzgün hesablanmamış, ümumilikdə ona 43.413,00 manat məbləğində artıq borc hesablanaraq ödənilməsi tələb olunmuşdur.

45. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspertiza rəyi ilə əsaslandırsa da, həmin ekspertizanın araşdırdığı ilkin sənədlərdəki (hesab fakturalardakı) elektrik enerjisi sərfiyyatını qeyd edən sayğacın hansı məlumatlarından (mexaniki və ya elektron göstəricilərindən) istifadə etməsi məsələsinə cavab verilməmişdir. Təsadüfü deyil ki, cavabdeh İstehsalat Birliyi işdə olan eksporia rəyinin nəticələri ilə razı qalmamış, iş üzrə yeni e kspertizanın keçirilməsi haqqında vəsatət vermişdir.

46. Hazırki işin materiallarında olan müvafiq hesab fakturalarda iddiaçı MMC-yə məxsus olan sayğacın 2 növ - mexaniki və elektron göstəricisi qeyd olunmuşdur ki, bu rəqəmlər arasında əhəmiyyətli fərq mövcuddur. Ekspert rəyindən isə onun hansı rəqəmləri əsas tutduğu məlum deyil.

47. Halbuki, işin materiallarında olan (bax i.v 178) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli məktubunda belə bir izah verilmişdir ki, sənaye qaz sayğacları vasitəsi ilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də, təhvil verilən və qəbul edilən qazın həcminin h esabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır.

48. Göründüyü kimi, hazırki işin ədalətli həlli üçün əlavə araşdırmaya zərurət faranmışdır.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına dair cavabdeh İstehsalat Birliyinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

50. Şərh olunanlara və Azərbaycan maddələrinə əsasən məhkəmə kollegiyası Respublikası MPM-in 417-419-cu QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-179/2020 saylı qətnaməsi ləğv edilsi n. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar