Məhkəmə qərarları › İş №2-2(102)-327/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-327/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı kommersiya işi üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)121/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin hallar ı

1. İddiaçı MMC (kreditor) ilə Cavabdeh (borc alan) arasında 2023-cü il 6 fevral tarixində bağlanmış kredit müqaviləsinə (bundan sonra-“kredit müqaviləsi”) əsasən, kreditor 18.500 manat məbləğində pulu borc məqsədi ilə borc alana verməyi, borc alan həmin pul məbləğini qəbul edib 2023-cü il 6 mart - 2023-cü il 6 avqust tarixləri arasında hər ay 3.000 manat olmaqla borc verənə geri ödəməyi öhdəsinə götürmüşdür. 2. 2023-cü il 6 fevral tarixli kassa məxaric orderinə əsasən 18.500 manat məbləğində vəsait borc alana təhvil verilmiş, onun imzası ilə təsdiq edilmişdir. Borc alan tərəfindən kredit müqaviləsi üzrə hər hansı ödəniş edilməmişdir.

3. Cavabdeh "xxxx" MMC-nin direktoru olmuş, 2022-ci il 20 iyun tarixində həmin vəzifədən azad edilmişdir.

4. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 3 may tarixli e-2-2(085)-229/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 45.176,67 avro, 23.225,02 manat məbləğində pulun iddiaçı “X1” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 10 may tarixli 3(105)-264/2022 nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru kimi Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1.500 manat cərimə edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 2023-cü il 18 aprel tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru kimi Cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh uzun müddət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmış, hətta buna görə cərimə edilmiş, istintaq zamanı Cavabdeh 2023-cü il 13 aprel tarixində ərizə ilə müraciət edərək, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 3 may tarixli e-2-2(085)-229/2019 nömrəli qətnaməsi ilə ödənilməsi qət edilmiş borcu “X1” MMC-yə tam şəkildə ödədiyini bildirmiş, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. 7. “X1” MMC-nin 2023-cü il 6 fevral tarixli Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə ünvanlanmış məktubuna əsasən, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 3 may tarixli e-2-2(085)-229/2019 saylı qətnaməsi ilə ödənilməsi qət edilmiş borc “X1” MMC-yə Cavabdeh tərəfindən tam şəkildə ödənilmiş, hazırda ödənilməli olan b orc yoxdur. Cinayət təqibinə xitam verilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.500 manat məbləğində borcun, 147 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18.500 manat məbləğində pul borc almışdır. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdeh 2023-cü il 6 mart tarixindən başlayaraq 6 ay ərzində aldığı borc məbləğini iddiaçıya geri ödəməyi öhdəsinə götürmüş, lakin aldığı borcun geri ödənil məsi ilə bağlı götürdüyü öhdəliyini icra etməmiş, bununla əlaqədar olaraq cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir və icra etməkdən yayınmışdır. Bu isə iddiaçının hüquqlarını kobud şəkildə pozur.

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə başqa hüquq münasibətlərinin pərdələnməsi üçün bağlanmışdır. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə olan borcu ilə bağlı Sumqayıt şəhər İcra İdarəsinin icraatında icra işi olmuşdur. Həmin icra işi cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Həmin icra işi üzrə borc tərəfindən tam şəkildə ödənilmiş, lakin 18.500 manat ƏDV borcu ödənilməd iyi üçün icra işi ilə bağlı borcun tam şəkildə ödənilməsi ilə bağlı arayış verilməsi məqsədilə "xxxx" MMC-nin rəhbərliyi belə bir addım atmağı tələb etmişdir. Həmin arayışın verilməsi və cinayət işinin başlanmasının rədd edilməsi üçün cavabdeh kredit müqaviləsini bağlamağa məcbur olmuşdur. Cavabdeh bildirmişdir ki, "xxxx" MMC ilə iddiaçı şirkətin rəhbəri eyni şəxs olmaqla hər iki şirkət eyni inzibati binada yerləşir. İddiaçının əsas fəaliyyət növü avtomobillərin satışı ilə məşğul olmaqdır və bu cür fəaliyyət növü ilə məşğul olan bir şirkətin tanımadığı şəxsə borc verməsi ağlabatan deyildir.

11. İddiaçının nümayəndəsi N.Salmanov izahatında yazılı etirazda göstərilənlərin əsassız olduğunu bildirmişdir. Belə ki, iddiaçı ilə “X1” MMC eyni binada yerləşsə də, hər biri ayrı-ayrı hüquqi şəxslərdi r. İddiaçının “X1” MMC və "xxxx" MMC arasında olan münasibətlərə hər hansı aidiyyatı yoxdur. Cavabdeh həmin vəsaitin borc kimi verilməsini xahiş etmiş, iddiaçı buna razılaşmış, göstərilən müqavilə bağlanmış, borc cavabdehə verilmiş, cavabdeh həmin vəsaiti almasını qəbzdə olan imzası ilə təsdiq etmişdir. İddiaçının, ümumiyyətlə, ayrı-ayrı şəxslərlə daha əvvəllər də borc müqaviləsi bağlaması halları olmuşdur.

12. Məhkəmə iclasında cavabdeh məxaric və mədaxil orderlərində olan imzaların ona məxsus olduğunu lakin iddiaçı tərəfindən ona qeyd edilən 18.500 manat borcun faktiki olaraq verilmədiyini, borc müqaviləsi bağlanan gün onun tərəfindən “X1” MMC-yə 18.500 manat məbləğində vəsaitin ödənilmədiyini bildirmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 noyabr tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 18.500 manat əsas borc, 147 manat dövlət rüsumu, ümumilikdə 18.647 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 06 fevral 2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən “X1” MMC-yə 18.500 manat məbləğində vəsait ödənilmiş, bu səbəbdən onun barəsində başlanmış cinayət işi üzrə icra ata xitam verilmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh həmin tarixdə “X1” MMC-yə 18500 manat məbləğində vəsait ödənilmədiyini bildirsə də, vəsait ödənilmədiyi halda həmin qəbzin ona hansı səbəbdən verildiyini, borc ödənilmədiyi halda onun barəsində başlanmış cinayət təqibinə xitam verilməsinin səbəbini izah edə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 398.1, 399.1, 442 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-121/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 06 fevral 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı 18.500 manat borcu 06 avqust 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin müqavilə bağlandığı gün təqdim edildiyi işin materiallarının 1-ci cildinin 54-cü vərəqinə əlavə edilmiş məxarıc qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin qəbzin üzərindəki imzanın və əlyazma ilə qeyd edilmiş “1 8500 manat aldım Yusifov.F” sözlərinin onun tərəfindən icraedildiyini mübahisələndirmir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə bağlandıqdan sonra iddiaçıya hər hansı məbləğdə ödəniş etməmişdir.

21. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində qeyd etmişdir ki, borc müqaviləsini hədə-qorxu, təzyiq altında imzalamağa məcbur olduğu etibarsız əqddir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh bu hədə-qorxunun və məcburiyyətin nədən ibarət olduğuna dair suala cavab olaraq bildirmişdir ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin e-2-2(085)-229/2019 saylı, 03 may 2019-cu il tarixli qətnaməsinin icrasının təmin edilməməsinə görə borclu "xxxx" MMC-nin keçmiş qanuni təmsilçisi kimi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən cin ayət işi başlanılmış, məcbur olaraq "xxxx" MMC-nin borclarını tam ödəmiş, yalnız ƏDV borcu qaldığına görə tələbkar borcun tam ödənilməsi barədə məktub verməkdən imtina etmiş, ondan sonra məcbur qalaraq İddiaçı MMC ilə bu müqaviləni bağlamış, bundan sonra ona tələbkar tərəfindən borcun qalmadığına dair məktub verilmişdir.

22. Məhkəmə, işin halları və cavabdehin izahatına əsasən müəyyən etmişdir ki, 06 fevral 2023-cü il tarixli borc müqaviləsinə etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud deyil. Müəyyən edilmişdir ki, sözügedən borc müqaviləsini bağlamaqda cavabdehin məqsədi əvvəllər qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin "xxxx" MMC-yə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ödənilməli olan borcunu tam bağlamaq olmuşdur. Cavabdeh özü təsdiq edir ki, "xxxx" MMC-yə qalıq ƏDV üzrə 18.500 manat borcu ödəməyə onun vəsaiti olmamışdır. Bu borc müqaviləsi bağlandıqdan sonra isə "xxxx" MMC ona borcun tam bağlanması barədə məktub vermişdir. Belə olan halda müəyyən olunur ki, qətnamə üzrə "xxxx" MMC-yə olan borc cavabdehin İddiaçı MMCdən aldığı borc məbləği əsasında tam bağlanmışdır. Yəni, cavabdehin borc müqaviləsini bağlayarkən məcburiyyət qarşısında qaldığı hal hüquqi şəxsin qanuni təmsilçisi kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını təmin etmək olmuşdur ki, bu isə MM-nin 339.4-cü maddəsində nəzərdə tutulmuş əqdin etibarsız sayılmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.

23. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-yə ödənilmiş vəsaitlərlə bağlı bütün qəbzlər cavabdehə "xxxx" MMC tərəfindən verilsə d ə, yalnız sonuncu 06 fevral 2023-cü il tarixli mədaxil qəbzi İddiaçı MMC-nin loqosu olan blankda verilmiş, lakin üzərinə "xxxx" MMC tərəfindən verilmiş digər qəbzlərin üzərinə vurulmuş “Chevrolet Zərdabi”, Xəzinə, Ödənilib” sözləri olan ştamp vurulmuşdur. Bu qəbzlə bağlı iddiaçının nümayəndəsi F.Kərimov işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 06 fevral 2023-cü il tarixində cavabdehin iddiaçıdan aldığı pul "xxxx" MMC-nin xəzinəsinə mədaxil edilsə də, hüquqi şəxslər eyni binada fəaliyyət göstərdiyindən və səhvən mədaxil qəbzi olaraq İddiaçı MMCnin adı olan qəbz verilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatı ilə 06 fevral 2023-cü il tarixdə "xxxx" MMC-yə borcun tam ödənildiyinin və bu barədə ona məktub verildiyinin, ƏDV ü zrə qalıq borcun ödəməyə cavabdehin öz vəsaiti olmadığının, ona görə borc müqaviləsi bağlamağa məcbur olduğunun təsdiq edildiyini nəzərə alaraq müəyyən etmişdir ki, cavabdehin iddiaçıdan 06 fevral 2023-cü il tarixində həqiqətən 18.500 manat borc alaraq həmin gün "xxxx" MMC-nin kassasına ödəmişdir.

25. Apellyasiya şikayətində istinad edilmiş digər bir dəlil iddiaçının, hüquqi və fiziki şəxslərə borc verilməsi ilə fəaliyyətlə məşğul olmadığı, bunun isə onunla bağlanmış müqavilənin həqiqiliyini şübhə altına aldığıdır. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edərək göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə 2023-cü il tarixində digər şəxslərlə bağlanmış borc müqavilələrindən nümunələr təqdim edilmiş, bu sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən başqa digər şəxslə rə də borc vermişdir (İ cild, i.v 58-62).

26. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyi, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmiş, iş üzrə qətnaməni dəyişdirmədən saxlamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 337.2, 339.4, 385.1, 386.1, 442, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-nin 43.5, 337.3, 340.2, 739.1 və 739.2- ci maddələrinin, MPM-in 77.1 və 372.6-cı maddələrinin tələbləri nəzərə alınmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.1, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarlarındakı mövqeləri nəzərə alınmamışdır- “X1” MMC və İddiaçı MMC-nin rəhbəri eyni şəxs olmaqla hər iki şirkət eyni inzibati binada yerləşir və kassa mədaxil tələbnamələri ilə onların eyni möhürdən istifadə etdikləri də aydın olur. 2023-cü il 6 fevral tarixində eyni formalı qəbzlərdə 20.000 manat və 18.500 manat olmaqla, cəmi 38.500 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. L akin iddiaçının tərtib etdiyi saxta sənədə əsasən guya iddiaçı ona 18.500 manat pul vermişdir. Onda belə çıxır ki, iddiaçının ona 20.000 manat borcu var. Əslində bu ziddiyyət Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qətnaməsindən yaranmışdır. Hazırda mübahisə predmeti olan 18.500 manat ƏDV məbləği həmin qətnaməyə əsasən ödənilmişdir. İddiaçı tərəf ona şantaj və hədə-qorxu gələrək borc müqaviləsini bağlamağa məcbur etmişdir.

30. Qanunverciliyin tələbinə görə cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin yaranması üçün iddiaçı tərəfindən ona pul verilməli idi. Lakin iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaiti verilməmişdir. Ümumiyyətlə iddiaçı müxtəlif Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olan şirkətdir. Belə fəaliyyət sahəsi olan bir şirkətin isə tanımadığı, əlaqəsi olm ayan şəxsə kreditə pul verməsi heç bir məntiqə sığmamaqla elə bu hal müqavilənin həqiqiliyini şübhə altına salır. Bank kimi fəaliyyət göstərməyən bir şirkətin kreditə pul verməsi ilə bağlı müqavilə bağlaması həmin müqavilənin yalançı əqd olduğunun, başqa hüquq münasibətlərini pərdələmək üçün bağlandığının aydın sübutudur.

31. İddiaçının təqdim etdiyi, başqa şəxslərlə bağlanmış borc müqavilələri sübut kimi qəbul edilməzdən əvvəl onlarla bağlı ekspertiza təyin olunmalı və müqavilələrin tərəflərinin imzası və möhürü ilə müqavilələrin bağlanma tarixlərinin üst-üstə düşməsi müəyyən olunmalı, həmin müqavilələr üzrə borclu şəxslər də araşdırılmalı idi. Çünki iddiaçı saxta sübut yaratmaq məqsədi ilə həmin müqavilələri məhkəmə iclasından bir gün əvvəl tərtib edərək imzalayıb möhürləyə bilər və borc lu şəxslər də iddiaçı şirkətin öz əməkdaşları ola bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından tam olaraq yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıla rı arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müv afiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qa ydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında 2023-cü il 6 fevral tarixində borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 18.500 manat cavabdehə verilmişdir. Bu hal işin materiallarında olan (İ cild i.v 54) məxaric qəbzi ilə təsdiq edilmişdir. Cavabdeh həmin qəbzin üzərindəki imzanın və əlyazma ilə qeyd edilmiş “18500 manat aldım Yusifov.F” sözlərinin onun tərəfindən icra edildiyini mübahisələndirməmişdir.

40. Cavabdehin iddia tələbinə qarşı etirazının, apellyasiya şikayətinin və hazırki kassaiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair əs as dəlili ondan ibarətdir ki, iddiaçı ilə borc müqaviləsini hədə-qorxunun təsiri ilə bağladığından etibarsızdır.

41. Cavabdehin mübahisələndirdiyi həmin halla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, başqa iş üzrə məhkəmə qətnaməsinin icra təmin edilməməsinə görə sonuncunun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılmışdur. Odur ki, cavabdeh həmin məhkəmə qətnaməsinin icrasının təmini məqsədilə hazırki iddiaçı ilə borcu müqaviləsi bağlamış və 18.500 manatı alaraq, qətnamənin icrasına yönəltmişdir.

42. Məhkəmə kollegiyası işin müəyyən edilən, qeyd olunan hallarını nəzərə alaraq, cavabdehin tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız əqd olmasına dair kassasiya şikayətinin dəlillərini əs assız hesab edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən borc müqaviləsinin MM-nin 339.4-cü maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün əsasların olmamasına dair düzgün nəticəyə gəlmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 21-25-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunverici liyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

44. Kassasiya şikayətlərinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-121/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar