Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və qalıq borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi H.Əbilovun, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-263/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. xx.xx.2014-cü il tarixdə İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 538 nömrəli alqı-satqı müqaviləsinə görə ümumi dəyəri 471.133,88 manat olan tibbi avadanlıqların və ləvazimatların alınması razılaşdırılmış, müqavilənin 3.1-ci və 3.2ci bəndlərinə əsasən alıcı satıcıdan ümumi məbləğin 50%-ni avans zəmanətini aldıqdan sonra 10 bank günü müddətində avans ödəyir, qalan məbləğ malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50% ödəniləcək, bu müqavilə əsasında sifariş olunan mallar 90 gün müddətində təhvil veriləcəkdir. 2. xx.xx.2015-ci il tarixli 538/2 nömrəli yenilənmiş hesab-faktura i lə müqavilənin predmetini təşkil edən malların adları, miqdarı və qiymətləri müəyyən edilərək, yekun məbləğ 421.602,20 manat olaraq təyin edilmiş, xx.xx.2015-ci il tarixli 11449 nömrəli, xx.xx.2015-ci il tarixli 11592 nömrəli, xx.xx.2015-ci il tarixli 11884 nömrəli və xx.xx.2015-ci il tarixli 12152 nömrəli məxaric orderlərinin təsdiq olunmuş surətlərinə əsasən iddiaçı tərəfindən tibbi avadanlıqlar və ləvazimatlar cavabdehə təqdim edilmiş, iddiaçının direktoru Nümayəndə tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 515 saylı hesab fakturaya əsasən 28.378,26 manat ƏDV məbləği də daxil olmaqla müqaviləyə əsasən ödənilməmiş yekun məbləğ 186.035,26 manat təşkil etmişdir.
3. İddiaçı MMC xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla Cavabdeh MMC-nə mür aciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə ilk fakturanın xx xxxxxx 2014-cü il tarixdə EVHF əsasında kəsilərək, qısa müddət ərzində ödənişin həyata keçirildiyini, növbəti fakturanın xx xxxxxxxx 2015-ci ildə müvafiq EVHF əsasında kəsilməsinə baxmayaraq, həmin faktura üzrə hər hansı ödəniş həyata keçirilmədiyini göstərərək, 186.035,26 manat məbləğində borc öhdəliyinin tezliklə yerinə yetirilməsini, əks təqdirdə müqavilənin 6.2-ci bəndinin müddəalarına uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2014-cü il tarixli, 538 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş qalı q borc qismində ƏDV daxil 186.035,26 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli, 538 saylı müqavilə əsasında tərəflər arasında ümumi dəyəri ƏDV daxil olmaqla, 471.133,88 manat dəyərində tibbi avadanlıqlar və ləvazimatların alınmasına dair müqavilə imzalanmışdır. Müqavilə üzrə ilk faktura xx xxxxxx 2014-cü il tarixdə seriya HG № 826561 saylı elektron vergi hesab-faktura əsasında (ƏDV daxil 235.566,94 manat) keçirilmiş və qısa müddətdə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Müqavilə üzrə xx xxxxxxxx 2015-ci il tarixli seriya HJ № 814264 saylı elektron vergi hesab-faktura əsasında keçirilmiş, faktura üzrə cavabdeh tərəfindən hər hansı b ir ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən də iddiaçıya alınmış tibbi mallar üzrə ƏDV daxil olmaqla 186.035,26 manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə müəssisəyə yazılı pretenziya və xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfdən müqavilə üzrə alınmış avadanlıqların dəyəri ödənilməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, e2-2(82)-339/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ə.Ələkbərov).
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 471.133,88 manat dəyərində tibbi avadanlıqların və ləvazimatların alınması razılaşdırılmışdır. Müqavilənin 3-cu bəndinə əsasən alıcı satıcıdan ümumi məbləğin 50%-ni avans zəmanətini aldıqdan sonra 10 bank günü müddətində avans ödəyir. Malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində yerdə qalan məbləğin 50%-i ödənilməlidir. İddiaçı tərəfindən müqavilə predmeti olan tibbi avadanlıqlar və ləvazimatlar cavabdehə təqdim edilsə də, onun tərəfindən həmin malların dəyəri tam ödənilmədiyindən, ƏDV daxil olmaqla 186.035,26 manat borcu yaranmışdır.
8. Müqavilə üzrə mallar sonuncu dəfə xx xxxx 2015-ci il tarixdə cavabdehə təhvil verilmiş, 3 il ərzində iddia qaldırılmalı olduğu halda, bu müddət ötürülmüşdür.
9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 373.2, 375.2, 377.1, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-263/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, e-2-2(82)-339/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli 11449 nömrəli; xx.xx.2015-ci il tarixli 11592 nömrəli, xx.xx.2015-ci il tarixli 11884 nömrəli, xx.xx.2015-ci il tarixli 12152 nömrəli anbar məxaric qaimələri ilə müvafiq müqavilədə nəzərdə tutulan tibbi avadanlıqlar və ləvazimatlar cavabdehə təhvil verilmişdir. İddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa, habelə tərəflərin nümayəndələrinin izahatlarına əsasən malların qeyd olunan tarixlərdə cavabdehə təhvil verildiyi və ona məxsus tibb müəssisəsində quraşdırıldığı işin mübahisələndirilməyən hallarını təşkil edir. 13.İddiaçı tərəfindən ƏDV daxil, ümumilikdə 421.602,20 manat məbləğində mallara dair ilkin hesab-faktura cavabdehə xx.xx.2014-cü il tarixdə (№538) təqdim edilmişdir (səhifə 48).
14. Cavabdeh qismən, xx.xx.2014-cü tarixli HG № 826561 saylı elektron vergi hesab-f akturası əsasında 235.566,94 manat ödəniş edildikdən, iddiaçı tərəfindən qalıq borca dair xx.xx.2015-ci il tarixdə (№565) 186.035,26 manat məbləğində hesab-faktura təqdim edilmişdir. Lakin, iddiaçının həmin 186.035,26 manat qalıq borcun ödənilməsi tələbi ilə cavabdehə ünvanladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli pretenziya məktubları heç bir nəticə verməmiş, yalnız 2019cu ilin yanvar ayında məhkəmədə həmin pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia qaldırmışdır. Belə olan halda isə tərəflər arasındakı alqısatqı müqaviləsinin 3.1-cü maddəsinin şərti baxımından təhvil-təslimdən sonra, 10 bank günü ərzində ödənilməli olduğu tarixdən, hətta müddətin başlanğıcını həmin qalıq borca dair xx.xx.2015-ci il tarixdə (№565) hesab faktura verildiyi tarixdən hesablansa belə, iddia müddəti keçmiş olur.
15. Apelyasiya şikayətində təhvil verilmiş mallara dair xx xxxxxxxx 2016-cı il tarixdə (№308879,) təkrarən qaimə-faktura tərtib olunması, cavabdeh tərəfindən borcun etirafedici hərəkətləri kimi qiymətləndirilə bilməz. Tərəflər arasında qanunvericiliyə uyğun olan borcun etirafı barədə yazılı razılaşma mövcud deyildir.
16. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373.2, 377.2, 375.2, 882.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri 18. xx xxxxxx 2014-cü il tarixli, 538 saylı müqavilə üzrə ilk faktura x x xxxxxx 2014-cü il tarixdə seriya HG № 826561 saylı Elektron Vergi Hesab-Faktura əsasında (ƏDV daxil 235.566,94 manat) keçirilmiş və qısa müddətdə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Müqavilə üzrə növbəti faktura xx xxxxxxxx 2015-ci il tarixli Seriya HJ № 814264 saylı Elektron Vergi Hesab-Faktura əsasında keçirilmiş, lakin həmin faktura üzrə hər hansı bir ödəniş cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən də iddiaçıya alınmış tibbi mallar üzrə Əlavə Dəyər Vergisi daxil olmaqla 186.035,26 manat məbləğində borc bu günə qədər ödənilməməsi tam şəkildə məhkəmədə sübuta yetirilsə də, məhkəmə bu halları nəzərə almamışdır.
19. Həmçinin məhkəmədə iddiaçı tərəfindən şifahi olaraq verilmiş vəsatətdə cavabdeh şirkətin məsul işçisi və baş həkimi Hacıyev Çingiz ilə mütəmadi olaraq borcun ödənilməsi istiqamətində hər kvartal qaimə-faktura birlikdə tərtib edilərək, borcun mövcudluğunu təsdiq edərək, qalıq borc şirkət tərəfindən etiraf edilməsi göstərilsə də, iddiaçıya məlum olmayan səbəblərdən axırıncı iki il şirkətin səlahiyyətli şəxsləri öz obyektlərini tərk edərək, iddiaçının yazılı və şifahi sorğularına cavab verməyərək borcun qalan hissəsini ödənilməsindən boyun qaçıraraq, iddiaçı şirkətə məxsus tibbi avadanlıqlar onlar tərəfindən götürülmüş “Altıağac”da yerləşən pansionatla birlikdə satılmışdır.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 374.2, 380.1, 380.2, 882.1, 882.5-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
22. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
25. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlillə ri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da Apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
367. Müddət anlayışı Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı old uğu vaxtdır....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” Maddə
375. İddia müddətinin tətbiqi... Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin...”. 32. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu: “Maddə
3. Əsas anlayışlar 3.0.1. İnformasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. “Maddə
7. Sənədləşdirilmiş informasiya (sənəd) 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra - sənəd) hesab olunur.
31. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması Apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınl ıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hal larını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-263/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
34. Belə ki, mülki qanunvericiliyin iddia müddətinə dair yuxarıda istinad olunan normalarının tələblərinə (bax yuxarıda § 30), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüqu qi mövqeyə əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
35. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
36. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnəto vanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı)
37. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya 186.035,26 manat məbləğində borcun olduğunu müəyyən edərək, sonuncunun subyektiv hüququnun olduğu, cavabdeh tərəfindən isə həmin hüququn pozulduğu, lakin həmin tələb üzrə iddia müddətinin keçməsi qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələr tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə və iddia müddətinin axımının başlanması tarixinə mülki qanunvericiliyin qeyd olunan normalarının (bax yuxarıda § 30) və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından düzgün hüquqi qiymət verilməmişdir.
39. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə görə, alıcı satıcıdan ümumi məbləği 50 faiz o lan avans zəmanətini aldıqdan sonra 10 bank günü müddətində avans ödəyir. Qalan məbləğ, malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra 10 bank günü müddətində müvafiq olaraq 50 faiz ödəniləcəkdir.
40. Göründüyü kimi, müqavilənin 3.1-ci bəndi alıcının qalıq məbləği “malların quraşdırılmasından sonra, keyfiyyətinə və avadanlığın istənilən komplektasiyada olmasına dair təhvil-təslim aktı imzalandıqdan sonra” ödənilməsini müəyyən edir. İşin materialından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddia olunan dəyərdə malın cavabdehə verilməsi işin mübahisələndirilməyən halıdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun keyfiyyətdə və komplektasiyada malın cavabdehə təhvil ve rilməsi ilə bağlı hər hansı mübahisəli halın olmasıda işin materiallarından müəyyən edilmir.
41. Tərəflər, qalıq borcun ödənilməsini, müqavilə üzrə verilmiş malların dəyərinin əks olunduğu hesab fakturanın tərtib edilməsi tarixi ilə deyil, məhz malların təhvil-təsliminə dair aktın tərtib edilmə tarixi ilə şərtləndirmişlər. İşin materialına isə belə akt əlavə edilmədiyindən, məhkəmənin, 538/2 saylı yenilənmiş hesab fakturanın tərtib edildiyi xx xxxxxxxx 2015-ci il tarixi iddia müddətinin axımının başlanğıc tarixi kimi qiymətləndirməsi, Mülki Məcəllənin 377-ci maddəsinin və tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olmamışdır.
43. İşin materiallarından görünür ki, tərəflər xx xxxxxx 2014-cü il tarixli, 538 saylı müqavilə üzrə verilmiş malların ümumi dəyərinə ( 421.602,20 manat olmaqla) dair üç dəfə- xx xxxxxx 2014-cü il tarixli, 538 saylı (i.v 48), xx xxxxxxxx 2015-ci il tarixli 538/2 saylı (i.v 47) və xx xxxx 2016-cı il tarixli, 565 saylı hesab fakturalar (i.v 150) tərtib etmiş, başqa sözlə, mallara dair hesab faktura tarixlərini ildən-ilə yeniləmişlər. Apellyasiya instansiyası məhkəməsi düzgün əsaslandırma aparmadan, iddia müddətinin axımını xx xxxxxxxx 2015-ci il tarixli hesab fakturanın tərtib edildiyi tarixdən hesablamışdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən, iddia müddətinin axımının başlama tarixi dəqiq müəyyən edilərək, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə müvafiq hüquqi qiymət verilməl idir. 45.İddiaçının kassasiya şikayətində göstərilmişdir ki, şirkətin məsul işçisi və baş həkimi Çingiz Hacıyev ilə mütəmadi olaraq borcun ödənilməsi istiqamətində hər kvartal qaimə-faktura birlikdə tərtib edilərək, borcun mövcudluğunu təsdiq edərək, qalıq borc şirkət tərəfindən etiraf edilmişdir.
46. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 882-ci maddəsinə istinad edərək hesab etmişdir ki, sonradan, artıq təhvil verilmiş mallara dair xx xxxxxxxx 2016-cı il tarixdə (№308879,) təkrarən qaimə-faktura tərtib olunması, cavabdeh tərəfindən borcun etiraf edici hərəkətləri kimi qiymətləndirilə bilməz. Borcun etirafı barədə yazılı razılaşma isə mövcud deyildir.
47. Mülki Məcəllənin iddia müddətinin axımının kəsilməsi ilə bağlı müddəalarında qeyd olunur ki (bax yuxarıda § 30), müəyyənləşdirilmiş qay dada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 48. 2016-cı il 22 sentyabr tarixli ƏİE seriyalı 308879 və 308880 saylı qaiməfakturaların “təhvil aldım” qrafasında “Ç.Hacıyev” adlı şəxsin imzası vardır (i. v 185-186). Lakin iş üçün əhəmiyyətli olsa da, apellyasiya məhkəməsi iddiaçının apelyasiya şikayətinin bu dəlilinə də müfəssəl hüquqi qiymət verilməsini təmin etməmişdir.
49. Belə ki, 2018-ci il 28 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına əsasən, mülki q anunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
50. Göründüyü kimi, qeyd olunmuş Qərarda borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlərə aydınlıq gətirilmişdir ki, bu siyahı “digər mühüm hallar” ilə tamamlanmışdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, iş üçün əhəmiyy ətli olsa da, apelyasiya məhkəməsi iddiaçının şikayətlərində cavabdehin işçisi və baş həkimi kimi qeyd edilmiş Çingiz Hacıyevin məhkəmə iclaslarında iştirakını təmin edərək onun cavabdehlə hüquqi bağlılığını, işin hallarına dair onun münasibətini, iddianı etiraf etmək səlahiyyətinin olub-olmadığını müəyyən etməmişdir. Belə ki, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2016-cı il tarixli, №308879 saylı qaimə-fakturada iddiaçı şirkətin rəhbəri Nümayəndə imzası və müəssisənin möhürü, həmçinin “təhvil aldım” qrafasında Ç.Hacıyevin imzası vardır.
43. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi, Çingiz Hacıyevin iştirakı təmin edilməli, onun cavabdeh hüquqi şəxslə hüquqi b ağlılığı, işin hallarına dair onun münasibəti, iddianı etiraf etmək səlahiyyətinin olub-olmadığı dəqiq müəyyən edilməklə mübahisənin qanuni həllinə nail olunmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsasdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına görə ləğv edilməlidir.
45. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli, 2-2(103)-263/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya ş ikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər