Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: stansiya xidmətlərinin göstərilməsinə görə yığımlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 2-2(103)-899/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2021-ci il 17 may tarixində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə aprel ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 30 aprel tarixli 297 saylı hesab əsasında 32.670,32 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 14 iyun tarixində 2 dəfə 560 manat və 100,8 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş 32.009,52 (32.670,33-660,8) manat pul qalmışdır. 2. 2021-ci il 16 iyun tarixində may ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 28 may tarixli 378 saylı hesab əsasında 1.071,15 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və o nun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 9 iyun tarixində 2 dəfə 907,76 manat və 163,4 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (907,76+163,4=1.071,16). 3. 2021-ci il 16 iyul tarixində iyun ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 476 saylı hesab əsasında 878,92 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 1 iyul tarixində 2 dəfə 744,85 manat və 134,07 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (744,85 +134,07 =878,92). 4. 2021-ci il 6 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC t ərəfindən Cavabdeh MMC-yə 2021-ci il 31 iyul tarixli 492 saylı hesab əsasında 3.030,41 manatlıq elektron qaimə, 2021-ci il 16 avqust tarixində iyul ayında göstərilmiş xidmətlərə görə 2021-ci il 23 iyul tarixli 490 saylı hesab əsasında 1.527,8 manatlıq elektron qaimə göndərilmişdir. Həmin 490 və 492 saylı hesab (hər iki hesabda göstərilmiş məbləğlərin cəmi 4.558,22 manat təşkil edir) əsasında Cavabdeh MMC tərəfindən 2021-ci il 2 avqust tarixində 2 dəfə 3.862,89 manat və 695,32 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.862,89+695,32=4.558,21). 5. 2021-ci il 18 oktyabr tarixində sentyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2.771,35 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 oktyabr tarixli elektron qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş 186,43 (2.771,35- 2.584,92) pul qalmışdır. 6. 2021-ci il 18 noyabr tarixində oktyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 886,47 manatlıq elektron qaimə göndərilmişdir. Qeyd edilə n elektron qaiməyə dair “Forma 869” adlı hesab işə əlavə edilməsə də, 2021-ci il 3 noyabr tarixində 2 dəfə ödənilmiş 751,25 manatlıq və 135,23 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 886,48 manat pul 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesaba əsasən köçürülmüşdür. Göndərilmiş elektron qaimədə isə qaimənin oktyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalət edir ki, 2021-ci il 18 noyabr tarixli elektron qaimə 2021-ci il 31 oktyabr tarixli 524 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir. Həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır. 7. 2021-ci il 20 dekabr tarixində noyabr ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 30 iyun tarixli 543 saylı hesab əsasında 1.801,43 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 6 dekabr tarixində 2 dəfə 274,8 manat və 1.526,64 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (274,8+1.526,64=1.801,44). 8. 2022-ci il 3 mart tarixdə fevral ayında göstərilmiş xidmətlərə görə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 28 fevral tarixli 36 və 37 saylı hesab əsasında 3.421,93 manatlıq elektron qaimə göndərilmişdir. Həmin hesab və onun əsasında göndərilmiş elektron qaiməyə görə Cavabdeh MMC tərəfindən 2021-ci il 2 mart tarixində 2 dəfə 3.149,2 manat və 272,74 manat məbləğində pul "xxxx" QSC-yə ödənilmiş, həmin qaimə üzrə ödənilməmiş pul qalmamışdır (3.149,2+272,74=3.421,94). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 9. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 11 aprel tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 43.043,63 manat və 220 manat ödənilmiş dövlət rüsumu, cəmi 43.263,63 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə Xırdalan və Şabran stansiyalarında göstərilmiş stansiya xidmətlərinə (“vaqonların dalan yolun a verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun istifadəsi” və s.) görə cavabdehə 43.043,63 manat yığım hesablanmış, bununla bağlı cavabdehə 2021-ci il 22 iyul tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.
11. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 385.1, 425.1-ci, “Döv lət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 iyul tarixli e-2-2(113)-2077/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı tərəfindən 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə 32.195,95 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, taxıl, qarğıdalı kimi məhsulların gətirilməsi üçün iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri (vaqonların ver ilib götürülməsi, vaqonlardan istifadə haqqı, mühafizə haqqı, oxa görə qoruma, manevra işi və s.) göstərilmişdir.
14. Cavabdeh iddiaya etiraz etmiş və qeyd edilən xidmətlərin göstərildiyini bildirmiş, ancaq həmin xidmətlərin heç bir zərurət olmadan edildiyini bildirmişdir.
15. Tərəflər arasında olan münasibətlərə xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, cavabdeh tərəfindən mallar Azərbaycana gətirilən zaman iddiaçı tərəfindən müvafiq stansiya xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin MM-in 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Hazırki mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
18. Hazırkı mübahisənin predmetini iddia ərizəsindən də göründüyü kimi, 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi göstərilmiş xidmətlərə görə tələb edilən xidmət haqqı təşkil edir. Ona görə də həmin tarixləri əhatə etməyən dövrə aid olan sənədlərə münasibət bildirilməli deyildir.
19. İşin hallarından gğrünür ki, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilmiş olan stansiya xidmətlərini qəbul etmiş və göndərilmiş elektron qaimələrdən bir hissəsini (bax yuxarıda §§ 2-4 və §§ yuxarıda 6-8) tam ödəmiş, digər ikisində (bax yuxarıda §§ 1 və 5) isə qismən ödəniş etmişdir. Belə olan halda, yəni cavabdeh verilmiş hesab (forma 869) və onun əsasında göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləği qismən ödəməklə, həmin xidmətlərin iddiaçı tərəfindən göstərilməsini qəbul etmişdir.
20. Belə olan halda göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya ödənilməmiş 32.195,95 (32.009,52+186,43) manat b orcu qalmışdır. İddiaçı tərəf isə iddiasında göstərmiş olduğu məbləğin necə hesablandığını və başqa hansı xidmətin göstərilməsini və bu xidmətlərin göstərilməsinə dair sübutları təqdim edə bilməmişdir.
21. Məhkəmə həmçinin hazırkı mübahisənin predmetinə aid olmadığı üçün iddiaçı tərəfindən işə əlavə edilmiş 2021-ci ilin yanvar, fevral və mart ayı üçün göstərilmiş xidmətlərə görə göndərilmiş elektron qaimələrə münasibət bildirməmişdir.
22. Ona görə də iddia qismən 32.195,95 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.
23. İlkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cava bdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə öz qətnaməsini MM-in 11.1, 777.1, 783.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 13.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh tərəf 2022-ci il 10 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 22(103)-899/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təm in edilməmiş, iddia ərizəsinin verilməsinə görə tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
27. Apellyasiya instansiya məhkəməsi mövqeyinə görə, tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də MPM-in 13.4-cü maddəsi və MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazırki mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
28. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil edir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiy a şərtləri mövcud deyildir.
29. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.
30. İş materiallarında olan 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinədək iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə arayışdan görünür ki, iddiaçı digər xərclərlə (yüklərin mühafizəsinə görə yığım və s.) yanaşı məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə görə yığım məbləğləri hesablamışdır.
31. Eyni zamanda, iş materiallarında olan 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən müəyyən olunur ki, iddiaçı 95778737, 95778 411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə ƏDV daxil 32.670,32 manat hesablamış və 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 2021-ci il 14 iyun tarixində ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmişdir. Həmin qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33- 660,8) təşkil edir (i/v 72-75).
32. Cavabdeh buna etiraz etmiş və bildirmişdir ki, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqon iddiaçıya məxsus deyildir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqo nlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir.
33. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür.
34. Lakin iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
35. Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49).
36. Bu baxımdan, 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
37. Hazırda mübahisələndirilən digər hissə isə 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə ödənilməmiş 186,43 manat pulun tutulması ilə bağlıdır.
38. Həmin hissədə də iddia rədd edilməlidir.
39. Belə ki, həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsə də, 2021-ci il 25 noyabr tarixli 2.190,61 manatlıq və 2021-ci il 26 noyabr tarixli 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesaba əsasən köçürülmüşdür.
40. Göndərilmiş elektron qaimədə isə qaimənin sentyabr ayında göstərilmiş xidmətlərə aid olması ona dəlalə t edir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə 2021-ci il 30 sentyabr tarixli 513 saylı hesab əsasında verilmiş və edilmiş ödənişlərdə məhz qeyd edilən qaiməyə aiddir.
41. Göründüyü kimi, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35- 2.584,92) pul qalmışdır.
42. Həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz.
43. Belə ki, işin yuxarıdakı hallarından müəyyən olundu ki, cavabdeh 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir.
44. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir.
45. Qeyd olunan halları və MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2021-ci il 18 oktyabr tarixli elekton qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu həmin borcun etirafı kimi qiymətləndirilə bilməz.
46. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 186,43 manat məbləğində xidmətlər göstərmişdir.
47. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
48. Bu baxımdan həmin hissədə də iddia rədd edilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 11.1, 404.1, 404.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1, 372.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının 2.6-cı bəndinə istinad etməklə əsaslandırmışdır.
50. Qətnamə 2022-ci il 2 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
51. İddiaçı tərəf 2023-cü il 17 mart tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
52. MM-in 385-ci maddəsi üzrə - Qanunvericiliyə əsasən, stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Stansiya xidmətlərinin göstərilməsi iş materiallarında olan kifayət qədər əsaslı sübutlarla təsdiq olunur. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh xidmət müqabilində yaranmış borcunu iddiaçıya ödəməmişdir.
53. İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin aprel ayında göstəri lmiş stansiya xidmətlərinə görə 2021-ci il 17 may tarixində 32.670,32 manat və 2021-ci ilin sentyabr ayında göstərilmiş stansiya xidmətlərinə görə müvafiq olaraq 2021-ci il 18 oktyabr tarixində 2.771,35 manat məbləğlərində elektron qaimələr ünvanlanmışdır. Sözügedən elektron qaimələr üzrə cavabdeh tərəfindən bir qaimə üzrə 660,80 manat məbləğində, digər qaimə üzrə isə 2.584,92 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Bildiririk ki, cavabdeh həmin qaimələrdə qeyd olunan xidmətlərin ona göstərilmədiyi təqdirdə onları qəbul etməməli və ya düzəliş edilməsi üçün geri qaytarmalı idi. Lakin buna baxmayaraq cavabdeh nəinki qaimələri düzəliş üçün geri göndərməmiş, hətta qeyd edilən elektron qaimələrdə göstərilən borc məbləğlərini qismən ödəmişdir. Bununla da cavabdeh həmin qaimələri qəb ul edərək borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir.
54. MPM-in 88-ci maddəsi üzrə - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Lakin mövcud mübahisədə elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göstərilən stansiya xidmətlərini təsdiq edən yeganə sübut hesab edilmir. Cavabdehin iştirakı və imzası ilə tərtib edilən əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) stansiya xidmətlərinin göstərilməsini təsdiq edən başlıca sənədlərdir. Bundan əlavə, cavabdehə olduğu kimi, daha əvvəl də iddiaçı tərəfindən bir çox hüquqi şəxslərə şifahi razılaşma əsasında stansiya xidmətləri göstərilmiş və bu uzun müddətdir həyata keçirilən davamlı xidmət olduğundan digər müəssisələr və iddiaçı arasında işgüzar adətə çevrilmişdir. Bu hal cavabdeh üçün də ke çərlidir. Belə ki, cavabdehə daha əvvəllər də stansiya xidməti göstərilmiş və bunun müqabilində cavabdeh tərəfindən ödəniş edilməsi barədə qəbzlər tərəflər arasında uzunmüddətli formalaşmış praktikanı sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 43.043,63 manat yığımı cavabdehə məxsus dalana və orada yerləşən vaqonlara görə nəzərdə tutmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin dalan yolları ilə bağlı iki müddəası nəzərdə tutulur: 3.2.14. dalan yollarının, ümumi istifadədə olan dəmir yolları xətlərinə çıxış yollarının tikintisi və yenidən qurulması üçün təqdim edilən la yihələrə baxılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtlərin verilməsi və bu Nizamnamənin 6.2-ci bəndinə uyğun olaraq müvafiq səlahiyyətə malik olan müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, dalan yollarının ümumi istifadədə olan dəmir yolu xətlərinə birləşdirilməsinə razılıq verilməsi; 3.2.15. dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi; Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-cu il 23 fevral tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normal arı"nın təsdiq edilməsi haqqında qərarında dalan yolları - "xxxx" QSC-yə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə məxsus olan və əsas dəmir yol xətləri ilə birləşən, ayrı-ayrı təşkilatlara, müəssisələrə və ya idarələrə xidmət üçün nəzərdə tutulan dəmir yol xətləridir təsviri verilmişdir. Cəmiyyətin özünə məxsus dəmir yol xətlərində hərəkətsiz vaqon saxlamasına görə hər hansı yığımın tələb olunması qanunaziddir.
56. Belə ki, müqavilədə yalnız iddiaçı tərəfindən dalan yolunda hər hansı xidmətin müqabilində ödəniş edilməsi nəzərdə tutulmuşdur ki, bu da işdə təqdim olunan ödəniş tapşırıqları ilə ödənilmişdir. İddiaçının həmin dövr ərzində cavabdehə görülən işlərin qəbul edilməsi barədə hər hansı akt təqdim olunmamışdır. Bağlanmış müqavilə vaxtaşırı sifariş verilən işlərə görə öhd əlik və vəzifələrin məcmusudur. Lakin hər görülən işə görə müqaviləyə əlavə razılaşma bağlanmalıdır ki, sonradan iddiaçı tərəfindən görülən işlər təhvil-təslim aktı ilə Sifarişçiyə təhvil verilsin. İddiaçı iddia etdiyi 43.043,63 manat məbləğlə bağlı gördüyü işlərə görə hər hansı akt və aidiyyəti sənəd təqdim etməmişdir və ya təqdim edilməsi barədə sübutunu məhkəməyə təqdim etmədən belə, cavabdehə qanunsuz olaraq borc hesablamışdır.
57. Eyni zamanda, iş materiallarında olan 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən müəyyən olunur ki, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə ƏDV daxil 32.670,32 manat hesablamı ş və 2021-ci il 17 may tarixli 711083 saylı elektron qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 2021-ci il 14 iyun tarixində ayrı-ayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmişdir. Həmin qaimə üzrə ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33 - 660,8) təşkil edir (i/v 72-75). Cavabdeh buna etiraz edir və bildirir ki, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqon iddiaçıya məxsus deyildir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerl ərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
58. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət müm kün hesab edilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
61. Azərbaycan Respublikası Mülki Məcəlləsini n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu... 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” 62. “Mediadiya haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
36. Mediasiya xərcləri “... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”
63. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktorunun H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınma qla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
64. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. ” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
65. İddiaçı 2021-ci il 1 aprel tarixindən 2022-ci il 1 fevral tarixinə kimi stansiya xidmətlərinə görə cavabdehə hesablanmış 43.043,63 manatın tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən - 32.195 manat hissəsində təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv edərək iddianı həmin hissədə təmin etməmişdir.
66. İşdən aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 32.195 manat borc (iddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir) iki elektron qaimələrdən irəli gəlmişdir (2021-ci il 17 may tarixli 32.670,32 manat məbləğindəki elektron qaimə və 2021-ci il 18 oktyabr tarixli 2.771,35 manat məbləğindəki elektron qaimə).
67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki: - 2021-ci il 17 may tarixli elektron qaimə üzrə - 2021-ci il 30 aprel tarixli 297 saylı hesaba əsasən, iddiaçı 95778737, 95778411, 95824868, 95824710, 95824769, 95824546, 95822425, 95824470 nömrəli vaqonların verilib-götürülməsi, vaqonlardan istifadə haqqı, manevra işi, mühafizə haqqı, oxa görə qoruma üçün ümumilikdə 32.670,32 manat hesablamış, sözügedən elektro n qaimə əsasında cavabdehdən ödənilməsini tələb etmiş, cavabdeh tərəfindən ayrıayrılıqda 560 manat və 100,8 manat məbləğində iddiaçıya pul ödənilmiş, ödənilməmiş məbləğ 32.009,52 manat (32.670,33 - 660,8) təşkil etmişdir (i/v 72-75). - 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə - həmin elektron qaiməyə dair “Forma 869” adlı hesab iş materiallarına əlavə edilməsə də, 2.190,61 manatlıq və 394,31 manatlıq ödəniş qəbzlərindən görünür ki, cəmi ödənilmiş 2.584,92 manat pul müvafiq hesaba köçürülmüş, qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35 - 2.584,92) pul qalmışdır. 68. 2021-ci il 17 may tarixli elektron qaimə üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh etiraz edərək, yuxarıda nömrələri sadalanan həmin 8 ədəd vaqonun iddiaçıya məxsus olmadığı nı bildirmişdir. Ona görə də iddiaçı vaqonlardan istifadə haqqı və oxa görə qoruma üçün yığım haqqını ondan tələb edə bilməz. Vaqonlardan istifadə ilə bağlı olmayan digər xərclər isə onun tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan vaqonların iddiaçıya aid olmasını mübahisələndirir. İddiaçı da məhz ona məxsus vaqonların (konteynerlərin) istifadəsinə və onların oxuna görə qoruma ilə bağlı yığım məbləğlərini cavabdehdən tələb etdiyinə görə həmin halı, yəni sadalanan vaqonların ona məxsus olduğunu sübutetmə vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, yuxarıda nömrələri sadalanan 8 ədəd vaqon Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsusdur (i/v 49). Bu baxımdan, 2021-ci il 17 may tarixli elektron qaimə üzrə ödənilməyən 32.009,52 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir.
69. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.
70. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məktubdan (i/v 49) yuxarıda nömrələri sadalanan 8 ədəd vaqonun Rusiya Federasiyasında fəaliyyət göstərən başqa şirkətə (АГРОС ООО) məxsus olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə belə məxsusluğu təsdiq edən hər hansı digər mötəbər sənəd ümumiyyətlə mövcud deyildir.
71. Digər tərəfdən, əgər həqiqətən də mübahisəli vaqonl ar başqa şirkətə məxsus olmuşdursa, sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarla qismən (660,8 manat) ödəniş edildidiyi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olmur.
72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə həmin vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
73. Bundan başqa, cavabdeh 2021-ci il 17 may tarixli elektron qaimədə qeyd olunmuş 32.009,52 manat məbləğində xidmətlərin haqqının ondan tələb edilməsini əsassız hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasın ı tələb etməli idi.
74. Lakin cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. 75. 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, adı çəkilən qaimə üzrə ödənilməmiş 186,43 manat (2.771,35 - 2.584,92) pul qalmışdır. Həmin qaimə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsinin həyata keçirilməsi, qaimədə göstərilən xidmətlərin hər birinin iddiaçı tərəfindən həyata keçirilməsi mənasına gəlmir və bu qaimə üzrə borcun etirafı kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh qaimə üzrə ödənişlərin bir qismini həyata keçirmiş, digər hissəsini isə haqlı olaraq iddiaçı ona xidmət göstərmədiyi üçün etməmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni qaimə üzrə ödəniş tam tələb olunsa da, xidmət qismən göstərildiyi halda ödəniş də qismən həyata keçirilmişdir. Belə olan halda isə iddiaçı tərəf sübut etməlidir ki, o, cavabdehə həm də 186,43 manat məbləğində xidmətlər göstərmişdir. Lakin o, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır.
77. Belə ki, cavabdeh 2021-ci il 18 oktyabr tarixli elektron qaimədə qeyd olunmuş 186,43 manat məbləğində xidmətlərin əslində mövcud olmadığını hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektro n qaimənin təqdim olunmasını tələb etməli idi.
78. Lakin 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə də cavabdeh tərəfindən belə etirazların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
79. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin elektron qaimədə qeyd olunmuş bir sıra xidmətlər üzrə ödənişlər etməsi, digər xidmətlər ilə bağlı isə qarşı tərəfə öz etirazlarını bildirməməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktorunun şikayəti üzrə qəbul etdiyi 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 63) uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəli r ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 64) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 64) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
81. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 2-2(103)-899/2022 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
82. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) 2021-ci il 17 may tarixli elektron qaimə üzrə mübahisəli vaqonların hansı şirkətin mülkiyyətində, hansı şirkətin isə faktiki istifadəsində olmasını; 2) cavabdeh tərəfindən hansı səbəb(lər)dən və hansı əsaslarl a sözügedən vaqonlara iddiaçının göstərdiyi xidmətlərə görə qismən ödəniş edildiyini (əgər həqiqətən də vaqonlar başqa şirkətin mülkiyyətində və ya faktiki istifadəsindədirsə); 3) habelə həm sözügedən elektron qaimə, həm də 2021-ci il 18 oktyabr tarixli elektron qaimə üzrə cavabdehin əsasssız hesab etdiyi məbləğlərlə bağlı həmin qaimələrə qanunvericiliklə müəyyən edilmiş qaydada etiraz etməməsinin səbəblərini aydınlaşdırmalı, bu zaman Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunmuş hüquqi mövqelərini nəzərə almalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
83. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli 22(103)-899/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.