Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR 2-2(102)-328/2025 Açar sözlər: borc müqaviləsi, zaminlik müqaviləsi, zərər 13.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli 2-2(103)-136/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin ha lları 1. "xxxx" ASC (bank) ilə Cavabdeh MMC (borcalan) arasında 2022-ci il 29 dekabr tarixdə **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqaviləyə “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 2023-cü il 7 aprel tarixli 01/107 saylı əlavə bağlanmışdır.
2. Bankla İddiaçı MMC (zamin) arasında bağlanmış 349/107 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin, borcalanın (Cavabdeh MMC-nin) kreditor qarşısında yaranmış 2022-ci il 29 dekabr tarixli **********29122022 saylı “Bank Xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan “Maksimal borclanma limitinin (kredit limitinin) Xüsusi Şərtlərinə dair” 2023-cü il 7 aprel tarixli 01/107 saylı əlavə üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliy yəti öz üzərinə götürür və bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır.
3. Bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın yaranmış 348,56 manat məbləğində faiz borcu 2023-cü il 12 dekabr tarixdə, 434,07 manat faiz borcu 2024-cü il 12 fevral tarixdə, 199,76 manat faiz borcu 2024-cü il 12 mart tarixdə zamin (İddiaçı MMC) tərəfindən ödənilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına (2023-cü il 24 iyun tarixli borc müqaviləsinə əsasən) 2023-cü il 14 noyabr tarixli BD1 nömrəli ödəniş tapşırığı əsasında 1.180 manat, 2023-cü il 24 iyun tarixli 010AZ**********4 nömrəli ödəniş tapşırığı əsasında 5.000 manat, 2023-cü il 28 iyul tarixli BD1 nömrəli ödəniş tapşırığı əsasında 50.000 manat vəsait köçürülmüşdür.
5. İddiaçı MMC-nin Azərbaycan Resp ublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X1 Qeydiyyatı İdarəsi tərəfindən 2011-ci il 5 sentyabr tarixli ********** qeydiyyat nömrəsi ilə təsdiq olunmuş nizamnaməsinin 2.1-ci bəndinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Həmin nizamnamənin 2.2- ci bəndinə əsasən, cəmiyyət iştirakçılarının payı aşağıdakı kimi müəyyən edilmişdir: X3 – 10 manat, 10 pay, 100% pul şəklində.
6. Cavabdeh MMC-nin nizamnaməsinin 2.1-ci bəndinə görə, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 10 manat olmaqla 1 (bir) paydan ibarətdir. Həmin nizamnamənin 2.2-ci bəndində “cəmiyyətin təsisçisi Qanuni nümayəndə, AZE AA0097324 1 pay 10 manat” qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinc i instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə 2024-cü il 22 avqust tarixində müraciət edərək, 56.180 manat məbləğində pul vəsaitinin, 4.859 manat faizin, həmçinin cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 1.353 manatın, ümumilikdə 62 393 manatın və dövlət rüsumu olaraq ödənilmiş 278 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 (bundan sonra – “X3”) 2011-ci ildə təsis edilmiş iddiaçının təsisçisi, payçısı və qanuni təmsilçisi, Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) isə 2022-ci ildə təsis edilmiş cavabdehin təsisçisi, payçısı və qanuni təmsilçisidir. Hər iki şirkət arasında 2023-cü ilin iyun-iyul aylarında yaranmış maliyyə münasibətlərinin əsasında şirkətlərin qanuni təmsilçiləri arasında tanışlıq münasibətlərinin olması dayanır. İlkin olaraq 2023-cü ilin aprel ayında iddiaçı cavabdehin öhdəliyi üçün zamin olmuş, daha sonra isə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddiaçının qanuni təmsilçisi X3 müraciət edərək, cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi, daha dəqiq mal alınması məqsədilə şirkətin maliyyə vəsaiti ilə təmin edilməsi üçün, iddiaçı tərəfindən cavabdehə təxminən 55.000 manat borc verilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin qanuni təmsilçisi Qanuni nümayəndə fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. İlkin olaraq iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə 5.000 manat, daha sonra isə cavabdeh şirkətin mal alması zamanı, gömrükdə malların qəbulu üçün 50.000 manata ehtiyacı olduğundan, cavabdeh şirkətə yenə bu məbləğdə borc ayrılmışdır. Daha sonra təcili xərci çıxdığı üçün cavabdeh şirkətə 1.180 manat məbləğində iddiaçı hüquqi şəxs tərəfindən borc ayrılmışdır. İddiaçı tərəf qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan bu ödənişləri həyata keçirmiş, eyni zamanda zamin qismində birgə məsuliyyəti öz üzərinə götürərək, "xxxx" ASC ilə № 349/107 saylı zaminlik müqaviləsini imzalamışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından işin hallarında qeyd o lunduğu kimi ümumilikdə 1.353 manat gecikmiş borc üzrə məbləğ silinmişdir. Həm verilmiş borc məbləğinin, faiz məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfə borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Qanuni nümayəndə, "xxxx" MMC-nin təsisçisi Balıyev Emil və iddiaçının qanuni təmsilçisi X3 cavabdeh MMC-də faktiki ortaq kimi çıxış ediblər. Cavabdeh MMC 2022-ci ildə yaradılmış və İtaliyadan məhsul idxalı üzrə fəaliyyət göstərmək məqsədi daşıyıb. Emil Balıyev b u ideyanı dəstəkləmiş və 300.000 manat kredit cəlb olunması müqabilində cavabdeh MMCdə 20% pay almağa razılaşıb. Bu razılaşma çərçivəsində "xxxx" MMC və iddiaçı MMC kreditin zaminləri olmuş, həmçinin Balıyevin təklifi ilə cavabdehin mühasibatlığı Fuad Rufullayevə tapşırılmışdır. Kredit gecikmə ilə ayrılmış və nəticədə cavabdeh İtaliyadan malları vaxtında sifariş edə bilməmişdir. Gömrük rüsumları üçün lazım olan vəsait isə iddiaçı MMC-dən köçürülmüşdür. Cavabdeh bu vəsaitin borc deyil, tərəflər arasındakı ortaq fəaliyyətin bir hissəsi olduğunu bildirir. Ortada yazılı borc müqaviləsinin olmaması, tərəflərin birgə fəaliyyətə dair yazışmalarının və "xxxx" qrupunun olması, eləcə də X3-ün cavabdeh MMC-nin tədbirlərində təsisçi kimi təqdim olunması bu münasibətlərin ortaqlıq xarakteri daşıdığını sübut edir. Əgər münasibətlər borc xarakterli olsaydı belə, mülki qanunvericiliyin tələblərinə əsasən yazılı müqavilə bağlanmalı idi. Əksinə, iddiaçı 5 ay ərzində cavabdehin hesabına ardıcıl olaraq vəsaitlər köçürmüşdür ki, bu da borc münasibətinə ziddir. Bundan əlavə, iddiaçı bir tərəfdən borc münasibətinə istinad edir, digər tərəfdən isə cavabdehin əsassız varlandığını iddia edir. Halbuki mülki qanunvericiliyə əsasən borc müqaviləsi ilə əsassız varlanma hüquqi olaraq fərqli əsaslardır və bir iddiada eyni anda istifadə oluna bilməz.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə da iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 56.180 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc olaraq deyil, investisiya yatırımı olaraq verilmiş, məqsədi gələcəkdə cavabdehin əldə edəcəyi gəlirdən pay götürmək və cavabdehin təsis payının 20 faiz hissəsini alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək olmuşdur. Bundan əlavə, onun qanuni təmsilçi kimi üçüncü köçürmədən ümumiyyətlə məlumatı olmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e2-2(113)-6453/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 56.180 manat məbləğində borcun, 1.353 manatın, 200 manat dövlət rüsumunun, ümumilikdə 57.733 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).
12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının cavabdehə 2023-cü il 14 noyabr tarixdə 1.180 manat, 24 iyun tarixdə 5.000 manat, 28 iyul tarixdə isə 50.000 manat olmaqla ümumilikdə 56.180 manat vəsait köçürməsi təsdiqlənmişdir. Tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, cavabdeh bu vəsaitlərin borc kimi verilməsinə etiraz etməmiş və vəsaitlərin cavabdeh MMC-nin ehtiyacları üçün istifadə olunduğu bildirilmişdir. Bu səbəbdən məhkəmə bu hissədə iddianı əsaslı sayaraq 56.180 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə adıçəkilən bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin kredit müqaviləsi üzrə yaranmış ödənilməli olan ümumilikdə 1.353 manat faiz borcu iddiaçı tərəfindən banka ödənilmişdir. Hazırda iddiaçının ödədiyi 1.353 manat vəs aiti reqres qaydada cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia ərizəsi bu hissədə də təmin edilməli, 1.353 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. İddianın 4.859 manat məbləğində bank uçot dərəcəsinə uyğun faiz borcunun tutulmasına dair tələbini məhkəmə əsassız hesab etmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449.1, 470.1, 472.1, 472.2, 475.1, 739.1, 739.2, 740.2, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-136/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən 56.180 manat məbləğində borcun tutulub iddiaçıya ödənilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı “56.180 manat məbləğində pul vəsaitinin tutulması” tələbi təmin edilmiş, cavabdehdən 56.180 tutularaq iddiaçıya ödənilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi “cavabdehdən 56.180 manat məbləğində borcun tutulması” nəticəsinə gələrkən tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni həmin hissədə düzgün əsaslandırmamış, gəldiyi müvafiq nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
19. İşin bilavasitə tərəflərin nümayəndələrinin bildirdikləri, eləcə də iş materiallarında olan sübutlarla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçı cəmi 56.180 manat məbləğində pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan aralarında yaranmış an laşmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.
20. Cavabdehin nümayəndəsi irəli sürülən həmin faktiki halı etiraf etmişdir. Bununla belə o, iddiaçı şirkətlə cavabdeh şirkətin ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün cavabdehin iddiaçıya hər hansı ödəniş etməli olmadığını bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır. Tərəflərin nümayəndələrinin bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür.
22. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 56.180 manat verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
23. Cavabdeh iddiaçının ona 56.180 manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan al dığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən 56.180 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
25. Qətnamənin mübahisləndirilən digər hissəsi, yəni 1.353 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmişdir. Müvafiq iddia tələbinin qanuni əsasını MM-nin 475.1-ci maddəsi təşkil edir və birinci instansiya məhkəməsi həmin əsasa istinadən düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 14.2.1, 43.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 385, 386.1, 390.1, 390.2, 425, 442, 472.1, 472.2, 475.1, 475.2, 739.1, 739.2, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, MPM-nin 14.2, 77.1, 80, 81, 106.3, 385-ci maddələrinə istinad etmişdir.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
28. MM-in 475.1-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli və obyektiv araşdırsa idi, təbii ki, iddia tələbinin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən iddiaçının "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 1.353 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində rədd edərd i. Belə ki, cavabdehin qanuni təmsilçisinin izahatında da, həmçinin məhkəməyə təqdim edilmiş sübutlarda da iddiaçının təsisçisi və qanuni təmsilçisi olan X3ün də cavabdeh MMC-də ortaq olması təsdiq olunmuşdur. X3-ün ortağı olduğu şirkətin bankdan kredit götürülməsində ona məxsus digər şirkətin zamin durması normaldır. İddiaçı rəsmi olaraq zamin kimi göstərilsə də, əslində cavabdeh kimi həmin kredit müqaviləsi üzrə “borclu” olmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəflərin ortaq biznes fəaliyyətinin olmasını təsdiq etsə də, 1.353 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etməmiş, birinci instansiya məhkəməsinin düzgün qənaətə gəldiyini qeyd etmişdir. Halbuki yuxarıda qeyd olunanlardan da göründüyü kimi tərəflər ortaq olduğu üçün həmin məbləğ də cavabdehdən tutula bilməzdi. Lakin apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını tərəflərin münasibətinə uyğun hərtərəfli araşdırma aparmadan tətbiq etmiş, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşdığını qeyd etməklə kifayətlənmişdir. Hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, iddiaçının “tanışlıq münasibətinin” olmasına əsaslanaraq yalnız bu əsasdan cavabdeh tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyildir. Apellyasiya instansiya məhkəməsi tərəfləri ortaq hesab etdiyi halda, zaminliyin ayrıca öhdəlik kimi qiymətləndirilməsi məntiqli olmamışdır. İddiaçı əslində ortaq olduğu biznesin borcuna görə zamin deyil, kredit üzrə birgə borclu kimi məsuliyyət daş ıyırdı və məhkəmə bunu nəzərə almalı idi. Həmin kredit şəxsi məqsədlər üçün yox, biznesi genişləndirmək üçün götürülüb. Təkcə iddiaçı yox, cavabdehin qanuni təmsilçisi özü də başqa bir şirkətini zamin edib və atasının mülkiyyətində olan evi girov qoyub. Bu da kreditin biznesin inkişafına yönəldiyini və ortaq layihənin bir hissəsi olduğunu təsdiq edir.
29. MPM-nin 76, 77, 88 və 217-ci maddələri üzrə - Cavabdeh tərəfindən 2024-cü il 1 oktyabr tarixdə birinci instansiya məhkəməsinə e-kabinet vasitəsi ilə "xxxx" adı ilə cavabdeh MMC-yə dair 2023-cü il vergi dövrünü əhatə edən X2 yüklənilmişdir. Həmin Bəyannamənin 239-cu sətrində cavabdehin 200.888,66 manat zərəri olduğu qeyd olunmuşdur. Bununla da həmin fəaliyyətin gözlənilməz nəticə vermədiyi sübut olunmuşdur. Belə olan halda mənfəət əldə olu nmamışdır ki, cavabdeh də bu mənfəəti iddiaçı ilə bölüşsün. Məhkəməyə təqdim edilmiş sübutlardan da görünür ki, cavabdeh müəssisənin təsisçisi tərəfindən hər hansı dividend, borc və s. alınmamışdır, müəssisənin xərclənən bütün vəsaitləri ortaqlığın məqsədlərinə sərf olunmuşdur. Apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini nəzərə almadan qətnamə çıxarmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
31. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasi bətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).... 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz”. “Maddə
48. Hüquqi şəxslərin dövlət qeydiyyatı 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir....” “Maddə
64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri... 64.2. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər....” “Maddə
70. Tam o rtaqlığın nizamnaməsi Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir”. “Maddə
73. Tam ortaqlıq iştirakçısının vəzifələri... 73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur....” “Maddə
74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi 74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulm ayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir....” “Maddə
75. Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri üzrə məsuliyyəti 75.1. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar....” “Maddə
82. Kommandit ortaqlığı 82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştir ak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır....” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
777. Tapşırıq müqaviləsi... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....” 34. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Bu Qanunda istifadə olunan anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. investisiya fəaliyyəti – investorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu; 1.1.2. investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar;...” “Maddə
8. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi formaları 8.1. İnvestisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər: 8.1.1. hüquqi şəxslərin yaradılması və yenidən təşkili; 8.1.2. hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi; 8.1.3. xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili; 8.1.4. fərdi sahibkarlıq; 8.1.5. investisiya fəaliyyətinin həyata keçirilməsinə dai r müqavilənin bağlanması; 8.1.6. əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi; 8.1.7. bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar”. “Maddə
11. İnvestorların vəzifələri 11.1. İnvestorların vəzifələri aşağıdakılardır:... 11.1.5. bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələrə əməl etmək....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokol a imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılmalıdır.
37. Bununla bağlı məhkəmə kollegiyası öz mövqeyini aşağıda göstərilən normativ hüququ aktların müddəalarının təhlili və əlaqəli surətdə qiymətləndirilməsi nəticəsində müəyyənləşdirir.
38. MM-in 1-ci maddəsinə görə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək bu Məcəllənin vəzifələri sırasındadır.
39. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilə azadlığı, o cümlədən mülki hüquqların məhkəmə müdafiəsi də mülki hüquqi tənzimləmənin əsas prinsipləri hesab olunur.
40. Mülki hüquq subyektlərinin bərabərliyi mülki hüquq münasibətləri müstəvisində onların mövqe mütənasibliyinə malik olmaqla qeyri-bərabərliyinin istisnasını nəzərdə tutur.
41. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri vəhdət təşkil etməklə bir tərəfdən mülki münasibətlərin iştirakçısına çevrilmək üçün dispozitivlik və təşəbbüskarlığını nəzərdə tutmaqla, onların öz istəklərinə rəğmən müqavilələrin bağlanmasını, onun vaxt və yerini müəyyənləşdirməsi müstəqilliyini ehtiva edir. Eyni zamanda bu prinsiplər fiziki və hüquqi şəxslərin hər hansı müqavilə münasibətlərinə daxil olmasına qanunla nəzərdə tutulan hallar istisna olmaqla məcbur edilməsinə sədd çəkir.
42. Təsadüfi deyildir ki, MM-in 6.2-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğu n olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
43. Hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı, həmçinin bağlanan müqavilənin növünün müəyyənləşdirməsi sərbəstliyini tanımaqla tərəflərə nəinki, normativ hüquqi aktlarla nəzərdə tutulan, habelə onlarda göstərilməyən müqavilələri də bağlamağa imkan verir.
44. Bu cür yanaşma Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilən insan və vətəndaş hüquq və azadlıqlarının məzmunundan da irəli gəlir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz (Konstitusiyanın 71-ci maddəsinin müvafiq olaraq İİ və İX hissələri).
45. Təsadüfi deyildir ki, MM-in 390-cı maddəsində də göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna edilir. Müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla müqavilə bağlamağa məcbur etməyə yol verilmir (MM-in 390.1, 390.5, 390.3-cü maddələri).
46. Bu maddənin nəzərdə tutduğu mühüm elementlərdən bi ri də tərəflərin müqavilə şərtlərinin formalaşdırılması mərhələsində müstəqillik imkanına təminat verməsidir. Lakin belə şərtlərin məzmunu MM-də göstərilən hallardan asılı olmaqla onlardan kənara çıxmamalıdır (MM-in 390.5-ci maddəsi).
47. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, MM-in müvafiq normaları baxımından mülki hüquq münasibətinin yaranması, dəyişdirilməsi və xitamına səbəb olan hüquqi fakt birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Digər tərəfdən o da aydındır ki, müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruridir (MM-in 324.1 və 324.4-cü maddələri).
48. O da vurğulanmalıdır ki, əqdlərin şifahi formada bağlanması da MM-in müddəaları baxımından mümkün mülki hüquqi davranış kimi nəzərdə tutulmuşdur. Buna misal olaraq tapşırıq müqa viləsinin həm şifahi, həm də yazılı formada bağlanması alternativlik kimi müəyyənləşdirilmişdir (MM-in 329.2 və 777.2-ci maddələri).
49. Yuxarıda əks olunan müvafiq normativ hüquqi aktların normalarından belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə tərəflərin həqiqi mülki hüquq münasibətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ortaq iş görmə (şəriklik) müqaviləsindən yaranan münasibət kimi qiymətləndirməsi həmin normaların məzmunu ilə ziddiyyət təşkil etmir.
50. Lakin həmin məhkəmə instansiyası iddia tələbini qismən təmin edərkən mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ortaq iş görülməsi üçün cavabdehə 56.180 manat verdiyini sübuta yetirsə də, cavabdeh razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticənin vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti i ddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.
51. Həmçinin məhkəmənin mövqeyinə görə, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır. Tərəflərin arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
52. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıda kıları qeyd edir.
53. MM-in 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsas yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir.
54. Bir çox xarici yurisdiksiyalarda isə birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür.
55. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüq uqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir.
56. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır.
57. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir.
58. O da n əzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar.
59. Əvvəldə də qeyd olunduğu kimi MM-də birgə fəaliyyət münasibətlərini (o cümlədən şərikli birgə fəaliyyət münasibətlərini) tənzimləyən müqavilə növü nəzərdə tutulmasa da, hüquqi tənzimləmənin xüsusi qaydası müəyyənləşdirilmişdir.
60. Belə ki, MM-in 11.5-ci maddəsinə görə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Digər tərəfdən həmin Məcəllənin 11.1-ci maddəsində göstərilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə bir başa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu onların mahiyyətinə zidd deyilsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
61. Bundan başqa MPM-in mülki işlərin həllində məhkəmələrin tətbiq etdiyi normativ hüquqi aktlara dair qaydaları əks etdirən 13-cü maddəsində birbaşa göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (MPM-in 13.4-cü maddəsi).
62. Göstərilən normaların tələblərindən irəli gəlməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qanunun analogiyası kimi MM-in təsərrüfat ortaqlıqları ilə bağlı qaydaları tənzimləyən normaları tətbiq olunm alıdır. MM-in 64.2-ci maddəsinə görə təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. O da nəzərə alınmalıdır ki, təsərrüfat ortaqlığını kommersiya təşkilatı kimi təsərrüfat cəmiyyətindən fərqləndirən əsas amillərdən biri də ortaqlıqlarda nizamnamə kapitalının deyil, məhz şərikli kapitalın formalaşdırılması mütləq şərtlərdən biridir (MM-in 70 və 73.2-ci maddələri).
63. MM-in tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi ilə əlaqədar nizamlamanı nəzərdə tutan 74-cü ma ddəsində isə göstərilir ki, tam ortaqlığın mənfəəti və zərəri əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onların şərikli kapitaldakı paylarına mütənasib şəkildə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir (MM-in 74.1-ci maddəsi). Digər tərəfdən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar (MM-in 75.1-ci maddəsi).
64. Bu normaların təhlili ona dəlalət edir ki, ortaqlar (şəriklər) belə təsərrüfat ortaqlığının öhdəlikləri üçün şərikli subsidiar məsuliyyət daşımaqla, həmçinin öz əmlakları ilə cavabdehlik daşıyır, mənfəətlə zərər də onlar arasında şərikli kapitaldakı paylarına uyğun olaraq müəyyənləşdirili r. Bununla belə mənfəət və zərərin bölüşdürülməsi qaydasında dispozitivlik prinsipindən irəli gəlməklə tərəflərin iradəsinə görə digər tənzimləmənin mümkünlüyü imkanı da istisna edilmir.
65. Təsərrüfat ortaqlığının digər təşkilati hüquqi forması kimi nəzərdə tutulan kommandit ortaqlığının əsas fərqi isə belə ortaqlıqda iştirak edən maya qoyanın (kommanditçinin) ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməməsi, həmçinin ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün tam ortaqlardan (şəriklərdən) fərqli olaraq yalnız qoyduqları mayaların məbləği həddində risk daşımalarıdır (MM-in 82.1-ci maddəsi).
66. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, MM-in 48.1-ci maddəsinin tələbi baxımından təşkilati hüquqi forması təsərrüfat ortaqlıqları olmaqla onların hüquqi şəxs kimi dövlət qeydiyyatına alın ması imperativ qayda kimi şərtləndirilsə də, onların iştirakçıları (şərikləri) ilə bağlı nəzərdə tutulan müddəalarının hazırkı iş üzrə tətbiqi qanunun analogiyasına dair əvvəldə göstərilən maddələrin tələbi baxımından zəruridir.
67. Apellyasiya instansiyası məhkəməsi yuxarıda da göstərildiyi kimi iddia tələbini qismən təmin etməklə (56.180 manat və zaminlik müqaviləsi əsasında ödənilmiş 1.353 manat hissəsində) cavabdehin iddiaçının ona 56.180 manat verdiyini etiraf etməsini, həmçinin ödənişlə bağlı təkzib olunmayan sübutlar təqdim edildiyindən iddiaçının sübutetmə yükündən azad olunmuş sayılmasını göstərmişdir. Cavabdeh barəsində isə hesab etmişdir ki, o razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa, bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şərikli birgə fəaliyyət (ortaq biznes) münasibətlərinin olması hazırkı işdə mübahisəsiz hal olduğundan MM-in əvvəldə göstərilən 74.1-ci maddəsinin tələbi baxımından şərikin (iştirakçının) zərərin bölüşdürülməsindən kənarda saxlanılması yolverilməzdir. Hazırkı işin materiallarından görünür ki, zərərlə işləmə faktının sübutu kimi 2024-cü il 1 oktyabr tarixində, yəni MPM-in 78.1-ci maddəsinin tələbi baxımından işin məhkəmədə hazırlanması yekunlaşanadək cavabdehin 2023-cü ilin vergi dövrünü əhatə edən və 200.888,66 manat zərərin olduğu qeyd olunan X2 birinci instansiya məhkəməsində elektron məhkəmə sisteminə yüklənsə də, nə birinci instansiya, nə də apell yasiya instansiyası məhkəməsi tərəfindən hər hansı qiymətləndirilmə aparılmamışdır.
69. Halbuki cavabdeh MMC-nin zərərlə işləməsi yuxarıda göstərilən normaların tələbləri baxımından hazırkı işdə iddiaçının da şərik kimi zərəri də bölüşmək prezumpsiyasını yaradır.
70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin zərərlə işləməsi faktı iş materiallarında olan sübutlarla əlaqəli surətdə tədqiq edilməli və tərəflərin şərikli birgə faəliyyəti ilə bağlı münasibətlərindən irəli gəlməklə qiymətləndirməli idi. Lakin bu hallar ümumiyyətlə araşdırılmamışdır.
71. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, apellyasiya instansiyası hazırkı iş üzrə iddiaçının verdiyi pul vəsaitini onun tərəfindən təqdim edilən sərmayə kimi müəyyən olunması qənaətinə gəlmişdir. Belə olan təqdirdə təəs sürat yaranır ki, iddiaçının verdiyi pul vəsaiti investisiya kimi dəyərləndirmiş, amma bu vəsaitin investisiya kimi yatırılması da mövcud qanunvericiliyin normaları baxımından qiymətləndirilməmişdir.
72. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar investisiya hesab olunur. İnvestorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu isə investisiya faəliyyətidir. Bununla belə həmin Qanunun 11-ci maddəsinə görə investorun vəzifələri sırasında onun bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələr etmək də göstərilir.
73. Digər tərəfdən adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması ilə yanaşı hüquqi şəxslərdə iştirak paylarının (səhmlərinin) əldə edilməsi də investisiya fəaliyyətinin həyata keçirilməsi formalarının dairəsinə daxildir.
74. Hazırkı işin materiallarından isə nə iddiaçı tərəfindən cavabdehin kapitalındakı payının hər hansı hissəsinin alınması və bununla da cavabdeh MMC-nin təsisçiləri sırasında dəyişikliyin baş verməsi və bu faktın dövlət reyestrində rəsmiləşdirilməsi müəyyən edilməmiş, nə də tərəflər arasında investisiya fəaliyyətinin həyata keçirilməsinə dair hər hansı müqavilə də mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəfl ər arasında yaranmış münasibətlər investisiya fəaliyyətindən irəli gələn münasibətlər kimi qiymətləndirilə bilməz.
75. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının zaminlik müqaviləsi əsasında ödənilmiş 1.353 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsinə dair tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də yuxarıda göstərilən hüquqi mövqelər baxımından qənaətbəxş hesab edilə bilməz. Belə ki, ortaq biznes tərəfdaşlarının (şəriklərin) ümumi biznes layihəsinin həyata keçirilməsi üçün banklardan alınan kreditlərə zamin durması tamamilə mümkün olan təcrübədir. Belə olan təqdirdə sözügedən məqsədlərlə bağlanmış zaminlik müqaviləsinin şəriklik müqaviləsindən kənar şəkildə bağlanmış əqd kimi dəyərləndirilməsi yuxarıda şərh olunan hüquq normaları baxımından y olverilməzdir.
76. İşin tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuni və əsaslı məhkəmə aktının çıxarılmasının təmin edilməsi məqsədilə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən: 1) yuxarıda göstərilən mövqeyə uyğun olaraq tərəflər arasında mövcud olan şərikli birgə fəaliyyət münasibətlərindən irəli gəlməklə işdə olan sübutlar əsasında və yuxarıda sadalanan normaların tələblərinə uyğun olmaqla cavabdehin zərərlə işləyib-işləməməsi, bundan irəli gəlməklə iddiaçının şərikli münasibətdəki payının həcmi, eləcə də zərər müəyyən edildikdə payına mütənasib olaraq zərərin bölünməsində məsuliyyətinin həcmi müəyyən edilməli; 2) eləcə də zaminlik müqaviləsi əsasında ödənilmiş pulun cavabdehdən tutulmasına dair iddia tələbi yuxarıda göstə rilən hüquqi mövqelər baxımından qiymətləndirilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli 2-2(103)-136/2025 nömrəli qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.