Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-329/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, XXXa və Cavabdeh3nə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-329/20 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünlüyü Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, XXXa və Cavabdeh3nə qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməklə tutulması” tələbinə dair kommersiya işi üzrə Cavabdeh1 MMC-nin direktoru XXX tərəfindən Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-439/2020 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə, XXXa və Cavabdeh3nə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitələrinə yönəldilməklə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)50/2019 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək onun iddianın təmin olunduğu hissədə ləğv olunması, i ddia tələbinin həmin hissədə təmin olunmaması barədə qətnamə və iddiaçının vəzifəli şəxslərinin əməllərində cinayət faktının araşdırılması məqsədilə müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-439/2020 saylı qəraradadı ilə cavabdehin apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verm əmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): - 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan kassasiya şikayəti verilə bilər; - 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünva n sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, hüquqi şəxsin müvafiq şəxsi tərəfindən məhkəmə sənədinin göndərilməsinə dair qəbz imza edildikdən sonra məhkəməyə qaytarıldıqda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin gündən sonra 10gün müddətində isə qərardaddan kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti müəyyən edilmiş bu müddət ötürülməklə verilmişdirsə, kassasiya şikayəti apellyasiya məhkəməsi tərəfindən qaytarılmalıdır. İşin üçüncü cildinin 82-ci səhifəsində olan “xəbərnamədən” göründüyü kimi, qərardad xx xxxxxx 2020-ci il tarixdə cavabdehinünvanında onun qanuni təmsilçisi XXX tərəfindən imza etməklə alınmışdır. Qeyd olunmuş qərardadın göstərilmiş tarixdə alınmasına baxmayaraq, cavabdeh tərəfindən kassasiya şikayəti xx xxxxxxxx 2020-ci iltarixdə apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Lakin cavabdeh tərəfindən müddətin buraxılmasına baxmayaraq, onun bərpası barədə vəsatət təqdim olunmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarı lmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-439/2020 saylı qərardadından Cavabdeh1 MMC-nin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-329/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-329/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver