Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-330/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: qiymətləndiricinin hesabatının etibarsız hesab edilməsi, hərraca dair sifarişin ləğv edilməsi və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X1 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya Şöbəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, hərraca dair sifarişin ləğv edilməsi və s. haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin materiallarında olan, Xətai rayon məhkəməsinin başqa bir iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin işdə iddiaçı olmuş “xxxx” ASC-nin cavabdeh Ş.Rəfiyevə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Ş. Rəfiyevdən 10.642,79 ABŞ dolları məbləğində əsas, 1.161,22 ABŞ dolları məbləğində faiz, 24,80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 11.828,81 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnə ilə və 20 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra vərəqəsi verilmiş və icra olunması üçün hazırki iş üzrə cavabdeh qismində cəlb olunmuş Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin Şöbə tərəfindən icra vərəqəsi üzrə icra icraatı başlanılmış və mübahisə obyekti olan avtomobilin qiymətləndirilməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Hazırda iddiaçı “xxxx” ASC mübahisəli avtomobilin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli QR 16 03 nömrəli Qiymətləndirmə Rəyinin və QXM/1603 saylı Hesabatın etibarsız hesab edilməsini, Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş Sifarişin ləğv edilməsini və avtomobilin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Xətai rayon İcra və Probasiya Şöbəsinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi; ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilmə si məqsədi ilə 3-cü şəxs Mərkəzə cavabdeh Şöbənin icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi və ipoteka predmeti olan “Chevrolet Avel-minik” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim L.Əliyeva; iş No e-2-2(113)-658/2020) iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 4. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ASC-nin hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söhbət gedə bilər ki, şəxsə mü nasibətdə onun hüquqi vəziyyətində dəyişikliklər yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Bu mənada iddiaçı ASC-nin hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə rəyinin onun hüquqi vəziyyətinə təsir edib-etməmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.
5. Hazırkı işdən isə görünür ki, iddiaçı ASC-nin nail olmaq istədiyi başlıca məqsəd mü bahjsəli avtomobilin əsassız hesab etdiyi ilkin qiymətlə açıq hərraca çıxarılmasının qarşısının alınmasından ibarətdir.
6. Qanunvericilikdə icra məmurunun sifarişi əsasında hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin icra məmurunun təşəbbüsü ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamış, tətəbkann və ya borclunun qiymətləndirmə rəyindən narazı olduğu halda yenidən rəy alınması ilə bağlı icra məmuruna müraciət etmək imkanı istisna edilməmişdir.
7. Beləliklə, cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı hesabatı özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni status yaratmağına, dəyişdirmədiyinə və xitam vermədiyinə görə, onun qəbu l edilməsi nəticəsində iddiaçı ASC-nin hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyil.
8. Göründüyü kimi məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda qiymətləndirmə icra məmurunun sifarişinə əsasən məcburi qaydada həyata keçirildiyindən belə qiymətləndirilmənin keçirilməsi ilə bağlı icra məmurunun hərəkət və qərarları məhkəmə qətnaməsinin icra edilməsinə yönəldilmiş hakimiyyət xarakterli tədbirlərdir.
9. Belə olan halda isə tələbkarın icra məmurunun sifarişi əsasında keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən olunmuş qiymətlə razılaşmamasından irəli gələn mübahisə tələbkar ilə qiymətləndirməni aparan şirkət arasında deyil, tələbkar ilə icra məmuru arasında yaranmış mübahisədir. Belə mübahisə yarandıqda qiymətləndirmənin nəticəsindən narazı qalan tələbkar və ya borclu qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkət və ya hərəkətsizliyi bağlı mübahisə qaldıra bilər.
10. Həmin qərardaddan narazı qalan iddiaçı ASC ondan şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə (sədrlik edən R.Qurbanov; hakimlər C.Yusifov və V.Baxışova; iş № 22(103)-451/2020) iddiaçı ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsində qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması nəzərdə tutulsa da, cavabdeh MMC-nin “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2018-ci il tarixli QR 1603 nömrəli qiymətləndirmə rəyi və QXM/1603 saylı qiymətləndirmə hesabatı məhkəmə qaydasında ayrıca icraatda mübahisələndirilə bilməz.
13. Qanunvericilikdə icra məmurunun sifarişi əsası nda hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin icra məmurunun təşəbbüsü ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamış, tələbkarın və ya borclunun qiymətləndirmə rəyindən narazı olduğu halda yenidən rəy alınması ilə bağlı icra məmuruna müraciət etmək imkanı istisna edilməmişdir. Bu baxımdan, həmin icra işi üzrə qəbul edilən qiymətləndirilən ekspert rəyi ayrıca iddia icraatının predmeti ola bilməz.
14. Bundan başqa, özü-özlüyündə həmin qiymətləndirmə rəyi hər hansı hüquqi nəticə yaratmır və iddiaçı ASC-nin hüquqlarının pozulmasına səbəb olmur. Çünki həmin rəyə əsasən qiymətləndirilən əmlak hərraca çıxarılmamış və əmlaka qoyulan qiymətin düzgün olmaması səbəbinə görə hər hansı hadisə baş verməm iş, yəni əmlaka qoyulan qiymətin düzgün olmaması nəticəsində həmin əmlakın hərracda satılmaması faktı baş verməmiş və bu hallar yalnız iddiaçı ASC-nin mülahizələri və ehtimallarına əsaslanır.
15. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51 və 61.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tərəflərə 26.08.020-ci il tarixdə təqdim edilmişdir.
17. Həmin qərardaddan narazı qalan iddiaçı ASC ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılmasına dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı ASC-nin kassasiya şikay ətində qeyd edilənlərə görə, qiymətləndirilən avtomobil 6 ildən artıq istifadədə olmuş, istifadə edilməsi nəticəsində aşınmaya (amortizasiyaya) məruz qalmış və qiyməti aşağı düşmüşdür. ASC-nin iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, sözügedən avtomobil əhəmiyytəli dərəcədə zərər görmüş və əsaslı təmirə ehtiyacı vardır. Cavabdeh MMC-nin "Chevrolet Aveo-minik" markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.000 manat məbləğində qiymətləndirməsi anlaşılan və ağlabatan deyildir. Belə ki, qiymətləndirmə xidməti bu məbləği müəyyən edərkən heç bir araşdırma aparmamış, avtomobilin hissələrinin aşınmasını, ilini və s. bu kimi xüsusiyyətləri nəzərə almamışdır. Rəydə yalnız avtomobilin 4 rakursdan şəkli çəkilməklə adıçəkilən avtomobil barədə yekun nəticəyə gəlməyə cəhd o lunmuşdur. Hətta xx.xx.2018-ci il tarixli, QXM/1603 saylı hesabata diqqət etdikdə belə, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun normalarının tələblərinin kobud şəkildə pozulması açıq-aydın görünür. Hər bir hesabat, akt, rəy və s. bu kimi sənədlər əsaslandırılmalı olduğu halda, ekspert (mütəxəssis) yalnız qiymətləndirmədə istifadə olunan anlayışlar, ehtimal və məhdudiyyət şərtləri kimi nəzəri anlayışlar barədə hesabatda qeydlər edərək mücərrəd və işin faktiki hallarını əsaslandırmayan bir hesabat ərsəyə gəlməsinə səbəb olmuşdur. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən avtomobil nisbi yararsız vəziyyətə düşmüşdür. Mövcud bazarı araşdırdıqda, avtomobil alqı-satqı portallarına diqqət etdikdə belə görünür ki, mexaniki sürətlər qutusu ilə təhciz olu nmuş, şinləri istifadəyə yararsız olan, bamperi olmayan avtomobilə 12.000 AZN ilkin satış qiyməti qoyulması həqiqəti əks etdirmir.
19. Həmçinin nəzərə alınmalıdır ki, mübisələndirlən qiymətləndirmə rəyi və hesabatında ipoteka predmeti olan avtomobilin likvid dəyəri deyil, bazar dəyəri müəyyən edilmişdir. Halbuki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
20. Apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, qanunvericilikdə icra məmurunun sifarişi əsasında hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin icra məmurunun təşəb büsü ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamış, tələbkarın və ya borclunun qiymətləndirmə rəyindən narazı olduğu halda yenidən rəy alınması ilə bağlı icra məmuruna müraciət etmək imkanı istisna edilməmişdir.
21. Lakin, bununla əlaqədar nəzərə alınmalıdır ki, belə olan halda tələbkar və va borclu tərəfindən yenidən müəyyən edilmiş qivmətin mübahisələndirməsi də istisna edilməməlidir ki, bu isə sonsuz mübahisələrin yaranmasına gətirib çıxara bilər. Bundan başqa nəzərə alınmalıdır ki, qanuvericilikdə icra məmuru tərəfindən belə müracitələrə hansı müddətə baxılması, həmin müraciətin əsaslı olub-olmamasına icra məmurunun qərar vermək səlahiyyəti, həmçinin qəbul edilmiş qərarın hansı müddətə borclu və va tələbkar tərəfindən mübahisələndirmək hüququ müvvən edilməmişdir.
22. İcra məmurları qanunvericilikdə müəyyən edilmiş qaydalar və şərtlər çərçivəsində məhkəmələrin fəaliyyət qaydasını təmin edir, məhkəmə və digər orqanların aktlarının icrasını və probasiya nəzarətini həyata keçirilər, belə mübahisələrə isə icra məmurları tərəfindən hüquqi qiymət vermək səlahiyyəti qanunivericilkdə nəzərdə tutulmamışdır.
23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd edir ki, özü-özlüyündə qiymətləndirmə rəyi hər hansı hüquqi nəticə yaratmır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. Çünki həmin rəyə əsasən, qiymətləndirilən əmlak hərraca çıxarılmamış və əmlaka qoyulan qiymətin düzgün olmaması səbəbinə görə hər hansı hadisə baş verməmiş, yəni əmlaka qoyulan qiymətin dü zgün olmaması nəticəsində həmin əmlakın hərracda satılmaması faktı baş verməmiş və bu hallar yalnız iddiaçı ASCnin mülahizələri və ehtimallarına əsaslanır. Göründüyü kimi, iddianın əsasını pozulmuş hüquqların bərpası deyil, pozulması ehtimal olunan hüquqların bərpası təşkil edir. Halbuki, MPM-nin 4-cü maddəsində təsbit olunan məhkəməyə müraciət etmək hüququnun mənasına görə yalnız pozulmuş hüquq və azadlıqların, eləcə də maraqların qorunması və təmin edilməsi məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək olar.
24. Bununla bağlı, cavabdeh Şöbənin icra məmuru tərəfindən mübahisələndirilən rəyə əsasən müəyyən edilmiş qiymətlə sifariş verilmiş və həmin sifariş əsasında 3-cü şəxs Mərkəz tərəfindən hərrac təşkil edilmişdir. Bu səbəbdən iddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilərək ipotek a predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə 3-cü şəxs Mərkəzə cavabdeh Şöbənin icra məmuru tərəfindən mübahisələndirilən rəyə əsasən müəyyən edilmiş qiymətlə verilmiş sifarişin ləğv edilməsi də xahiş olunmuşdur.
25. Həmin qiymətləndirmə rəyi və hesabat isə "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən məhkəmə qaydasında ləğv edilmədiyi üçün həqiqi sayılmış və hüquqi nəticə yaratmışdır. Belə ki, həmin qiymətləndirmə rəyinə və hesabata əsasən sifariş verilmiş və hərrac təşkil edilmişdir. Məhz bu səbəbdən həmin sifariş ləğv edilməli və müəyyən ediləcək yeni qiymətlə sifariş verilməlidir.
26. Göründüyü kimi hazırki mübahisə qivmətləndirici hesabatında qiymətləndirilən obvektin, yəni avtomobilin dəyərinin həqi qiliyi ilə əlaqədar mübahisədir və bu səbəbdən məhkəmə tərəfindən baxılmalı, həmin qiymətləndirmə rəyi və hesabatı həqiqəti əks etdirmədiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməli və sonsuz mübahisələrin varanmaması üçün atomobilin qivməti məhkəmə tərəfindən müəvvən edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
29. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Şöbənin və 3-cü şəxs Mərkəzin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onla rın iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 5.1-ci maddəsinə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 32. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
33. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarına əsasən, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi Məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. 35. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətlən dirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.
36. Həmin Qanunun 61.2-ci maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 37. “Qiyimətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
38. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmla kın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
39. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtı nda, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 42.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən iş üzrə qəbul edilmiş qərardad ləğv edilməlidir.
44. Belə ki, iddiaçı ASC-nin kassasiya şikayətində qeyd ed ilən əsas dəlil ondan ibarət olmuşudr ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
45. Bununla iddiaçı ASC hesab etmişdir ki, qiymətləndirici hesabatının mübahisələndirilməsi hər dəfə yeni məhkəmə icraatında baş verə bilər və bu səbəbdən onun hazırki iddia ilə məhkəməyə müraciət etməsi qanuni və əsaslıdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC-nin yuxarıda qeyd edi lən dəlili əsaslıdır və bu səbəbdən qəbul edilə bilər.
47. İlk növbədə qeyd olunmalıdır ki, hazırki işdə iddiaçı qismində çıxış edən ASC-nin başqa bir iş üzrə 11.828,81 ABŞ dolları məbləğində iddiası təmin olunmuş və bu əsasla o həmin iş üzrə başlanılmış icra icraatında tələbkar qismində iştirak edir.
48. Hazırki işdə iddiaçı ASC-nin tələblərindən biri əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını təmin edən İcra Şöbəsinə qarşı yönəlmişdir ki, ASC, sonuncunun borclunun əmlakının açıq hərracda satılması üçün bu hərracın təşkili məqsədilə 3-cü şəxs Mərkəzə müvafiq sifariş vermişdir. İddiaçı ASC yeni iddia verməklə cavabdeh Şöbənin bu hərəkətini mübahisələndirmişdir.
49. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icra qurumunun icra sənədinin icra olu nması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edə bilər. Həmçinin, tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.
50. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı ASC cavabdeh MMC-nin qiymətləndirmə rəyinin və hesabatını da mübahisələndirmişdir.
51. Belə ki, qanuna görə, iddiaçının məhkəmədə qaldırmaq istədiyi iddiaya hüquqi marağı müəyyən edilərsə, O, həmin məhkəmədə müdafiə hüququndan istifadə edə bilər (bax hazırki qərarın 30-39-cu bəndlərinə).
52. Hər hansı şəxsin hüquqi müdafiəyə zərurəti o zaman yaranır ki, onun hüquqi vəziyyətində dəyişikliklər yaradacaq hər hansı kənar müdaxilə baş versin. Belə müdaxlənin nəticəsində adətən şəxsin hüquqlarına müvafiq məhdudiyyətlər qoyulur və ya götü rülür, onun üzərinə müvafiq vəzifələr qoyulur və ya O, həmin vəzifələrdən azad edilir.
53. Bu mənada hazırki halda iddiaçı ASC-nin yuxarıda qeyd edlən iddia tələbinə marağının olub-olmaması sualına cavab vermək üçün, əvvəlcə, onun mübahisələndirdiyi qiymətləndirici rəyi və hesabatının ASC-nin hüquqi vəziyyətinə təsir edib-etməməsini, bu iddianı qaldırmaqla hansı məqsədə çatacağını müəyyən etmək lazımdır.
54. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının məqsədi mübahisə predmeti olan avtomobilin əsassız hesab etdiyi ilkin qiymətlə açıq hərraca çıxarılmasının qarşısını almaqdır. Bu baxımdan iddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir və belə hüquqdan məhrum oluna bilməz.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh ASC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
56. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.