Məhkəmə qərarları › İş №2-2(102)-330/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-330/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-330/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevr al tarixli 2-2(103)-138/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. Cavabdeh bank hesabının çıxarışdan görünür ki, 2015-ci il 18 sentyabr tarixində onun hesabına 15.000 manat bank tərəfindən kredit verilib. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir (qəbzər əlavə edilmişdir).

2. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 2021-ci il 18 iyun tarixli **********98 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra“iddiaçı”) Cava bdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 13.726,55 manat - bundan 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1.407,12 manat və iş üzrə ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinə (bundan sonra “******************** nömrəli kredit müqaviləsi”) əsasən cavabdehə 36 ay müddətinə il lik 6% hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə ******************** saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcəd ən faktiki yaşadığı ünvana məktub göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına iştirak edilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. 2021-ci il 27 may tarixinə cavabdehin kredit üzrə cəmi borcu 13.726,55 manat təşkil edir. Bundan 10.319,57 manat əsas, 1.100,80 manat faiz, 899,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına (bundan sonra-“KMP-nin 2014-cü il 24 dekabr tarixli qərarı”) əsasən hesablanmış 1.407,12 manat faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə iddiaçının hüququ vardır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 2021-ci il 18 iyun tarixli **********98 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunun iddiaçıya qaytarılmasını təmin etməmişdir. Cavabdehin bank hesabının çıxarışdan görünür ki, 2015-ci il 18 sentyabr tarixində onun hesabına 15.000 manat bank tərəfindən kredit verilib. Həmin çıxarışdan görünür ki, cavabdeh mütəmadi olaraq kredit üzrə ödənişlər edir (qəbzər əlavə edilmişdir). Bundan başqa Azərbaycan Respublikası Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması saytından (pk. cbar.az) əldə olunmuş məlumata əsasən cavabdehə 15000 manat məbləğində bank tərəfindən kredit borcunun əsas qalıq borcu (10.319,15 manat) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsirinə düşüb və restrukturizasiya olunması üçün təklif olunan kreditlərin siyahısına daxil edilib. İddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş qaydasını pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni iddiaçının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini öd əniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“Mülki Məcəlləsi”) 385.1, 427.3, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465-ci, Mediasiya haqqında Qanunun (bundan sonra-“Mediasiya qanunu”) 3.4, 36.5-ci maddələrinə istinad edilmişdir.

6. Cavabdehin nümayəndəsi Vəkil1 (bundan sonra-“Vəkil1”) 2022-ci il 28 fevral tarixli iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 aprel tarixli e-2-2(113)-700/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim E.Əliyev).

8. Birinci instan siya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 15.000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır.

9. İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, məhkəməyə yalnız hesabdan çıxarış təqdim etmiş, istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsini və 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderi məhkəməyə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı tələbində kredit müqaviləsinə əsasən cavabdehə 2015-ci il 18 sentyabr tarixində 36 ay müddətinə illik 6% ilə 15.000 ma nat məbləğində kredit verilməsini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

10. Vəkil1 iddia müddətinin tədbiq edilməsi haqqında ərizə ilə bağlı qeyd edilməlidir ki, iddia müddəti təqbiq etmək üçün kredit müqavilənin bağlandığı tarix və qüvvədə olma müddəti bəlli olmalıdır, halbuki hazırki iş üzrə sözügedən müddətləri əks etdirən mötəbər sübut olan müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir.

11. İddiaçı tərəfindən tələbin əsasını təşkil edən hallar sübuta (kredit müqaviləsi və kassa məxaric orderi təqdim edilməyib) yetirilmədiyindən iddia rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 405.1, 406.3, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin (bundan sonra-“Mülki Prosessual Məcəllə”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli 22(103)-607/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı § 8-11 ) ilə razılaş mış və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə 15.000 manat pulun cavabdehə verilməsi halını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

16. Hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad edilməmişdir. Eyni zamanda, həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir.

17. Həmin sənədlər tərəflər arasında kredit müqaviləsinin bağlanması və 15.000 manat kreditin cavabd ehə verilməsini təsdiq edən dolayı sübutlar kimi qəbul edilə bilməz.

18. Tərəflər arasında kredit müqaviləsinin bağlanılması və cavabdehə 15.000 manat məbləğində borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.

19. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. İddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkü n deyil.

20. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi kredit müqaviləsinin bağlanmasının etirafı kimi qəbul edilə bilməz. Çünki cavabdehin iddiaya qarşı verdiyi etirazda kredit müqaviləsinin bağlanması və pulun verilməsi halları aydın şəkildə mübahisələndirilmiş, habelə həmin halları təsdiq edən sənədlərin təqdim edilməsi barədə vəsatət verilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizədə isə tərəflər arasında kredit müqaviləsinin bağlanması deyil, iddia ərizəsində kredit müqaviləsinin bağlanmasının qeyd edildiyi göstərilmişdir.

21. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 372, 375, 377, 739.1 və 739.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Q aydaları”nın (bundan sonra- Banklarda Kreditlərin verilməsi Qaydaları” ) 4.1.17-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 22 noyabr tarixli, 2-2(102)-702/2022 saylı Qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 iyul tarixli, 22(103)-607/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (mMəruzəçi hakim-B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).

24. Kassasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, qətnaməsində iddiaçı tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminə iş hələ birinci instansiya məhkəməsində olarkən – 2022-ci il 5 yanvar tarixində yüklənmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata ümumiyyətlə istinad etməmiş və qiymət verməmiş, o cümlədən həmin portalın fəaliyyətinə məsul olan müvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilib-edilməməsini aydınlaşdırmamışdır. Halbuki iddiaçının iddia ərizəsində, habelə apellyasiya şikayətində bununla bağlı konkret dəlillər irəli sürülümüşdür. Həmin elektron dövlət portalı məlumatından aydın şəkildə görünür ki, cavabdehə verilmiş kredit üzrə restrukturizasiya olunmalı məbləğ 10.319,56 manat göstərilmişdir.

25. Hazırkı iş üzrə verilmiş iddia ərizəsində də məhz həmin məbləğ mübahisə predmeti olan kredit üzrə əsas borc kimi göstərilmişdir. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

26. Bundan başqa, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlilinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdıqları hüquqi mövq elərə ziddir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

27. Ali Məhkəmə Plenumunun mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.Avropa İnsan Hüquqları Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, əriz əçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.

28. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlid ir. Kollegiya hesab etmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd edilən nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qətnamə qəbul etməlidir.

29. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 88. 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “2011-ci il 28 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(103)-138/2023 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(113)-700/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

31. Apellyasiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, məhkəməyə yalnız hesabdan çıxarış təqdim etmiş, istinad etdiyi 18 sentyabr 2015-ci il tarixli ******************** nömrəli kredit müqaviləsini və 15000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderi məhkəməyə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı t ələbində kredit müqaviləsinə əsasən Cavabdeh 18 sentyabr 2015-ci il tarixdə 36 ay müddətinə illik 6%-la 15000 manat məbləğində kredit verilməsini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata istinad etmiş və həmin portalın fəaliyyətinə məsul olan müvafiq dövlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilibedilməməsini təkrar apelyasiya baxışı üçün araşdırılmalı olan məsələ qismində vurğulamışdır.

33. Məhkəmənin sorğusun a cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 2023-cü il 27 iyul tarixli, 6-1-16/2-410/2023 saylı məktubla bildirilmişdir ki, “... Mərkəzi Bankda kredit təşkilatları ilə onların müştəriləri arasında bağlanmış kredit müqavilələri toplanılmır. Həmçinin, qeyd olunur ki, yuxarıda qeyd edilən sənədlərin ısilləri kredit təşkilatlarında saxlanıldığından həmin sənədlərlə bağlı məlumatların sorğu edilməsi üçün müvafiq kredit təşkilatlarına müraciət oluna bilər.” Göründüyü kimi, AR Mərkəzi Bankı da kredit müqaviləsinin əslinin iddiaçı kredit təşkilatında saxlandığını bildirmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 15000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağl anmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır. Lakin istinad edilən kredit müqaviləsi nə əvvəlki məhkəmə baxışları, nə də təkrar apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... iddia müddəti təqbiq etmək üçün kredit müqavilənin bağlandığı tarix və qüvvədə olma müddəti bəlli olmalıdır, halbuki hazırki iş üzrə sözügedən müddətləri əks etdirən mötəbər sübut olan müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir.” Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

35. Məhkəmə gəldiyi nəticəni MM-in 389.1, 405.1, MPM-in 385.1, 385.1.1, 384.0, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandır mışdır.

36. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş 2023-cü il 20 aprel tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

37. MM-in 405-ci maddəsinin tələbləri pozulmuşdur-işin materiallarında olan hesabdan çıxarış məlumatlarından da görünür ki, 2015-ci il 18 sentyabr tarixində Bank tərəfindən cavabdehin hesabına 15.000 manat məbləğində köçürülmşüdür. Belə ki, həmin kredit müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İşin materia llarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-xx.xx.2019-cu il tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. Sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Cavabdeh tərəf qəbzdə olan imzanın ona məxsus olmadığını iddia edərək, 2019-cu il 27 fevral tarixdə edilən ödənişin onun tərəfindən həyata keçirilmədiyini bildirir. Məhkəmə tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, o buna heç bir məhəl qoymamış, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maaliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. 38. “Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydasının tələbləri pozulmuşdur-“Azərbaycan Respublikası X2 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 4-cü bəndinə əsasən Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və m üvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 21 iyul tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il 24 iyul tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı inzibatiİqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Bu səbəbdən də Bank ilə cavabdeh arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli, ******************** nömrəli kredit müqaviləsi və kassa məxaric orderi bankın arxivindən tapılmas ında çətinlik olduğundan məhkəməyə təqdim olunması mümkün olmamışdır. Lakin qeyd olunan kredit müqaviləsi üzrə ayrılan 15.000 manat məbləğ Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 vəsaiti hesabına güzəştli şərtlərlə verilmişdir. Həmçinin Azərbaycan Respublikasının X3 tərəfindən İddiaçı ASC-yə verilmiş lakin bank tərəfindən fonda qaytarılmayan güzəştli kredit vəsaitləri üzrə 2022-ci ilin 01 yanvar tarixinə qarşılıqlı üzləşmə aparılmışdır. Tərəflərin təsdiq etdiyi aktın 2282 və 2283 sıralarında X3 tərəfindən İddiaçı ASC-yə ayrılan və bank tərəfindən X4 və onun qardaşına Cavabdeh ayrılan kredit müqavilənin tarixləri (xx.xx.2015-ci il), məbləğləri (15.000 manat)), müddəti (36 ay), güzəşt müddəti (18 ay), banka kredit üzrə hesablanar və ödənilən faiz dərəcəi (1%), b ank tərəfindən fonda ödənilməyən əsas və faiz borcların məbləğləri qeyd edilmişdir. Dövlətin bu sturukturu yaratmaqda əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır. Bu əsasla ayrılan maliyyə vəsaitinin və borcun tələbi iddiasının aidiyyatı məhkəmə strukturu tərəfindən rədd edilməsi sahibkarlığın fond olaraq güzəştli şərtlərlə maliyyələşdirilmə vizyonuna xələl gətirir.

39. MM-in 739-cu maddəsinin tələbləri pozulmuşdur-kredit müqaviləsi üzrə 2015-ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinəd ək olan dövr üzrə müvafiq ödənişlər edilmiş, son olaraq 2019-cu il 27 fevral tarixdə 50 (əlli) manat məbləğində ödəniş həyata keçirilmişdir. Kredit kart müqaviləsi və sahibkarlıq üçün ayrılan 15.000 (on beş min) manat məbləğli kredit müqaviləsi üzrə ödəniş qəbzləri bir-birindən fərqlənir. Belə ki, sahibkarlıq üçün ayrılan 15.000 (on beş min) manat məbləğində kredit üzrə ödənişlər – 4104000**********AZN hesaba köçürülmüşdür. Sübut qismində məhkəməyə təqdim edilmiş qəbzlərdə görünür ki, xx.xx.2015-ci il tarixində 75 (yetmiş beş) manat, 2015-ci il 1 dekabr tarixində 75 (yetmiş beş) manat, 2016-cı il 13 yanvar tarixində 75 (yetmiş beş) manat, 2016-cı il 2 fevral tarixində 75 (yetmiş beş) manat, 2016-cı il 2 mart tarixində 75 (yetmiş beş) manat, 2016-cı il 4 aprel tarixində 75 (yetmiş beş) mana t, 2016-cı il 19 may tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 17 iyun tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 21 iyul tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 19 avqust tarixində 150 (bir yüz əlli) manat, 2016-cı il 22 sentyabr tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 21 oktyabr tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 17 noyabr tarixində 250 (iki yüz əlli) manat, 2016-cı il 14 dekabr tarixində 225 (iki yüz iyirmi beş) manat, 2017-ci il 18 yanvar tarixində 200 (iki yüz) manat, 2017-ci il 16 fevral tarixində 250 (iki yüz əlli) manat, 2017- ci il 3 aprel tarixində 250 (iki yüz əlli) manat, 2017-ci il 13 aprel tarixində 350 (üç yüz əlli) manat, 2017-ci il 15 may tarixində 400 (dörd yüz) manat, 2017-ci il 8 iyun tarixində 400 (dörd yüz) manat, 2017-ci il 19 iyul tarixində 300 (üç yüz) manat, 2017-ci il 21 avqust tarixində 350 (üç yüz əlli) manat, 2017-ci il 3 oktyabr tarixində 250 (iki yüz əlli) manat, 2017-ci il 18 oktyabr tarixində 350 (üç yüz əlli) manat, 2017-ci il 17 noyabr tarixində 400 (dörd yüz) manat, 2017-ci il 20 dekabr tarixində 150 (bir yüz əlli) manat, 2018-ci il 15 fevral tarixində 250 (iki yüz əlli) manat, 2018-ci il 19 mart tarixində 150 (bir yüz əlli) manat, 2018-ci il 27 aprel tarixində 150 (bir yüz əlli) manat, 2018-ci il 22 may tarixində 100 (bir yüz) manat, 2019-cu il 27 fevral tarixində 50 (əlli) manat məbləğində ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh işlədiyi bankdan almadığını iddia etdiyi kredit üzrə dəfələrlə, ümumilikdə 6.675 (altımin altı yüz yetmiş beş) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Re spublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvə olan “Mühasibat uçotunun Hesablar Planı”na əsasən 4104000**********AZN hesab üzrə 4104 kodu rezident fərdi sahibkarların cari hesablarımilli valyutada açılan cari hesab üzrə sahibkarlıq faliyyəti verilən kreditlərə aid olmasını təsdiqləyir. Məhkəməyə təqdim edilən cavabdehin cari hesabının çıxarışından görünür ki, sahibkarlıq fəaliyyəti üçün Cavabdeh ayrılan 15.000 (on beş min) manat məbləğində vəsait onun hesabına 18 sentyabr 2015-ci il tarixdə mədaxil edilmişdir. Qeyd olunan kredit cavabdehin Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən əldə olunan çıxarışında öz əksini tapmışdır. Həmin çıxarış X5 xidmətlər portalı vasitəsilə əldə edilmişdir. Mərkəzləşd irilmiş Kredit Reyestri Sistemi (MKRS) 2005-ci ildən Mərkəzi Bankda yaradılmışdır. MKRS-in əsas məqsədi hüquqi və fiziki şəxslərin məbləğindən və müddətindən asılı olmayaraq bütün kreditlərinin reyestrini yaratmaqdır. Bu kreditlər banklar, bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqları tərəfindən verilən kreditlərdir. Cavabdehə verilmiş kredit üzrə məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə daxil edilmişdir. Həmin çıxarışda, hazırki mübahisənin predmeti olan 15.000 (on beş min) manat məbləğində sahibkarlıq üçün ayrılan kredit vəsaitin əsas borc və ödənilməmiş faiz borcların məbləğləri öz əksini tapmışdılar. Həmin çıxarışın 3-cü vərəqində qeyd olunumuşdur ki, 15.000 (on beş min) manat məbləğli sahibkarlıq üçün ayrılan kredit üzrə 2023-cü ilin aprel ayına qalıq əsa s borc 10.319,56 (on min üç yüz on doqquz manat, 56 qəik) manat, faiz borcu isə 2.412,66 (iki min dörd yüz on iki manat, 66 qəpik) manat təşkil edir. Bundan başqa tərəfimizdən təqdim olunmuş digər sənəddən görünür ki, bank ilə cavabdeh arasında 18 setyabr 2015-ci il tarixli kredit müqaviləsinin əlavəsində Cavabdeh ayrılan 15.000 (on beş min) manat məbləğində vəsaitin qaytarılma müddəti və aylıq ödəniş məbləğləri qeyd edilmişdir. Həmin ödəniş cədvəli bankın İddiaçı ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Bundan başqa həmin ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. Həmin ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 6% (altı) faiz hesablanmaqla, ilk 18 (on səkkiz) ay yalnız faiz ödəmək şərti ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh qardaşıX6 İddiaçı ASC fəaliyyət göstərdiyi müddət ərzində Bankın İnam filialında filial müdiri vəzifəsində işləmiş, bank ləğv prosesinə keçdikdən sonra Bankın İcra Şöbəsinə baş mütəxəssis vəzifəsinə keçmişdir. 2018-ci il 27 avqust tarixində öz ərizəsinə əsasən LPO İddiaçı ASCnin İcra şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmişdir. Bu hallar məhkəmə prosesində bildirilsə də qətnamədə işin bu halına heç bir münasibət bildirilməmişdir.

40. MPM-in 88, 217, 265.4-cü maddəsinin tələbləri pozulmuşdur-işin faktiki hallarından da göründüyü kimi, 2015-ci il 18 sentyabr tarixli, ******************** nömrəli kredit müqaviləsinin arxivdən tapılmasında çətinlik yarandığına görə Bank tərəfindən məhkəməyə təqdim oluna bil inməmişdir. Qeyd olunan kredit müqaviləsi imzalanarkən həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filailının müdiri Cavabdeh qardaşı X6 olmuşdur. Belə ki, əlavə olunan sənədlərdən də görünür ki, X1 15.000 manat kredit məbləği ayrılmış və bu barədə bildirişə Cavabdeh tərəfindən imza edilmişdir. Lakin bu gün məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmin kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaranır. Həmçinin, 2015-ci il 18 sentyabr tarixində İddiaçı ASC-nin İnam filialı ilə həm Cavabdeh, həm də qardaşı X4 eyni təyinat üzrə X3 vasitəsilə hər birinə ayrılıqda 15.000 manat məbləğində kredit ayrılmışdır. Hazırda nə Cavabdeh verilən kredit müqaviləsinə dair sənədlərin, nə də qardaşı X4 verilən kredit müqaviləsinə dair sənədlərin arxi vdə tapılmasında çətinlik yaranmaqdadır. İşin qeyd olunan halları apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmalı və həmin hissənin araşdırılması üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. İddiaçı öz tələblərinin əsası kimi 2015-ci il 18 sentyabr tarixli ******************** nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 15000 manat məbləğində pulun cavabdehə veriməsini əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli ******************** kredit müqaviləsinə istinad edilməmişdir. Həmin kassa mədaxil orderlərindən görünür ki, ödənişləri cavabdeh yox, başqa şəxs həyata keçirmişdir.

42. İş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, 1) iddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi yoxdur; 2) İddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər təqdim etməmişdir. İddiaçı yalnız hesabdan çıxarış, cavabdehin 2016-cı il ərzində edilən ödənişlərinin qəbzlərini təqdim etməklə kifayətlənmişdir.

43. İş üzrə kredit müqaviləsinin olmama sı qeyri-müəyyənlik yaratmaqla, pul vəsaitinin nə qədər olması, hansı müddətə götürülməsi, hansı şərtlərlə qaytarılması, faizlərin miqdarı, dərəcəsi və tərəflər arasında razılaşdırılmış digər məsələlərin müəyyən edilməsində çətinlik yaradır. İddiaçının iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsini təqdim etməməklə, pul vəsaitinin götürülməsində tərəflərin hansı mülki hüquq və vəzifələri daşımasını müəyyən etmək olmur. Müqavilə yoxdursa, deməli tərəflər arasında hüquq və vəzifələrin müəyyənləşdirilməsində razılıq da yoxdur. Bu halda iddiaçının cavabdehdən kredit borcu, ona dair hesablanmış faiz və cərimə borcuna dair pul vəsaitini tələb etməsi absurddur. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

44. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməm əlidir. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddə alarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyy ətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

51. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması qənaətinə gələrkən ona əsaslanmışdır ki, iddiaçı kredit müqaviləsi üzrə tələb irəli sürsə də, həmin kredit müqaviləsini və 15.000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən kassa məxaric orderini məhk əməyə təqdim etməmişdir.

52. Məhkəmənin həmin nəticəsini mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlillərində göstərilmişdir ki, cavabdeh, sözügedən kredit müqaviləsi imzalanarkən Bankın həmin kredit məbləğinin rəsmiləşdirildiyi İnam filialının müdiri Cavabdeh qardaşı olmuşdur. Məhkəməyə müraciət olunan zaman ləğv prosesində olan Bankın arxivindən həmin kredit müqaviləsi və kassa məxaric orderinin tapılmasında çətinlik yaransa da, həmin kredit müqaviləsinin əlavəsi və X3 vasitəsilə pulun ayrılmasına dair bildiriş apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

53. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

54. Belə ki, işin materiallarından göründüyü kimi (i.v 126, 178) İddiaçı AS C tərəfindən cavabdehə 04/k3407a saylı, 2015-ci il 15 sentyabr tarixli billdiriş ünvanlanaraq göstərilmişdir ki, “xx.xx.2015-ci il tarixində Sizin adınıza SKMF-in xətti ilə 15.000 (on beş min) manat məbləğində vəsait daxil olmuşdur. Bu vəsait xx.xx.2015-ci il tarixində Sizin hesabınıza köçürülmüşdür. Vəsaitdən istifadə edə bilərsiniz”. Həmin məktubda “Bildirişin əslini aldım öz imzamla təsdiq edirəm. İmza Cavabdeh”.

55. Bundan əlavə, iddiaçı tərəfindən işin materiallarına mübahisəli kredit müqaviləsinin əsas şərtlərinin əks olunduğu, hər iki tərəfin imzası ilə təsdiq edilmiş Əlavəsi, eləcə də cavabdeh tərəfindən 2015-2019-cu illərdə kredit üzrə ödənişlərə dair qəbzlərin əslləri təqdim edilmişdir (i.v 127, 180).

56. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəl ki kassasiya baxışı zamanı Ali Məhkəmənin müvafiq qərarında ifadə olunan hüquqi mövqelər də nəzərə alınmaqla, qeyd olunan sənədlərin MPM-nin 372.2-ci maddəsinin tələbi baxımından sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməmiş, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.

57. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, yeni apellyasiya baxışı zamanı, cavabdeh heç bir kredit münasibətlərində olmadığı banka ödənişlər aparmasının səbəblərinə də aydınlıq gətirməmiş, etiraz etdiyi hallara münasibətdə sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

58. Cavabdeh kassasiya şikayətinə dair yazılı etirazında da iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə istinad etsə də, tərəfindən həmin ödənişlərin aparılmasının məntiqli izahını verməmişdir.

59. «….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır». (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə g öndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

61. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(103)-138/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar