Məhkəmə qərarları › İş №2-2(102)-330/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-330/2025

21.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-330/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2-2(106)-21/2025 nömrəli qətnaməsindən Cavabdeh qaydasında baxılmışdır. tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat İş üzrə məhkəmə icraatı a) Birinci ins tansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70.000 manat pul və ödənilmiş 300 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar kimi mebel istehsalı və satışı ilə məşğul olur. Cavabdeh ilə aralarında müəyyən ticarət münasibətləri olmuşdur. İddiaçı istehsal etdiyi mebelləri Sabirabad rayonunda satmağı cavabdehə həvalə etmişdir. Cavabdehlə aralarında bu barədə şifahi razılaşma olmuşdur. Bu məqsədlə cavabdeh rəsmi icarə müqaviləsi ilə mağaza icarəyə götürərək iddiaçının göndərdiyi mebellərin satışını həyata keçirmişdir. İddiaçının sahibkar kimi həmin mağazaya göndərdiyi bü tün malları satmaq və müştərilərdən pulları yığmaq işi ilə cavabdeh məşğul olmuşdur. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh 2022-ci ilin sentyabr-oktyabr aylarında müştərilərə nağd qaydada satdığı malların pulunu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Ümumilikdə cavabdeh bu hərəkətləri ilə iddiaçıya 70.000 manat dəyərində ziyan vurmuşdur. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, buna məhəl qoymamış və heç bir əsaslı səbəb göstərməmişdir. Cavabdehin iddiaçıya olan borcunu təsdiq edəcək izahatı da mövcuddur. Həmçinin Cəlilabad Rayon Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli qərardadında cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borcun etirafına dair izahat onun tərəfin dən yazılmamışdır. Həmin izahatda, həmçinin icarə müqaviləsində və təhvil-təslim sənədlərində olan imzalar, eləcə də vatsap yazışmaları ona məxsus deyil. Satılması üçün ona həvalə edilmiş mebellərin satışından əldə olunan vəsaitin onun tərəfindən mənimsənilməsi iddiaçı tərəfindən ona atılmış böhtandır. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 1 oktyabr tarixli e-2-2(121)1149/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehdən 55.656 manat məbləğində borc və ödənilmiş 300 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 55.956 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: Zaur Abbasov).

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Cav abdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021- ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli satış qaimələrinə əsasən, Cavabdeh ümumi dəyəri 55656 manat olan müxtəlif çeş iddə mebel təhvil verilmişdir.

7. X2 ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 17 may tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 845,5 m2 sahəsi olan qeyri-yaşayış sahəsi 3 il müddətinə Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. 8. 2022-ci il 14 noyabr tarixli izahatın məzmununa əsasən Cavabdeh həmin izahatla satılması üçün ona verilmiş 65-70 min manat dəyərində olan mebelləri nağd şəkildə satdığını və kassaya mədaxil etmədən öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir.

9. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(121)-1149/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/965 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, işin 34-35-ci vərəqlər ində olan 17 may 2021-ci İl tarixli 01 nömrəli icarə müqaviləsində sağ tərəfdəki “İcarəyə verən” qrafasında “Cavabdeh” əlyazmalarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 37-ci vərəqində Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli İzahatdakı əlyazmalar və “İmza: Rza” əlyazmaları qarşısındakı imza; işin 49-67-ci, 69-72ci, 74-75-ci,77-79-cu vərəqlərində olan: 03 dekabr 2021-ci il tarixli, 06 dekabr 2021-ci il tarixli, 27 dekabr 2021- ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 08 iyun 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli (02 ədəd), xx.xx.2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli, 24 yanvar 2022-ci il tarixl i, 09 mart 2022ci il tarixli, 01 aprel 2022-ci il tarixli, 23 mart 2022-ci il tarixli, 07 may 2022-ci il tarixli, 12 may 2022-ci il tarixli, 27 may 2022-ci il tarixli, 07 iyul 2022-ci il tarixli, 23 avqust 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli, 02 sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 68-ci vərəqində olan 23 aprel 2022-ci il tarixli, 73-cü vərəqlərində olan 31 may 2022-ci il tarixli, 76-cı vərəqində olan 26 avqust 2022-ci il tarixli təhvil-təslim aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünü r ki, ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını tapşırıq müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı fəslində yer alan normalar təşkil edir. Belə ki, tərəflər arasında yaranmış münasibətin xarakterini müəyyən edən işin faktiki hallarına Mülki Məcəllənin 777-ci maddəsində nəzərdə tutulan tapşırıq müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir.

11. Baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş tapşırıq müqaviləsi üzrə təhvil verilmiş malların dəyəri və həmin mallara görə həyata keçirilmiş ödənişlərin məbləğləri ilə bağlıdır. İş üzrə mübahisənin həlli üçün əsas olaraq malların cavabdehə təhvil verilməsinə dair iş materiallarında olan satış qaimə lərinə və cavabdeh tərəfindən yazılaraq imzalanmış izahata hüquqi qiymət verilməlidir. Həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edir, mahiyyət etibarı ilə əqddir və buna görə də mülki qanunvericilikdə əqdlərin etibarlı hesab edilməsi üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər həmin sənədə də şamil edilməlidir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər borcun etirafına dair əqdin etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin, borcun etirafına dair əqdin digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr y aratması xüsusiyyətindən çox, həmin sənədi tərtib edənlər arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır.

12. İzahat cavabdeh tərəfindən o əsasla mübahisələndirilir ki, həmin izahat onun tərəfindən yazılmamış və imzalanmamışdır. Qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair rəylə cavabdehin həmin iddiası təsdiqini tapmamış, sözügedən izahatın mətninin onun tərəfindən yazıldığı və imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bununla da, adı çəkilən sənədin etibarsızlığına dair cavabdehin etirazının əsası kimi gətirdiyi dəlilin əsassız olduğu aşkar edilir. Təyin olunmuş ekspertizanın nəticəsinə dair rəydə həm də işdə olan malların cavabdehə təhvi l verilməsinə dair iş materiallarında olan satış qaimələrinin yalnız üçündə olan imzaların cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edildiyi, digər qaimələrdəki imzaların isə cavabdehə məxsus olması faktı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il tarixinə iddiaçıya 65-70 min manat məbləğində borcunun olmasını həmin tarixdə yazdığı və imzaladığı izahatla etiraf etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən sonra borcun tam və ya qismən ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin, iddiaçı tələbinin həcmini 70000 manat məbləğində göstərsə də, bunu əsaslandıran dəlilləri təqdim edə bilməmişdir. Malların cavabdehə təhvil verilməsinə dair satış qaimə lərinə əsasən aparılmış hesablamaya əsasən təhvil verilmiş malların ümumi dəyəri 55656 manat məbləğindədir. Ona görə də, cavabdehdən tutulacaq borcun məbləği 55656 manat olaraq müəyyən edilməlidir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 427.3, 442, 445.2.1, 448.1, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 882.1, 882.2, 882.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 80, 88, 217.1, 217.3, 217.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Kom mersiya kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2-2(106)-21/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: P.Əhmədov – sədrlik edən və məruzəçi, T.Kərimov və C.İmanov).

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal xarakterli hesab etmiş və onlara münasibətdə bildirmişdir ki, cavabdeh öz apellyasiya şikayətində işdə olan qaimələrdə malların - mebellərin istehsal və satışını həyata keçirən subyektin hazırkı fiziki şəxslər yox, "xxxx" MMC olduğu göründüyünü, habelə onun "xxxx" MMC-nin Sabirabad rayon filialına işçi kimi təyin olunaraq mağazanın anb ardarı kimi fəaliyyət göstərməsini qeyd etmişdir. Ancaq iş materiallarına görə mebellərin təhvil verilməsi "xxxx" MMC deyil, "xxxx" tərəfindən həyata keçirilmiş, "xxxx"in anbardarı olan cavabdeh isə onları təhvil almışdır. Burada hər hansı MMC-nin tələb hüququndan söhbət gedə bilməz.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 389, 399, 442, 445, 448.1, 777.1, 777.2, 779.1, 882.1-ci və MPM-in 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MPM-in 2.1, 217.1, 218.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarı üzrə - işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını, münasibətin xarakterini və tərəflərin hansı hüquqi münasibətdə olmalarını düzgün müəyyənləşdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə, ümumiyyətlə, bu haqda lazımi araşdırma aparmamışdır. Məhkəmə kollegiyası tərəflər arasında mövcud olmuş hüquqi münasibətin özünün də nədən ibarət olmasını müəyyənləşdirmədən mübahisəni həll etməyə çalışmışdır. İddia ərizəsində mübahisənin həqiqi mənzərəsi, yəni subyektiv tərkib, münasibətin xarakteri pərdələnmişdir. İddiaçı özü iddia ərizəsində əsassız varlanma ilə əlaqədar hüquq normalarını qeyd etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbinin qanun i əsasının tapşırıq müqaviləsi olduğu qənaətinə gəlmişdir. Halbuki burada nə əsassız varlanmadan, nə də tapşırıq müqaviləsindən söhbət gedə bilməz. Əslində isə burada əmək müqaviləsi olmadan işçi qeyri-qanuni əməyə cəlb edilmişdir. İddianın fiziki şəxs kimi iddiaçının adından verilməsinin səbəbi də elə müəssisə ilə cavabdeh arasında əmək müqaviləsinin olmaması, qeyri-rəsmi işçi kimi onu çalışdırmalarıdır. Ona görə də iddia tələbinin qanuni əsası yoxdur və işin həqiqi faktiki halları hər hansı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Apellyasiya şikayətində tərəflər arasında tapşırıq münasibətlərinin olmaması ilə bağlı dəlillər irəli sürülsə də, məhkəmə bu dəlillərə münasibət bildirməmişdir. Bu həm şikayətə düzgün baxılmaması, həm də qətnamənin məzmunu ilə bağlı qanunun t ələblərinin pozulmasıdır.

21. MPM-in 54.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərinin əksəriyyətinə münasibət bildirməmişdir. Belə ki, apellyasiya şikayətinin əsas dəlili budur ki, iddiaçı bu iddianı qaldırmaq üçün subyektiv hüququ olan şəxs deyil. Bu iddiaya tələb hüququ olan şəxs "xxxx" MMC-dir. Çünki cavabdeh həmin müəssisədə işləyir (qeyri-rəsmi) və cavabdehə təhvil verilən mallar da müəssisəyə məxsusdur, işdə olan cavabdehin əl yazısı ilə yazılmış “izahat”da da onun həmin müəssisə ilə bağlı olmasını, maddi ziyan mövzusunun da məhz müəssisə ilə onun arasında olduğu görünür. Məhkəmə özü qəbul etmişdir ki, iş materiallarına əsasən birincisi, "xxxx" və ya "xxxx" adlı bir müəssisə vardır, ikincisi, bu müə ssisənin anbardarı vardır və üçüncüsü, cavabdeh həmin MMC-yə məxsus mübahisə mövzusu olan mebelləri anbardar qismində təhvil almışdır. Bu o deməkdir ki, iş materialları ilə artıq təsdiq olunmuşdur ki, cavabdeh rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq qeyd olunan müəssisədə işləyir və mübahisə də onun məhz həmin müəssisədə işləməsi zəminində yaranmışdır. Həmin müəssisənin dövlət qeydiyyatı ilə bağlı məlumatların alınması məqsədilə sorğu verməkdən ötrü cavabdeh birinci instansiya məhkəməsinə vəsatət verərək bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin vəsatəti heç bir əsaslandırma olmadan rədd edilmişdir. Müvafiq sübutun əldə edilməsinə məhkəmə şərait yaratmadığından qeyd olunan məsələ aydınlaşdırılmamış qalmışdır. Bu isə işin nəticəsinə birbaşa təsir edən prosessual pozun tudur. Qətnamədə iddiaçının vəkilinin izahatına əsasən mebellərin "xxxx" MMC-yə yox, "xxxx"ə məxsus olduğu qeyd edilsə də, bu həqiqəti əks etdirmir. Belə ki, iddiaçının nümayəndəsi izahatında "xxxx" adlı müəssisənin MMC olduğunu təkzib etməmiş, əksinə bu faktı müdafiə etmişdir. Əslində isə mahiyyət etibarilə hansısa yazılı sənəddə müəssisənin adında MMC sözünün yazılmaması o müəssisənin həqiqətdə MMC olmadığı anlamına gəlmir. İş materiallarında olan “izahat” adlı sənəddən (mətni mühasib tərəfindən yazılmışdır) məlum olur ki, bu mübahisə üzrə cavabdehin müqabil tərəfi fiziki şəxs Əlizada Həsənov yox, "xxxx" mebel müəssisəsidir. Həmin müəssisədə kassatordan başqa rəsmi əmək müqaviləsi ilə çalışan işçilər də olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.” “Maddə

778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.” “Maddə

779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.” “Maddə

782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.”

25. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

361. Apelly asiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habel ə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində istinad olunan MPM-in MPM-in 2.1, 217.1, 218.1-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

29. Kassasiya şikayətində işin faktiki hallarının tam araşdırılmaması, işin hallarına və sübutlara düzgün qiymət verilməməsinə istinad edilməsi isə əsassızdır.

30. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

31. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellya siya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət ol ması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

33. Kassasiya şikay ətində qeyd edilən “iddia ərizəsində iddiaçının əsassız varlanma ilə əlaqədar hüquq normalarına istinad etməsi, məhkəmənin isə iddia tələbinin qanuni əsasının tapşırıq müqaviləsi olduğu qənaətinə gəlməsi” ilə bağlı dəlillər də əsassızdır.

25. Belə ki, “iura novit curia” müddəasına əsasən məhkəmə tərəflərin hüquqi mövqeyindən asılı deyil və mübahisə tərəflərin istinad etmədiyi hüquqi əsaslara görə də həll edilə bilər.

26. Tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmaması, hazırkı iddia üzrə tələb hüququnin "xxxx" MMC-yə məxsus olması, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə münasibət bildirilməməsi ilə bağlı dəlillər də əsassızdır.

27. Belə ki, həmin hallar birinci instansiya məhkəməsində bildirilməmiş və cavabdeh həmin faktlara istinad etmə mişdir.

28. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.

29. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

30. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin həmin hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad dəlillərə qiymət verilmişdir.

31. Eyni zamanda, birinci instansiya məhkəməsində iddiaçının istinad etdiyi, yəni tərəflər arasında mebellərin satışı ilə bağlı ticarət münasibətlərinin olması ilə bağlı hallar cabandeh tərəfindən mübahisələndirilmədiyinə görə məhkəmə düzgün olaraq həmin halları işin mübahisəsiz halları kimi qiymətləndirmiş və müəyyən etdiyi hallara uyğun olaraq MM-in 40-cı fəslində yer alan tapşırıq müqaviləsinə aid müddəaları tətbiq etmişdir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayəti isə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2-2(106)-21/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar