Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-331/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR 01.09.2021 Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İsmayıl Xəlilov və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili Rəşad Cabbarlının iştirakları ilə, cavabdeh “Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli 2-2(103)-38 7/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ "xxxx" KB ASC (bundan sonra bank) ilə "xxxx" MMC (bundan sonra MMC) arasında bağlanmış 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsinə əsasən, bank borc alana 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.000.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borc alana kommersiya məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditdən istifadə edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kre dit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir
2. Bankla MMC arasında bağlanmış 2015-cı il 18 noyabr tarixli, 179 saylı kredit müqaviləsinə əsasən, bank borc alana 24 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 700000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borc alana kommersiya məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditdən istifadə edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə bor c alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir 3. 2020-ci il 19 avqust tarixli, **********277 saylı maliyyə arayışına əsasən, MMC-nin 28 oktyabr 2015-ci il tarixli 166 saylı kredit müqaviləsi üzrə Banka 2020-ci il 07 avqust tarixə əsas borcu 2.085.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 253.811,86 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 297109,08 manat olmaqla, ümümi borc 2635920,9 4 manat təşkil edir. 4. 2020-ci il 19 avqust tarixli, **********278 saylı maliyyə arayışından görünür ki, MMC-nin 2015-cı il 18 noyabr tarixli, 179 saylı kredit müqaviləsi üzrə Banka 2020-ci il 07 avqust tarixə əsas borcu 0 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 24.320,04 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 0 manat, ümümi borc isə 24320,04 manat təşkil edir.
1. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2020-ci il 18 iyun tarixli, 31300 saylı ekspert rəyinə əsasən, MMC-nin iddiaçı banka 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə əsas borcu 2998961,56 manat, faiz borcu 94 70,58 manat, rəyin verildiyi tarixə əsas borcu 2.026.987,36 manat, faiz borcu 47.577,90 manat təşkil etmiş, 18 noyabr 2015-ci il tarixli, 179 saylı kredit müqaviləsi üzrə isə rəyin verildiyi tarixə borcun olması müəyyən edilməmiş, eyni zamanda 10653,17 manat artıq ödənişinin olması müəyyən edilmişdir.
5. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ləğv prosesində olan Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon iki yüz min) manat əsas borc, 9500 (doqquz min beş yüz) manat faiz borcu, 216131,66 manat (iki yüz on altı min bir yüz otuz bir manat altmış altı qəpik) cərimə, 209479,17 manat ( iki yüz doqquz min dörd yüz yetmiş doqquz manat on yeddi qəpik) kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu, 2015-ci il 18 noyabr tarixli 179 saylı kredit müqaviləsi üzrə 1048,21 manat (bir min qırx səkkiz manat iyirmi bir qəpik) faiz borcu, 23271,83 (iyirmi üç min iki yüz yetmiş bir manat səksən üç qəpik) manat cərimə, 26993,06 manat (iyirmi altı min doqquz yüz doxsan üç manat altı qəpik) kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 2686423,93 manat (iki milyon altı yüz səksən altı min dörd yüz iyirmi üç manat doxsan üç qəpik) borc və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüs umunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Bankla MMC arasında bağlanmış 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kommersiya məqsədi ilə 24 ay müddətinə 6% dərəcəsi ilə ******* manat və 2015-cı il 18 noyabr tarixli, 179 saylı kredit müqaviləsinə əsasən kommersiya məqsədi ilə 24 ay müddətində 6% dərəcəsi ilə 700.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləği və ona hesablanmış faizləri müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə uyğun hər ay sabit məbləğdə banka qaytarmaq barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyi lazımınca yerinə yetirməmişdir. Kred it müqaviləsinin şərtlərinin kobud səkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə və xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli, e-2-2(113)124/2020 saylı qətnaməsi ilə iddia qismən - cavabdeh MMC-dən 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə 2.026.987,36 manat (iki milyon iyirmi altı min doqquz yüz səksən yeddi manat otuz altı qəpik) məbləğində əsas borc, 9470,58 manat (doqquz mi n dörd yüz yetmiş manat əlli səkkiz qəpik) məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 38.107,32 manat (otuz səkkiz min yüz yeddi manat otuz iki qəpik) məbləğində faiz borcu, 20.000 manat (iyirmi min) məbləğində cərimə ödənilmiş dövlət rüsumuna görə 23,40 manat (iyirmi üç manat qırx qəpik) olmaqla, cəmi 2.094.588,66 manat (iki milyon doxsan dörd min beş yüz səksən səkkiz manat altmış altmış qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, ödənilmiş dövlət rüsumunun 6,60 manat (altı manat altmış qəpik) hissəsi iddiaçının özünə aid edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun MMC-dən tutulub X1 hesabına köçürülməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdi r (hakim Z.Axundova).
9. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia ərizəsində 2.200.000 manat əsas borc və 9500 manat faiz borcunun iddiaçıdan tutulmasını xahiş etsə də, ekspert rəyində həmin məbləğlər müvafiq olaraq 2.026.987,36 manat və 9470,58 manat olaraq müəyyən edilmişdir. İddia tələbinin bir hissəsini də 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra hesablanan 209.479,17 manat faiz borcu təşkil etmişdir. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
10. Bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia tələbi qismən, 38.107,32 manat məbləğində təmin olunmalıdır. Belə ki, ekspert cavabdehin iddiaçıya ekspert rəyi verilən tarixə ümumilikdə olan borcunu 2.074.565,26 manat müəyyən etmişdir ki, onun 2.026.987,36 manatı əsas, 9470,68 manatı faiz, 38.107,32 manatı isə müddətdən sonra 5%-lə hesablanan faiz borcu (ümumilikdə 47.577,90 manat faiz borcu) təşkil edir. İddia ərizəsində həmçinin 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 115.797,07 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki qanunvericiliyin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməl i olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
11. Həmçinin, ekspert rəyinə əsasən, rəyin verildiyi tarixə cavabdeh MMC-nin 2015-ci il 18 noyabr tarixli, 179 saylı kredit müqaviləsi üzrə banka borcunun olmaması müəyyən olunmuşdur.
12. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 448.1, 449.4, 462, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 88, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə 20.000 manat cərimənin ödənilməsi hissəsində ləğv edilməsi, 2015-ci il 18 noyabr tarixli, 179 saylı müqavilə üzrə 10.653,17 manat artıq ödənişin 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş borca yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 30 mart tarixli 2-2(103)-387/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
15. Apellyasiya məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halarına istinad etmiş və birinci instansiya məhkəməsinin gəl diyi nəticə ilə razılaşmışdır.
16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin 2015ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə 20.000 manat cərimənin ödənilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Belə ki, iş materiallarında ləğv prosesində olan bankın 2020-ci il 19 avqust tarixli, **********277 nömrəli arayışında MMC-nin 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimənin qarşısında 0 (sıfır) rəqəmi yazılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd o lunan kredit müqaviləsi üzrə 20.000 manat məbləğində cərimə müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticəni qanuni saymışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
20. MPM-in 415.3-cü maddəsinə əsasən icla sın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
21. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhd əliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....”. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....”. Maddə 44
8. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı g ün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsi nə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin olunmamalıdır.
28. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının düzgün araşdırılmaması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.
29. Kassasiya şikayətindən aydın olduğu kimi cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini yalnız 2015-ci il 28 oktyabr tarixli, 166 saylı kredit müqaviləsi üzrə 20.000 manat cərimənin tutulması hissəsində mübahisələndirmişdir.
30. Cərimə məbləğinin hesablanması ilə bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsi hüququn tətbiqində səhvə yol verməmişdir.
31. Mülki Məcəllənin: - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından biri olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən etsələr də, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, qanunvericilik məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğunu müəyyən etmişdir.
33. İşin hallarına münasibətdə tənasübsüzlüyü müəyyən edərkən məhkəmə tərəfindən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin, habelə qanuni mənafelərinin nəzərə alınması zəruridir. Lakin istinad olunan maddədə borclunun maddi vəziyyətinin qənaətbəxş olmadığı əsası dəbbə pulunun müəyyən edilməsi üçün hüquqi meyyar kimi nəzərdə tutulmamış, bilasitə kreditorun əmlak və qanuni mənafelərinin nəzərə alınmasını müəyyən etmişdir. Çünki qanuna zidd hərəkətləri nəticəsində borclunun faydalanmaq hüququ mövcud ola bilməz. Habelə, öhdəliyin pozulmasına görə dəbbə pulunun tənasübsüzlüyü yükünün sübut edilməsi vəzifəsi borclunun üzərinə qoymuşdur.
34. Cavabdeh tərəfindən mübahisələndirilən məsələyə münasibətdə bu maddələrin tələblərinin tətbiqi aşağıdakı nəticəni yaratmışdır.
35. Tərəflər arasında bağlanmış 2 015-ci il 28 oktyabr tarixli, 166 saylı müqavilənin 5.2-ci bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə “borc alan” “bank”a vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 faiz hesablanan cərimə faizləri ödəməlidir.
36. Müqavilə şərtini təfsir edərkən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ilə həmçinin “cərimənin ödənilməsi xahiş olunduğundan borclunun öhdəliyinin icra edilməməsinin məsuliyyətini müəyyən edən maliyyə sanksiyası kimi müqavilədə göstərilmiş “cərimə fazilər”i dəbbə pulunun hesablanması kimi qiymətləndirilməlidir.
37. İşin hallarına görə, 2015-ci il 28 oktyabr tarixli, 166 saylı müqavilə üzrə kredit məbləğinin ödənilməməsi cavabdeh tərəfindən öhdəliyin pozulması kimi qiymətlən dirilmiş və iddiaçının hesabladığı dəbbə pulunu azaltmaqla onun məbləğini 20.000 manat kimi müəyyən etməklə məhkəmə istinad olunmuş Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə riayət etmişdir.
38. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, prosessual qanunvericilik məhkəmə tərəfindən qətnamənin tərəfin veridiyi iddia tələbi üzrə çıxarılmasını müəyyən etmişdir. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı halda, iş materialları ilə iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə verilməmişdir ki, apellyasiya məhkəməsi də iddia tələbindən kənara çıxmayaraq tələb üzrə qətnamə çıxarmaqd a haqlı olmuşdur.
39. Borclu olan cavabdeh tərəfindən isə istər cərimənin hesablanması qaydası ilə bağlı, istərsə də həmin məbləğlərin tənasübsüzlüyü ilə bağlı sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış və hüquqi əsaslar hər hansı bir qaydada mübahisələndirilməmişdir.
40. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmamışdır.
41. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassa siya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli, 2-2(103)-387/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
43. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli, 2-2(103)-387/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.