Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-331/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi, kredit müqaviləsi üzrə faizlər, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-219/2024 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, **saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana 24 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 28000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan-İddiaçı ASC ilə ipoteka qoyanX2 və borc alan-Cavabdeh1 arasında 26 fevral 2020-ci il tarixli, 007-İPM-027-2020 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X1 məxsus, B*** bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanılan zaman ipoteka predmetinin bazar dəyəri 175000 manat, likvid dəyəri isə 157000 manat məbləğində müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 2021-ci il 8 may tarixli, **********26 nömrəli məktubda qeyd olunmuşdur ki, **nə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
4. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, 2022-ci il 4 noyabr tarixinə Cavabdeh1 banka 23.333,84 manat əsas borc, 4.401,91 manat faiz borcu, 803,72 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 28.539,47 manat təşkil edir
5. İddiaçı ASC-nin cavabdehlərə 2023-cü il 11 yanvar tarixli, 6-3/07/05-76 nömrəli pretenziya məktubu ünvanlanaraq 202 0-ci il 26 fevral tarixli, **saylı kredit müqaviləsi üzrə 2023-cü il 11 yanvar tarixinə 23.333,84 manat əsas borc, 8.538 manat faiz borcunun 2 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət edilcələyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra ayrılıqda “Cavabdeh1”) və X1 (bundan sonra ayrılıqda «İ.Yeqanlı») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 23.333,84 manat əsas, 4.401,91 manat faiz, əsas borc məbləğinə hesablanmış illik 5% görə 803,72 manat olmaqla, cəmi 28.539,47 manat məbləğində pul, 200 manat mediasiya xərci və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə ba ğlı 40 manat ödənişin tutulması, tutmanın ünvan 2 ünvanında yerləşən mənzilə (bundan sonra-“ipoteka predmeti”) yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, İ.Yeqanlıya məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan İ.Yeqanlı və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına (bax bu qərarın 1 və 2-ci bəndləri) istinadla əsaslandırılmış və qeyd edilmişdir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və 2022-ci il 10 mart tarixə 26.833,84 manat əsas, 4.401,91 manat faiz borcu olmaqla, cəmi 31.235,75 manat borcu ödənilməmiş qalmışdır.
8. İşə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 11 may tarixli 9/2277 saylı ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə Cavabdeh1 2022-ci il 26 fevral tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 26.833,84 manat; faiz borcu üzrə 3.988,01 manat; 2022-ci il 4 noyabr tarixinə banka olan borcu əsas borc üzrə 23.333,84 manat; faiz borcu üzrə (5%) 857,86 manat; ümumilikdə faiz borcu 4.875,87 manat müəyyən olunmuşdur. 9. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 19 oktyabr tarixli ƏEM/O 66-711/22 saylı qiymətləndirmə rəyinə görə, İ.Yeqanlıya məxsus olan ipoteka predm etinin likvid dəyəri 198.000 manat, bazar dəyəri 221.000 manat təşkil etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyun tarixli e-2-2(113)-1158/2023 nömrəli qərardadı ilə iş üzrə icraata mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması hissəsində xitam verilmişdir (hakim Z.Axundova).
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyun tarixli e-2-2(113)-1158/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 23.333,84 manat əsas borc, 3.988,01 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 803,72 manat, 200 manat mediasiya xərci və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 40 manat olmaqla, cəmi 28.365,57 manat məbləğində p ulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə İ.Yeqanlıya məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa qalan məbləğin İ.Yeqanlıya qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 198.000 manat müəyyən olunması qət edilmişdir (hakim Z.Axundova).
12. Birinci instansiya məhkəməsi qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq, iddia tələbinin əsas kredit borcunun tutulması hissəsi ndə tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli olması nəticəsinə gəlmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuş və cavabdehdən tələb həcmində 803,72 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
14. İddiaçının borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
15. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma 26 fevral 2020-ci il tarixli, 007-İPM027-2020 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehə İ.Yeqanlıya məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dö vlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********79-05301-093037, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, B***) yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X1 qaytarılmalıdır.
16. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiric inin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
17. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, B***) likvid dəyərinin 198000 manat olması müəyyən edilmişdir.
18. Məhkəmə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, cavabdeh İ.Yeqanlıya məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, B***) ilkin satış qiyməti 198000 manat məbləğində müəyyən edilməlidir
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7 448.1 və 739-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1, 59.3, 59.3.1, 59.3.2 və 59.4-cü; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 107, 115.0.1 və 119.1 maddələrinə istinadla əsaslandırmışdır.
20. Cavabdeh İ.Yeqanlı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə yeni qətnamə qəbul olunmasını və iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-219/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 445.7-ci maddələri təşkil edir. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
23. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, **saylı kredit müqaviləsi üzrə sonuncunun 26 fevral 2022-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 26.833,84 manat; faiz borcu üzrə 3.988,01 manat; 04 noyabr 2022ci il tarixinə banka olan borcu əsas borc üzrə 23.333,84 manat; faiz borcu üzrə (5%) 857,86 manat; ümumilikdə faiz borcu 4.875,87 manat müəyyən olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması b arədə arayışı və ekspert rəyini nəzərə alaraq və MM-nin 739.1, 741 və 445.7-ci maddələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və MM-nin 269.5, 317-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir.
26. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olması qənaətinə gələn məhkəmə, mövqeyini əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri yuxarıda qeyd olunan qaydada müəyyən edilmişdir..“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən 19 oktyabr 2022-ci il tarixli, ƏEM/O 66-711/22 saylı qiymətləndirmə rəyi verilmiş və həmin rəydə qeyd edilmişdir ki, cavabdeh İ.Yeqanlıya məxsus olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, B***) likvid dəyəri 198.000 manat, bazar dəyəri 221.000 manat təşkil edir.
27. Göründüyü kimi qiymətləndirmə rəyi ilə müəyyən olunan likvid qiymət tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanılan zaman qarşılıqlı razılıqla müəyyən olunan qiymətdən yüksəkdir.
28. İpoteka müqaviləsin bağlandığı tarixdən 4 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyini əsas götürərək, müəyyən etmişdir.
29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmənin qiymətləndirməsi ondan ibarət olmuşdur ki, işin materiallarından da görünür ki, ipoteka saxlayan tərəfindən 16 aprel 2021-ci il tarixli bildiriş 28 fevral 2021-ci il tarixində poçt vasitəsilə ipoteka qoyana göndərilmişdir. Həmin bildirişin bu və ya digər səbəbdən ipoteka qoyan tərəfindən alınmamasının isə hər hansı əhəmiyyəti yoxdur. Çünki qanunverici ipoteka saxlayanın yalnız bildirişi göndərmək vəzifəsini müəyyən etmişdir. Daha sonra ipoteka saxlayan 04 may 2021-ci il tarixdə bildirişin qeydə alınması üçün DƏDRX-ə müraciət etmiş və sonuncu tərəfindən 08 may 2021-ci il tarixində bildiriş qeyd ə alınmışdır. Göründüyü kimi tutmanın yönəldilməsi haqqında bildiriş poçt vasitəsilə göndərildiyi üçün 02 may 2021-ci il tarixdə ipoteka qoyana təqdim edilmiş hesab olunur. İddiaçı da bundan 2 gün sonra yəni 04 may 2021-ci il tarixdə bildirişin qeydə alınması üçün ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən tutmanın yönəldilməsi proseduruna tam əməl edilmişdir.
30. Məhkəmə hesab etmişdir ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-nin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.
31. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müqavilə üzrə cəmi ödənilməli olan faiz məbləğinin 6.493,65 manat təşkil edilməsi ilə bağlı qeyd edilir ki, həmin məbləğ ödənişlər vaxtlı-vaxtında aparıldığı halda ödənilməli idi. Çünki kredit müqaviləsinə aid ödəniş cədvəlindən müəyyən edilir ki, ödənişlərin anuitet qaydada aparılması razılaşdırılmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun artmasına səbəb olur. Ona görə də, müqavilə üzrə faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır.
32. İpoteka predmeti olan mənzilin düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillər üzrə məhkəmə qeyd etmişdir ki, həmi n dəlillər də əsassızdır. Belə ki, hazırkı işdə MPM-nin 102ci maddəsində göstərilmiş əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş həmin rəy də mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını və analoji mənzillərin dəyərinin artıq olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və MPMnin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qiymətləndirilmə zamanı ipoteka predmeti olan mənzilə baxış keçirilməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavab dehin bununla bağlı dəlilləri nəzərə alınmış və iş üzrə yenidən ekspertiza təyin olunaraq aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin MMC-nin 25 aprel 2023-cü il tarixli vəsatəti ilə mənzilə baxış keçirilməsi 04 may 2023-cü il tarixinə təyin edilmişdir (i/v 98). Lakin cavabdeh ölkə xaricində olduğuna görə mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və ona görə də, "xxxx" MMCnin 24 may 2023-cü il tarixli məktubu ilə qərardad icra olunmadan geri qaytarılmışdır (i/v 105).
33. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq etmişdir ki, həmin ərəfədə cavabdeh ölkə xaricində olmuşdur. Göründüyü kimi qiymətləndirmə zamanı mənzilə baxış keçirilməsi cavabdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur. MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspert izanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
34. Ərizənin baxılmamış saxlanılması ilə bağlı qeyd edilmişdir ki, cavabdehə borcun ödənilməsi barədə pretenziya və iddia ərizəsinin surəti elektron qaydada göndərildiyinə görə bunun üçün əsaslar mövcüd deyil.
35. Apellyasiya m əhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317, 445.7, 739.1 və 741ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36.1, 36.4.1, 39.3 və 39.3.3-cü; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 1 saylı qərardadına; MPM-in 77.1, 97.5, 102 və 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
36. Cavabdeh İ.Yeqanlı təərfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması x ahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.5, və 39.3.3cü maddələrinin tələbləri pozulmuşdur- ipoteka predmetinin hazırkı vaxtda olan bazar və likvid qiyməti düzgün qoyulmamışdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində qoyulan 198.000 manat qiyməti əsas götürmüşdür. Halbuki, həmin qiymət həqiqəti əks etdirmir. Həmin vaxt mənzilin mülkiyyətçisi ölkə xaricində olmuş və qiymət mənzilə baxış keçirilmədən qoyulmuşdur. Mülkiyyətçi ilə əlaqə saxlanılması mümkün olduğu halda ona bu barədə məlumat verilməmişdir və məlumatın verilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə tərəfindən likvid qiymət birinci instansiya məhkəməsinin baxılmamış saxlanılmış e-2-2(113)-2659/2022 nömrəli iş üzrə əldə olunmuş rəy əsasında müəyyən edilmiş, lakin həmin qiymətləndirmə rəyi hazırkı iş üzrə Elektron Məhkəmə Sisteminə yüklənməmiş, ipoteka qoyan həmin rəylə tanış olmamışdır. İpoteka qoyan likvid qiymətin mənzilə baxış keçirilmədən qoyulmasına etiraz etmiş və yenidən qiymətləndirmə təyin olunmasını xahiş etmiş, məhkəmə ekspertiza təyin etsə də "xxxx" MMC tərəflərin ekspertiza aparılmasına şərait yaratmamasınını əsas gətirərək onun həyata keçirilməsindən imtina etmişdir. Ekspertizanın bu vəsatətinə cavabdeh tərəfindən məhkəməyə etiraz verilərək bildirilmişdir ki, ekspertizadan ipoteka qoyana heç bir məlumat gəlməmiş və məhkəmə ekspertizanın keçirilməsinin va xtı barədə ipoteka qoyana bildiriş göndərməmişdir. Cavabdeh hesab edir ki, hazırki mübahisə üzrə ipoteka predmeti yenidən qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi ipoteka qoyanın nümayəndəsinin ərizəsini təmin etməmiş və əvvəl baxılmamış saxladığı 2-2(113)-2659/2022 iş üzrə mənzilə baxış keçirilmədən qoyulmuş qiyməti əsas götürərək likvid qiymət müəyyən etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh İ.Yeqanlının nümayəndəsi 2 il əvvəl ipoteka qoyanın üzürlü səbəbdən mənzili göstərə bilmədiyini, onun ölkə xaricində olduğunu bildirmiş və bu faktı sübut edən təyyarə biletini məhkəmədə göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka qoyanın mülkiyyətinin müdafiəsinə, qorunmasına yönələn təkrar ekspertiza keçirilməsinə dair vəsatətini vaxtın uzadılması kimi qiymətləndirərək v əsatəti təmin etməmiş və 2 il əvvəl mənzilə baxış keçirilmədən qoyulmuş likvid qiyməti əsas götürmüşdür. Həmçinin ipoteka qoyan Elektron Məhkəmə İnformasiya Sistemində "xxxx" MMC-nin 2022-ci il 19 oktyabr tarixli, ƏEM/O 66-711/22 nömrəli qiymətləndirmə rəyi ilə tanış ola bilməmişdir. 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4.1 və 36.5-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən 2021-ci il 6 aprel tarixli ipoteka qoyana (iş üzrə cavabdeh İ.Yeqanlı) ünvanlanmış bildiriş təhvil alınmamış və iddiaçı 1 aya yaxın müddət keçdikdən sonra bildirişin qeydə alınması üçün DƏDRX-ə müraciət etmiş və 2021-ci il 8 may tarixində bildiriş qeydə alınmışdır. Bildirişin poçta təqdim edilməsini sübut edən qəbz işin materiallarında mövcud deyildir və iddiaçı bildirişin qeydə alın ması üçün DƏDRX-ə 2021-ci il 4 may tarixində müraciət etmişdir. DƏDRX bu pozuntunu nəzərə almadan bildirişi qeydə almışdır.
39. MPM-in 88, 102, 150.1.2 və 152.1.5-ci maddələrinin tələbləri pozulmuşdur ödəniş cədvəlinə əsasən 2022-ci il 26 fevral tarixinə əsas borc 28.000 manat, faiz borcu 6,493.65 manat olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında əsas borcdan 4.666,16 manat, faiz borcundan 7.614,94 manat ödəniş olunduğu qeyd edilmişdir. Əsas borc qalığı 23.333, 84 manat olsa da, faiz borcu hissəsi ilə cavabdeh İ.Yeqanlı razılaşmayaraq qeyd etmişdir ki, 6.493,65 manat faiz borcu tam ödənildiyi halda əlavə olaraq 3.988,01 manat əlavə faiz borcunun tutulması və faiz borcundan artıq ödənilmiş 1.121,29 manat əsas borcun ödənişinə yönəldilməli, əsas borc məbləğ azaldılmalı və 22.212.55 manat qəbul edilməlidir. Borclu tərəfindən edilən ödənişlər düzgün silinmədiyi üçün iddiaçıya dəfələrlə bildirilməsinə baxmayaraq silinmələrə heç bir düzəliş edilməmiş və belə bir vəziyyətdə 5% tətbiq edilməsi qanunaziddir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı silinmələri düzgün aparmamış və ona görə də ödənilən pulu əsas borcdan deyil faizdən silməklə, əsas borc saxlanılmış və artıq faiz borcu hesablanmışdır. Apellyasiya məhkəməsi mübahisənin bu hissəsinin araşdırılması üçün təkrar ekspertiza təyin olunması barədə vəsatəti də təmin etməmişdir.
40. Məhkəmə iddiaçının təqdim etdiyi sübutların nə dərəcədə qanunauyğun olmasına və əməl edilməsinə qiymət verməmişdir. İddiaçının sübut olaraq təqdim etdiyi pretenziya, bildiriş və iddia ərizəsi ipoteka qoyana çatmamışdır, çatmasına dai r qəbz məhkəmə iş materiallarına əlavə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Maddə
445. Borclunun icranı gecikdirmə si... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 45. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə yaranması
34. İpoteka predmetinə Respublikası tutmanın Qanununun yönəldilməsi müvafiq hüququnun 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən h allar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndəri şi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:... 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmeti nə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” 46. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanunun “Maddə
6. Qiymətləndirmə üçün əsas Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymət ləndirici seçməkdə tam müstəqildir 47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 1 saylı qərardadının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir....”
48. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi...... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər”. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş s übutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 50.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
51. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Cavabdeh1, iddiaçı ilə bağladığı 2020-ci il 26 fevral tarixli kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
52. İşə birinci instansiya məhkəməsində baxılarkən Məhkəmə Ekspertizası Mərkəzi tərəfind ən verilmiş 2023-cü il 11 may tarixli, 9/2277 saylı ekspert rəyinə əsasən sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 26 fevral 2022-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 26.833,84 manat; faiz borcu üzrə 3.988,01 manat; 04 noyabr 2022-ci il tarixinə banka olan borcu əsas borc üzrə 23.333,84 manat; faiz borcu üzrə (5%) 857,86 manat; ümumilikdə faiz borcu 4.875,87 manat müəyyən olunmuşdur.
53. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəyini, işdə olan digər sübutlarla, o cümlədən kredit müqaviləsinə aid ödəniş cədvəli, müqavilə üzrə hesabdan çıxarış, kredit borcunun hesablanması barədə arayışla birgə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
54. Kassasiya şikayətində iş üzrə verilmiş həmin rəyin mötəbərliyi mübahisələndirilərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın təyin edilməsinə dair cavabdehin vəsatətinin təmin edilməməsi, bununla da MPM-nin 102ci maddəsinin tələblərinin pozulması göstərilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi kassatorun eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə qiymət verərək göstərmişdir ki, ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-nin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ü çün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, iş üzrə tərəfin müvafiq ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh kassator tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-nin 739.1, 741 və 445.7-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
58. Kassasiya şikayətində digər bir dəlillə kredit öh dəliyinin təmini məqsədilə kassatora məxsus, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisələndirilir.
59. Apellyasiya instansiyası məhkəməsi kassatorun eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə də qiymət verərək göstərmişdir ki, cavabdeh analoji mənzillərin dəyərinin artıq olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və MPMnin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qiymətləndirilmə zamanı ipoteka predmeti olan mənzilə baxış keçirilməməsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdehin bununla bağlı dəlilləri nəzərə alınmış və iş üzrə yenidən ekspertiza təyin olunaraq aparılması "xxxx" MMC-yə həvalə edi lmişdir. Həmin MMC-nin 25 aprel 2023-cü il tarixli vəsatəti ilə mənzilə baxış keçirilməsi 04 may 2023-cü il tarixinə təyin edilmişdir (i/v 98). Lakin cavabdeh ölkə xaricində olduğuna görə mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və ona görə də, "xxxx" MMCnin 24 may 2023-cü il tarixli məktubu ilə qərardad icra olunmadan geri qaytarılmışdır (i/v 105). Odur ki, yenidən qiymətləndirmənin aparılması cavabdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur.
60. Məhkəmə kollegiyası işin müəyyən edilən, qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, baxılan iş üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətinin "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 19 oktyabr tarixli ƏEM/O 66-711/22 saylı qiymətləndirmə rəyinə əsasən (bax yuxarıda bu qə rarın 9-cu bəndi) müəyyən edilməsi mülki qanunvericiliyin sübutetmə ilə bağlı, eləcə də MPM-nin 97.5-ci maddəsinin tələblərinə (bax yuxarıda bu qərarın 48-ci bəndi) uyğun olmuşdur.
61. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77. 1, 80, 81-ci maddələri).
62. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin digər-ipoteka bildirişinin verilməsi və ərizənin baxılmamış saxlanması ilə bağlı, apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 29 və 33cü bəndləri), təkrar qiymətləndirmənin aparılmasını zəruri hesab etmir.
63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
64. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-219/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.