Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-332/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “ X1” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 vəkili X4 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rauf Əzimov və Cavabdeh1 MMC-nin vəki li Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 aprel 2021-ci il tarixli, 2-2(103)-201/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı avadanlıq alınması məqsədilə cavabdehə 9 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla 3.000.000 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 8 ay müddətinə illik 6% ödənilmək şərti ilə 3.000.000 manat məbəğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşdürlər.
3. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 8 ay müddətinə illik 6% ödənilmək şərtli ilə 4.700.278 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz öhdələrinə götürmüşdürlər. 4. 2019-cu il 26 aprel tarixli, **********312 saylı maliyyə arayışına əsasən, cavabdehin 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqa viləsi üzrə 2019-cu il 22 aprel tarixinə 3.000.000 manat kredit, 1000 manat faiz, 516.000 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 416.586,69 manat faiz borcu olmaqla cəmi 3.936.586,69 manat borcu olmuşdur. 5. 2019-cu il 26 aprel tarixli, **********316 saylı maliyyə arayışına əsasən, cavabdehin 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2019-cu il 22 aprel tarixə 3.000.000 manat kredit, 1000 manat faiz, 516.000 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 419.586,69 manat faiz borcu olmaqla cəmi 3.936.586,69 manat borcu olmuşdur. 6. 2019-cu il 26 aprel tarixli, **********312 saylı maliyyə arayışına əs asən, cavabdehin 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 2019-cu il 22 aprel tarixinə 4.524.133,84 manat kredit, 1.566,76 manat faiz, 785.150,33 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 647.200,50 manat faiz borcu olmaqla cəmi 5.958.051,41 manat borcu olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək: - 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, müddət sonuna hesablanan 1. 000 manat faiz borcu, 516.500 manat məbləğində cərimə borcu və kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 419.586,69 manat faiz borcu olmaqla cəmi 3.936.586,69 manat; - 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, müddət sonuna hesablanan 1.000 manat faiz borcu, 516.000 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 419.586,69 manat faiz borcu olmaqla cəmi 3.936.586,69 manat; - 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4.524.133,84 manat əsas borc, müddət sonuna hesablanan 1.566,76 mana t faiz borcu, 785.150,33 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr Plenum qərarına əsasən hesablanmış 647.200,50 manat faiz borcu olmaqla ümumilikdə 5.958.051,41 manat məbləğdində kredit borclarının və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə avadanlıq alınması məqsədilə 9 ay müddətinə illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 3.000.000 manat, 2015ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasə n 8 ay müddətinə, illik 6% ödənilmək şərti ilə 3.000.000 manat, 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsinə əsasən isə 8 ay müddətinə illik 6% ödənilmək şərti ilə 4.700.278 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqavilələrinin tələblərinə əsasən, cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin 2015-ci il 30 oktyabr tarixli 144/15 saylı müqavilə üzrə sonuncu ödənişi 2016-cı il 6 oktyabr tarixdə 30.000 manat, 2015-ci il 13 noyabr tarixli 148/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi 2016-cı il 29 noyabr tarixində 50.000 manat, 2015-ci il 3 noyabr tarixli 147/15 saylı kredit müqaviləsi üzrə isə sonuncu ödənişi 2016-cı il 6 o ktyabr tarixdə 30.000 manat təşkil etmiş, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcu və faizlərini vaxtında ödəməmişdir. Kredit müqavilələrinin tələblərinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizlər borcalan tərəfindən banka ödənilməlidir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli, e-2-2(82)877/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2020-ci il 23 iyul tarixli, 9/1112 saylı rəy tərtib olunmuşdur (hakim Əfqan Ələkbərov).
10. Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 23 iyul tarixli 9/1112 saylı rəyində göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və kredit müqavilələrinin şərtləri əsas götürülməklə cavabdehin 2019-cu il 22 aprel tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) banka olan borcu 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3.356.203,70 manat məbləğində, o cümlədən əsas borc üzrə 2.977.410,87 manat, faiz borcu üzrə 378.792,83 manat, 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3.352.602,68 manat, o cümlədən əsas borc üzrə 2.974.216,27 manat, faiz borcu üzrə 378.386,40 manat, 2015-c i il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5.081.389,89 manat, o cümlədən əsas borc üzrə 4.537.517,94 manat, faiz borcu üzrə 543.871,94 manat müəyyən edilmişdir. Bank tərəfindən 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı, 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı və 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqavilələri üzrə hesablanan cərimə borclarının hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana həmin kredit razılaşmaları üzrə cərimə borcları hesablanmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 oktyabr tarixli, e-2-2(113)-407/2020 saylı qətnaməsi ilə iddia qismən-cavabdehdən 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2.977.410,87 manat əsas borc, 1000 m anat müddət sonuna hesablanan faiz borcu, 148.870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 378.792,83 manat faiz borcu, 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2.974.216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat faiz borcu, 148.710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 378.386,40 manat faiz borcunun, 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4.524.133,84 manat əsas borc, müddəti sonuna hesablanan 1566,76 manat faiz borcu, 226.206,70 m anat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən 543.871,94 manat faiz borcu məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun 26,68 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Zaur Pirverdiyev).
12. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avadanlıq alınması məqsədilə 9 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində, 2015-ci il 03 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən 8 ay müd dətinə, illik 6% faiz ödənilmək şərtilə 3.000.000 manat, 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsinə əsasən 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 4.700.278 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı kreditləri və onlara hesablanmış faiz borclarını müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər.
13. Məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbində kredit müqavilələri üzrə 31.05.2019-cu il tarixə olan borc məbləğlərinin tutulmasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş maliyyə arayışlarından müəyyən olunur ki, tələb olunan borc məbləğləri 22 aprel 2019-cu il tarixə hesablanmış borc məbləğləridir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən 30.10.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat və 03.11.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini n 23 iyul 2020-ci il tarixli 9/1112 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu 30.10.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.977.410,87 manat, 03 noyabr 2015ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.974.216,27 manat məbləğində müəyyən olunmuşdur.
15. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək göstərmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
16. İş üzrə verilmiş ekspert rəyi və işin materialların da olan sənədlərlə cavabdehin iddiaçıya olan borcu 30.10.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.977.410,87 manat, 03 noyabr 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.974.216,27 manat məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu əsas borclar üzrə 30.10.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2.977.410,87 manat, 03 noyabr 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2.974.216,27 manat məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 17. 13 noyabr 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə əsas borca aid hissədə isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməEkspertizası Mərkəzinin 23 iyul 2020-ci il t arixli 9/1112 saylı rəyi ilə göstərilən müqavilə üzrə əsas borc məbləği (543.871,94 manat) iddiada tələb olunan məbləğdən (4524133,84 manat) artıq olması müəyyən olunsa da, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müdd ət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borc pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
19. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeyə əsaslanaraq, iş üzrə əldə olunmuş ekspert rəyi ilə müəyyən edilən, cavabdehdən gecikdirilm iş vaxt üçün 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 378.792,83 manat, 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 378.386,40 manat və 2015-ci il 13 noyabr tarixli 148/15 saylı kredit müqaviləsi üzrə 543.871,94 manat məbləğlərində faiz borclarının iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
20. Məhkəmə iddiaçı tərəfindən tələb olunan dəbbə pulu məbləğlərini əsas borc məbləğlərinə münasibətdə tənasübsüz yüksək hesab etmiş və dəbbə pulunu azaldaraq 30 oktyabr 2015-ci il tarixli, 144/15 saylı müqavilə üzrə 148.870,54 manat, 3 noyabr 2015-ci il tarixli, 147/15 saylı müqavilə üzrə 148.710,81 manat və 13 noyabr 2015-ci il tarixli 148/15 saylı müqavilə üzrə 226.206,70 manat həddində müəyyən etmişdir.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublika sı Mülki Məcəlləsinin (nundan sonra mətndə MM) 385.1, 442, 445.7, 467, 448.1, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Məhkəmənin qətnaməsindən həmçinin, cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 aprel tarixli, 2-2(103)-201/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
25. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən mübahisələndirilən kredit müqavilələri üzrə hərtərəfli tədqiqatın aparıldığı, hər müqavilə üzrə qrafik şəklində, cavabdehin bütün ödənişləri nəzərə alınmaqla, cavabdehin əsas borcu və müqavilə müddəti bitdikdən sonra 2019-cu il 22 aprel tarixinə olan illik 5 faiz məbləğləri hesablanaraq aylar üzrə müəyyənləşdirilmişdir. Lakin iddiaçı və cavabdehin apellyasiya şikayətlərində ekspert rəyində təsbit olunan borc məbləğlərinin hansı meyarlara əsasən, hansı qrafikdə təsbit olunan elementlərin ödənişlərə və hesablamalara uyğun olmadığı və hansı bəndlərdə səhvə yol verildiyi əsaslandırılmamışdır.
26. Məhkəmə kollegiyası həmçinin, qətnamə ilə iddiaçının müqavilədə nəzərdə tutulan faiz borcu tələbinin də bankın 2019-cu il 22 aprel tarixli maliyyə arayışlarında təsbit olunan hədd daxilində təmin edilməsini, o cümlədən birinci və ikinci kredit müqavilələrinin hər biri üzrə 1.000 manat, üçüncü kredit müqaviləsi üzrə isə 566,76 manat məbləğində müəyyənləşdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair nəticəni də əsaslı saymışdır. Belə ki, istinad olunan maliyyə arayışlarına və bank hesabından çıxarışa əsasən, həmin illik faiz məbləğləri müqavilədə nəzərdə tutulan illik faiz miqdarı çərçivəsində iddiaçının ödənişlərinə uyğun olaraq mülki qanunvericiliyə müvafiq qaydada müqavilə müddətinə hesablanmış faiz borcu məbləğlərini ehtiva etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4, 467, 739.1, 739.2, 741, 445.7, 465.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 12 aprel tarixində iş üzrə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
29. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayətində iddianın təmin olun madığı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin olunması və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri 31. 2020-ci il 23 iyul tarixli 9/1112 saylı ekspert rəyi üzrə ekspert tərəfindən tədqiqatın hansı metodlarla aparılması müəyyən edilməmiş, ekspert tərəfindən mübahisəli kredit müqavilələrinin 2.5-ci bəndlərində nəzərdə tutulan cərimələr hesablanmamışdır. Belə ki, həmin bəndə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə1) uyğun olaraq həyata keçirilir. Bor calan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 36% cərimə faizi ödəyir. Ekspert göstərilən tələbi nəzərə almadan düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, müqavilələrin cərimələrlə bağlı bəndləri nəzərə alınsaydı, silinmələr yalnız əsas və faiz məbləğindən silinməyəcək və həmin məbləğlərdə azalma olmayacaqdı. Ekspert rəyi düzgün olmadığından təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, həmin vəsatətlər təmin edilməmiş, bununla da, məhkəmələr tərəfindən işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaradılmamışdır. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarının göstərişlərini də nəzərə almamış və iddia tələbini Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcu hissəsində də tam təmin etməmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri 32. 2015-ci il 30 oktyabr tarixli, 144/15 saylı, 2015-ci il 3 noyabr tarixli, 147/15 saylı və 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqavilələri üzrə əsas kredit borcu, borca görə hesablanmış faiz və cərimələr tamamilə qeyri-obyektiv hesablama nəticəsində yaranmış, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olduğu göstərilən cərimə məbləğinin hansı əsasla müəyyən edildiyini gö stərməmiş, apellyasiya məhkəməsi isə əlavə araşdırma aparmadan birinci instansiya məkəməsinin gəldiyi bütün nəticələrlə razılaşmışdır.
33. İş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası düzgün hesablama aparmamışdır. Belə ki, 2015-ci il 13 noyabr tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə ekspert tərəfindən hesablanmış əsas borc məbləği maliyyə arayışında göstərilən məbləğdən artıq olmuş, bank tərəfindən cərimələrin hesablanmasını əks etdirən çıxarışlar ekspertizaya təqdim olunmamışdır. Ekspert tərəfindən cərimə borclarının hesablanmasının mümkün olmamasına baxmayaraq, məhkəmə qeyri-məlum əsasla cərimə müəyyən etmişdir. Cavabdeh hesab edir ki, əsas borc və borca görə faizlərin hesablanmasına dair ekspert düzgün nəticəyə gəlməmiş, habelə məhkəmə tərəfindən əsas borcun, borca görə müd dətin sonuna olan faizin və cərimənin hansı qaydada hesablanması ilə bağlı məsələlərə heç bir aydınlıq gətirilməmişdir. Məhkəmənin müddətin sonuna hesablanan faizləri də ayrıca qeyd etməsi və tələbin hansı əsasla təmin edilməsi anlaşılan olmamışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
36. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kol legiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qətnaməsində hər iki tərəf şikayət verdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya a dətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoy ulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bi r təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri n əzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları b orcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur: “... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıx a bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər....”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında nəzərdə tutulmuşdur: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ təl əb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtı nda qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. İddiaçı və cavabdehin kassasiya şikayət lərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə iddia olunun əsas və faiz borcunun miqdarının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, iddia tələbi əsas və faiz borcuna münasibətdə həmin rəylə müəyyən edilmiş məbləğlər həddində təmin edilmişdir.
46. İddiaçı və cavabdeh kassasiya şikayətlərində həmin rəylə razılaşmadıqlarını göstərsələr də, işin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxılarkən həmin rəyin mötəbərliyini şübhə altına alan sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.
47. Cərimə borcunun tutulması tələbi üzrə həm iddiaçının, həm də cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda 35-ci bənd).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini və əsas borc məbləğinin 5%-i məbləğində cərimənin tutulmasına dair mövcud məhkəmə təcrübəsini, Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən əsas borcun 5%-i həddində cərimənin tutulması Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 50.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməlidir. 51.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddə lərinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 aprel 2021-ci il tarixli, 2-2(103)-201/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli