Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-332/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X10” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X7 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X4 ibarət tərkibdə, İddiaçı “X10” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(106)-17/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ a) Birinci instansiya məhkəməsindəki icraat 1.İddiaçı “X10” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi və iddia tələbinin artırılması haqqında ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehin Ağcabədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş 2023-cü il 30 may tarixədək 63.566,70 manat məbləğində hesablanmış qalıq (debitor) borcu, eləcə də Aqropark kompleksinə elektrik enerjisinin verilməməsinə baxmayaraq ********* nömrəli hesab ödəniş vərəqəsində göstərilmiş 2023-cü il 14 iyun tarixində 85.038,30 manat məbləğində qalıq (debitor) borcun silinməsi, 2017-ci ilin dekabr ayında n 2023-cü ilin may ayına qədər olan dövrlər ərzində iddiaçının adına göndərilmiş elektron qaimələrdə göstərilmiş sərfiyyatdan Aqropark kompleksinin (təsərrüfatının) elektrik qurğularının sayı, növü və işləmə rejiminə görə əlavə hesablanmış elektrik enerjisinə görə həmin dövrlər ərzində artıq ödənilmiş 284.360,27 manat məbləğin və iddiaçıya məxsus Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən 1050 ha torpaq sahəsində 2023-cü ildə əkilməli olan 2-ci növ qarğıdalı bitkisinin elektrik kəsintisi nəticəsində əkini baş vermədiyi üçün bütün növ aqrotexniki qulluq xərcləri çıxılması şərti ilə ******* manat dəymiş ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dövlət dəstəyi ilə tikilmiş və istismara varilmiş 10 MVA gücündə 35/N kV-luq yarımstansiya iddiaçının elektrik enerjisinə olan tələbatına uyğun hesablanmış və başqa tələbatçıların qoşulması nəzərdə tutulmamışdır. Ağcabədi rayonu ərazisində yerləşən iddiaçının elektrik təchizatı sxemidə bunu təsdiq edir. MMC-nin razılığı olmadan 2019-ci ilin sentyabr ayında N saylı hərbi hissə MMC-yə məxsus yarımstansiyanın N kV-luq tərəfindən hava xətti vasitəsi ilə şəbəkəyə qoşulmuşdur və hərbi hissənin elektrik sayğacı N kV-luq xəttin başlanğıcında quraşdırılmışdır. 2021-ci ilin yanvar ayından sonra hərbi hissəyə gedən N kV-luq hava xəttinin müxtəlif budaqlanma nöqtələrindən artezian quyuları üçün 30-a qədər müxtəlif güclü transformatorlar quraşdırılaraq elektrik enerjisindən istifadə etməyə başlamaqla, MMC-nin təsərrü fat fəaliyyətində elektrik enerjisi ilə təminatında problemlər yaranmağa başlamışdır. Bu qoşulmalar həyata keçirilərkən hərbi hissədən də razılıq alınmamışdır. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.37-ci bəndinə əsasən sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. MMC-nin elektrik enerji tələbatını təmin etmək üçün inşa edilmiş 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində hərbi hissəyə məxsus hava xəttindən 30-a yaxın transformatorun hesabat aparılmadan böyük yü klərin qoşulması nəticəsində, 35/N kV-luq yarımstansiyanın N kVluq tərəfində olan bəzi elektrik avadanlıqlar yanaraq istismara yararsız hala düşmüş və nəticədə hərbi hissəyə gedən xəttin əvvəlində quraşdırılmış elektrik sayğacının işləmədiyindən əksər sərfiyyat MMC-nin üzərində qalmışdır. MMC-nin hesabına istifadə etmədiyi başqa abonentlərin istifadə etdiyi elektrik enerji sərfinin dəyəri daxil edilməkdədir. Sərfiyyatın müqayisəli təhlili zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin ilk 4 ayında MMCnin sərfiyyatı 226 036 kVt/s (20.343,24 manat) olmuş, qalan 8 ayda isə 954 909 kVt/s (85.941,81 manat) olmuşdur. 2022-ci il ərzində MMC-yə qalan sərfiyyat reallıqdan artıqdır. Bu artım davam etməkdədir. Sərfiyyatın təhlili göstərir ki, MMC-nin sayğacından çıxılan hərbi hissənin sayğacı həqiqi sə rfiyyatı qeyd etmir. Belə ki, 2022-ci ilin 4 ayında MMC-nin istifadə etdiyi elektrik enerji sərfi 518 800 kVt/s (51 880 manat) olduğu halda, 2023-cü ilin 4 ayında elektrik enerji sərfi 711 770 kVt/s (71 177) manat hesablanmışdır. Əlavə olaraq, 2021-ci il ərzində həm yazlıq, həm də payızlıq əkin aparılıb ancaq 2022-ci il də isə yalnız payızlıq əkin aparılıb. Faktların müqayisəsi göstərir ki, hərbi hissənin xəttindən elektrik enerjisi ilə təmin edilən 30-a qədər artezian quyularının istifadə etdikləri elektrik sayğacları həqiqi sərfiyyatı qeyd etməmiş və nəticədə real istifadə edilmiş elektrik enerjisi sərfinin əsas hissəsi MMC-nin üzərində qalmışdır. Belə məlum olur ki, hərbi hissənin elektrik sayğacına "xxxx" ASC tərəfindən qoşulmuş 30-a yaxın artezianın sərf etdiyi elektrik enerji sərfini sayğacın qeyd etməməsi nəticəsində MMC-nin hesabına istifadə etmədiyi elektrik enerji hesablanaraq ödənilməsi tələb edilir. Məlum olmuşdur ki, hərbi hissənin sayğacı dəfələrlə sıradan çıxmış, "xxxx" ASC tərəfindən yeni sayğac quraşdırılana kimi bütün sərfiyyat MMC-nin üzərində qalmışdır. Yarımstansiyaya baxış keçirilən zaman məlum olmuşdur ki, yarımstansiyada bəzi avadanlıqların yanması nəticəsində hərbi hissənin xətti sayğacsız qoşulmuşdur və həmin sayğac həqiqi sərfiyyatı qeyd etmədiyindən bütün sərfiyyat MMC-nin üzərində qalacaqdır. Bundan başqa, "xxxx" ASC tərəfindən ünvanlanan məktublarda qeyd edilir ki, aqroparkın elektrik təchizatı üçün 35/N kV-luq 10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kv-luq hava xəttlərinin çəkilməsi üçün dövlət tərəfindən a yrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat tərəfindən bağlanmış müqavilə əsasında yerinə yetirilmişdir. Tikinti işləri başa çatdıqdan sonra texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, iddiaçının, eləcə də cavabdehin səlahiyyətli nümayəndəsinin imzası ilə əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) tərtib olunmuş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Əsas vəsaitlərin istismara qəbul aktında (qaiməsində) istehlakçı qrafasında sadəcə imza var. Buna görə də həmin imzanın iddiaçının səlahiyyətli nümayəndəsinə məxsus olması müəyyən edilmir. Çünki imzanın kimə məxsus olması barədə həmin şəxsin adı, soyadı və vəzifəsi göstərilməmişdir. Əsas vəsaitlərin istismara qəbul aktı (qaiməsi) "xxxx" ASC tərəfindən h azırlanan zaman "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərildiyi kimi eləcə də istehlakçı qrafasında da iddiaçının səlahiyyətli nümayəndəsinin adı, soyadı və vəzifəsi göstərilməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-cü bəndinə qeyd edilmişdir ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Yenə həmin qaydaların 1.4-cü bəndinə qeyd edilmişdir ki, enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerji təchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı -satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Yeni tikilmiş 35/N kV-luq 10 MVA gücündə transfmator yarımstansiyası "xxxx" ASC-nin balansında olduğu halda Qaydaların 8.3-cü bəndinə əsasən, MMC-nin elektrik sayğacı 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində xəttin üzərində elektrik sayğacı quraşdırılmalıdır. Lakin ASC-nin və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialının səhvi nəticəsində MMC-yə külli miqdarda ziyan dəymişdir. Halbuki Qaydaların 8.4-cü bəndinə göstərilir ki, istehlakçı ancaq istifadə etdiyi elektrik enerjisi sərfinin dəyərini ödəməlidir. Bu səhvlər nəticəsində 35/N kV-luq “Mehrablı” yarımstansiyasında 35 KV-lu q xəttin başlanğıcında quraşdırılmış elektrik sayğacı ASC tərəfindən MMC-nin adına rəsmiləşdirilmiş və bütün texniki itkilər (xətt itkisi, transfamator itkisi və başqa itkilər) MMC-nin üzərində qalmışdır. Yarımstansiya "xxxx" ASC-nin balansında olduğu halda MMC-dən başqa bütün qoşulmuş ASC abonentlərinin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının, yəni MMC-nin sərfindən çıxılmalı idi. MMC-nin elektrik sayğacı yeni tikilmiş 35/N kV-luq yarımstansiyanın N kV-luq tərəfində quraşdırılmalı idi. Belə vəziyyətdə MMC təkcə öz istifadə etdiyi elektrik enerjisi sərfini ödəməli idi. Subabonentlər şəbəkiyə qoşulan vaxtdan subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC- nin sərfindən çıxılmır. Subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) subabonentlər şəbəkiyə qoşulan vaxtdan MMC-yə hesablanaraq ondan alınır. Hal-hazırda MMC-yə elektik enerjisi verilmir, lakin MMC-nin elektrik sayğacı işləyir və MMC-yə əlavə vəsait yazır. Gündəlik olaraq elektrik sayğacına MMC-nin əməkdaşları tərəfində baxış keçirilərək aktlaşdırılır və video yazısı aparılır. Bu bir daha sübut edir ki, MMC-yə elektrik enerjisi verilmədiyi halda elektrik sayğacı işləyir və subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) MMC-yə hesablanır. Bundan əlavə, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2023-cü i l tarixli 3-15-2-8/2-9-1827-5382/2023 nömrəli məktubda da qeyd edilmişdir ki “Əkinçi” yarımstansiyasının N kV-luq paylayıcı qurğusundan çıxan 3 ədəd N kV-luq elektrik veriliş xəttinin (1 ədədi enerji təchizatı şəbəkəsinə qoşulu, 2 ədəd isə ehtiyatda) MMC-ni qidalandırdığı, həmin yarımstansiyadan çıxan 1 ədəd KV-luq “Hərbi hissə” elektrik veriliş xəttinin isə Hərbi hissəni və digər istehlakçıları (subartezian) elektik enerjisi ilə təmin etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, MMC ilə hesablaşma, N kV-luq “Hərbi hissə xəttinin üzərində olan istehlakçılara aid 0,4 KV-luq tərəfdə quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricilərinin MMC-nin ”Mehrablı” yarımstansiyasında quraşdırılmış sayğacının göstəricisindən çıxılmaqla aparılır. Lakin bu halda həmin istehlakçıla rın elektrik təsərrüfatında yaranan elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13cü bəndinin tələbləri (hesablaşma elektrik sayğacları X8 mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğcanının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır) pozulur. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-yə MMC ilə hesablaşmanın Q aydaların 7.13-cü bəndinə əsasən aparılması məsələsinə baxılması məqsədilə xx.xx.2023-ci il tarixli 3-15-2-8/2-165/2023 məktub ünvanlanmışdır. Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı ilə təmin edilməsində MMC-nin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün pretenziya məktubu ilə cavabdehə müraciət edilmişdir. Bundan başqa isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Pretenziya məktubub cavabdehə xx.xx.2023-cü il tarixdə etaxes.gov.az saytı vasitəsi ilə və xx.xx.2023-cü il tarixdə isə emehkeme.gov.az saytı vasitəsi ilə göndərilmişdir. Cavabdeh tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmişdir. Əlavə olaraq, iddiaçının istifadəsində olan “Aqropark”ın 1050.31 ha torpaq sahəsində 2019-cu ildən hal-hazırki dövrə qədər buğda, qarğıdalı və soya bitkiləri əkilmişdir. Buğda üçün suvarma mövsümü noyabr ayının təxminən 15-dən başlayaraq may ayının sonuna qədər davam edir. Birinci ürün qarğıdalı üçün suvarma mövsümü mart ayının 25-dən başlayaraq avqust ayının 15-nə kimi davam edir. Soya üçün suvarma mövsümü aprel ayının 15-dən başlayaraq sentyabr ayının 15-nə kimi davam edir. İkinci ürün qarğıdalı üçün suvarma mövsümü iyun ayının 15-dən başlayaraq oktyabr ayının 25nə kimi davam edir. Bir qayda olaraq birinci taxıl əkilir, sonradan birinci ürün qarğıdalı və soya əkilir. Sonda isə ikinci ürün qarğıdalı əkilir. Həmin əkin sahələrin suvarılması üçün hər suvarma müddəti suyun təzyiqindən asılı olaraq orta hesabla, ardıcıl olaraq 12 gün çəkir. Bundan başqa iddiaçının istifadəsində olan “Aqropark”ın 1050.31 ha torpaq sahəsində əkilən məhsulunun suvarılması üçün 11 ədəd pivot suvarma qurğuları quraşdırılmışdır. Hər pivot tağılardan ibarət olmaqla 1-ci; 2-ci; 3-cü; 4-cü; 6-cı; 7-ci və 8-ci pivotlar 10 tağıdan, 5-ci və 11-ci pivotlar 11 tağıdan, 9-cu pivot 7 tağıdan, 10-cu pivot 9 tağıdan ibarətdir. Cəmi tağıların sayı 108 ədəddir. Hər bir tağını hərəkətə gətirən 1 ədəd elektrik mühərriki vardır. Mühərriklər “LİNDSAY” tipli, LİN-CDU-B3-4-40 P/N ******* modelli olmaqla, 3 fazalı, gərginliyi 380 voltluqdur. Onlardan 46 ədədi böyük ölçülü olmaqla amper/saatı (AMP) 1.9-dur, 62 ədəd tağının mühərrikləri balaca ölçülü olmaqla, amper/saat (AMP) 1.8-dir. Hər dəfə suvarma aparılanda pivotl ar dairəvi formada olduğundan tağıların mühərrikləri ardıcıllıqla hərəkət edir və bu səbəbdən mühərriklər ardıcıllıqla işə düşərək sönürlər. Bu səbəbdən hər pivotun elektrik gücü akta əlavə edilən pivotların layihə üzrə nəzərdə tutulmuş həcmdədir. Belə ki, 1-ci; 2-ci; 3-cü; 4cü; 6-cı; 7-ci və 8-ci pivotların elektrik gücü - 12.82 Amps, 5-ci pivotun elektrik gücü – 14.00 Amps, 11-ci pivotun elektrik gücü 14.02 Amps, 9-cu pivotun elektrik gücü – 8.73 Amps, 10-cu pivotun – 10.89 Amps-dir. Ümumilikdə, pivotların elektrik gücü 137.38 Ampsdir. İddiaçının istehsalat nəzarətçisi X17 və təsərrüfat briqadiri X16 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək, hər gün saat 16:21-də "xxxx" ASC-yə məxsus Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımsta nsiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” markalı, “Lun” 6 tipli, 69208062 nömrəli, 3 fazalı hesabat sayğacının göstəriciləri götürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 671.533 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 672.888 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 674.331 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 675.704 kwh, xx.xx.2023-cü il tarixdə saat 16:21-də sayğacın göstəricisi – 676.950 kwh olması müəyyən edilmişdir. Göstəricilərin götürülməsində "xxxx" ASC-nin X21 Enerji və Satış İdarəsinin X13nin növbətçi elektrik mantyoru Habil adlı şəxs iştirak etmişdir. Hesabat sayğacının göstəriciləri götürülərkən iddiaçının elektrik tə chizatı tam dayandırılmışdır. "xxxx" ASC-nin X21 Enerji və Satış İdarəsinin X13nin xx.xx.2023-cü il tarixli xəbərdarlığında qeyd edilmişdir ki, guya MMC-nin 29.300 manat məbləğində debitor borcu var. Halbuki MMC-nin heç bir debitor borcu yoxdur. Xəbədarlıqda qeyd edilən borc elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə yaranmışdır. Bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X2 İmişli filialının xx.xx.2023-cü il tarixli 3-15-2-8/2-9-18275382/2023 nömrəli məktubu da sübut edir. Qeyd edilən əsassız borca görə qanunsuz olaraq iddiaçının istifadəsində olan “Aqropark”ın ərazisində elektrik enerjisi kəsilmişdir. Buna görədə iddianın gələcəkdə müvəffəqiyyətli icrasının təmin etmək məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilənədək iddiaçının istifadəsində olan “A qropark”ın ərazisində elektrik enerjisinin verilməsinin (subabonentlərin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) çıxmaqla) bərpa edilməsi öhdəliyinin "xxxx" ASC, "xxxx" ASC-nin X23 və Satış İdarəsi və "xxxx" ASC-nin X21 Enerji və Satış İdarəsinin X13nin üzərinə qoyulması, eləcədə elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(121)-34/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Qərardadda qeyd edilmişdir ki, məhkəmə hesab edir ki, fəaliyyəti işığın verilməsindən asılı olan sahibk arlıq subyektinə verilən elektrik enerjisinin dayandırılmasının, hüquqi şəxs olaraq ərizəçinin (maraqlı şəxsin) vəziyyətinin əhəmiyyətli dərəcədə çətinləşdirəcəyindən, bunun qarşısını almaq məqsədilə ərizə “elektrik enerjisindən istifadə edilməsinə maneələr yaradılmasının və elektrik enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi” hissəsində qismən, yəni ərizə üzrə bir cavabdeh olduğundan, cavabdehlərə deyil, yalnız cavabdeh "xxxx" ASC-yə “qadağan edilməsi” hissəsində təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(121)-34/2023 nömrəli qərardadının icrası zamanı Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində yerləşən 35/N kvt-luq Mehrablı yarımstansiyasının paylayıcı qurğularının yerləşdiyi sahədəki iddiaçıya məxsus, “LUNA” mark alı, “Lun” 6 tipli, 69208062 nömrəli elektrik sayğacı çıxarılaraq yeri dəyişdirilmişdir. Sayğacın yeri dəyişdirilən zaman "xxxx" ASC-nin ARAN RETSİ-nin X13 tərəfindən iddiaçının nümayəndələrinin iştirakına şərait yaradılmamışdır. Qeyd edilən hallar videoya çəkilmişdir. Bu günə qədər də X13 tərəfindən iddiaçıya sayğacın yeri dəyişdirilən zaman sayğacın göstəriciləri və cərəyan transformatorun əmsalı barədə heç bir bir akt və ya protokol təqdim edilməmişdir. Qeyd edilən hallar bir daha sübut edir ki, cavabdeh tərəfindən cavabdehə qarşı qanunsuzluqlar törədilməkdə davam edir. 3.Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, yarımstansiyanın inşa edilməsi dövlət layihəsi olmuş və hazırda həmin yarımstansiya "xxxx" ASC-nin balansındadır. Elektrik enerjisinin verilməsi qaydalara uyğun dayandırılmış, yalnız məhkəmənin müvəqqəti təminat tədbirinin təmin edilməsinə dair qəbul etdiyi qərardadından sonra elektrik enerjisini bərpa edilmişdir. Texniki şərt əsasında digər abonentlərə yarımstansiyaya qoşulmasına icazə verilmişdir. Həmin xəttə qoşulan 75 abonentin ayrıca sayğacı və abonent saldoları var. 4.Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 17 sentyabr tarixli e-2-2(121)-74/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim N.Misirzadə). 5.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X10” MMC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli, 006408 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanmışdır. Ağcabədi ra yonu ərazisində “X10” MMCyə məxsus Aqroparkın elektrik təchizatı üçün "xxxx" ASC tərəfindən TX-17/1052 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərtə əsasən Agroparkın elektrik təchizatı üçün 35/N kV-luq 1x10 MVA gücündə yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması, 35 kV-luq hava xəttinin çəkilməsi üçün dövlət tərəfindən ayrılmış vəsait hesabına "xxxx" ASC ilə podratçı təşkilat olan "xxxx" MMC arasında smeta razılaşdırılaraq tikinti işləri aparılmışdır. İş başa çatdıqdan sonra yerinə yetirilmiş işlərin qəbul aktı hazırlanmış, yarımstansiyanın və hava xəttinin tikintisi işləri texniki şərtin tələblərinə cavab verdiyinə görə tikinti təşkilatının rəhbərliyinin, eləcə də "xxxx" ASC-nin səlahiyyətili nümayəndəsinın imzası ilə əsas vəsaitlərin istismara qəbu l edilməsi aktı tərtib edilmiş və yarımstansiya 2018-ci ildə "xxxx" ASC-nin balansına qəbul edilmişdir. Yarımstansiya dövlət vəsaiti hesabına inşa edilmiş, istismara verilən andan "xxxx" ASC-nin balansına verilmişdir. 35/N kV-luq yarımstansiya heç vaxt “X10” MMC-nin balansında olmamışdır. Əlavə olaraq, yarımstansiyaya Aran RETSİ-nin X13 tərəfindən texniki xidmət göstərilir, ehtiyac olduqda zədələnmiş qiymətli avadanlıqlar “X10” MMC tərəfindən deyil, “Azərişıq" ASC-nin vəsaiti hesabına dəyişdirilir. 35/N kV-luq yarımstansiyadan Aqroparkın fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı təmin edilir. Yarımstansiyadan Aqroparkdan əlavə olaraq, texniki şərtlər əsasında hərbi hissə və budaqlanma yolu ilə artezian quyuları da elektrik enerjisi ilə təmin olunur. Hərbi hissənin və bu xəttə qoşulmuş artezian quyularının hər biri elektrik sayğacı ilə təmin olunmuşlar. Hər ay hərbi hissə və artezian quyularının elektrik enerjisinin sərfiyyatı baş yarımstansiyada quraşdırılmış elektrik sayğacının sərfiyyatından çıxılaraq yerdə qalan sərfiyyat Aqroparka aid edilir. Qeyd olunan yarımstansiyada sayğacı olmayan və sayğacı qüsurlu olan heç bir istehlakçı yoxdur. Həmçinin, “X10” MMC-nin 85.038,30 manat məbləğində və 63.566,70 manat məbləğində qalıq borcu vardır. Borcun ödənilməsi ilə bağlı ona xəbərdarlıqlar edilmişdir. “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq “Mehrablı” elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılmasının “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ a ktların tələblərinə uyğun olmuşdur. 6.Bundan başqa, “X10” MMC-yə verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd deyildir. Belə ki, yarımstansiyaya ayrılan güc (N kVA) “X10” MMC tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çoxdur. Həmçinin, “X10” MMC-yə verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) h əmin MMC-nin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq “Mehrablı” elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd deyil, lakin həmin qaydaların 7.13-cü bəndinin tələbinə görə, elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji s ərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Qeyd edilən hər bir istehlakçının isə ayrı-ayrılıqda uçot kodu, sayğac nömrəsi və debitor borcları göstərilmiş abonent dövriyyəsi (saldosu) olmuşdur. Belə olan halda, "xxxx" ASC tərəfindən “X10” MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2023-cü il tarixədək 63566,70 manat və xx.xx.2023-cü il tarixədək 85038,30 manat məbləğində hesablanmış qalıq (debitor) borcun düzgün hesablanmaması, o cümlədən 284.360,27 manat məbləğində pul vəsaitinin artıq ödənilməsi halı müəyyən olunmur. 7.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1, 4.2, 5.1, 7.1, 7.6, 7.13, 8.3, 8.13-cü bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin hesablanması üçün 35/N kV-luq “Mehrablı” elektrik yarımstansiyasında hesabat elektrik sayğacının quraşdırılması “Elektrik enerjisindən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə uyğun olduğundan, həmçinin, iddiaçıya verilmiş texniki şərtlərdə yalnız həmin MMC-yə məxsus Aqropark kompleksinin elektrik enerjisi ilə təchiz edilməsinin nəzərdə tutulduğu halda, sonradan əlavə istehlakçıların (hərbi hissənin və subartezian quyularının) yeni inşa olunmuş 35/10kV-luq “Əkinçi” elektrik yarınstansiyasının N kV-luq paylayıcı qurğulara qoşularaq N kV-luq elektrik hava xətti ilə elektrik enerjisinin verilməsi “Elektrik enerjisi ndən istifadə qaydaları”nın və digər normativ aktların tələblərinə zidd olmadığından, hətta, yarımstansiyaya ayrılan güc (N kVA) iddiaçı tərəfindən faktiki istifadə edilə bilən maksimum gücdən bir neçə dəfə (təqribən 7-8 dəfə) çox olduğundan, o cümlədən, iddiaçıya verilmiş texniki şərtlərdən kənar əlavə istehlakçıların (abonentlərin) həmin MMCnin elektrik enerjisinin təchizat şəbəkəsinə (sxeminə) qoşulduğu halda MMC-yə məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisi sərfiyyatının 35/N kV-luq “Mehrablı” elektrik yarımstansiyasının 35 kV-luq paylayıcı qurğularda quraşdırılmış hesablaşma sayğacı ilə hesablanması “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olmadığndan, iddiaçının dəlilləri əsassızdır. 8.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (t ərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş) 234 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci bəndinə əsasən, sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 9.Həmin Qaydaların 2.35-2.38-ci bəndlərinə əsasən, elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır. İstehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndləri ilə tənzimlənir. Aktiv istehlak çının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçıların sayğaclarla təchiz edilməsi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədi onun balansında olan elektrik qurğularının ETM-in ETŞ–yə qoşulma nöqtəsidir. Sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. Sayğacın balans mənsubiyyəti sərhədində quraşdırılması mümkün olmadıqda, ETM-in sifarişçi ilə qarşılıqlı razılıq əsasında və ya əvəzi ödənilməklə sifarişçinin balansında olan sayğacla qoşulma nöqtəsi arasındakı hissəni öz balansına keçirmək hüqu qu vardır.
10. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Aqropark kompleksində istifadə edilmiş elektrik enerjisinin sərfinə görə hesablanmış qalıq (debitor) borcun düzgün hesablanmaması, həmçinin 284.360,27 manat məbləğində pul vəsaitinin artıq ödənilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi “borcun silinməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması” hissələrində əsassızdır.
11. Məhkəmə iddianın “dəymiş ziyanın (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona verilməsi”nə dair hissəsinə dair Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı ona zərər maddi dəyməsi, dəymiş maddi zərərin məhz hazırki iş üzrə cavabdeh tərəfindən vurulması və maddi zərərin 2.335,725 manat məbləğində olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə ona maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(106)-17/2025 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – T.Kərimov v ə C.İmanov).
14. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 16. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.37-ci bəndi, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.4-cü bəndi üzrə - 2024-cü il 17 aprel tarixli ekspert rəyi heç bir araşdırma aparılmadan verilmişdir. Rəyin nəticə hissəsində göstərilənlərlə tam müəyyən olunur ki, ekspert düzgün araşdırma aparmadan cavabdehin maraqlarına uyğun rəy vermişdir. Energetika Nazirliyinin Enerji X1 İmişli filialı tərəfindən MMC-yə ünvanlanmış rəsmi məktublarda da qeyd olunmuşdur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən, əgər hesablaşma sayğacı elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədində quraşdırılmayıbsa, sərhəddən sayğacın yerləşdiyi yerə qədər olan itkilər həmin şəbəkənin balansında olan təşkilatın hesabına aid edilməli və bu itkilar elektrik enerjisinin alqı-satqı müqaviləsində nəzərə alınmalıdır. Ekspert isə bu normanı və iş materiallarını nəzərə almadan, heç bir tədqiqat aparmadan rəy vermişdir ki, bu da rəyin hüquqi və texniki baxımdan əsassız olduğunu sübut edir. Ekspertin yalan rəy verdiyini sübut edən əsas faktlardan biri də Energetika Nazirliyinin Enerji X1 İmişli filialının müfəttişi X3 mütəxəssis rəyi ilə təsd iqlənir. Həmin rəydə açıq şəkildə göstərilir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndi pozulmuş, yəni balans mənsubiyyəti sərhədindən kənarda quraşdırılmış sayğacdan sərhədə qədərki enerji itkiləri alıcıya şamil edilmişdir ki, bu da qanunaziddir və həmin itkilər enerji təchizatçısının hesabına düşməli idi.
17. MPM-in 76.1, 186.1, 186.2-ci maddələri üzrə - ekspertin məhkəmədə dindirilməsi üçün verilmiş vəsatət təmin edilsə də, ekspert 2024-cü il 17 sentyabr tarixli iclasa gəlməkdən imtina etmiş, telefon danışığında hakim köməkçisinə həmin tarixədək təqaüdə çıxacağını bildirmiş və iclasa gəlməmişdir. Lakin buna baxmayaraq, məhkəmə onun iştirakı təmin olunmadan işə baxmışdır. Halbuki, ekspertin rəyinə qarşı ciddi etirazlar mövcud olduğu və onun dindirilməsi iddianın əs aslı şəkildə araşdırılması baxımından zəruri sayıldığı halda, məhkəmə onun iştirakı olmadan qərar qəbul etməklə obyektiv və tam araşdırma prinsipini pozmuşdur. Bundan əlavə, məhkəmə ekspertin iştirakı olmadan işə baxmağın mümkün olub-olmaması barədə tərəflərin fikrini öyrənməmiş, bu haqda işdə iştirak edən şəxslərin mülahizələrini dinləmədən birtərəfli qaydada qərar vermişdir ki, bu da mübahisənin ədalətli məhkəmə araşdırması prinsipləri əsasında həll olunmadığını göstərir. Məhkəmə təqdim edilmiş elektron qaimələri və “X12” MMC-nin 2023-cü il 27 sentyabr tarixli 90 nömrəli rəyini nəzərə almamış və qiymətləndirməmişdir. Habelə, işin obyektiv və tam araşdırılması məqsədilə təkrar mühəndis-texniki ekspertiza keçirilməsi üçün vəsatət verilsə də, bu vəsatət əsassız olaraq rədd olunmuş, lakin bu barədə qərardad da qəbul edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “4. X5 Rejimləri və Əsas Şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsin ə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir. 4.2. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş X5 göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər.” “5. X8 Mənsubiyyəti Sərhədləri 5.1. Dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji i stehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur.” “7. X15 X6 İstismarı 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6. Enerjitəchi zatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin X15unun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.13. Hesablaşma elektrik sayğacları X8 mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkil atın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraş dırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir.”
8. Elektrik Enerjisindən (X25) X9 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssi səsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin X8 mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərin ə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır.”
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
24. Kassasiya şikayətində istinad olunan normaların tələblərinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
25. Həmin normaların tələblərinin pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi, işin tam və hərtərəfli araşdırılmaması və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılması isə əsassızdır.
26. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmama sı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yox layır.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndiri lən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatı nı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçı “X10” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(106)-17/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.