Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-333/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit razılaşması üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(107)-34/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 29 noyabr tarixində İddiaçı QSC (bundan sonra – “QSC”) ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında bağlanmış 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 1.000.000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır.
2. Eyni zamanda 2023-cü il 6 mart tarixində QSC ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) arasında borcalanın 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam y erinə yetirilməsi barədə 017S**********01 nömrəli və 017S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
3. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq QSC ilə Cavabdeh2 adından Cavabdeh3 arasında 2021-ci il 29 noyabr tarixində 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən xüsusi mülkiyyətli 91.10 kv.m ümumi sahədən ibarət 101 nömrəli mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. 4. 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 2023-cü il 6 mart tarixində bağlanmış 017R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərti ilə 58.000 manat məbləğində kredit verilmişdir. 5. 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında 2022ci il 21 sentyabr tarixində bağlanmış 017R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış f aizi ilə birlikdə ödənilməsi şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 017R********** nömrəli krеdit razılaşması üzrə 25.282,18 manat krеdit bоrcu, 1.887,18 manat faiz bоrcu və 712,4 manat cərimə borcu olmaqla, cəmi 27.881.76 manat, 017R********** nömrəli krеdit razılaşması üzrə 44.821,37 manat krеdit bоrcu, 2.946,17 manat faiz bоrcu və 1.075,71 manat cərimə borcu olmaqla, cəmi 48.843,25 manat, ümumilikdə 76.725,01 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320,18 manat dövlət rüsumu nun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev120Ddə yerləşən xüsusi mülkiyyətli 91.10 kv.m ümumi sahədən ibarət 101 nömrəli mənzilə (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yönəldilməsi, həmin torpaq sahəsi və mənzilin açıq hərracdan satılması və ümumilikdə 76.725,01 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320,18 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipo teka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qıbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 hər iki kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 017R********** nömrəli krеdit razılaşması üzrə 25.282,18 manat məbləğində krеdit bоrcu, 1.887,18 manat məbləğində faiz bоrcu və 712,4 manat məbləğində cərimə borcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 44.821,37 manat məbləğində krеdit bоrcu, 2.946,17 manat məbləğində faiz bоrcu və 1.075,71 manat məbləğində cərimə borcu qalmışdır.
8. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyab r tarixli e-2-2(117)-1320/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 017R********** nömrəli krеdit razılaşması üzrə 25.282,18 manat əsas bоrc, 1.887,18 manat faiz bоrcu və 200 manat cərimə borcu, 017R********** nömrəli krеdit razılaşması üzrə 44.821,37 manat məbləğində krеdit bоrcu, 2.946,17 manat faiz bоrcu və 500 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 320,18 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D-də yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 nömrəli mənzilə yönəldilməsi, ipoteka pre dmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D-də yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 nömrəli mənzilin likvid dəyəri (ilkin satış) 171.000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddia qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlərdən tutularaq “Caspian Valuation” şirkətinin müvafiq hesabına ödənilməsi qət edilmişdir (hakim - M.Hüseynov).
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı borcalan Cavabdeh1 qarşısında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış hər iki kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yeti rsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 017R********** nömrəli krеdit razılaşması üzrə 25.282,18 manat krеdit bоrcu, 1.887,18 manat faiz bоrcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 44.821,37 manat krеdit bоrcu, 2.946,17 manat faiz bоrcu qalmışdır və buna görə də hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə 017R********** nömrəli krеdit razılaşması üzrə 712,4 manat cərimə borcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 1.075,71 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yarandığından iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 171.000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.
12. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka sa xlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1 və 739.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33 və 39.3.3, 47.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 115.1, 116.2, 119.1-ci maddələrinə istinad etmə klə əsaslandırmışdır.
14. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, həm kredit müqaviləsi üzrə borcun, həm də ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üzrə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları keçirilməklə müəyyən ediləcək məbləğlərə uyğun yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(107)-34/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun əsaslandırılması ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə dair isə qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə dəlillər əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər əsas və nə qədər faiz borcunun artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, cavabdehin nümayəndəsi və vəkili məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum yoxdur. Eyni zamanda Cavabdeh1 kredit razılaşmaları üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmalarının məzmununu mübahisələndirməmişdir.
17. İpoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı dəlillərə dair məhkəmə bildirmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və “Caspian Valuation” şirkətinin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 nömrəli mənzilin bazar dəyəri 180.00 0 manat, likvid dəyəri 171.000 manat təşkil edir. Cavabdehin nümayəndəsi əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir. MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər, o cümlədən Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılan zaman üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və təkrar qiymətləndirmə eks pertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Həmçinin, 2021-ci il 29 noyabr tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, həmin müqavilənin tərəfləri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətini 97.600 manat dəyərində qiymətləndirmişlər. Göründüyü kimi, qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən əhəmiyyətli dərəcədə (2 dəfəyə yaxın) artıqdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 269.1, 269.4, 269.5, 386.1, 442, 739.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, və 39.3.3-cü və MPM-in 14.2, 77.1, 88, 102, 217.3, 217.4, 372.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh2 kassasiya şikayət i verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi və 129-cu maddəsinin İİİ hissəsi üzrə - məhkəmənin əsas vəzifəsi tam ədalətli qərarın qəbul edilməsini təmin etməkdir. Bu cür qərarın qəbul edilməsinin əsas şərti işin hərtərəfli, tam, obyektiv araşdırılmasının təmin edilməsi ilə mümkündür. Xüsusi bilik tələb edilən sualların izah edilməsi məqsədilə ekspertiza təyin edilir və kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun, cərimə məbləğinin hesablanması məsələsi də xüsusi mühasibatlıq biliyi əsasında mümkün olan məsələdir. Lakin hər iki i nstansiya məhkəməsi, bu məbləğlərin düzgünlüyünü yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsasında müəyyən etmiş, həmin sübutların həqiqəti əks etdirib-etdirməməsi halını araşdırmamışdır. Bundan əlavə iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin edilməməsini də haqlı hesab edən məhkəmə, bu məsələni də da eyni argumentlərlə əsaslandırmış, əlavə olaraq “Caspian Valuation” şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyini əsaslı hesab etmiş, cavabdehin heç birinci instansiya məhkəməsində iştirak etməməsini, buna dair vəsastət qaldırmamasını argumentlər qismində sadalamışdır. Halbuki, məhkəmə cavabdehin hansı səbəblərlə əlaqədar birinci instansiya məhkəməsində iştirak etməməsi məsələsini araşdırmamış, apellyasiya mərhələsində cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş məhkəmə-ə mtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Halbuki məhkəmə icraatının istənilən mərhələsində tərəflərin öz mövqelərini müdafiə etməsi üçün qanunverciliyin tələbləri daxilində zəruri şəraitin yaradılması vacibdir. Hazırda borclu öz öhdəliyini icra etməsə də, kredit müqaviləsi digər şəxslərlə zaminlik müqaviləsinin bağlanılması ilə təminat altına alınsa da, ipoteka müqaviləsinin tərəfi Cavabdeh2 olduğundan, hazırkı mübahisədə bütün zərbə ona, onun əmlakına dəyməkdədir. Belə ki, kredit müqaviləsi əsasında borcu alan, həmin vəsaitdən yararlanan şəxs Cavabdeh2 olmamış, o, sadəcə etibar etdiyi üçün öz əmlakını ipoteka ilə yüklü etmişdir. Hazırda bütün borc məbləğinə öz əmlakı ilə cavabdehlik daşımaqdadır. Belə olan halda hüququn ədalət və humanizm prinsiplərini nə zərə almaqla məhkəmənin ona münasibətdə borc məbləğinin ədalətli hesablanmasında, əmlakının dəyərinin düzgün qiymətləndirilməsində obyektiv araşdırma aparması zəruri olmuşdur. 21.MM-in 472, 739 və 743-cü maddələri üzrə - məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğlərin hesablanmasının düzgün aparılıb-aparılmamasının müəyyənləşdirilməsi məqsədilə hər hansı araşdırma aparmamış, bununla bağlı kifayət qədər ciddi prosessual pozuntulara yol verilmişdir. Bundan əlavə əsas borc, faiz borcu və cərimə borcu olmaqla ödənilməsi tələb olunan məbləğin hesablanması tarixi ilə bağlı məhkəmə düzgün mövqe nümayiş etdirməmiş və məbləğlərin hesablanması tarixinin yanlış müəyyən edilməsi cavabdehin üzərinə əsassız olaraq əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir.
22. MPM-in 63, 87, 97, 102-ci maddələr i üzrə - mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə ekspertiza təyin etmək, həmin ekspert rəyini sübutlar qismində tanımaq, öz qərarını qəbul edərkən həmin ekspert rəyini də digər sübutlarla yanaşı qiymətləndirmək və ona əsaslanmaq imkanını vermişdir. Mənzilin ipoteka ilə yüklü edilməsi həmin əmlakın dəyər-dəyməz qiymətə satılaraq iddiaçının hüquqlarının təmin edilməsi, lakin cavabdehin vəziyyətini əsassız olaraq əhəmiyyətli dərəcədə ağırlaşması ilə nəticələnməməlidir. Bu hissədə hüququn ədalət prinsipinin mahiyyəti məhkəmənin diqqətinə çatdırılmalı və bu cür əmlakın qiymətləndirilməsi prosesində hər iki tərəfin hüquqlarının qorunması, təmin edilməsi məsələsinə diqqət edilməlidir. Belə ki, əmlakın dəyərləndirilməsi, onun əsl bazar və likvid dəyərinin müəyyən e dilməsi hissəsində məhkəmə ciddi prosessual səhvlərə yol vermişdir. Sözügedən məsələ xüsusi bilik tələb edən məsələ olmaqla, əmlakın dəyəri tam qanuni əsaslarla təyin edilmiş ekspert tərəfindən verilmiş rəsmi ekspertiza rəyi əsasında müəyyənləşdirilə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: müddəal arında “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanun da istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;”
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövc ud deyildir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
30. Kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi və 129-cu maddəsinin İİİ hissəsi, MM-in 472, 739, 743-cü maddələri və MPM-in 63, 87, 97, 102-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
31. Həmin maddələrin tələblərinin pozulmasının işin faktiki hallarının tam araşdırılmaması, işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılması isə əsassızdır.
32. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdi m edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı müha kimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
35. Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan Cavabdeh2 kredit müqavilələri üzrə borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mövqeyini bildirməmiş və həmin halları mübahisələndirməmişdir. Apellyasiya şikayətində isə həmin hallar mübahisələndirilmişdir.
36. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
37. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh2 tərəfindən belə əsaslandırma gətirilməmişdir.
38. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin həmin hallar üzrə araşdı rma aparmaq (ekspertiza təyin etmək, əlavə sübutların təqdim edilməsini təklif etmək və s.) vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad dəlillərə qiymət verilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(107)-34/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.