Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-334/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7), ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı " xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 6 yanvar tarixli 6358443/KM1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC bankla aralarında bağlanmış 2019-cu il 13 dekabr tarixli 6358443/KM/1 nömrəli və 2019-cu il 30 sentyabr tarixli 6358443/KXM nömrəli kre dit müqavilələri üzrə ssuda öhdəliklərinin bağlanılması məqsədilə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit götürmüşdür.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 2021-ci il 6 yanvar tarixli zaminlik müqavilələri bağlanmışdır.
3. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış 2021-ci il 6 yanvar tarixli ipoteka müqavilələri əsasında Cavabdeh4 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzili və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 142 saylı evin 33 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" Açıq Səhm dar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh3 (bundan sonra – “MMC”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”) qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 2021-ci il 6 yanvar tarixli 6358443/KM1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 188.616,78 manat, müqavilənin bitmə tarixinə faiz borcu üzrə 50.242,48 manat, müqavilə bitdikdən sonra illik 5 faizlə hesablanan faiz borcu üzrə 3.955,71 manat, cərimə borcu üzrə 31.573,34 manat olmaqla, ümumilikdə 274.388,32 manat borcun, ipoteka predmetinə tutmanın yönəldi lməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 92,90 manat xidmət haqqının, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 564,39 manat dövlət rüsumunun, 200 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzillərdə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, X2 və X1 mənzillərdən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzillərin boşaldılması barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda § 1-3) istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh MMC kredit üzrə əsas borc və onun faizinin ödənilməsini 90 gündən çox müddətdə gecikdirmiş, nəticədə bankın kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini borcalandan və zaminlərdən tələb hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Nəticədə yaranmış borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti y aranmışdır.
6. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 may tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2022-ci il 15 avqust tarixli 9/4387 saylı rəyi ilə 2021-ci il 6 yanvar tarixli 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 2022-ci il 23 fevral tarixinə əsas borc 188.616,78 manat, faiz borcu 24.003,79 manat olmaqla, cəmi 212.620,57 manat; 2022-ci il 28 mart tarixinə əsas borc 188.616,78 manat, faiz borcu 26.937,83 manat olmaqla, cəmi 215.554,61 manat məbləğində borc müəyyən olunmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2023-cü il 11 may tarixli 9/113 saylı rəyi ilə 2021-ci il 6 yanvar tarixli 6 358443/KM1 saylı kredit müqaviləsi üzrə 2022-ci il 21 noyabr tarixinə əsas borcun 188.616,78 manat, faiz borcunun 46.470,15 manat; 2022-ci il 9 yanvar tarixinə əsas borcun 188.616,78 manat, faiz borcunun 50.321,07 manat məbləğində olduğu müəyyən olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 may tarixli qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertizanın 2022-ci il 1 noyabr tarixli ƏEM/N 08743/22 saylı rəyinə əsasən, Cavabdeh4 məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 8 saylı evin 5 saylı mənzilin likvid dəyəri 103.000 manat, bazar dəyəri 108.000 manat, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 142 saylı evin 33 saylı mənzilinin likvid dəyəri 161.000 manat, bazar dəyəri 169.000 manat təşkil edir.
10. Bakı Kommer siya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli e-2-2(113)-63/2023 nömrəli qərardadı ilə iş üzrə icraata ipotekaya qoyulmuş mənzillərdə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, yetkinlik yaşına çatmayan X.Əsgərzadə və yetkinlik yaşına çatmayan M.Əsgərzadənin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması və həmin mənzillərin cavabdehlər tərəfindən boşaldılması hissəsində xitam verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli e-2-2(113)-63/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 188.616,78 manat əsas borc, 22.420,31 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 3.955,71 manat, 10.000 manat cərimə, 200 manat mediasiya xərci, ipoteka predmeti olan əmlaklara tu tma yönəldilməsi üçün ödənilmiş 92,90 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 462,80 manat olmaqla, cəmi 225.748,50 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh4 və Cavabdeh1 qaytarılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin 103.000 və 161.000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər (borcalan və zami nlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər MMC, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 188.616,78 manat əsas borc və 22.420,31 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz b orcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır.
14. Belə ki, cavabdehlərə göndərilən 2022-ci il 17 yanvar tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 2021-ci il 6 yanvar tarixli 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188.616,78 manat əsas borc, 22.420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Verilmiş müddət ərzində cavabdehlər tərəfindən ödəniş edilmədiyindən kredit müqaviləsi bank tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, iddiaçı yalnız müqavilə ləğv edildiyi vaxtadək olan müddət üçün müqavilə üzrə hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 10.000 manat məbləğində müəyyən edilməlidir.
16. İddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə ləğv edildiyi vaxtdan etibarən icranı gecikdirməyə görə illik beş faizlə hesablanmış məblə ğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olsa da, həmin hissədə iddia MPM-in 218.3-cü maddəsi baxımından iddiaçının tələbi üzrə 3.955,71 manat məbləğində təmin olunmalıdır.
17. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçının borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi əsaslı olduğundan həmin hissədə də təmin edilməli, borc üzrə tutma ipoteka predmetlərinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qaytarılmalıdır. İpoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi (bax yuxarıda § 9) nəzərə alınmaqla Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qar ayev prospekti 8 saylı evin 5 saylı mənzilinin ilkin satış qiyməti 103.000 manat, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 142 saylı evin 33 saylı mənzilinin ilkin satış qiyməti isə 161.000 manat məbləğində müəyyən edilmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 462.1, 465.2, 467, 470, 472, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
19. İd diaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və rüsum hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
20. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cavabdehlər MMC, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 iddiaçının xeyrinə müqavilə üzrə 21.908,04 manat faiz borcu nun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə faiz borcunun bankın birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edildiyi tarixədək tutulmasına dair mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Lakin kredit müqaviləsinin ləğv edildiyi tarixədək faiz borcunun məbləği müəyyənləşdirilərkən ekspert rəyləri nəzərə alınmadan, iddiaçının cavabdehlərə g öndərdiyi 2022-ci il 17 yanvar tarixli pretenziya məktubunda qeyd edilmiş faiz məbləği əsas götürülə bilməz.
23. Məktubun məzmunundan görünür ki, 2021-ci il 6 yanvar tarixli 6358443/KM1 saylı kredit müqaviləsi üzrə 188.616,78 manat əsas borc, 22.420,31 manat faiz borcu və cərimə borcunun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, həmin müddət ərzində borc ödənilməzsə, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, xəbərdarlıq məktubu cavabdehlərə 2022-ci il 24 yanvar tarixində çatmış, borcun ödənilməsi üçün bank tərəfindən müəyyən edilmiş 5 günlük müddət 2022-ci il 29 yanvar tarixində bitmişdir. Belə olan halda müqavilənin birtərəfli qaydada ləğv edilmə tarixi kimi həmin tar ix götürülməlidir.
24. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 15 avqust tarixli ekspert rəyindən görünür ki, 2022-ci il 23 fevral tarixinədək hesablanmış qalıq faiz borcu 24.003,79 manat və bir günə düşən faiz məbləği 83,83 manat müəyyən edilmişdir. Belə olan halda 25 gün əvvələ - 2022-ci il 29 yanvar tarixinə faiz borcunun 21.908,09 manat təşkil etdiyi müəyyən olunur (25 x 83,83=2.095,75; 24.003,79-2.095,75=21.908,04). Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə faiz borcu hissəsində dəyişdirilərək faiz borcu 21.908,04 manat müəyyən edilməlidir.
25. Məhkəmə qeyd etmişdir ki, 188.616,78 manat əsas borc məbləğinə 2023-cü il 6 yanvar tarixindən (öhdəliyin icra müddəti bitdikdən sonra) iddia tələbinin artırılması barədə sonuncu ərizə verildiyi 2023-cü il 8 iyun tarixinədək beş ay bir gün üçün MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faizin hesablanması xüsusi bilik tələb edən məsələ olmadığından (188616,78/5%=9430,8/12 ay x 5 ay 1 gün), o cümlədən iddiaçı tərəfindən kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən 31.573,34 manat (hər gecikdirilmiş gün üçün əsas borc məbləğinə illik 2 faiz) cərimə borcu tələb edildiyi halda məhkəmə həmin hissədə tələbi MM-in 467-ci maddəsinə əsasən azaldaraq cəmi 10.000 manat məbləğində müəyyən etdiyindən, cavabdehlərdən tutulmuş illik 5 faiz və cərimə məbləğlərinin hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur.
26. Cavabdehlərin ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin məhkəmə tərəfindən düzg ün müəyyən edilməməsi və bununla əlaqədar təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətləri məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tutma yönəldilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin az göstərildiyi hazırda ipoteka qoyanlar tərəfindən deyil, borcalan tərəfindən mübahisələndirilir. İşdən görünür ki, 2021-ci il 6 yanvar tarixli sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus mənzilin likvid dəyəri 93.000 manat, Cavabdeh1 məxsus mənzilin likvid dəyəri isə 152.000 manat göstərilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən "xxxx" MMC tərəfindən ipoteka müqaviləsi bağlandıqdan bir il sonra verilmiş rəydə ipoteka predmetlərinin likvid dəyərləri 103.000 və 161.000 manat, yəni ipoteka müqaviləsində qeyd edilən qiymətlərdən da ha artıq qeyd edilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, bir il ərzində mənzillərin qiymətində təxminən 9.00010.000 manat artım olması ağlabatandır. Həmin mənzillərin likvid dəyərinin bir il ərzində bundan daha artıq artdığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, tərəflər tədqiqat obyektinə baxış keçirilməsi üçün təyin olunan vaxtda iştirak etmədiklərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi qərardadı icrasız geri qaytarmışdır.
29. Bundan başqa məhkəmə hesab et mişdir ki, bankın iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunduğu üçün ödənilmiş dövlət rüsumunun və xərclərin qismən cavabdehdən tutulması hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı, həmin xərclərin tam tutulmalı olduğuna dair iddiaçının apellyasiya şikayəti isə əsassızdır.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 421, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 462.1, 465.2, 467, 470, 472, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 39.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən – faiz və rüsum hissəsində ləğv edilməsi, faiz hissəsində müqavilənin bitmə tarixinə faiz borcu üzrə 50.242,48 manatın cavabdehlərdən tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
33. MM-in 445.1, 445.2, 445.3 və 445.8-ci maddələri üzrə - Cavabdeh tərəfindən öhdəlik 2023-cü il 6 yanvar tarixinə kimi icra edilməli olduğu halda, sonuncu ödəniş 2021ci il 30 iyun tarixində icra edilmiş və öhdəlik tam olaraq icra edilməmişdir. Cavabdehlərə göndərilən pretenziyaya baxmayaraq, heç bir ödəniş edilməmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 106.1-ci maddələri üzrə - Məhkəmə iş üzrə müqavilənin müddətini nəzərə almadan qərar qəbul etmişdir.
35. Digər məsələlər - Cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəlik icra edilməmişdir. Nəticədə sonuncu günədək, yəni 2023-cü il 6 yanvar tarixinədək müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanaraq, cavabdehlərdən 50.242,48 manat pulun tutulması məhkəmədən xahiş edilmişdir. Bundan əlavə, məhkəmə rüsum hissəsində borcun ödənilməsini qismən təmin edərək, rüsumun digər hissəsinə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizəni sübut kimi qiymətləndirməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri 36. “Ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi üzrə - Məhkəmə eksperti qismində fəaliyyət gö stərmək üçün məhkəmə eksperti şəhadətnaməsi alınmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin rəyi məhkəmənin də qətnamədə qeyd etdiyi kimi mütəxəssis rəyidir və mülki prosessual qanunvericilikdə qeyd olunmamışdır. Həmin rəyin ekspertiza rəyi adlandırılması üçün müvafiq şəhadətnaməyə məxsus ekspert tərəfindən rəy verilməlidir.
37. MPM-in 88-ci maddəsi üzrə - Dəfələrlə məhkəmə prosesi keçirilmiş və bu müddət ərzində iddiaçı iddia tələbinin həcmini faiz (46.470,15 manat) və cərimə (17.152,20 manat) borcu hissəsində artırmışdır. Bununla bağlı MMC tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 2022-ci il 15 dekabr tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınmışdır. Lakin 2023-cü il 5 iyun tarixində iddiaçı yenidən iddia tələbinin həcmini faiz (50.242,48 manat) və cərimə (31.573,34 manat) borcu hissəsində artırmış, eyni zamanda 3.955,71 manat məbləğində 5 faizlə hesablanan faiz borcunu da əlavə etmişdir. MMC tələbdə göstərilən rəqəmlərlə razı olmadığından, yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bundan başqa, 2022-ci il 15 dekabr tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin rəy alınmamışdır. Hazırda ipoteka qoyulmuş əmlakların qiyməti çox artsa da, məhkəmə rəyi gözləmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
38. MPM-in 97.1-ci maddəsi üzrə - cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olduğuna görə apellyasiya icraatı zamanı vəsatət vermiş və vəsatəti belə əsaslandırmışdır ki, 5 faizlə hesablanan 3.955,71 manat və 10.000 manat cərimə borcuna dair hər hansı sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin ekspert kimi yekun aktda rəqəm qeyd etməsi qanunsuzdur. Bundan başqa 2022-ci il 15 dekabr tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, həmin qərar əsasında rəy alınmamışdır.
39. Kassasiya şikayətində həmçinin MPM-in 217-ci maddəsinin pozuntusuna, Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin işi üzrə”, “Van de Hurk Hollandiyaya qarşı”, “H. Belçikaya qarşı” qərarları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh ed ilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarları, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarının mətninə istinad olunmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
41. MMC kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, MMC-nin kassasiya şikayətinin dəlillərindən, eyni zamanda iddiaçının kassasiya şikayətinin dəlillərindən irəli gələrək, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı faiz, cərimə, MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanan borc və ipoteka predmetlərinin ilkin satış qiymətinə, habelə dövlət rüsumun a dair hissələrdə, yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hə rəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhə miyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda mü əyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyin i vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərə f (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” 44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçi rilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3. 4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” 45. 2024-cü il 1 iyul tarixinədək qüvvədə olmuş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.” 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hər iki kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
49. Cavabdeh kassatorun qənaətinə görə, iş materiallarında olan "xxxx" MMC-nin rəyi mütəxəssis rəyidir və mülki prosessual qanunvericilikdə qeyd olunmamışdır. Həmin rəyin ekspertiza rəyi adlandırılması üçün müvafiq şəhadətnaməyə məxsus ekspert tərəfindən rəy verilməlidir.
50. Əvvəla, işdən görünür ki, işə baxan məhkəmələr ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti ilə bağlı nətic əyə gələrkən kassasiya şikayətində qeyd edilən "xxxx" MMC-nin rəyinə deyil, işə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş qiymətləndirmə şirkəti olan "xxxx" MMC-nin rəyinə istinad etmişlər.
51. Digər tərəfdən, 2024-cü il 1 iyul tarixinədək qüvvədə olmuş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (bax § 45) tələblərinə görə, qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabatı məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
52. Göründüyü kimi, qanun məhkəmələrə müvafiq mübahisələrə bax arkən qiymətləndirmə şirkətlərinin rəylərinə istinad etmək hüququ vermişdir.
53. Mübasiləndirilən qətnamədən aydın olur ki, sözü gedən qiymətləndirmə şirkəti tərəfindən ipoteka müqaviləsi bağlandıqdan bir il sonra verilmiş rəydə ipoteka predmeti olan əmlakların likvid dəyəri müvafiq olaraq 103.000 manat və 161.000 manat, yəni ipoteka müqaviləsində qeyd edilən qiymətlərdən daha artıq qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bir il ərzində mənzillərin qiymətində təxminən 9.000-10.000 manat artım olması ağlabatandır. Həmin mənzillərin likvid dəyərinin bir il ərzində bundan daha artıq artdığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
54. Cavabdeh özünün kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin həmin nət icəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. İpoteka qoyulmuş əmlakların qiymətinin çox artmasına dair dəlil isə konkretlikdən uzaq olmaqla yalnız ümumi xarakterli ifadə ilə bildirlmişdir. Belə olan halda, məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
55. O da qeyd olunmalıdır ki, iş materiallarına əsasən, birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, tərəflər tədqiqat obyektinə baxış keçirilməsi üçün təyin olunan vaxtda iştirak etmədiklərindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi qərardadı icrasız geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-n in 102-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi üçün əsaslar mövcud deyil.
56. MPM-in 97.5-ci maddəsinin (bax § 47) məzmunundan aydın olur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa, o cümlədən ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmirsə və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
57. Məhkəmə kollegiyası hesab edir ki, tərəfləri n özləri tədqiqat obyektinə baxış keçirilməsi üçün təyin olunan vaxtda iştirak etməməklə ekspertiza tədqiqatının aparılması üçün lazımi şərait yaratmadıqlarından, məhkəmə iş üzrə özünün aldığı qiymətləndirmə şirkətinin rəyini əsas götürməklə hər hansı hüquq pozuntusu törətməmişdir.
58. Cavabdehin digər dəlillərinə görə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alındıqdan sonra iddiaçı yenidən iddia tələbinin həcmini faiz (50.242,48 manat) və cərimə (31.573,34 manat) borcu hissəsində artırmış, eyni zamanda 3.955,71 manat məbləğində 5 faizlə hesablanan faiz borcunu da əlavə etmişdir. MMC tələbdə göstərilən rəqəmlərlə razı olmadığından, yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. 5 faizlə hesablanan 3.955,71 manat və 10.000 manat cərimə borcuna dair hər hansı sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin ekspert kimi yekun aktda rəqəm qeyd etməsi qanunsuzdur.
59. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı faiz və cərimə borclarının tutulmasına dair iddia tələblərinin həcmini artırsa da, həmin tələblər məhkəmələr tərəfindən yekunda müvafiq olaraq cəmi 21.908,04 manat həcmində (iddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən tutulmasını xahiş etdiyi faiz borcundan – 25.720,17 manatdan da aşağı həcmdə) və 10.000 manat həcmində (təmin olunan əsas borcun cəmi 5,3 faizi həcmində) təmin edilmişdir. Eləcə də məhkəmə 5 faizlə hesablanan faiz borcunu sadə riyazi hesablama aparaq 3.955,71 manat məbləğində əsaslı hesab etmişdir.
60. Kassator isə öz şikayətində həmin nəticəni tutarlı dəlillərlə təkzib etməmiş, o cümlədən sözügedən nəticəl ərə gələrkən məhkəmə tərəfindən konkret olaraq hansı hüquq pozuntularına və hesablama səhvlərinə yol verildiyini əsaslandırılmış şəkildə göstərə bilməmişdir.
61. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmamaq hər hansı hüquqi əsas tapmır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tutulmalı cəriməyə dair gəldiyi nəticə istər MM-in 467-ci maddəsində (bax § 43) məhkəmələr üçün nəzərdə tutulmuş hüquqa (“məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər”), istərsə də formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur.
62. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş materiallarına əsasən, eyniməzmunlu dəlillər apellyasiya icra atında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.
63. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 47 ) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 47) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh3 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-852/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi