Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-335/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi barədə ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı borcun tutulması barəd ə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-174/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 76.035,62 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından borcun silinməsi, 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən kərpic zavodunda təbii qazdan istifadə etdiyinə görə ya ranmış 141.186,85 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 431,19 manat məbləğində dövlət rüsumunun alınaraq cavabdehin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiyа Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixıli e-2-2(113)3624/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 44.460,02 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd olunması və cavabdeh tərəfindən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia isə qismən təmin edilərək, iddiaçıdan 85.467,32 manat əsas borc və 300 manat dövlət rüsumun tutulması, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – L.Əliy eva).
4. İddiaçı apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin tam təmin olunmasını, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi – iddiaçıdan 53.894,32 manat məbləğində borc tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsində iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-174/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılm ışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
7. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlav ə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
11. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, b ununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 9) tələbləri pozulmaqla verilmişdir.
12. Belə ki, iş materiallarından görünür ki, ilk iddianın qiyməti 76.035,62 manat, qarşılıqlı iddianın qiyməti isə 141.186,85 manat təşkil edir.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır.
14. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 8) tələblərinə əsasən, hazırkı halda iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 159,05 manat, qarşılıqlı iddia üzrə isə 215,59 manat olmaqla, cəmi 374,64 manat təşkil etməlidir.
15. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən cəmi 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
16. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 9) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəh bər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-174/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.