Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-337/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı Bərdə X8 Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq icarə müqaviləsinin ləğvi, mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İslam oğlunun cavabdehlər 13 saylı Bərdə X8 Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli yi yanında Meşələrin İnkişafı Xidməti və Cavabdeh2 (Ağdaş rayon Suvarma Sistemləri İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmrin ləğv edilməsi və zərəin ödənilməsi tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(104)-21/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh 13 saylı Bərdə X8 Mərkəzi tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı İslam oğlu ilə Bərdə RMTM arasında meşə fondu torpaqlarının icarəyə verilməsi barədə 2019-cu il 14 iyun tarixli 06 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bük meşəbəyliyinin 22 və 24-cü kvartalının aidiyyatı b ölməsindən 50 hektar meşə bitkiləri ilə örtülü olmayan sahə 15 il müddətinə İddiaçı İslam oğlu tərəfindən icarəyə götürülmüşdür.
2. İddiaçı İslam oğlunun Bərdə şəhəri Bərdə rayon inzibati ərazisində yerləşən, Meşə fondu torpaqlarından 50 ha torpaq sahəsi üzərində 15 il müddətinə icarə hüququ (2019-cu il 14 iyun – 2034-cü il 14 iyun) daşınmaz əmlakın dövlət reyestrində 171 saylı reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. X10 ilə Ağdaş rayonu X17 edənlər Birliyi arasında 2021-ci il 1 noyabr tarixli 02 saylı suvarma suyunun verilməsi üzrə müqavilə, 2021-ci il 4 fevral və 2022-ci il 19 dekabr tarixlərdə isə Azərbaycan Meliorasiya ASC-nin arasında suvarma suyunun verilməsi üzrə müqavilələr bağlanmışdır.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 022-ci il 11 mart tarixli 245/k saylı əmri ilə X26 X4 meşəbəylikləri üzrə baş mütəxəssisi X5 həvalə edilmiş, həmin Mərkəzin direktoru vəzifəsinin icrası 2022-ci il 11 mart tarixdən dayandırılmış, Cavabdeh2 2022-ci il 14 mart tarixdən həmin Mərkəzin direktoru vəzifəsinə 6 ay müddətinə təyin edilmişdir.
5. Bərdə RMTM-nin 2022-ci il 7 iyul tarixli 40 saylı əmri ilə Mərkəzin Bük meşəbəyliyində 50 hektar aqrobağ salınması üçün bağlanmış 2019-cu il 10 oktyabr tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsinin 4.1.1, 4.1.2, 4.1.5, 4.1.7-ci bəndlərinin şərtləri pozulduğuna görə Bərdə rayonu Şirvanlı kənd sakini İddiaçı İslam oğlu ilə bağlanmış 2019-cu il 10 oktyabr tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv edilmişdir.
6. Bərdə RMTM-nin 2022-ci il 3 avqust tarixli 26/46/d nömrəli məktubu, ic arə müqaviləsinə Mərkəzin müvafiq əmri ilə birtərəfli qaydada xitam verildiyi və qeyd olunan məktubdakı müraciəti nəzərə alınaraq İddiaçı İslam oğlu ilə bağlanmış 2019-cu il 10 oktyabr tarixli 69 qeydiyyat nömrəli icarə müqaviləsi qeydiyyatdan çıxarılmışdır.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 27 aprel tarixli 426/K saylı əmri ilə Bərdə RMTM-nin direktoru vəzifəsinə müvəqqəti təyin edilmiş Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə əsasən 2023cü il 28 aprel tarixindən xitam verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İslam oğlu (bundan sonra – “iddiaçı”) cavabdehlər 13 saylı Bərdə X8 Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf ı Xidməti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər 13 saylı Bərdə X8 Mərkəzi və həmin Mərkəzin keçmiş direktoru Cavabdeh2 ona vurduğları zərərə-ziyana görə 558.000 manat pul vəsaiti, 448 manat dövlət rüsumu və 400 manat mediasiya xərci olmaqla, cəmi 558.848 manatın müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Bərdə Regional X6 keçmiş direktoru Cavabdeh2 və digər vəzifəli şəxslər icarəyə verilmiş sahəyə qanunsuz müdaxilələr etmiş, aqro-bağ sahəsinin bir hissəsini yandıraraq və texniki vasitələrin daxil olmasına mane olmaqla, ümumilikdə 558.000 manat məbləğində maddi zərər vurmuşlar. Zərərin əsas səbəbi isə 20.000 manat rüşvət tələbini təmin etmədiklərinə görə cavabdehlərin müqavilənin birtərəfli qaydada, əsassız olaraq ləğv etmələri olmuşdur. İddiaçı müqavilənin heç bir şərtini pozmamış, müqavilə isə yalnız müvafiq hallar olduqda və qanuni prosedurlar çərçivəsində ləğv edilə bilər. Cavabdeh2 bu əməllərinin arxasında şəxsi maraqları durur və o bu hərəkətləri ilə vəzifə səlahiyyətlərini aşmış, nəticədə hüquqa zidd əməllərlə ağır nəticələrə səbəb olmuşdur. Göstərilən hərəkətlərə görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cavabdeh2 barəsində cinayət işi başlanılmışdır və istintaq davam etdirilir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbindəki cavabdeh, X26 Təsərrüfat Mərkəzinin keçmiş direktoru Cavabdeh2 cümləsi, Cavabdeh2 kimi qəbul edilməsi, Bərdə Regional X6 adı dəyişdirildiyindən, ind iki adı ilə 13 saylı Bərdə X8 Mərkəzi kimi qəbul edilməsi, Cavabdeh2 2022-ci il 7 iyul tarixli 40 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir.
11. Həmçinin ərizədə qeyd olunmuşdur ki, məhv edilən 50 hektar aqrobağda görülən işlər və çəkilən xərclər aşağıdakılardır: 1) Aqrobağda 2019-2020-ci illər (2 il) su nasosları icarəyə götürülüb, 1 ədəd altay su nasosu, 1 ədəd SNP su nasosları, aqrobağın hektarının suvarılmasına 20 azn icarə pulunu nasos sahibi alırdı. 20 azn*50 ha=1.000 azn, 14 dəfə suvarılıb, 1.000*14=14.OOO azn. Yanacaq 32.ton (iki ilə) 32.000*0.70 azn=22.400 azn dizel; 2) Şumlama iki dəfə (lazer malaya görə) 50 ha*60 azn=3.000 azn*2 dəfə=6.000 azn; 3) Lazer mala 1 saatı 40 azn*30ha=1.200 azn*30 gün=36.000 azn; 4) Keşkəl (ağac şırımı) 50 ha*30 azn=1.500 azn; 5) Ana arxlar 4 km*4 a na arx=16 km ana arx*4 azn metrəsi=64.000 azn; 6) Gübrələr, dərmanlar, peyin 12.500*3il=37.500 azn; 7) Qoz ağacları 20 azn*4.200 ədəd=84.000azn; 8) Qoz ağaclarının yol pulu 1.OOO azn; 9) Qoz ağacı əkənlər 25 azn*18 nəfər=360 azn*30 gün=10.800 azn; 10) Fındıq 12.600 ağac+11.232 ağac=23.832 ədəd ağac*5 azn=119.160 azn; 11) Fındıq əkini birinci dəfə 12.600 ədəd 25 azn*18 nəfər=360 azn*30 gün=10.800+200 əlavə xərc=11.000 azn; 12) Fındıq əkini ikinci dəfə 11.232 ədəd 25 azn* 18 nəfər=360 azn*30 gün=10.800; 13) Fındıq yol pulu 1.400 azn; 14) Gözətçi 450 azn*48 ay=21.600 azn; 15) daimi suçular 25 azn*2 nəfər=50 azn gündəlik 50 azn *30 gün=1.500 azn *27 ay=40.500; 16) Ağacların aralarına meyxod 50ha*50azn=2500azn*2 fəsil=5000azn* 3 il=15.000 azn; 17) İllik icarə pulları 1300azn*4dəfə (4 il)=5.200 azn; 18) Ağzıbir S.İ.B 1.900+1.792+1.792=5.448 azn (4 il); 19) Nar ağacı 500 ədəd*3 azn=1.500 azn; 20) İşçilərin daşınması (avtomobil ilə) 30 azn*90 gün=2.700 azn; 21) görülən işlər, çəkilən xərclər: 511.508 azn (indiyə kimi); 22) Gələcəkdə meyvələrdən əldə edəcəyimiz faydalar 46.492 azn cəmi: 558.000 azn.
12. İddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 3.192 ədəd Chandler qoz ağaclarından əldə edəcəyi 891.419 manat 20 qəpik fayda, 23.832 ədəd yağlı fındıq ağaclarından 599.760 manat, aqro-texniki və çəkilən xərclər 516.623 manat, mediasiya xərci 400 manat və ödənilmiş 1.393 manat 90 qəpik dövlət rüsumunun cavabdehlər 13 saylı Bərdə X8 Mərkəzindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən və Cavabdeh2 müşt ərək qaydada onun xeyrinə tutulması və 2022-ci il 7 iyul tarixli 40 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı İslam oğlu məhkəmədə bildirmişdir ki, 2019-cu ildən icarəsinə verilmiş 50 ha sahədə aqrobağ salmış, qoz, fındıq və nar ağacları əkmiş, bu məqsədlə torpağın hazırlanması, lazer mala, arxların çəkilməsi, suvarma avadanlıqları, ağac tinglərinin alınması və onlara qulluq üçün ümumilikdə 511.508 manat xərc çəkmişdir. Bundan əlavə, aqrobağın məhsulundan 46.442 manat həcmində gəlir əldə edəcəyini hesablamışdır. Lakin Cavabdeh2 göstərişi ilə nasoslar ərazidən çıxarılmış, sahəyə texnika və su buraxılmamış, nəticədə bağ məhv olmuşdur. İddiaçı müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra etmiş, icarə haqqını ödəmiş, lakin müqavilə xəbərdarlıq ed ilmədən və səlahiyyətsiz şəxs tərəfindən ləğv olunmuş, eyni zamanda ondan 20.000 manat rüşvət tələb edilmiş və bu səbəbdən aqrobağ qəsdən məhv edilmişdir. Tərtib edilmiş aktların bir çoxu saxta olmuş, bunu təsdiqləyən şahid ifadələri və videomateriallar təqdim edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmət iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə Bərdə X8 Mərkəzi arasında 2019-cu il 10 oktyabr tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əsasən, icarəçi ağac və kol bitkiləri əkməli, aqrotexniki qaydalara riayət etməli və ərazini qanunvericiliyə uyğun istifadə etməli idi. Lakin Mərkəzin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı müqavilənin şərtlərini kobud şəkildə pozaraq sahədə sistemsiz formada meyvə tingləri əkmiş, tinglərə qulluq göstərmədiyi üçün onlar qurumuş, ərazidə bostan və yem bitkiləri becərmişdir. Bu hallar barədə dəfələrlə aktlar tərtib olunmuş və xəbərdarlıqlar edilmiş, lakin pozuntular davam etmişdir. Həmçinin, icarəçi ərazidə qanunsuz mal-qara otarmaqla dövlət meşə fonduna ziyan vurmuş və inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 20-ci maddəsinə əsasən və müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndlərinin pozulması nəticəsində 2022-ci il 7 iyul tarixində müqaviləyə xitam verilmişdir. Bundan sonra da iddiaçı ərazidən qanunsuz istifadəni davam etdirmişdir. İddiaçının suyun verilməməsi ilə bağlı irəli sürdüyü əsaslar da əsassızdır. Müqaviləyə əsasən, əkinlərin suvarılma sı icarəçinin vəzifəsi olub. Su təminatı ilə bağlı müqavilə iddiaçı və Ağzıbir SİB arasında bağlanmış və öhdəliklərin yerinə yetirilməməsi həmin qurumların məsuliyyətidir. 13 saylı X8 Mərkəzi və onun direktoru Cavabdeh2 tərəfindən X14 İdarəsinə yalnız ehtiyac olmayan nasosun ərazidən götürülməsi ilə bağlı müraciət edilmiş, suyun kəsilməsi barədə heç bir göstəriş verilməmişdir. Əksinə, Cavabdeh2 təqdim etdiyi məlumatlara əsasən, iddiaçı 2022-ci ildə özbaşına nasosun borularını sökərək suyun istiqamətini dəyişmiş və meşə əkinlərinə ziyan vurmuşdur. Meşələrin İnkişafı Xidməti və 13 saylı X8 Mərkəzi tərəfindən hüquq pozuntusuna yol verilməmiş, müqavilənin ləğvi tam qanuni və əsaslı olmuşdur. Əksinə, müqavilə öhdəliklərini pozan və meşə fonduna ziyan vuran tərəf iddiaçı olmuşdur.
15. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının meşəbərpa məqsədilə icarəyə götürdüyü 50 ha torpaq sahəsində meşə quruluşu layihəsi və əkin planı təqdim olunmadan fəaliyyət göstərilmiş, ərazidə qanunsuz olaraq bostan, yonca və digər kənd təsərrüfatı bitkiləri əkilmiş, heyvan saxlanılmış, bu səbəbdən dəfələrlə akt və xəbərdarlıq tərtib edilmişdir. İddiaçının 891.419 manat (qoz), 599.760 manat (fındıq), 516.623 manat (xərclər) olmaqla ümumilikdə 2 milyona yaxın məbləğdə zərər tələbi əsassızdır, çünki salınan aqrobağ qanunsuz olmuş və meşə fondunun məqsədli istifadəsinə uyğun gəlməmişdir. Qeyd olunan ərazidə su təminatının dayandırılmasına dair göstəriş verilməmiş, əksinə, su təminatı X18 ilə bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir və bu sahədə cavabdehin heç bir öhdəliyi olmamışdı r. İcarə müqaviləsinə 2022-ci il 7 iyul tarixli 40 saylı əmrlə Meşə Məcəlləsinə və aktlarla təsbit olunmuş pozuntulara əsasən qanuni qaydada xitam verilmişdir. İddiaçının zərər iddiaları inzibati icraata aid olub, aidiyyəti üzrə inzibati məhkəmədə mübahisələndirilməli idi. Barəsindəki korrupsiya şikayətlərinə dair cinayət işi üzrə isə Cavabdeh2 təqsiri müəyyən olunmamış, təqibə xitam verilmişdir. Bu baxımdan, onun məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Aqrobağda tinglərin olmaması, aqrotexniki qaydalara əməl edilməməsi və ərazinin səliqəsiz vəziyyətdə olması səbəbilə Nazirliyə rəsmi məktubla müraciət edərək müqaviləyə xitam verilməsini təklif etmişdir. Müqaviləyə 1.11 və 1.12-ci bəndlərə əsasən xitam verilmiş, bunu səlahiyyətləri daxilində həyata keçirmiş, digər rayonlarda da b u əsaslarla müqavilələr ləğv edilmişdir. Nasosların götürülməsi barədə yazdığı məktubların yalnız qanunsuz nasoslara aid olmuşdur, müqaviləli nasoslara toxunulmadığını vurğulamış, suyun kəsilməsi məsələsində Suvarma Sistemləri İdarəsinin məsuliyyət daşımışdır. Aqrobağ əvvəlki dövrlərdə də düzgün idarə olunmamış, qeyri-qanuni əkinlər mövcud olmuş, su çatışmazlığının deyil, lazımi qulluq göstərilməməsi nəticəsində ağaclar qurumuşdur. Ağacların vəziyyəti barədə mütəxəssis rəyi qərəzlidir, çünki faktiki olaraq 3 illik ağacların hündürlüyü yarım metrdən çox olmamışdır. O, heç kimə əraziyə girməməsi barədə göstəriş verməmiş, yazdığı məktublar qanunsuz əkin və nasoslarla bağlı olmuş, bununla bağlı qərarları işçilərin təqdim etdiyi aktlara əsasən vermişdir.
16. Cavabdeh 13 X23 X6 nümayəndəsi X15 məhkəmədə bildirmişdir ki, iddiaçının aqrobağ adlandırdığı ərazidə faktiki heç bir əkin və aqrotexniki qulluq işləri aparılmamış, sahə səliqəsiz vəziyyətdə olmuşdur. Müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmrin sənəd üzərində 2021-ci il kimi göstərilməsi texniki səhv nəticəsində baş vermişdir. Müqavilənin 4.1.1, 4.1.2, 4.1.5 və 4.1.7-ci bəndləri pozulduğuna görə ləğv edilmiş, bu pozuntulara bostan bitkiləri əkilməsi, icarə haqqının vaxtında ödənilməməsi, ərazinin alaqlardan təmizlənməməsi, su təminatı və təhlükəsizlik tədbirlərinin görülməməsi aid edilmişdir. 13 saylı Mərkəz müstəqil hüquqi şəxs deyil və bağlanmış müqavilələr yalnız Meşələrin İnkişafı Xidmətinin razılığı əsasında təsdiqlənir. Müqavilə 13 saylı Mərkəz tərəfindən hazırlanmış, lakin Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiqlənmişdir. Xidmətin rəhbəri Xalqverdi Hüseynov, müavini isə Cabbar Qəribov olmuşdur. Müqavilələrin bağlanması prosesi Xidmətin razılığı olmadan mümkün deyildir. Tərəflər arasında mübahisə yaranan dövrdə Cavabdeh2 rəhbərliyi zamanı aktlar tərtib olunmuş, o cümlədən xx.xx.2022-ci il tarixli aktda mal-qaranın meşə sahəsində otarılması və əraziyə ziyan vurulması qeyd edilmişdir. Lakin digər aktlarda (məsələn, xx.xx.2022-ci il tarixli) ərazi batıq kimi göstərilməmişdir. Əraziyə dair batıqlıq hesablama səhvindən qaynaqlandığı üçün Hümbətov Ənvər sonradan işə bərpa olunmuşdur. Meşə fonduna vurulan ziyanla bağlı məsuliyyət əsasən Cavabdeh2 üzərinə düşür və Cavabdeh2 fəaliyyətində rəhbərliyin ciddi qüsurları olmuşdur. Cavabdeh2 idarəçilik dövründə digər sahibkarlarla bu cür problem yaşanmamışdır. Meşələrin İnkişafı Xidməti və 13 saylı Mərkəz sahibkarlara hər zaman dəstək göstərmiş, bu məqsədlə də meşə fondu torpaqları icarəyə verilmişdir. Lakin bu mübahisə üzrə məsuliyyət Cavabdeh2 və Suvarma Sistemləri İdarəsinə məxsusdur.
17. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, işə aid akt Nazirliyin sənədidir və onun saxta olması ilə bağlı hər hansı rəy və ya qərar olmadan bu sənədə şübhə ilə yanaşmaq olmaz. Müqavilənin şərtləri, xüsusilə 4.1.1 və 4.1.2-ci bəndləri pozulmuşdur. Buna baxmayaraq, müqavilə prosedura uyğun ləğv edilməyib, bildiriş göndərilməyib. Aqrobağ plan üzrə salınmayıb, qulluq və kadr təminatı kifayət etməyib. Quruma səbəb suyun yoxluğu deyil, baxım sızlıq olmuşdur. Bu müqavilə aqrobağ üçün yox, meşə bərpa tədbirləri üçün nəzərdə tutulub. Müqavilə nümunəsi 214 saylı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub və aqrobağdan gəlir götürülməsi hüquqi əsasdan kənardır. İddiaçının təqdim etdiyi biznes plan Xidmət tərəfindən razılaşdırılmayıb, yalnız möhürlənmişdir. Qeyd olunan işçi sayı (7 nəfər) isə 50 ha sahəyə baxım üçün yetərli deyil. Əvvəllər tərtib olunan aktların saxta olduğu barədə sonradan şahidlər tərəfindən yeni izahatlar verilib. Həmin izahatlar sistemə daxil edilmişdir və onların təzyiq altında qol çəkdikləri bəyan edilmişdir. Xidmət bu mübahisədə məsuliyyət daşımır. Müqavilənin bağlanması, suyun verilməsi və nasos məsələləri Suvarma Sistemləri İdarəsinin səlahiyyətindədir. Əgər əraziyə daxil olmağa icazə verilməyibsə, hüquq -mühafizə orqanlarına müraciət olunmalı idi. Müqavilə ləğv olunub, biznes plan yoxdur və Xidmət iddiaçının su təminatına görə məsuliyyət daşımır.
18. Cavabdeh 13 X23 X6 nümayəndəsi X12 izahatında göstərmişdir ki, meşə ərazisində kənd təsrrüfatı bitkiləri əkilməməlidir.
19. Cavabdeh 13 X23 X6 nümayəndəsi X20 izahatında göstərmişdir ki, onlar tərəfindən İddiaçı aqrobağındakı nasosun götürülməsi, suvarılmanın dayandırılması üçün rəsmi göstəriş olmamışdır. Bu məsələ ilə bağlı onların qurumu tərəfindən Cavabdeh2 heç bir göstəriş verilməmişdir. Bu hallarla bağlı Cavabdeh2 qarşı intizam tədbiri tətbiq olunmuşdur. 13 Saylİ Bərdə X8 Mərkəzi cavabdeh qismindən çıxardılmalıdır. Bu halı yenidən araşdırılacaq, əgər qarşı tərəf müqavilənin tələblərini pozubsa, onlarla müqavilə bağlanmayacaq, əgər pozmay ıbsa, müqavilələri bərpa olunacaqdır.
20. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 558.848 manat zərərin ödənilməsi barədə qaldırılan iddia tələbi üzrə Nazirlik nə icarə müqaviləsinin tərəfi olmuş, nə də onun bağlanması və ya ləğvində iştirak etmişdir. Bu səbəbdən Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibəti mövcud deyil. Meşə fondu torpaqlarının icarəyə verilməsi və bu torpaqlardan istifadə qaydaları yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun struktur bölmələrinin səlahiyyətlərinə aiddir. Mülki Məcəlləyə əsasən, müqavilə hüquqları və öhdəlikləri yalnız müqavilə tərəfləri üçün məcburidir. Belə olan halda, zərər olduğu iddia edilən hal da belə, Maliyyə Nazirliyinin bu iddia üzrə hər hansı öhdəliyi yarana bilməz. Nazirliyin fəaliyyəti qanunla müəyyən edilmiş sahələrlə məhdudlaşır və dövlət büdcəsinə qarşı yönəlmiş bu cür tələblər hüquqi əsasdan məhrumdur. Bu səbəbdən iddia tələbinin Maliyyə Nazirliyinə yönəldilmiş hissəsi əsassız hesab olunmalı və təmin edilməməlidir.
21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X13 izahatında bildirmişdir ki, İddiaçılə aralarında heç bir problem olmayıb, onun X2 ilə rəsmi müqaviləsi mövcud olub və Bük meşəbəyiliyinə su verilməsi həyata keçirilib. Suvarma İdarəsi ilə tərəflər arasındakı münaqişə yalnız Cavabdeh2 müdaxiləsi nəticəsində yaranıb. Belə ki, Həsənov aqrobağın ləğv olunmasını əsas gətirərək su motorl arının götürülməsi və suyun verilməməsini tələb etmişdir. Bu barədə Həsənovun məktubu əsasında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aqrobağa su verilməsi dayandırılmış, sonradan bərpa olunmuşdur. Nasoslar fiziki olaraq yerində qalsa da, yanacaq çatdırılmaması səbəbilə işləməyib. Cavabdeh2 sözügedən müdaxiləsinin hüquqi əsası olmadığını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da təsdiqləyib. İddiaçının aqrobağının sənədləri İdarəyə təqdim olunub və həmin sənədlərdə bağın ləğv edildiyi qeyd olunmuşdur. İdarə tərəflər arasında yaranmış mübahisədə bitərəf olub, yalnız müqavilə və sifariş əsasında su təminatını həyata keçirib. 2021-2022-ci illər üzrə su təchizatı qrafikinə görə, hər ay orta hesabla 120 litr dizel ilə 2330 gün ərzində su verilmiş, bu dövrdə ümumilikdə onlarla gün aqrobağa su təmin olunmuşdur. Qurumun nəzdində fəaliyyət göstərən X9 vasitəsilə istifadəçilərlə su müqavilələri imzalanmış, hər 1000 kubmetr suya görə 50 qəpik haqq ödənilmişdir. İdarənin tərəflə heç bir münaqişəsi olmayıb, bütün su təminatı müqavilə əsasında və qanunvericiliyə uyğun həyata keçirilib.
22. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X13 yazılı izahatında bildirmişdir ki, cavabdehlər Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov və 13 saylı Bərdə RMTMnin keçmiş direktoru Cavabdeh2 məhkəməyə saxta aktlar təqdim etməklə prosesə bilərəkdən yanlış yön verməyə çalışmış, qanunsuz vəsatətlər verməklə süründürməçiliyə səbəb olmuşlar. Cavabdeh2 2022-ci ilin may ayından etibarən davam edən təzyiq və görü şləri zamanı aqrobağa su verilməsi və yolların açılması üçün 20.000 manat tələb etdiyi, əks halda texnika və işçilərin sahəyə buraxılmayacağını bildirdiyi qeyd olunmuşdur. Bu məqsədlə Cavabdeh2 rəsmi məktublar və əmrlərlə aqrobağın ləğv edildiyini, nasosların ərazidən çıxarılmasını tələb etmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilən müraciət əsasında əraziyə baxış keçirilmiş, faktlar təsdiq olunmuş və Cavabdeh2 barəsində CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bununla belə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov həmin halları nəzərə almadan Cavabdeh2 və digər şəxsləri müdafiə edən etiraz təqdim etmişdir. Cinayət xarakterli bu əməllər birgə törədilib və məsuliyyət başqalarının üzərinə atılmamalıdır. Bu səbəbdən, Cavabdeh2 və digər c avabdehlərin hərəkətlərinə hüquqi qiymət verilməli və qanuni tədbirlər görülməlidir.
23. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 12 avqust tarixli e-2-2(115)34/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bərdə Regional X6 Bük meşəbəyliyinin iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X6 direktoru Cavabdeh2 2022-ci il 7 iyul tarixli 40 saylı əmrin ləğv edilməsi, 400 manat mediasiya xərci cavabdeh Bərdə X8 Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi, 150 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməs i qət edilmişdir (hakim – R.Məmmədov).
24. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı təşkilatı arasında 50 ha meşə fondu torpağının aqrobağ salınması məqsədilə uzunmüddətli icarəsinə dair müqavilə, həmçinin suvarma təminatı ilə bağlı Suvarma Sistemləri İdarəsinin nəzdindəki Ağzıbir X2 ilə bağlanmış müqavilələr mübahisə doğurmayan hallardır.
25. Məhkəmə qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğvi yalnız əhəmiyyətli pozuntu hallarında mümkündür və müqavilədə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilməlidir. İş materiallarında icarəçiyə əvvəlcədən hər hansı yazılı xəbərdarlığın edildiyi sübuta yetirilməmişdir. Müqavilə şərtlərində mübahisələrin qarşılıqlı razılaşma və ya məhkəmə yolu ilə həll edilməsi nəzərdə tutulduğundan, icarə münasibətinə birtərəfli xitam verilməsi qanuna uyğun sayılmamışdır. Buna görə də, icarə müqaviləsinin ləğvinə dair 2022-ci il 7 iyul tarixli 40 nömrəli əmr qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Digər tərəfdən, mülki hüquq pozuntusunun mövcudluğu üçün zərərin hüquqa zidd, təqsirli hərəkət nəticəsində birbaşa baş verməsi zəruridir. Mütəxəssis rəyi əsasında ağacların susuzluqdan quruduğu müəyyən edilsə də, suvarma xidmətlərinin göstərilməsi üzrə məsuliyyət birbaşa müqavilə tərəfi olan Ağzıbir X2nin üzərinə düşürdü. Bu birlik öz öhdəliklərini yerinə yetirməmiş, yaranmış maneələrlə bağlı heç bir hüquqi tədbirə əl atmamışdır. Bu səbəbdən, cavabdehlərin məsuliyyəti təsdiq edilməmiş və zərərin onlardan tutulması ilə bağlı tələb əsassız sayılmışdır.
26. Məhkəmə vurğulamışdır ki, iddiaçı zərər iddiası ilə birbaşa müqavilə tərəfinə – yəni su idarəsinə müraciət etməli, oradan nəticə alınmadıqda aidiyyatı məhkəməyə müraciət edə bilər. Sonrakı mərhələdə su idarəsi də, əgər iddia təmin edilərsə, öhdəliklərin icrasını mümkünsüz edən digər tərəfə qarşı iddia irəli sürmək hüququna malikdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalı, icarə müqaviləsinin ləğvinə dair əmr ləğv edilməli, lakin zərərin cavabdehlərdən tutulmasına dair tələb təmin edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.2, 423.1, 423.2, 706, 713, 719.1 və 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən apel lyasiya şikayəti verərək, onun ləğv və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Həmçinin cavabdeh 13 Saylı X8 Mərkəzi həmin qətnamədən apellyasiya şikayəti verərək, onun “iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X6 direktoru Cavabdeh2 2022-ci il 7 iyul tarixli 40 nömrəli əmrin ləğv edilməsi” hissəsində ləğv edilməsini və bu hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(104)-21/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Məcidov və L.Süleymanov).
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icarəyəverən 13 saylı X8 Mərkəzi icarəçiyə heç bir xəbərdarlıq etmədən, eyni zamanda tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərlə bağlı mübahisə olduğu halda məhkəməyə müraciət etmək əvəzinə qanunvericiliyə zidd olaraq icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Odur ki, iddia tələbini həmin hissədə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
32. İddianın dəymiş zərər hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı yaratdığı aqro-bağda ağacları 2019-cu ilin axırları və 2020-ci ilin əvvəllərində əkdiyini bildirsə də, i ş materiallarından iddiaçının həmin dövr üçün sudan istifadə ilə bağlı Su təsərrüfatı idarəsi ilə müqaviləsinin olması görünmür. İddiaçı həmin xüsusatla bağlı verdiyi izahatında 2019-cu ilin axırları və 2020-ci ildə aqro-bağda əkdiyi ağacları ayrı-ayrı şəxslərin köməyi ilə suladığını göstərsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
33. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya məxsus ağaclar suyun verilməməsi səbəbindən qurumuşdur, lakin həmin ağaclarının qurumasının nə vaxt baş verdiyi iş materialları ilə müəyyən olunmur. İddiaçı İslam oğlu ilə Ağzıbir SİB ilə aralarında bağlanmış müqaviləyə əsasən Bərdə 13 saylı RMT-nin Bərdə Bük meşəbəyliyində salınmış 50 hektar aqrobağı əraziyə Ağzıbir SİB xidmət göstərməli idi. Əgər kənar müdaxilə nəticəsində suyun verilməsində çətinlik yaranmışsa tərəflər bu barədə hüquqmühafizə orqanlarına və ya məhkəmə müraciət etməli olduğu halda bu barədə hərəkətsizlik göstərmişlər. Eyni zamanda iddiaçı dəymiş zərərin cavabdehlərin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
34. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə müraciət etdikdən sonra iddia ərizəsinə dəqiqləşdirmələr vermiş, son nəticədə iddia ərizəsi ilə tələb etdiyi məbləğin həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutulmasını xahiş etmişdir. Cavabdehlərin dairəsini müəyyən etməkdə isə iddiaçı sərbəstdir.
35. Məhkəmə apellyasiya şikayətinin digər (məhkəmə m üqavilənin şərtlərinin Cavabdeh2 və digər cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində qanunsuz pozulmasına hansısa maraqlardan qiymət verməməsi) razılaşmayaraq qeyd etmişdir ki, məhkəmədə cavabdeh tərəfindən müqavilənin qanunvericiliyin tələblərinə riayət edilmədən ləğv edildiyi müəyyən edildiyinə görə iddiaçının tələbi həmin hissədə təmin edilərək icarə müqaviləsinin ləğv edilməsinə dair cavabdehin əmri qanunsuz hesab edilərək ləğv edilmişdir.
36. Cavabdeh tərəfindən etirazın gec verilməsi ilə bağlı qeyd edilmişdir ki, proses tərəfinin şikayətə qarşı etirazını yazılı və ya şifahi qaydada bildirmək hüququ vardır və əks tərəf tanış olduqdan sonra etiraza münasibətini bildirmək hüququna malikdir. İşdən də göründüyü kimi iddiaçı cavabdeh tərəfin iddia ərizəsi ilə bağlı verdiyi etirazl arla tanış olaraq həmin etirazlara münasibətini bildirmişdir.
37. Cavabdeh2 əməllərinə qiymət verilməməsi ilə bağlı qeyd edilmişdir ki, Cavabdeh2 13 saylı Regional X6 direktoru işlədiyi müddətdə iddiaçı ilə bağlanmış icarə müqaviləsini qanunsuz olaraq, yəni icarə müqaviləsinin ləğv edilməsi qaydasına riayət etmədən ləğv etdiyinə görə o barədə verilmiş əmr məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir.
38. Məhkəmə eləcə də müstəqil tələb irəli sürməyən Ağdaş rayon SSİ-nin nümayəndəsi Nofəl Məmmədovun məhkəmədə verdiyi izahatlarının təhrif etməsi dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Ağdaş rayon SSİ-nin nümayəndəsi Nofəl Məmmədov məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin iddiaçı ilə aqro-bağın suvarılması ilə bağlı bağladıqları müqavilənin icra edilməsinə 13 saylı Regional X6 əm əkdaşları tərəfindən maneçilik edilirsə, həmin maneçiliyin aradan qaldırılması üçün hər-hansı müraciətin edildiyini təsdiq edən sübut təqdim etməmişdir.
39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 389.1, 390.1, 390.2, 421.2, 423.1, 706, 713, 719.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, MPM-in 76.1, 76.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
40. İddiaçı kassasiya şikayəti verərək həmin qətnaməinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, əks təqdirdə işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Həmçinin cavabdeh 13 saylı Bərdə X8 Mərkəzi kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qa ytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
42. MM-in 422 və 431-ci maddələri üzrə - icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi yalnız tərəfin müqavilə öhdəliklərini ciddi pozması halında mümkündür. İcarə müddətində iddiaçının fəaliyyəti cavabdeh qurum tərəfindən nəzarətdə saxlanılıb, hər il təqdim edilən hesabatlar qəbul edilib, təsərrüfatın salınmasına etiraz edilməyib. Əgər bağ qeyri-qanuni salınmışdısa və ya meşə bərpa məqsədinə uyğun deyildisə, bu barədə tədbirlər vaxtında görülməli idi. Lakin 5 ilə yaxın müddətdə heç bir tədbir görülmədən, yalnız bağ məhsul verməyə başladığı zaman nasosun çıxarılması və müqavilənin birtərəfli qaydada ləğv edilməsi tərəflərarası münasibətlərdə sabitlik prinsipini pozmuş, qarşı tərəfin maraqlarına qəsd şəklində qiymətləndirilmişdir. Bu isə müqavilə sabitliyinin və etimad münasibətlərinin pozulmasıdır.
43. MM-in 7.1, 1096-1099-cu maddələri üzrə - iddiaçı bağın qurulması üçün böyük maliyyə vəsaiti və fiziki əmək sərf etmişdir. Su təminatının dayandırılması nəticəsində bağdakı yüzlərlə çoxillik ağac qurumuş, təsərrüfat tamamilə sıradan çıxmışdır. Bu ziyan cavabdehlərin qanunsuz və əsassız hərəkətləri nəticəsində baş vermiş, heç bir alternativ çıxış yolu da iddiaçı üçün buraxılmamışdır. MM-in 1096-1099-cu maddələrinə əsasən, şəxsin əmlakına qeyri-qanuni müdaxilə nəticəsində vurulan real ziyan və dəyən zərər ödənilməlidir. Bu zərər yalnız maddi deyil, həm də iqtisadi potensial və gələcək gəlirlər baxımından qiymətləndi rilməlidir. Apellyasiya instansiyası bu aspekti araşdırmamış və hüquqi nəticə çıxarmamışdır.
44. MPM-in 417.1 və 418.1-ci maddələri üzrə - apellyasiya instansiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallara və hüquqi nəticələrə müdaxilə etmiş, lakin bu müdaxiləni əsaslandıracaq kifayət qədər dəlil təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının bağ sahəsindəki fəaliyyəti, çəkilmiş xərclər, bağın salınma üsulu və bağa suyun verilməməsi ilə nəticələnmiş halları müfəssəl qiymətləndirmişdir. Nasosun çıxarılması nəticəsində suvarma sisteminin sıradan çıxması və ağacların quruması sübuta yetirilmiş, bu zərərin cavabdeh tərəfin hərəkəti ilə səbəbnəticə əlaqəsində olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası isə bu sübutları ya nəzərə almamış, ya da ümumi və a bstrakt şəkildə inkar etmiş, lakin alternativ və konkret əsaslandırma ortaya qoymamışdır. Nəticə olaraq, apellyasiya instansiyası maddi hüquq normalarının tətbiqinə yox, faktların və sübutların qiymətləndirilməsinə əsassız müdaxilə etmiş və bu zaman iddiaçının kassasiya şikayətində istinad etdiyi maddələrinin tələblərini pozmuşdur.
45. MPM-in 14.1 və 88.1-ci maddələri üzrə - məhkəmə iş üzrə təqdim olunmuş sübutların məzmununa və bir-biri ilə əlaqəsinə hüquqi baxımdan qiymət verməmiş, yalnız forma və qüsurlu şərhlərlə nəticəyə gəlmişdir. İddiaçı bağ sahəsində istifadə olunan texnika, torpaq becərilməsi, damlama suvarma sisteminin qurulması, ağacların alınması və əkilməsi, aqrotexniki qulluq və sair üzrə konkret xərc sənədləri təqdim etmişdir. Həmçinin aqronom tərəfindən tərtib olunmuş rəy v ə bağın faktiki durumu ilə bağlı fotoşəkillər, əkin sxemləri və digər sübutlar da məhkəməyə təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası bu sənədlərin heç birinə dair məntiqi və hüquqi əsaslandırılmış münasibət bildirmədən onları inkar etmiş və zərərin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir.
46. MPM-in 89.1 və 90-cı maddələri üzrə - iddiaçının təqdim etdiyi sübutlardan göründüyü kimi, cavabdeh qurumun nasosu ərazidən çıxardığı və bu səbəbdən bağın su təminatının tam dayandığı açıq şəkildə təsdiqlənmişdir. Bu hərəkət nəticəsində bağda əkilmiş çoxillik ağacların quruması və təsərrüfatın məhv olması baş vermişdir. Cavabdeh bu faktı inkar etməmiş, əksinə, həmin hərəkəti normativ sənədlərlə əsaslandırmağa çalışmışdır. Belə halda artıq ziyanın səbəbi olan hərəkətin mövcudluğu qəbul edildi yindən, bu hərəkətin nəticəsi olan zərərin sübut yükü avtomatik olaraq cavabdehin üzərinə keçir. Lakin apellyasiya instansiyası bu öhdəliyi nəzərə almamış, bağın məhv olması və maddi ziyanın dəyəri ilə bağlı bütün sübut yükünü iddiaçının üzərində saxlamışdır.
47. MPM-in 374.1 və 374.2.1-ci maddələri üzrə - apellyasiya instansiyası bir tərəfdən cavabdeh qurumun əmrinə dair iddianı təmin etməklə müqavilənin ləğvini əsassız hesab edir, digər tərəfdən isə həmin əsasız ləğvin nəticəsi olaraq vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələbi rədd edir. Bu isə qərarın öz daxilində ziddiyyət yaratdığı anlamına gəlir. Əgər müqavilənin ləğvi əsasızdırsa, deməli, onun nəticəsində vurulan zərər də hüquqi qiymətləndirməyə layiqdir və bu zərərin ödənilməsi məsələsi ayrıca qiymətləndirilməlidir. b) Ca vabdeh 13 X23 X6 kassasiya şikayətinin dəlilləri 48. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 10.3-cü maddəsi üzrə - iddiaçının hərəkətləri müqaviləyə məcburi xitam verilməsinə səbəb olmuşdur. Məhkəmənin qərarı yalnız müqavilənin tələblərinə əsaslanaraq verildiyindən və Meşə Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmadığından hüquqi baxımdan qanuni deyildir.
49. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 20 və 24-cü maddələri üzrə iddiaçı tərəfindən qeyd olunan pozuntulara yol verdiyi üçün Mərkəz tərəfindən 2022-ci il 7 iyul tarixində icarə müqaviləsinə xitam verilmişdir. Bu xitam qanuna tam uyğundur, çünki qanunvericilik pozuntu olduğu təqdirdə (meşə fondu torpaqlarının istifadəsi qaydalarının pozulması) müqavilənin məcburi şəkildə ləğvini tələb e dir. Bundan əlavə, iddiaçı tərəfindən qanunsuz olaraq Bük meşəbəyliyində məskunlaşma və özünə aid mal-qara saxlanması kimi halların baş verməsi, icarə müqaviləsinin şərtlərinə tamamilə ziddir. Bu, sistematik qanun pozuntusudur və müqavilə şərtlərinin pozulmasına gətirib çıxarmışdır. Həmin pozuntular Meşə Məcəlləsi və icarə müqaviləsinin tələblərinə zidd olaraq meşə fondu torpaqlarının yanlış istifadəsini göstərir. Mərkəz tərəfindən tətbiq edilən inzibati tənbeh tədbirləri, iddiaçının hərəkətlərinə qarşı bir xəbərdarlıq xarakteri daşıyırdı. Lakin, iddiaçı bu xəbərdarlıqlara məhəl qoymamış, qanun pozuntusunu davam etdirmişdir. Buna görə də, iddiaçının qanunsuz hərəkətlərinə müvafiq olaraq müqaviləyə məcburi xitam verilmişdir.
50. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31-ci maddəsi ü zrə - meşə fondu torpaqlarının icarəsi məsələsinə yanaşarkən, Meşə Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir, çünki bu məcəllə meşə fondu torpaqlarının istifadəsi və idarə edilməsi üçün daha uyğun və daha dəqiq qaydalar təyin edir. Məhkəmə tərəfindən MM əsasında qərar verilməsi, bu sahə üçün uyğun deyil, çünki meşə fondu torpaqlarının icarəsi, həmin torpaqların ekoloji və dövlət mülkiyyətinə aidiyyəti nəzərə alınaraq tənzimlənməlidir.
51. Azərbaycan Respublikası Konstitusiyanın 60, 71 və 127-ci maddəsinin İİ bəndi üzrə - məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş və hüquqi cəhətdən düzgün əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə yalnız müqaviləyə istinad edərək və sahə qanunvericiliyini nəzərə almadan qərar çıxarmışdır, bu da qanuna müvafiq baxılmaması ilə nəticələnmişdir.
52. MPM-in 217-ci maddəsi üzrə - məhkəmənin qətnaməsində hüquqi əsaslar düzgün tətbiq edilməmişdir. Məhkəmə yalnız tərəflər arasında müqavilə şərtlərinə əsaslanaraq qərar qəbul edib, lakin müvafiq hüquqi normativ aktları və hüququn ümumi prinsiplərini nəzərə almayaraq hüquqi müstəvidə düzgün qiymətləndirmə aparmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh tərəf, çıxış mərhələsindən sonra, prosessual müddətləri pozaraq etiraz təqdim etmiş, bu sənədə münasibət bildirmək üçün imkan verilməmişdir. Bu hal MPM-in 130.1, 130.3 və 209.1-ci maddələrinin, həmçinin Avropa İnsan Hüquqları K onvensiyasının 6-cı maddəsinin pozulması ilə nəticələnmişdir. Apellyasiya Məhkəməsi yalnız müqavilənin ləğvini hüquqsuz sayaraq bərpa etmiş, lakin bu ləğv nəticəsində dəymiş 2.033.235,70 manat faktiki zərəri nəzərə almamış, sübut və rəylərə hüquqi qiymət verməmişdir. Cavabdehlərin ziyanı törətməsi barədə mövcud sübutlar (ekspert rəyləri, şahid ifadələri, video görüntülər, etiraflar) nəzərə alınmamış, suvarma idarəsinə qarşı əsassız ittihamlar irəli sürülmüşdür. Məhkəmə, ərazidən çıxarılmış sahibkara xidmət göstərilmədiyinə görə məsuliyyət qoyaraq mübahisəli və hüquqi əsasdan məhrum bir yanaşma sərgiləmişdir. Məhkəmələr həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Suvarma İdarəsinin rəsmi sənədləri və çıxışlarını qiymətləndirməmiş, bir çox hallarda saxta sübutları istinad kimi qəbul etmiş, tərəflərin prosessual bərabərliyini və çəkişmə prinsipini kobud şəkildə pozmuşdur. İclas protokollarında saxtalaşdırmaya yol verilmiş, təqdim olunan vəsatət və izahatlar protokollara daxil edilməmişdir. Kassasiya baxışının hədləri
54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Mad də 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”
56. Azərbaycan Respublikasının aşağı dakılar nəzərdə tutulur: Meşə Məcəlləsinin müvafiq müddəalarında “Maddə
16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.” “Maddə
17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunver icilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.” “Maddə
20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə q anunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən aza d etmir.” “Maddə
21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir. Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “10-cu bənd. İcarəçi rəsmi ərizə əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir.” “11-ci bənd. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda; icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda. Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi xəbər verilir. “12-ci bənd. İcarə müqaviləsinin formasını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir.” “13-cü bənd. Bu Qayda ilə nəzərdə tutulmamış hallarda meşə fondu torpaqlarının icarəyə verilməsinə dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.”
58. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzr ə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəy yən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə v ə ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qi smən, cavabdehin kassasiya şikayəti isə tam təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
60. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir.
61. MM-in 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
62. Zərərin ödənilməsi ilə bağlı mübahisəni həll edən məhkəmə də qeyd olunan hüquqi əsasların mövcud olub- olmadığını müəyyən etməlidir.
63. Apellyasiya instansiyası məhkəməsi isə həmin hüquqi əsasların mövcud olubolmadığı ilə bağlı hüquqi dəyərləndirmə aparmamış, cavabdehlərin hərəkətləri ilə bağlı iddiaçının və işdə iştirak edən digər şəxslərin izahatlarında bildirilən hallara, habelə qətnamədə istinad etsə də, təqdim edilmiş sübutlara münasibət bildirməmişdir.
64. Halbuki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutetmə predmetini müəyyən etməklə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməli olduğunu, nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini, habelə tərəflərin istinad etdiyi dəlilləri, sübutları və qanunları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməlidir.
65. Apellyasiya instansiyası məhkəməsi isə yalnız qeyd etmişdir ki, iş materiallarından iddiaçının 2019-cu ilin axırları və 2020-ci ilin əvvəllərinə aid dövr üçün sudan istifadə ilə bağlı Su təsərrüfatı idarəsi ilə müqaviləsinin olması görünmür və iddiaçı aqro-bağda əkdiyi ağacları ayrı-ayrı şəxslərin köməyi ilə suladığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Lakin bu halların iş üçün hansı əhəmiyyət daşımasını (zərərin ödənilməsinə aid hüquqi əsasların hansı birinə aid olmasını) və iddiaçının istinad etdiyi digər hallar üzrə gəldiyi nəticəni tam və dolğun əsaslandırmamışdır.
66. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəymiş zərərin cavabdehlərin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Lakin məhkəmə tərəfind ən iddiaçının təqdim etdiyi sübutlara tam qiymət verilməmişdir.
67. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
68. Hazırki işin halları da ondan ibarətdir ki, məhkəmə qətnaməsində təqdim edilmiş sübutlar sadalansa da, onların qiymətləndirilməsi ilə bağlı məhkəməni n mövqeyi tam olaraq göstərilməmişdir.
69. Halbuki, MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələridən irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 13 may 2006-cı il tarixli Qərarı).
70. Bundan əlavə, iddianın əsasını cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya zərərin vurulması təşkil etsə də, apell yasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə üçüncü şəxs Ağdaş rayon Suvarma Sistemləri İdarəsi arasında bağlanmış müqavilələr üzrə sonuncunun hərəkətlərinə qiymət verilmişdir. Halbuki həmin müqavilələr və onların icrası ilə bağlı hərəkətlər hazırki iddianın əsasını təşkil etmir və MPM-in 218.3cü maddəsinə əsasən məhkəmənin iddia tələblərindən (həm iddianın predmeti, həm də əsasından) kənara çıxmaq səlahiyyəti yoxdur.
71. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, maddi zərərin ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir.
72. İddianın digər hissəsi, yəni iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğvinə dair 2022-ci il 7 iyul tarixli 40 nömrəli əmrin ləğv edilməsi ilə bağlı nəticə isə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
73. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçının icarəsinə verilmiş torpaq sahəsi meşə fondu torpaqlarına aiddir.
74. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin preambulasında müəyyən edilmişdir ki, bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.
75. Həmin Məcəllənin 1 6-cı maddəsində müəyyən edilmişdir ki, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.
76. Həmin Məcəllənin 17-ci maddəsində meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı qaydalar, 20-21-ci maddələrində isə meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları və qaydaları müəyyən edilmişdir.
77. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası” təsdiq edilmişdir və həmin Qayda ilə də yuxarıda qeyd olunan məsələlər tənzimlənmişdir.
78. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan iddia tələbi üzrə MM-in müqavilənin dəy işdirilməsi və ləğv edilməsi ilə bağlı ümumi normaları olan 421.2, 423.1-ci maddələrini və torpaq icarəsi müqaviləsi ilə bağlı xüsusi normalar olan 706, 713, 719.1-ci maddələrini tətbiq etmişdir.
79. Halbuki, MM-in 2.3-cü maddəsində təsbit edilmişdir ki, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
80. Məhkəmə isə MM-in qeyd olunan tələblərini nəzərə almamış və hazırki mübahisə üzrə Meşə Məcəlləsinin və “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”nı tətbiq etməmişdir, bununla da maddi hüquq normalarının pozulmasına yol vermişdir.
81. Qeyd olunanları və işin hallarına və sübutlara qiymət verilməsinin zəruri olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti isə tam təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırki qərarın 60-80-ci bəndlərində əks olunan göstərişlər nəzərə alınmaqla qanuni və əsaslı, habelə işdə iştirak edən şəxslərin istinad etdiyi hallar və təqdim edilmiş sübutlar qiymətləndirilərək iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
82. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən xüsu si qərardadların çıxarılması və MPM-in müvafiq maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi üçün əsaslar mövcud deyildir.
83. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İslam oğlunun kassasiya şikayəti qismən, cavabdeh 13 X23 X6 kassasiya şikayəti tam təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(104)-21/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.