Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-338/2025 25.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” PHŞ-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ İş № 2-2(102)-338/2025 Bakı şəhəri Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” PHŞ-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-241/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı 1. “Naxçıvan Muxtar Respublikasının X1” PHŞ (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 80.000 manat borc, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Vəkil1 hüquqi yardımın göstərilməsinə görə ödənilmiş olan 1.000 manat, 333,50 manat dövlət rüsumunun, ümumilikdə isə 81.333,50 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiyа Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli e-2-2(113)-7056/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 80.000 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 333 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – G.Namazova).
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-241/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
5. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin həqiqi hallarına uyğu n yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” "Maddə
69. Nümayəndə vasitəsi ilə işin aparılması... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təms il edir....” “Maddə
73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir....” və “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etm iş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur....” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumun un ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
8. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, bununla da kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin (bax § 6) tələbləri pozulmaqla verilmişdir.
9. Belə ki, cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə 2025-ci il 7 fevral tarixində verilmiş kassasiya şikayəti vəkil qismində Nümayəndə tərəfindən elektron qaydada imzalanmışdır. Lakin, Nümayəndə kassasiya şikayətini imzalaması üçün səlahiyyətini təsdiq edən 2024-cü il 7 yanvar tarixli etibarnamənin (iş/v 1 13) müddəti 2025ci il 7 yanvar tarixində bitmişdir.
10. Göründüyü kimi kassasiya şikayətinin elektron qaydada imzalandığı tarixdə Nümayəndə bu şikayəti MPM-in 408.1.1-ci maddəsinə uyğun olaraq imzalamaq hüququ olmamış, beləliklə kassasiya şikayəti cavabdehin adından onu imzalamaq hüququ olmayan şəxs tərəfindən elektron qaydada imzalanmışdır. Bu səbəbdən, mülki prosessual qanunvericilyin tələblərinə uyğun olaraq qeyd olunan kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsi isə göstərilənlərə əsasən kassasiya şikayətini geri qaytarmalı olduğu halda onu işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
12. Şərh olunanları nəzərə alaraq və MPM-in 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə rara aldı: Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-241/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.