Məhkəmə qərarları › İş №2-2(102)-339/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-339/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-339/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A" MMC-nin Cavabdeh "B"-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 01.12.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Aminə Əliəsgər qızının iştirakı ilə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 iyul tarixli 2-2(103)-308/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ “X1” MMC (işin materiallarından görünür ki, həmin şirkətin adı adı hazırda İddiaçı "A" MMC” bundan sonra -“MMC”) (Baş distribüter) və Cavabdeh "B" (bundan sonra – “Cavabdeh”) (Distribüter) arasında bağlanmış malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair CPSD 005/16 nömrəli 2016-cı il 21 yanvar tarixli müqavilədən (bundan sonra –“Müqavilə”) görünür ki, Baş Distribüter satdığı və bu müqavilənin ayılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarının satış hüququnu Distribüterə verir.

2. Müqavilyə əsasən: 2.1.Baş Distribüter Distribüteri bu müqavilənin şərtlərinə uyğun malların tələb olunan həcmi ilə təchiz edir (1.2-ci bənd); 2.2.Baş Distribüter satışa çıxardığı malların keyfiyyətinə və Azərbaycan Respublikasındakı mövcud standartların (AZS EN 197-1-2008) tələblərinə cavab verməsinə istehsalçı (“X2” MMC) zəmanət verir. Standarta uyğunluq sertifikatları hazırkı müqavilənin ayrılmaz tərkib hissəsidir və müqaviləyə əlavə olunur (3.1-ci bənd); 2.3.Müqavilə imzalandıqdan sonra 10 gün müddətində Distribüter tərəfindən malların təchiz olunması üçün Baş Distribüterə yazılı sifariş verilir və Distribüter tərəfindən verilmiş sifarişin dəyəri Baş Distribüterə əvvəlcədən ödənildikdən sonra malların təchizinə başlanılır (9.1.1-ci bənd).

3. MMC tərəfindən Cavabdeh ünvanlanmış 71/19 saylı 2019-cu il 20 may tarixli pretenziya məktubunun surətindən görünmüşdür ki, Müqavilə üzrə alıcıya satılmış 405 ton sement məhsulu üzrə 37.542,50 manat məbləğində pul ödənişi alıcı tərəfindən həyata keçirilməmişdir.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 2019-cu il 29 iyul tarixində Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, Cavabdehdən 37.542,50 manat məbləğində borcun, 12.689,36 manat dəbbə pulunun və ödənilmiş dövlət rüsumu kimi 30 manatın (ümumilikdə 50.261,86 manat məbləğində pulun) tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi yuxarıda §§ 1-3-də göstərilən hallarla əsaslandırılmışdır.

6. Cavabdeh iddiaya dair verdiyi yazılı etirazında iddia tələbini qəbul etməyərək, müqavilə üzrə hər hansı mal almadığını bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2019-cu il 27 avqust tarixli 2(001)6382/2019 saylı qərardadına əsasən, hazırk ı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 dekabr tarixli 2-2(81)1267/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – S.N).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə öz tələbini əsaslandıran halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

10. Məhkəmənin qənaətinə görə, tərəflər arasında müqavilənin bağlanması müqavilə münasibətlərinin ilkin mərhələsidir. Müqavilənin realizə olunması üçün müqavilə şərtləri üzrə qarşılıqlı öhdəliklərin icrası da olmalıdır. İddiaçı cavabdehin təchiz olunduğu mallara görə istehsalçıya hansı məbləğdə ödəniş etməsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Müqavilənin bağlanması onun şərtləri üzrə hərəkətlər edilmədiyi müddətdə, özözlüyündə hər hansı öhdəlik yaratmır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi ödəniş tapşırıqları ümumiyyətlə onun iddiasını əsaslandırmaq üçün zəruri olan lazımi sübutlar olmamaqla iddia tələbinin həlli baxımından əhəmiyyətli deyil və buna görə də məhkəmə onların araşdırılmasını ümumiyyətlə zəruri hesab etmir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 14.1, 324.1, 324.4, 386.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "MPM") 14.2, 76.1, 76.2, 77.1, 77.3, 80, 81, 89.1, 89.3, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

13. MMC 2020-ci il 21 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 5. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 iyul tarixli 2-2(103)-308/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş,“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 dekabr tarixli 2-2(82)-1267/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır (sədrlik edən – V.B, hakimlər – C.Y və V.A).

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində Müqavilənin malların alqı-satqı müqaviləsi olduğu qeyd edilsə də, Müqavilənin məzmunundan və işin araşdırılan hallarından aydın olmuşdur ki, Müqavilə tərəflər arasında “distribüterlik”, yəni satış hüququnun verilməsi ilə bağlı hüquq münasibətlərini tənzimləmişdir.“ Müqaviləyə əsasən iddiaçı cavabdehə özünün “Baş Distribüter” kimi satış hüququna malik olduğu X2-də istehsal edilən sement məhsullarına satış hüququ verilmişdir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya dəyəri tələb edilən malın təchizatı ilə bağlı yazılı sifariş verməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən“izahatında həmin mallarl a bağlı sifarişin şifahi olaraq verildiyini bildirmişdir.

17. Cavabdehin“iddiaya yazılı etirazında, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində“vəkili tərəfindən verilən izahatlarda bildirilmişdir ki, Müqavilə əsasında iddiaçıdan mal almamışdır. Belə olan halda malın“əvvəlcədən dəyəri ödənilmədən cavabdehə və ya onun səlahiyyət verdiyi şəxsə“təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, “iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2016-cı il 2 və 3 noyabr tarixli əmtəə nəqliyyat qaimələrinə əsasən ümumilikdə“cəmi 800 kisə sement məhsulunun yük göndərən X2 tərəfindən iddiaçıya təhvil verildiyi müəyyən olunur. İş materiallarına surətləri əlavə edilmiş 2016-cı il 1 noyabr tarixli 006 015 saylı və 3 noyabr tarixli 006221 saylı yol vərəqələri isə sement məhsulunun iddiaçının öz sürücüləri tərəfindən Qazax marşrutu üzrə daşındığını təsdiq edir. Qeyd edilən sənədlərdə cavabdehin imzası olmadığından və həmin malların təchizatının cavabdeh tərəfindən sifariş verildiyi“təsdiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ayrı-ayrı müştərilərə təhvil verilmiş sement məhsullarının“dəyəri "Distribüter"dən, yəni cavabdehdən deyil, malları faktiki əldə etmiş“müştərilərdən“tələb edilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 12) istinad edərək əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

20. Qətnamə 2020-ci il 4 avqust tari xində tərəflərə göndərilmişdir.

21. MMC həmin qətnamədən kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2020-ci il 21 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. MMC kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş hallara və məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına lazımi sübut kimi qiymət verməməsi əsassızdır.

23. Cavabdeh Müqavilə üzrə öhdəliklərini icra etməmiş, verilmiş malın əvəzində müəyyən edilmiş pul məbləğinin ödənişindən yayınmışdır.

24. Müqaviləyə əsasən, se ment məhsulları sifariş əsasında Cavabdehin dediyi ünvanlara çatdırılmışdır. Malı qəbul etmiş şəxslər Cavabdehin sifarişi əsasında göndərilən malları qəbul etmiş və distributor kimi ödənişləri Cavabdehə etmişdirlər. MMC tərəfindən məhkəmədə həmin şəxslərin məhkəməyə şahid kimi dəvət edilməsi barədə xahiş məhkəmə tərəfindən nəzərə alınmamış, işin hərtərəfli araşdırılmasından imtina edilmişdir.

25. İddiaçı kassasiya şikayətini MM-nin 385.1-ci, MPM-nin 384.0.2, 385.1.1, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİ YA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin d üzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. ARK-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir....”

31. MM-də müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasın da öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşd ırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....”

32. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif ed ə bilər.” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəd dən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”

33. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında müəyyən edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

34. İHAM-ın “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarında müəyyən edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 22-də göstərilən dəlili ilə bağlı bildirir ki, həmin dəlil eynilə apellyasiya şikayətində də qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxmış birinci instansiya məhkəməsinin işin faktiki hallarına, o cümlədən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermdiyi qənaətinə gələrək apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

37. MMC-nin məhkəməyə təqdim etdiyi ödəniş tapşırıqları ilə bağlı birinci instansiya məhkəməsi MPM-nin 80-ci maddəsinə istinadən haqlı olaraq hesab etmişdir ki, bu ödəniş tapşırıqları ümumiyyətlə iddianı əsaslandırmaq üçün zəruri olan lazımi sübutlar olmamaqla iddia tələbinin həlli baxımından əhəmiyyətli deyildir və buna görə də məhkəmə onların araşdırılmasını ümumiyyətlə zəruri hesab etmir.

38. MMC-nin istinad etdiyi ödəniş tapşırıqlarından görünür ki, bu sənədlər “X3” MMCnin “X4” MMC-yə (bəzilərində “X2” MMC-yə) ödədiyi vəsaitlər barədədir, ona görə də hazırkı mübahisənin h əlli üçün əhəmiyyət kəsb etmirlər. Belə ki, həmin ödəniş tapşırıqlarından cavabdehin MMC qarşısında hər hansı borcunun olması görünmür.

39. Apellyasiya instansiyası məhkəməsinin iclasının video yazısından görünür ki, həmin məsələ iclasda da müzakirə predmeti olmuş, məhkəmə bununla bağlı tutarlı mövqeyini ətraflı şəkildə MMC-nin nümayəndəsinə izah etmişdir.

40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, sözügedən ödəniş tapşırıqları barədə işə baxan məhkəmələr düzgün mövqe tutmuşlar, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin halları və təqdim olunmuş sübutlar ilə bağlı mövqeyi ilə nəticə etibarilə razılaşmaqla hüquq normalarının pozuntusuna yol verməmişdir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 23-də göstərilən dəlili ilə bağlı bildirir ki, həmin dəlil də eynilə apellyasiya şikayətində qeyd olunmuşdur və apellyasiya instansiya məhkəməsi tərəfindən ona ətraflı cavab verilmişdir.

42. Belə ki, apellyasiya instansiya məhkəməsi Müqavilənin alqı-satqı deyil, “distributor” müqaviləsi (X2-də istehsal edilən sement məhsullarına MMC-nin malik olduğu satış hüququnun MMC tərəfindən Cavabdehə verilməsinə dair müqavilə) olması, MMC-nin iddianın əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməməsi, Cavabdehin MMC-yə dəyəri tələb edilən malın təchizatı ilə bağlı yazılı sifariş verməməsi ilə bağlı məsələlər üzrə, habelə malın“əvvəlcədən dəyəri ödənilmədən Cavabdeh və ya onun səlahiyyət verdiyi şəxsə“təhvil verildiyini sübut etmək vəzifəsi MMC-nin üzərinə düşdüyü halda MMC-nin bu barədə məhkəməyə mötəbər sübut təqdim e də bilməməsi, X2 tərəfindən MMC-yə təhvil verilmiş cəmi 800 kisə sement məhsulu barədə 2016-cı il 2 və 3 noyabr tarixli əmtəə nəqliyyat qaimələrində, 1 və 3 noyabr tarixli yol vərəqələrində Cavabdeh imzasının olmaması və həmin malların təchizatının Cavabdeh tərəfindən sifariş verildiyinin“təsdiq edilməməsi, MMC tərəfindən ayrı-ayrı müştərilərə təhvil verilmiş sement məhsullarının“dəyərinin Cavabdeh deyil, malları faktiki əldə etmiş“müştərilərdən“tələb edilməli olması barədə məsələlər üzrə ədalətli və əsaslı nəticəyə gəlmiş, hər hansı hüquq normasının pozuntusuna yol verməmişdir.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 24-də göstərilən dəlili ilə bağlı bildirir ki, həmin məsələ ümumiyyətlə həqiqəti əks etdirmir. Belə ki, işin materiallarından, o cümlədən apellyasiya instans iyası məhkəməsinin iclasının protokollarından, video yazısından MMC-nin nümayəndəsinin məhkəmədən malı qəbul etmiş şəxslərin şahid kimi dəvət edilməsi barədə xahiş etməsi (məhkəməyə vəsatət verməsi) görünmür.

44. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının mövqeyi belədir ki, Cavabdehin Müqavilə üzrə öhdəliklərini icra etməməsi, verilmiş malın əvəzində müəyyən edilmiş pul məbləğinin ödənişindən yayınmasına dair kassasiya şikayətinin dəlili işin materialları ilə təsdiq olunmur, buna görə də əsaslı hesab edilə bilməz.

45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 iyul tarixli 22(103)-308/2020 saylı qətnaməsi qüvvədə saxlanı lsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Bəhram Məmmədli Hakimlər: İlqar Dadaşov Bəhman Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar