Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-339/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MTK-nın cavabdeh “X” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi müddətinin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli 22(103)-343/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsindəki icraat
1. İddiaçı MTK (bundan sonra iddiaçı) cavabdeh “X” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təsis yığıncağının 2019-cu il 1 iyul tarixli qərarı və onun əsasında verilmiş 2019-cu il 22 avqust tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 9 oktyabr tarixli 2-2(113)1712/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - E.Əliyev).
3. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsi ndəki birinci icraat
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli 2-2(103)-343/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən - R.Qurbanov, hakimlər - C.Yusifov və V.Baxışova).
5. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 30 iyun tarixli 2-2(103)-343/21 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən - R.Qurbanov, hakimklər V.Məmmədov və V.Baxışova).
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin materialında olan “Aze mis” Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışlarına görə apellyasiya məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 21 aprel tarixdə saat 16:16-da iddiaçının nümayəndə və vəkilləri Vəkil3 və Vəkil2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. İddiaçının kassasiya şikayəti isə 2021-ci il 29 iyun tarixdə məhkəməyə daxil olmuşdur. Prosessual müddət iddiaçıya münasibətdə 2021-ci il 21 iyun tarixdə bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 29 iyun tarixdə verilmişdir ki, bununla da, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür.
8. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv ed ilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli 2-2(102)-383/21 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
10. Məhkəmənin mövqeyinə görə, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın Vəkil3 elektron poçt, SMS və s. vasitəsilə çatdırılması təmin edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yarad arkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. İşin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Vəkil3 sistemdə təsdiq edilmiş elektron ünvanına (e-mail) malik deyildir.
11. Bununla belə, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, qətnamə Vəkil3 ilə yanaşı, həmçinin 2021-ci il 21 aprel tarixində, saat 16:16-da MTKnın digər nümayəndəsi olan Vəkil2 məxsus elektron kabinetə də yerləşdirilmişdir. Vəkil2 sistemdə təsdiq edilmiş elektron ünvanına (e-mail) malikdir. İddiaçı tərəfindən Vəkil2 2020ci il 24 avqust tarixində bütün məhkəmə instansiyaları nda nümayəndəlik funksiyalarının yerinə yetirilməsi məqsədilə 1 illik etibarnamə verilmişdir. Həmin etibarnamənin ləğv olunması isə işin materialları ilə müəyyən edilmir. Bununla da, o, qətnamənin elektorn sistemə yerləşdirildiyi - 2021-ci il 21 aprel tarixdə rəsmi olaraq iddiaçının nümayəndəsi olmuşdur. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
12. İddiaçı “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması”na dair ərizə və eyni zamanda, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsinə dair kassasiya şikayəti ilə apellyasiya instansiyasına müraciət etmişdir.
13. Ərizədə göstərilmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüququ həyata keçirmək üçün səlahiyyətli şəxsə təqdim edilmədiyi üçün qanunla kassasiya şikaytinin ver ilməsi üçün nəzərədə tutulmuş müddət ötürülməmişdir. Belə ki, Vəkil2 kooperativin işçisi olmamış, yalnız birinci instansiyada onu təmsil etmək üçün səlahiyyətli olmuşdur. Vəkil2 işə baxılan zaman artıq hakim təyin edildiyi üçün, onun vəkillik fəaliyyəti dayandırılmışdır. Belə olan halda onun həmin qətnamədən vəkil kimi şikayət verməsi mümkün deyildi. Elektron kabinetdə onun adının saxlanılması isə iddiaçının ziyanına həll edilə bilməz.
14. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 14 yanvar tarixli 2-2(103)-343/2021 saylı qərardadı ilə kassasiya şikayəti MPM-in 407.1-ci maddəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməməsi əsası ilə geri qaytarılmışdır (sədrlik edən məruzəçi hakimR.Qurbanov, hakimlər-V.Məmmədov və V.Baxışova).
15. İddiaçı təkrar eyni əsasla “kassasiya şikayətinin veri lməsi üçün prosessual müddətin bərpa olunması”na dair ərizə və eyni zamanda, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsinə dair kassasiya şikayəti ilə apellyasiya instansiyasına müraciət etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 11 fevral tarixli 2-2(103)-343/2021 saylı qərardadı ilə kassasiya şikayəti MPM-in 407.1-ci maddəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməməsi əsası ilə geri qaytarılmışdır (sədrlik edən - R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
17. İddiaçı yenidən eyni əsasla “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması”na dair ərizə və eyni zamanda, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsinə dair kassasiya şikayəti ilə apellyasiya instansiyasına müraciət etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 mart tarixli 2-2(103)-343/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən - R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
19. Apellyasiya məhkəməsinin mövqeyinə görə ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmamışlar. Halbuki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli e-2-2(103)-343/2021 saylı qətnaməsi MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 21 aprel tarixdə saat 16:16-da iddiaçının nümayəndə və vəkili Vəkil3 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. İdd iaçının birinci dəfə verdiyi kassasiya şikayəti isə 2021-ci il 29 iyun tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürülmüşdür. Prosessual müddət iddiaçıya münasibətdə 2021ci il 21 iyun tarixdə bitdiyi halda, kassasiya şikayəti 2021-ci il 29 iyun tarixdə verilmişdir. Bu baxımdan, ərizəçinin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
20. Apellyasiya məhkəməsinin qərardadı tərəflərin elektron kabinetində 2022-ci il 4 mart tarixində yerləşdirilmişdir.
21. Qərardaddan iddiaçının vəkili tərəfindən 2022-ci il 14 mart tarixində kassasiya şikayəti verilərək, 2022-ci il 1 mart tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MPM-in 135.6-cı maddəsinin tələbi pozulmuşdur-qətnamənin yalnız tərtib edilərək elektron sistemdə yerləşdirilməsi rəsmi qaydada verilmə hesab edilə bilməz və yalnız qətnamənin elektron sistemdə yerləşdirilməsi barədə elektron qaydada məlumat (elektron poçt, SMS və s. vasitəsilə) verildikdən sonra qətnamə rəsmi qaydada verilmiş hesab edilə bilər. Onun Elektron Məhkəmə İnformasiya Sistemində olan hesabında qətnamə yerləşdirilsə də, həmin qətnamənin nə vaxt yerləşdirilməsindən xəbəri olmamışdır. Elektron kabinetdə bildirişləri o, 2021-ci il 1 oktyabr tarixdən başlayaraq almışdır (Bununla bağlı elektron kabinetindən çıxarışı kassasiya şikayətinə əlavə edir). Nə o, nə də təmsil etdiyi qurum bu günədək qətnaməni heç bir formada rəsmi almamışdır ( nə elektron kabinetə yerləşdirilməsi barədə xəbərdarlıq, nə də başqa hər hansı formada). Ali Məhkəmənin Kommersiya Kollegiyası 2021-ci il 28 sentyabr tarixli qərarında da apellyasiya məhkəməsinin qətnaməsinin ona çatdırılmasının təmin edilməməsi qeyd olunur. Buna görə də, iddiaçı texniki problemlərə və ya məhkəmənin qərəzli mövqeyinə görə pozulmuş hüquqlarının bərpası üçün kassasiya şikayəti vermək hüquqlarından məhrum edilir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmu nu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq tam olaraq yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏT BİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştira k edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [151] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddə lərində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdı rılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.https://eqanun.az/framework/46945 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır....” « Maddə
407. Kassasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı». “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apelly asiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
29. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri o halda rəsmi qaydada verilmiş hesab edilir ki, qanunda nəzərdə tutulan iki tələbə əməl edilmiş olsun; 1-ci tələb məhkəmə sənədi işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməlidir; 2-ci tələb belə yerləşdirilmə barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır (MPM-nin 135.5 və 135.8-ci maddələri).
30. Nəzərə alınmalıdır ki, hazırda “Elektron məhkəmə” informasiya sistemində məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsinə dair məlumatların SMS xəbərdarlı q vasitəsilə, ünvan sahibinə çatdırılması imkanları mövcud deyildir. Elektron poçtla bağlı isə qeyd edilməlidir ki, elektron kabinet yaradılarkən, kabinet sahibi tərəfindən təsdiq edilmiş elektron ünvan (e-mail) göstərildiyi təqdirdə, həmin informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatı müvafiq elektron ünvana göndərmək funksionallığına malikdir.
31. Kassasiya instansiyası məhkəməsindəki birinci icraatzamanı qəbul edilmiş qərarda da qeyd olunduğu kimi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın Vəkil3 elektron poçt, SMS və s. vasitəsilə çatdırılması təmin edilməmişdir (bax yuxarıda §10).
32. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, qətnamə Vəkil 3 ilə yanaşı, həmçinin 2021-ci il 21 aprel tarixində, saat 16:16-da MTK-nın digər nümayəndəsi olan Vəkil2 məxsus elektron kabinetə də yerləşdirilmişdir. Lakin Vəkil2Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli sərəncamı ilə hakim təyin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi isə 2021-ci il 13 aprel tarixində qəbul olunmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının prosessual müddətin bərpasına dair ərizəsinə hüquqi qiymət verilərkən, yuxarıda qeyd olunanlar nəzərə alınmamış, prosessual müddətin bərpasına dair ərizə təmin olunmamaqla, 133.1-ci maddənin tələbləri pozulmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin iddiaçıya rəsmi təqdim e dilməsinə dair işin materiallarına başqa sübutun əlavə edilməməsini nəzərə alır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. İddiaçı tərəfindən həmin məhkəmənin 2021ci il 13 aprel tarixli, 2-2(103)-343/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti MPM- nin 407-ci maddəsi ilə müəyyən edilmiş tələblərə (bax yuxarıda §27) cavab verdiyindən, həmin şikayət üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
35. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli 22(103)-3 43/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-343/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev