Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-339/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı icarə müqaviləsinin ləğv edilməsi, əmlakın qaytarılması və pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)245/2025 nömrəli qətnaməs indən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2023-ci il 16 iyun tarixli 16/0623P2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvə yə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. - 2.4-cü bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür. - 2.5-ci bəndinə əsasən, bütün vergilər icarəçi tərəfindən ödənilir. - 3.1.2-ci bəndinə əsasən, icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur. - 3.4.2-ci bəndinə əsasən, icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir. - 6.1-ci bəndinə əsasən, müqavilə 1 il müddətinə bağlanır. - 6.2-ci bəndinə əsasən, müqaviləyə xitam verilməsi ilə bağlı tərəflər birbirini xəbərdarlıq etməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış h esab edilir. 2. 2023-cü il 16 iyun tarixli 16/0623P2 nömrəli icarə müqaviləsinə 1 saylı əlavəyə görə, 3,85 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat müəyyənləşdirilmişdir. 3. 2023-cü il 16 iyun tarixli 16/0623P2 nömrəli icarə müqaviləsinə 2 saylı əlavəyə görə, 3,35 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat, 1,5 m dəmir dirəyin 1 ədədinin icarə haqqı 1 manat müəyyənləşdirilmişdir. 4. 2023-cü il 17 iyun tarixli 1 nömrəli təhvil-təslim aktına görə, İddiaçı MMC tərəfindən 3.000 ədəd 3,85 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir. 5. 2023-cü il 29 avqust tarixli 2 nömrəli təhvil-təslim aktına görə, İddiaçı MMC tərəfindən 1000 ədəd 3,35 m dəmir dirək və 300 ədəd 1,5 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir.
6. İddiaçı MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə arasında bağ lanan 2023cü il 16 iyun tarixli zaminlik müqaviləsinə əsasən zamin Qanuni nümayəndə 2023-cü il 16 iyun tarixli 16/0623P2 nömrəli icarə müqaviləsi ilə müəyyən edilmiş əsas öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. 7. 2023-cü il 17 iyun tarixindən 2023-cü il 28 sentyabr tarixinə kimi xidmətlər haqqında PR1469-2308 nömrəli akta görə, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 11.628,71 manat təşkil edir. 8. 2023-cü il 17 iyun tarixindən 2023-cü il 30 sentyabr tarixinə kimi xidmətlər haqqında PR1469-2309 nömrəli akta görə, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 15.206,27 manat təşkil edir. 9. 2023-cü il 1 noyabr tarixindən 2023-cü il 30 noyabr tarixinə kimi xidmətlər haqqında PR1469-2311 nömrəli akta görə, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5.074 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC (bundan sonra – “MMC”) və Qanuni nümayəndə (bundan sonra – “Qanuni nümayəndə”) (bundan sonra birlikdə – "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə MMC arasında bağlanmış 2023-ci il 16 iyun tarixli 16/0623P2 nömrəli icarə müqaviləsinin (bundan sonra – “icarə müqaviləsi) ləğv olunması, iddiaçı ilə MMC arasında bağlanmış icarə müqaviləsi və iddiaçı ilə Qanuni nümayəndə arasında bağlanmış 2023-cü il 16 iyun tarixli “zaminlik müqaviləsi” (bundan sonra – “zaminlik müqaviləsi”) əsasında icarə haqqından yaranmış 47.619,81 manat məbləğində pulun, cavabdehə təqdim olunmu ş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4.000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 100.000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 6.000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin göstərilən halları ilə (bax §1-6) əsaslandırılmış və əlavə bildirilmişdir ki, Qanuni nümayəndə iş üzrə mübahisələndirilən avadanlıqları Beyləqan rayonunda şəhərin girişində yeni ticarət mərkəzinin tikinti sahəsinə aparmış və orada istifadə etmişdir. 2024-cü il 30 iyun tarixədək MMC-nin ödənilməmiş 47.619,81 manat icarə (həmçinin daşın ma) haqqı borcu yaranmış və təhvil verilmiş 106.000 manat dəyərində olan avadanlıqlar geri qaytarılmamışdır. Hazırda cavabdehlərin qeyd olunan icarə (həmçinin daşınma) və zaminlik müqavilələri üzrə iddiaçıya 47.619,81 manat məbləğində borcu yaranmışdır. Hər iki cavabdehə müqavilələr üzrə üzərlərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır.
12. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, tərəflər arasında bağlanmış müqavilələr əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 47.619,81 manat məbləğində pulun, cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4.000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri – 100.000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri 6.000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 oktyabr tarixli e-2-2(113)5628/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 47.619,81 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilmiş, MMC-yə təhvil verilmiş 1000 ədəd 3,35 metr ölçülü, 3000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq iddiaçıya geri qaytarılmış, cavabdehlərdən birgə qaydada 300 manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi ola raq 137,52 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmuşdur (hakim – Z.Axundova).
14. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına görə, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, MMC müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus əmlakı cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını (eyni zamanda müqavilədə nəzərdə tutulmuş daşınma xərcləri) ödəməmişdir. Eyni zamanda iddiaçı, MMC və Qanuni nümayəndə arasında bağlanan zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Qanuni nümayəndə icarə müqaviləsi ilə müəyyən edilmiş əsas öhdəliklərin yerinə ye tirilməsini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərdən 47.619,81 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş etmişdir.
15. İddiaçı məhkəmə iclasında verdiyi izahatında tələb olunan məbləğə ƏDV məbləğinin daxil edilmədiyini bildirmişdir. İddiaçı məhkəməyə hər iki tərəfin təsdiq etdiyi 3 akt təqdim etmişdir. Həmin aktlar üzrə ƏDV-siz məbləğ 27.041,51 manat (9.854,84+12.886,67+4300=27.041,51) təşkil etmiş və 2023-cü il 30 noyabr tarixinədək olan dövrü əhatə etmişdir. İddiaçının nümayəndəsi verdiyi izahatında növbəti aylar üçün aktların cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən imzalanmadığını bildirmişdir. İddiaçı 2024-cü il 30 iyunadək yaranmış borcun tutulmasını xahiş etmişdir (aylıq icarə haqqı 4.300 manat təşkil etmişdir). İddiaçının nümayəndəsi əslin də icarə haqqı məbləğinin daha çox olduğunu, lakin bəzi hallar nəzərə alınaraq, cavabdehə güzəşt etdiklərini və tələbdə qeyd olunan məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddia tələbində qeyd olunan əmlakların cavabdehə təhvil verilməsi (ümumilikdə 4.300 ədəd dirək) təhvil-təslim aktları ilə öz təsdiqini tapmış və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən, iddiaçı həmin tələbi cavabdehlərə qarşı irəli sürməkdə haqlı olmuşdur.
16. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin icarə müqaviləsi və zaminlik müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehlərdən birgə qaydada 47.619,81 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
17. İddiaçının tələbi il əlaqədar məhkəmə qeyd etmişdir ki, 2024-ci il 8 iyul tarixli pretenziya məktubunda müqavilənin 1.1-ci və 3.4.2-ci bəndlərinin şərtləri cavabdehin diqqətinə çatdırılmış, həmçinin əlavə olunan ərizədə və 2024-cü il 26 iyul tarixli məktubda müqavilənin ləğvi tələbi də öz əksini tapmışdır. Eyni zamanda göndərilən xəbərdarlıqlarda pul tələbi ilə yanaşı, əmlakların da geri qaytarılması tələb olunmuşdur ki, bu da əslində iddiaçının cavabdehlə müqavilə münasibətlərinin davam etdirilmək niyyətində olmaması, müqavilədən imtina etmək niyyəti kimi qəbul edilməlidir.
18. Tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına əsaslanaraq məhkəmə qeyd etmişdir ki, MMC-yə təhvil ve rilmiş 1.000 ədəd 3,35 metr ölçülü, 3.000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı hazırda bütün əmlakların yerində olduğunu bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən dirəklərin dəyəri ilə bağlı sübut təqdim edilməmiş, ekspertizanın təyin edilməsinə isə zərurətin olmadığını bidirmişdir. Ona görə də, dirəklər olmadığı təqdirdə onların dəyərinin MMC-dən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 447.1, 448.1, 470, 472, 697.1, 700.1 və 700.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 107, 119.1 və 121.1 istinadla əsaslandırmışdır.
20. Cavab deh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddianın təmin olunan hissəsində ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-245/2025 nömrəli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – F.Abdıyev və T.Mahmudova).
22. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh MMC apellyasiya şikayətində iddiaçının xidmətlərini təsdiq edən 3 ədəd aktlardakı imzanın cavabdeh hüquqi şəxsin qanuni təmsilçisinə aid olmamasını və həmin aktlarda qeyd edilən məbləğlərin düzgün hesablanmamasını mübahisələndirmişdir.
23. Apellyasiya məhkəməsi həmin dəlilləri əsassız hesab edərək, qeyd etmişdir ki, iş materiallarında olan aktlardakı (bax §7-9) imzanın cavabdeh tərəfindən yerinə yetirilməməsi üçün şübhə mövcud deyil. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində dəfələrlə keçirilən məhkəmə iclasları barədə məlumatlı olsa da, iştirak etməmiş, iddiaya etiraz etməmiş, elektron kabinetə belə şikayətdə göstərdiyi dəlili mülahizə və ya etiraz formasında iradə ifadəsini nümayiş etdirməmişdir. Bu dəlilin yalnız apellyasiya icraatında irəli sürülməsi, qeyd edilən aktlarda cavabdehin möhürünün olması onu göstərmişdir ki, imzanın həqiqiliyinə dair şübhə və ya aldatma halları mövcud deyil və ona görə də həmin aktlarda göstərilmiş məbləğlər barədə cavabdehin razılığı olmuşdur. Cavabdeh tərəf bu məbləğlərin düzgün hesablanmasını da məhkəmədə mübahisələndirməmişdir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 700.1, 700.2, 704.1 və 706.1-ci, MPM-in 14.2, 77.1, 88 və 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 385, 386.1, 442, 447.1, 448.1, 470, 472, 697.1, 700.1 və 700.2-ci maddələri üzrə - apelyasiya instansiyası məhkəməsinin istinad etdyi aktlardakı (bax §7-9) imza cavabdeh MMC-nin qanuni təmsilçisinə və ya digər səlahiyyətli nümay əndəsinə aid deyil və həmin aktlar MMC-yə təqdim olunmamışdır. İddiaçını təmsil edən şəxslər başqa sənədlərin arasına sözügedən aktları qoymuş və nəticədə həmin aktlara MMC-nin möhürünün vurulmasına nail olmuşlar. Qeyd olunan xüsusatın araşdırılması və həqiqətin aşkara çıxarılması yalnız iş üzrə məhkəmə-xəthşünaslıq ekspertizasının təyin oulunması yolu ilə mümkün ola bilər. İcarə müqaviləsinin 2.3-cü bəndinə əsaslanaraq cavabdeh MMC qeyd etmişdir ki, icarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. İddiaçının məhkəməyə təqdim etdiyi 1 nömrəli və 2 nömrəli aktlara görə, avadanlıqlar 2023-cü il 17 iyun və 2023-cü il 29 avqust tarixlərində təhvil verildiyindən, aylıq icarə haqqı da həmin tarixlərdən hesablanmalıdır. Həmin qaydada hesablama aparıldıqda ödənilməmiş icarə haqqı 19.593 manat müəyyən ounmuşdur. Odur ki, apellyasiya instansiya məhkəməsi həmin hesblamalarda da səhvə yol vermiş və təqdim olunmuş aktlara əsasən icarə haqqının məbləğini düzgün müəyyən etməmişdir. Məhkəmə icarə haqqının düzgün müəyyən etməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməli idi.
27. MPM-in 4.1, 9, 76, 77, 86, 217 və 385.1-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehlərin verdiyi sübutlara hər hansı münasibət bildirməmiş, həmin sübutları nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxış ının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülk i Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kiray əçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə
704. İcarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir....” “Maddə
706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər....”
32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, tərəflər arasında 2023-cü il 16 iyun tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 MMC icarəyə götürdüyü avadanlıqları istifadə etmək və qarşılığında müəyyən olunmuş icarə haqqını vaxtında ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin müvafiq bəndlərində icarə haqqının müəyyən edilmə üsulu və ödəniş şərtləri konkret şəkildə göstərilmiş, eləcə də avadanlığın icarəyə verilməsi və istifadə üçün təqdim olunması proseduru dəqiqliklə tənzimlənmişdir.
35. Kassasiya şikayətində irəli sürülən əsas arqumentlərə cavab olaraq qeyd olunmalıdır ki, cavabdeh icarəyə verilmiş avadanlıqdan istifadə etmədiyini sübut edə bilməmiş və müqavilənin ləğv edilməs i tələbinin əsassız olduğunu təsdiqləyən sübutlar təqdim etməmişdir. Eyni zamanda, cavabdeh iddiaçının təqdim etdiyi sənədlərə – o cümlədən icarə müqaviləsinə, təhvil-təslim aktına və ödəniş sənədlərinə qarşı məzmunlu və əsaslı etirazlar irəli sürməmişdir.
36. Bundan əlavə, sübutetmə yükü Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq, müvafiq hüquqi nəticələrə istinad edən tərəfin üzərinə düşür. Bu baxımdan cavabdeh icarə müqaviləsinin şərtlərinin pozulduğunu və ya icarə münasibətlərinin faktiki olaraq yaranmadığını sübut etməli idi. Lakin belə sübutlar təqdim edilmədiyindən apellyasiya məhkəməsinin qənaəti düzgün hesab olunmalıdır.
37. Şikayətçinin digər arqumentləri də (məsələn, icarə predmetinin təqdim edilməməsi, müqavilənin ləğv edilməli olduğu barədə iddialar) apellyasiy a instansiyası tərəfindən ətraflı şəkildə araşdırılmış və yetərli hüquqi əsaslara istinad edilməklə rədd edilmişdir. Qətnamədə qeyd edildiyi kimi, icarə müqaviləsinin ləğvi yalnız ciddi əsaslar olduqda mümkündür və bu halda belə əsaslar sübut edilməmişdir.
38. Bundan başqa, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara ye nidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konst itusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə hüquqi mövqe tam əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilən dəlillər qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün hüquqi əsas yaratmır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-245/2025 nömrəli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.