Məhkəmə qərarları › İş №2-2(102)-341/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-341/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-341/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR 2-2(102)-341/2023 Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(104)-64/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 21 may tarixli 019 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC tərəfindən borcalan Cavabdeh2 60.000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh2 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 2. 2019-cu il 21 may tarixli 024 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 2019-cu il 21 may tarixli 019 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir.

3. Hüquqların d övlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 4. 2021-ci il 30 noyabr tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. Maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə banka əsas borc üzrə 48.516,09 manat, faiz borcu üzrə 4.220,27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53.401,27 manat məbləğində borcu vardır.

6. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 9 may tarixli, 0256/22 nömrəli ekspertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 82.000 manat, likvid dəyəri isə 70.000 manat qeyd edilmişdir.

7. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair 2022-ci il 7 sentyabr tarixli, ƏQ211/2022 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 95.650 manat, likvid dəyəri isə 83.540 manat qeyd edilmişdir.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2021-ci il 21 noyabr tarixli, 08234 nömrəli arayışının surətindən görünür ki, ilkin mediasiya zamanı 400 manat xərc çək ilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı "xxxx" ASC-nin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə 2019-cu il 21 may tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, iddiaçıya ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini n ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə 2019-cu il 21 may tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 48516.09 mana t, faiz borcu üzrə 4220.27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53401.27 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, iddiaçıya ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq s ahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 21 may tarixli 019 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 7 faiz olmaqla 36 ay müddətinə 60 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ilə iddiaçının Şəmkir filialı arasında bağlanılmış 2019-cu il 21 may tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus (2019-cu il 2 4 yanvar tarixli, **********21-10301 reyester nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə İpoteka ilə yüklü edilmişdir və yüklülük 2019-cu il 22 may tarixli ********** qeydiyyat nömrəsi çıxarışa əsasən qeydiyyata alınmışdır. Bununla yanaşı, cavabdeh, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə iddiaçının kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehə kreditin və ona hesabla nmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. İddiaçının Şəmkir filialı tərəfindən təqdim edilmiş 2021-ci il 20 dekabr tarixli maliyyə arayışlarına əsasən, 2021-ci il 20 dekabr tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 48.516.09 manat, faiz borcu 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat təşkil edir. Cavabdeh kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.

12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbayca n Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.6, 385.1, 442, 448.1, 448.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci maddələrinə istinad etmişdir.

13. Cavabdehlər iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdirlər ki, götürülən kredit məbləği təyinatı üzrə xərclənmişdir. Məlum Covid-19 pandemiyası ilə əlaqədar olaraq ölkədən giriş-çıxışa məhdudiyyət qoyulduğundan məhsulun çoxu xarab olmuşdur. Buna baxmayaraq çətinliklə olsada 2021-ci ilin aprel ayına qədər ödənişlər edilmişdir. Konkret olaraq bu günədək iddiaçıya olan borcdan 17.652 manat ödənilmişdir. 2021-ci ilin əvvəli əkilən pomidor xəstəliklə əlaqədar məhsul vermədiy indən kredit ödənişi olunmamışdır. 2021-ci ildə küllü miqdarda ziyan olmuşdur. Bu səbəbdən kredit ödənişi olunmamışdır. Buna baxmayaraq, cavabdehlər iddiaçıya olan borcu ödəməkdən yayınmır. Sadəcə cavabdehlərdən asılı olmayan səbəblərə görə ödəniş edilməmişdir. 2022-ci il üçün kartof əkilmişdir. Mart ayının sonu aprel ayının əvvəli məhsulu yığıb sataraq iddiaçıya olan borcdan minimum 7-8 min manat ödəniləcək. Cavabdehlər qərəzli şəkildə kredit ödənişindən boyun qaçırmır. Belə bir vəziyyətdə əmlakın hərraca çıxarılması yolverilməzdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 14 mart tarixli, e-2-2(115)-382/2022 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. 15. "xxxx" MMC-nin 2022-ci il 9 may tarixli, 02-56/22 saylı ekspert rəyinə əsasən, fərdi yaş ayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, evin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndi, Xanlar küçəsində yerləşən 36 nömrəli evin 0,07 ha torpaq sahəsi ilə birlikdə bazar və likvid dəyəri 2022-ci il 9 may tarixinə bazar dəyəri 82.000 manat, likvid dəyəri isə 70.000 manat təşkil etmişdir.

16. Daha sonra cavabdehlər vəsatət verərək, ünvan 2-ya dair (0.07 ha torpaq sahəsi ilə birlikdə) təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər.

17. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyul tarixli, e-2-2(115)382/2022 saylı qərardadı ilə iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası tə yin edilmişdir. 18. "xxxx" MMC-nin 2022-ci il 7 sentyabr tarixli, ƏQ-211/2022 saylı ekspert rəyinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndi, Xanlar küçəsində yerləşən 36 nömrəli evin 0,07 ha torpaq sahəsi ilə birlikdə bazar və likvid dəyəri 2022-ci il 7 sentyabr tarixinə bazar dəyəri 95.650 manat, likvid dəyəri isə 83.540 manat təşkil etmişdir.

19. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 26 oktyabr tarixli, e-2-2(115)-382/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 2019-cu il 21 may tarixli 019 saylı kredit müqaviləsi üzrə 48.516,09 manat əsas borc, 4.220,27 manat faiz borcu, 269,53 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış faiz borcu, 95,38 manat cərimə borcu, olmaqla, cəmi 53.101,2 7 manat borc, 400 manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbi likvid dəyəri 83.540 manat olan Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 2 ünvanında yerləşən 179.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, iş üzrə ümumi 400 manat ekspertiza xərci Cavabdeh2 tutularaq odənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sərdlik edən hakim – K.Vəliyev).

20. Birinci instansiya məhkəməsi iddia tələbinin penya – yəni dəbbə pulu məb ləğinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan mad dələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanu nvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasın a uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq MM-in 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. MM-in 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərər in əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, MM-in 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Yəni dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, MMin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddən in tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.

21. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd etmişdir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmamışdır.

22. Məhkəmə bu qənaətini MM-in 460.1, 462.1, 463.1, 463.2, 467, 3 85.1, 386.1, 389.1, 421.1, 421.2, 424.2, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 319.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 124.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 2022-ci il 5 noyabr tarixində rəsmi olaraq çatdırılmışdır.

24. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 26 oktyabr tarixli, e-2-2(115)-382/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbi üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2023-cü il 25 yanvar tarixli, 2-2(104)-64/2023 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommesiya Məhkəməsinin 2022-ci il 26 oktyabr tarixli 2-2(115)382/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

26. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 21 may tarixli 019 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 7 faiz olmaqla 36 ay müddətinə 60 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ilə iddiaçının Şəmkir filialı arasında bağlanılmış 2019-cu il 21 may tarixli İpoteka müqaviləsinə əsasən sonuncu ya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə İpoteka ilə yüklü edilmişdir və yüklülük 2019-cu il 22 may tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir.

27. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 21 may tarixli 019 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 60.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab etmişdir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd etmişdir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilmişdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmamışdır. Cavabdeh2 395,38 manat cərimə hesablamış, lakin birinci instansiya məhkəməsi cərimə məbləğinin azaldaraq 95,38 manat müəyyən etmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamə ilə həmin hissədə də razılaşmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, c avabdehlərdən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi dəlili ilə bağlı bildirmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil 2022-ci il 26 oktyabr tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbinin qismən qəbul etdiklərini və əmlakın hərraca çıxarılması hissəsində iddianı qəbul etmədiklərini bildirmiş, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi apellyasiya şikayətinin həmin dəlili də əsassız olmaqla cavabdehin formal mülahizəsi he sab olunmuşdur.

29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4, 462.3, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36.2, 39.3, 39.3.3, 59.3-cü maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 25 fevral tarixində cavabdehlərə rəsmi olaraq çatdırılmışdır.

31. Cavabdeh1 2023-cü il 19 aprel tarixində kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-64/2023 saylı, 2023-cü il 25 yanvar tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılmasına görə apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

32. MM-in 385.1, 442, 448.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh2 maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı iddiaçıya olan aylıq kredit faizini ödəmək iqtidarında olmamışdır. İddiaçı isə ona cavabdeh tərəfindən 90 gündən artıq müddətdə faiz borcunun ödənilmədiyi halda faizləri dayandırmamışdır. Onun bu hərəkətsizliyi isə Milli Bankın “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydaları”nın 2.2-ci maddəsinə ziddir. Belə ki, həmin qaydalara əsasən kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırmalıdır. Məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, cavabdeh heç bir səbəb olmadan ödəniş etməmişdir. Bununla bağlı qeyd olunmuşdur ki, cavabdeh iddiaçının iddia ərizəsinə qarşı etirazında da qeyd etmişdir ki, pandemiya dövründə yolların bağlı olması ilə əlaqədar əlində olan malları ölkədən kənara çıxarda bilməmişdir. Bunun da nəticəsində məhsulu batmışdır. Həmçinin daxili bazarda da tələbat yüksək olmadığından məhsulu zay olmuş və bunun da nəticəsində gəlir əldə edə bilmədiyinə görə iddiaçıya ödəniş edə bilməmişdir.

33. Bununla belə məhkəmə, iddiaçının hesabına ödədilmiş kredit məbləğlərini ümumi borcdan çıxmamışdır. İddiaçı da bu barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş bank qəbzlərindən görün ür ki, cavabdeh tərəfindən iddiaçının hesabına ayrı-ayrı vaxtlarda, 3 dəfə (1000AZN, 1000AZN və 3000AZN) cəmi 5000 manat pul vəsaiti ödənilmişdir. Bu barədə iddiaya qarşı olan etirazda da qeyd olunmuşdur.

34. MPM-in 220.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Belə ki, 90 gündən artıq faiz borcu ödənilmədiyi halda iddiaçı tərəfindən cavabdehlərə şişirdilmiş faiz və cərimə məbləği hesablanmışdır. Bu barədə apellyasiya şikayətində qeyd edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş olunsa da, lakin məhkəmə kollegiyası tərəfindən xahişə heç bir münasibət bildirilməmişdir.

35. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialar a baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” № 02/2022 saylı, 2022-ci il 14 iyun tarixli qərardadında qeyd olunmuşdur ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Lakin işə baxmış məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin həmin qərardadındakı tövsiyələrə əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki h alları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi “317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsa slanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməs i anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün bor clunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliy inin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 41. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi...” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümləd ən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşm ası əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdə lik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(104)-64/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Milli Bankın “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”a əsasən, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək faizlərin hesablanmasını dayandırmalıdır. Cavabdeh pandemiya dövründə yollar bağlı olduğundan əlində olan malları ölkədən kənara çıxara bilməmiş, daxili bazarda tələbat az olduğundan məhsul xarab olmuş və gəlir əldə edə bilməyərək iddiaçıya ödəniş edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehlərə şişirdilmiş faiz və cərimə m əbləği hesablanmış, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi xahiş olunsa da, məhkəmə belə ekspertizanı təyin etməmişdir.

45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətində göstərilən Qaydalara istinad olunması anlaşılan olmamışdır. Belə ki, kassasiya şikayətində tarixi və nömrəsi qeyd olunmayan istinad olunan Qaydalar Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 2000-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş, 2000-ci il 20 sentyabr tarixdən qüvvəyə minmiş və Azərbaycan Respublikası Mərkəzi X2 2013-cü il 18 dekabr tarixli Qərarı ilə ləğv edilərək 2014-cü il 1 fevral tarixdən qüvvədən düşmüşdür. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. H azırkı halda isə tərəflər arasında mübahisəli hüquq münasibətləri 2019-cu il tarixdə yarandığından, həmin tarixdə isə kassasiya şikayətində istinad olunan Qaydalar artıq qüvvədə olmadığından, kassasiya şikayətinin göstərilən dəlili də əsaslı olmamışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı hüquqi qiymətləndirməsi və gəldiyi nəticə isə qanuni və əsaslı olmuşdur.

47. Belə ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

48. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsas ən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

49. İşdən göründüyü kimi cavabdehin kredit borcu tərəflər arasında onların iradə ifadələrini əks etdirən kredit müqaviləsindən irəli gəlmiş, cavabdeh borc öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə banka əsas borc üzrə 48.516,09 manat, faiz borcu üzrə 4220,27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269,53 manat, cərimə borcu üzrə 395,38 manat məbləğində borcu olmuşdur.

50. MPM-in 97.1-ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məh kəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

51. Hazırkı halda, işdən göründüyü kimi cavabdehin əsas və faiz borcu iş materiallarında olan maliyyə arayışında öz əksini tapmış və həmin borcların təkrar olaraq hesablanması üçün xüsusi bilik tələb edən ekspert rəyinin əldə olunmasına zərurət yaranmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin faiz borcunun müəyyən edilməsi üçün ekspertizanın keçirilməməsinə dair dəlili əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin isə belə ekspertizanı təyin etməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz.

52. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, cavabde hlərin vəkili 2022-ci il 26 oktyabr tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini qismən qəbul etdiklərini və əmlakın hərraca çıxarılması hissəsində iddianı qəbul etmədiklərini bildirmişlər. Göründüyü kimi hazırda kassasiya şikayəti ilə mübahisələndirilən cərimə məbləği əslində cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə verilmiş ərizə ilə iddianın qismən qəbul olunduğu hissəsinə daxil olmuşdur. 53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin əqdin etibarlı olub-olmaması məsələsinə dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin etibarsızlığı hazırkı mübahisənin predmeti olmamış, habelə cavabdehlər tərəfindən əqdin mübahisələndirilməsinə dair hər hansı sübutlar iş materiallarında müəyyən olunmamışdır.

55. Kassasiya şikayətində həmçinin şikayətə əlavə edilmiş bank qəbzlərinə istinadla iddiaçının hesabına ümumilikdə 5000 manat pul vəsaitinin ödənildiyi də vurğulanmışdır.

56. Məhkəmə kollegiyası göstərilən dəlilə münasibətdə qeyd edir ki, MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).

57. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələ ri).

58. Bununla belə, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. (MPM-in 184.1-ci maddəsi).

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlilinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 60. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunu n tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM- nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Beləliklə, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(104)-64/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 kass asiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(104)-64/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar