Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-341/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1nın cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddətinin əlavə tələblərə (ipoteka və s.) tətbiqi, iddia müddəti fərdi müdafiə vasitəsi kimi, apellyasiya baxışının hədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı X1nın cavabdehlər Cavabdeh2 MMC, Cavabde h3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-160/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. X1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli ***nömrəli kredit müqaviləsinə əsasən, borcalan bankdan 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 85.000 manat məbləğində kredit götürmüşdür.
2. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təmin edilməsi məqsədilə 2009-cu il 15 iyul tarixli x nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh4 Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ s ahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi (bundan sonra – ipoteka predmeti olan əmlak) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 2010-cu il 18 oktyabr tarixli razılaşmada qeyd edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən 2009-cu il 15 iyul tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və Bankla MMC arasında 2010-cu il 18 oktyabr tarixində 85.000 manat məbləğinə 36 ay müddətinə yeni kredit verilməsinə dair müqavilə imzalanmışdır. Hazırkı razılaşma ilə ipoteka saxlayan və ipoteka qoyan razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış 2009-cu il 15 iyul tarixli x saylı ipoteka müqaviləsinin müddəti 2010-cu il 18 oktyabr tarixli ***saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunma sı tarixinə qədər uzadılır. Razılaşma dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka predmeti olan əmlaka dair Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Sonuncu kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təmin edilməsi məqsədilə X1 ilə Cavabdeh1 arasında 2010-cu il 18 oktyabr tarixli 110 nömrəli zaminlik müqaviləsi də bağlanmışdır.
5. X1 tərəfindən ipoteka qoyan Cavabdeh4 Qüdrət oğluna ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və bildiriş dövlət reyestrində qeydiyyata qeydiyyata alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı X1 (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 (bundan sonra “Cavabdeh1”) və Cavabdeh4 Qüdrət oğluna (bu ndan sonra “Cavabdeh4”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, 2013-cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 2022-ci il 4 may tarixindən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin aç ıq hərracdan satılması, borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma ipoteka predmetinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin bağ evindən çıxarılmaları, bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər borcalan və zaminlər tərəfindən pozulmuş, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar və nəticədə iddiaçıya tələbdə qeyd olunan məbləğlərdə borc yaranmışdır. Ona görə də, həmin borc cavabdehlərdən müştərək qaydada tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.
8. Cavabdeh4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən, iddiaçı 90 gün ərzində faiz və digər hesablamaları hesablayaraq məhkəməyə müraciət etməli idi. İddiaçı isə faiz hesablamalarını 90 gün müddətində, 13 il ərzində hesablayaraq qanunun tələblərini pozmuş, müqavilədən kənar qanunsuz 43.000,73 manat faiz borcu yaratmışdır. Bundan əlavə, iddiaçı tərəfindən 13 il sonra məhkəməyə müraciət edilərək, müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti də ötürülmüşdür. Ona görə də, məhkəmə tərəfindən idd ia müddətinin tətbiq edilməsi əsası ilə iddia ərizəsi rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi üzrə 2022-ci il 4 avqust tarixli ƏEM/A 17-537/22 nömrəli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin 2022-ci il 4 avqust tarixinə likvid dəyəri 118.000 manat, bazar dəyəri 131.000 manat müəyyən edilmişdir.
10. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli, 9/4989 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2010-cu il 18 oktyabr tarixli, ***saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaq la 2013-cü il 18 oktyabr tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62.697,09 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 43559,15 manat, fazi borcu üzrə 19137,95 manat. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına müvafiq olaraq illik 5%-lə hesablanmalı olan məbləğlə bağlı tədqiqat zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən 2013-cü il 18 oktyabr tarixindən sonrakı dövrdə ümumilikdə 4000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda 2010-cu il 18 oktyabr tarixli kredit müqaviləsi üzrə 2013cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, MMC-nin Banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 2022-ci il 5 yanvar tarixinə əsas kredit borcu 43559,15 manat, faiz borcu 33027,44 manat; 2022-ci il 4 may tarixinə əsas kredit borcu 43559,15 manat, faiz borcu 33747,38 manat.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(113)-78/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsum u olmaqla, cəmi 77.751,53 manat məbləğində pulun tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir (hakim Z.Axundova).
12. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirmiş və gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuş, bank qarşısında icra edilməmiş borc öhdəlikləri qalmışdır. Ona görə də, cavabdehlərdən müştərək qaydada qətnamənin nəticəsində qeyd edilən məbləğlərdə əsas borc, müqavilə müddəti üçün faiz borcu və müqavilə müddətindən sonra illik 5%-lə hesablanmış məbləğ tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir.
13. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə 2010-cu il 18 oktyabr tari xində bağlansa da, MMC tərəfindən 2021-ci il 24 aprel tarixində 3000 manat, 2021-ci il 25 iyun tarixində isə 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 4 may tarixində məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən 2021-ci il 25 iyun tarixində iddiaçının hesabına ödənişin edil məsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, tutma 2009-cu il 15 iyul tarixli X nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 2010-cu il 18 oktyabr tarixli dəyişiklik edilməsinə dair razılaşmaya əsasən ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılmalı, ipoteka predmetinin ilkin satış qiyməti əmlakın qiymət ləndirilməsi haqqında rəy nəzərə alınmaqla 118.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılmalı, əmlak boşaldılaraq təhvil verilməlidir.
15. İpoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan, hazırkı mərhələdə məhkə mə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın, eləcə də kimliyi məlum olmayan digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269, 270.1, 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 470, 472 və 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1, 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, 2018-ci il 28 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır.
17. Cavabdeh4 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ipoteka qoyan Cavabdeh4 aid olan hissədə ləğv edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2010-cu il 18 oktyabr tarixli kredit müqaviləsinin müddəti 2013-cü il 18 oktyabr tarixində bitir və həmin tarixə də iddia müddəti buraxılmış hesab edilir. Məhkəmə isə iddia müddətinin ötməsi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, xəstə olmağı barədə məhkəməyə teleqram vurularaq onun iştirakının təmin edilməsi üçün məhkəmənin başqa vaxta təxir ə saslınması xahiş edilmiş, lakin məhkəmə bu teleqramı da nəzərə almamış və nəticədə iş hərtərəfli, obyektiv və tam araşdırılmamışdır. Bundan əlavə, ipoteka müqaviləsinə xitam veriməsi barədə vəsatət verilmiş, lakin məhkəmə bunu da nəzərə almamış və münasibət bildirməmişdir. Həmçinin ipoteka predmetinin qiymətinin 2023-cü il üçün yüksək olduğunu nəzərə alınaraq, əmlakın və torpağın qiymətləndirilməsi məqsədi ilə ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi əmlakın dəyərlədirilməsi hissəsində qeyri-realdır. Hal-hazırda torpağın və əmlakın dəyəri dəfələrlə xeyli yüksəkdir. Bundan əlavə, məhkəmədə kreditin hansı hissəsinin ödədiyini, əsas və faiz borc dəqiq müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2023-ci il 8 iyun tarixli 2-2(103)-545/2023 nömrəli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən iddianın qismən təmin edildiyini, lakin apellyasiya şikayətinin yalnız Cavabdeh4 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd etmişdir ki, qətnamənin əsaslığı yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlanılır və iddia həmin hissədə rədd edilməlidir.
21. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 2013-cü il 18 oktyabr tarixində başa çatmışdır. Hazırkı iddia ərizəsi isə 2022-ci il 4 may tarixində, yəni 2013-cü il 18 oktyabr tarixindən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. Halbuki, müqavilə tələbləri üzr ə iddia müddəti üç ildir.
22. Göründüyü kimi, iddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 2013-cü il 18 oktyabr tarixindən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir. MMC tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 2021-ci il 25 iyun tarixində 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz. Belə ki, MM-nin 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikd ə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM-nin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.
23. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş və Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Sonuncu ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, MM-nin 323-1-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə q ətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki hazırkı apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.
25. Apellyasiya məhkəməsi bu qənaətini MM-nin 323-1, 373.2, 375.2, 376, 379.1, 380.1 və 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına istinadla əsaslan dırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(102)-556/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – B.Qəribov, E.Şamayev).
28. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, baxılan işdə birinci instansiya məhkəməsinin qətn aməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq, qətnaməni həm də, kredit borcunun tutulması hissəsində yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddətini tətbiq etmişdir.
29. Bundan əlavə, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən başqa, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə heç bir hüquqi qiymətləndirmə aparmamışdır. ç) Apellyasiya instans iyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-160/2024 nömrəli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmeti olan Cavabdeh4 məxsus ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarı lması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim X.Mərdanova, hakimlər E.Həsənov və S.Bəhrəmzadə).
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd etmişdir ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
32. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 2013-cü il 18 oktyabr tarixində başa çatmışdır. İddia ərizəsi isə 2022-ci il 4 may tarixində, yəni 2013-cü il 18 oktyabr tarixindən hesa blanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir.
33. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, qətnamə kredit borcunun tutulması hissəsində yoxlanmayaraq aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddəti tətbiq edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, qətnamə həmin hissədə hələ qanuni qüvvəsini almamışdır. Çünki qətnamənin ümumilikdə qanuni qüvvəsinin alması hazırkı tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə verilən hüquqi qiymətdən asılıdır.
34. İddiaçı MM-nin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etsə də, cavabdehin 2013-cü il 18 oktyabr tarixindən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, onun iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ MM-nin 323-1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
35. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən nə iddia müddətinin tətbiq edilməsi barədə ərizə, nə də qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissə sində mübahisələndirilmişdir. Buna görə də, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi hazırkı apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.
36. Məhkəmə apelyatorun tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd etmişdir ki, işin yuxarıda qeyd olunan halları və MM-nin 376 və 375.2-ci maddələrinin tələblərini nəzərə alaraq tutm anın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd olunduğu üçün apellyatorun digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur. Belə ki, apellyator şikayətində qətnamənin ipoteka qoyan kimi özünə aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul ediliməsini xahiş etmişdir ki, tələbin ona aid hissəsinə də iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Apellyatorun tələbi də məhz buna yönəlmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi digər göstərişlərlə bağlı qeyd etmişdir ki, MPMnin 233.1-ci maddəsinin dispozisiya şərtlərinə görə məhkəmə qətnaməsi ondan şikayət verilmədiyi halda qanuni qüvvəyə minir. Qətnamənin qismən mübahisələndirilməsi isə mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi anlamına gəlmir. Belə ki, MPMdə belə qayda müəyyən edilməmişdir. Bundan əlavə, MPM-nin 372.6-cı maddəsindən müəyyən edilir ki, qətnamənin əsaslılığı qismən mübahisələndirildiyi halda belə, apellyasiya instansiyası məhkəməsi mübahisənin predmetini bölünməz hesab edərək qətnamənin əsaslığını tam yoxlaya bilər. Həmçinin, MPM-nin 387.2-ci maddəsində müəyyən edilən prosessual normaların kobud pozulması hallarında da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilir. Qeyd olunan maddələr bir daha təsdiq edir ki, qətnamənin qismən mübahisələndirilməsi mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi ilə nəticələnmir.
38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 323-1, 373.2, 375.2, 376, 377.2, 380.1, 383-cü, MPM-in 233.1, 372.6, 387.2-ci maddələrinə və Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına istinadla əsaslandırmışdır.
39. İddiaçı təərfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 375.2-ci maddəsi üzrə - məhkəmə nəzərə almamışdır ki, öhdəliyin icrası üçün müəyyən edilmiş müddətin keçməsi özü-özlüyündə həmin öhdəliyin xitamına səbəb olmur. Hazırkı işdə cavabdeh üç illik iddia müddətindən sonra da, yəni xitam verilməmiş öhdəliyini qi smən də olsa yerinə yetirməkdə davam etmiş, başqa sözlə, iradəvi xarakterli hərəkət edərək borcun qismən ödənilməsini həyata keçirmişdir. Nəzərə alınsa ki, iddia müddətinin tətbiqi yalnız tərəfin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər və həmin müddət kəsiyində iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ümumiyyətlə mübahisə yaranmamışdır, əksinə borclu bu müddətdən sonra da öhdəliyin icrasına yönəlmiş hərəkətlər etmişdir. İş materiallarından da göründüyü kimi, borcalan tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Kredit müqaviləsi “borcverən” (hazırkı halda iddiaçı) və "xxxx" (cavabdeh MMC) arasında bağlanmışdır və ipoteka qoyan Cavabdeh4 kredit müqaviləsi nin tərəfi deyil.
41. MM-in 380-ci maddəsi üzrə - cavabdeh MMC tərəfindən 2021-ci il 22 aprel tarixində 3000 manat və 2021-ci il 25 iyun tarixində 1000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi, hazırkı halda MM-in 380-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir və məhkəmənin iddiaçı tərəfindən bunu təsdiq edən sübutların təqdim edilməməsini bildirməsi hüquqi nöqteyi-nəzərdən qəbuledilməzdir. O cümlədən, apellyasiya məhkəməsi qərarında MM-nin 380 və 383-cü maddələrini qeyd etsə də, mövqeyini əsaslandırarkən bu normalara müraciət etməmişdir. Halbuki, məhkəmə bu müddəaları işin halları ilə qarşılıqlı şəkildə təhlil etməli və müvafiq məqamlara aydınlıq gətirməli idi.
42. MM-nin 389.1 və 399.1-ci maddələri üzrə - iddia müddəti kreditin qaytarılmasının t ələb edilməsi hüququ ilə bağlıdır və istənilən halda bu müqavilədən irəli gələn münasibətlərin subyekti Cavabdeh4 ola bilməz. Belə olan halda, kredit müqaviləsinin tərəfi olmayan şəxsin həmin müqavilədən irəli gələn mübahisə - kreditin qaytarılmasının tələb edilməsi üzrə MM-nin 375.2-ci maddəsində nəzərdə tutulan “mübahisə tərəfi” hesab edilmədiyi aşkardır. Cavabdeh4 yalnız ipoteka müqaviləsinin tərəfidir və yalnız özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn hüquq və öhdəliklərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər. Digər tərəfdən, öhdəlik hüququna aid olan kredit müqaviləsindən fərqli olaraq, ipoteka hüququ məhdud əşya hüququ olmaqla hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Qeyd edilən müddəa Konstitusiya Məhkəməsinin 2022-ci il 11 fevral ta rixli Qərarında da təsbit edilmişdir: “girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.” Göründüyü kimi, ipoteka qoyan məhdud əşya hüququ ilə yüklü etdiyi əmlak hüquqları barədə hər hansı iddia müddətinin ötürülməsi barədə tələb irəli sürə bilməz və bu barədə MM-nin 375.2-ci maddəsində nəzərdə tutulmuş ərizə verə bilməzdi.
43. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı işdə iddia bilavasitə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə deyil, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmuşdur. Yəni ilk növbədə məhkəmə borcun tutulmalı olması məsələsini həll etdikdən sonra tələbin ipoteka predmetinə yönəldilməsi məsələsini həll edir. Birinci məsələ borcun ödənilməsi ilə bağlı öhdəli klərin icrası vəziyyəti və s. məsələlər borc verənlə borc alanın dəlillərinə və təqdim etdikləri sübutlara əsasən həll edildiyindən, ipoteka qoyanın tərəf olmadığı müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizə verməsi və həmin ərizə əsasında iddia müddətinin tətbiq edilərək, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən belə çıxır ki, borclunun hüquqlarına aid olan məsələ onun iradəsi olmadan (iddia müddətinin tətbiqinə dair ərizə verilmədən, həmçinin borcun tutulmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədən) həll edilmişdir. Cavabdeh borcludan kredit borcunun, faizlərin və s. tutulması hissəsində qətnamə qüvvədədir ki, bu da həmi n tələb üzrə iddia müddətinin tətbiq edilmədiyinə dəlalət edir. Əks təqdirdə, iddia müddəti tətbiq olunmuş tələb təmin edilə bilməzdi. İpoteka qoyanın apellyasiya şikayətinin təmin olunaraq, iddianın ipoteka predmetinə tələb yönəldilməsi hissəsinin rədd edilməsi isə məhz iddia müddətinin tətbiqi ilə əsaslandırılır. Bundan əlavə, MM-nin 323-1-ci maddəsinə istinad etməklə həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqinin əsaslandırılması da düzgün hesab edilə bilməz. Belə ki, həmin maddə əmlakın mülkiyyətçisinin ipoteka saxlayana qarşı “qarşılıqlı tələbini”, xüsusi olaraq isə “pul öhdəliklərinin əvəzləşdirilməsi” və “tələbdən şikayətin verilməsi” ilə bağlı qarşılıqlı tələbi ehtiva edir. İddia müddətinin tətbiqinə dair ərizə isə qarşılıqlı tələb hesab edilə bilməz. Şərh edilənlər məhkəmə tərəfi ndən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir.
44. MPM-nin 217.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankla aksessor öhdəlikdən irəli gələn tələb üzrə cavabdehin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məlumdur ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Hazırkı halda, əsas öhdəliyə xitam verilməmişdir, əsas öhdəlik üzrə iddiaçı banka münasibətdə müqavilənin qarşı tərəfi yalnız borcalan MMC-dir, onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir və borcun tutulmasına (əsas öhdəliyin icrasına məcbur edilməyə) dair birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verilməmişdir.
45. MPM-in 420-ci maddəsi üzrə - işə yenidən baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərə ümumiyyətlə qiymət verməmiş, apellyasiya məhkəməsinin ləğv edilmiş əvvəlki qətnaməsi ilə eynilik təşkil edən qətnamə qəbul edərək, prosessual normanı pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
47. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 323-1. Mülkiyyətçinin ipotekaya dair etirazları Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipotek a saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiada n imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
387. Öhdəliyin tərəfləri 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur....”
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli qərarında müəyyən edilmişdir ki: “... ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qayd asında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.... əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir....”
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellya siya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....”
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli qərardadının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “... mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır... Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir.
54. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh MMC arasında sonuncuya 36 ay müddətinə 85.000 manat məbləğində kredit verilməsi barədə 2010-cu il 18 oktyabr tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi digər Cavabdeh4 məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. İddiaçı, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi əsası ilə 2022-ci il 4 may tarixində kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürciə t etmiş, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh4 (ipoteka qoyan) iddia müddətinin tətbiqi barədə ərizə vermiş, məhkəmə iddia müddətinin ötürülməməsi qənaətinə gəlməklə, iddianı qismən təmin etmişdir.
55. Cavabdeh4 (ipoteka qoyan) həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmiş və şikayətində iddia müddətinin ötürülməsi ilə yanaşı, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və kredit müqaviləsi üzrə əsas, faiz borcunun məbləği ilə bağlı dəlillər də irəli sürülmüşdür (bax bu qərarın 18-ci bəndi).
56. İşə birinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, qətnamənin əsaslığı yalnız «tutmanın ipoteka predmetinə yönəldilməsi» hissəsində yoxlanılır. 5
7. Məhkəmə bu hədlər daxilində yoxlama apararkən iddianın ipoteka predmetinə tutma yönəldilməsi (və bununla əlaqəli müvafiq tələblər) hissəsində rədd olunması nəticəsinə gəlmiş və gəldiyi qənaəti iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırki apellyasiya baxışının predmetinə aid məsələnin h əll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi hazırki apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.
58. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında bu qətnamənin qanuniliyini və əsaslılığını yoxlayan kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi apellyasiya baxışının hədlərindən çıxış edərək qeyd etmişdir ki, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq, qətnaməni həm də kredit borcunun tutulması hissəsində də yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddətini tətbiq etmişdir.
59. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası da apellyasiya baxışının hədlərini düzgün müəyyən etmədən, əvvəlki apellyasiya icraatının apellyasiya baxışının hədləri və gəldiyi nəticə ilə bağlı mövqeyini təkrarlamaqla, MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya məhkəməsinin göstərişlərini nəzərə almamışdır (bax bu qərarın 52 və 53-cü bəndləri).
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən tək rarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.
61. Məhkəmə kollegiyası, yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya baxışının hədləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh4 apellyasiya şikayətində qətnamənin yalnız «ipoteka predmetinə tutmanın yönəldilməsi» hissəsində ləğv edilməsini deyil, «ipoteka qoyan Cavabdeh4 aid hissədə» ləğv edilməsini xahiş etmişdir. İpoteka qoyana aid hissə dedikdə isə prosessual baxımından qətnamənin onun maraqlarına toxunan bütün hissələri nəzərdə tutulur ki, bu da təkcə ipoteka predmetin ə tutmanın yönəldilməsi hissəsi ilə məhdudlaşmır.
62. Belə ki, ipotekanın təminatı olduğu kredit müqaviləsi üzrə borcalandan tutulacaq kredit borcunun məbləği ipoteka predmeti olan əmlaka yönəldiləcək tutmanın miqdarını təşkil etdiyindən, həmin hissənin də ipoteka qoyanın maraqlarına toxunması istisna təşkil etmir. Hazırkı işdə Cavabdeh4 (ipoteka qoyan) tərəfindən apellyasiya şikayətində məhz həmin hissə ilə də bağlı dəlillər (əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsi barədə) irəli sürmüşdür.
63. İşə kassasiya qaydasında birinci dəfə baxan məhkəmə kollegiyası da apellyasiya şikayətinin bu dəlillərinə diqqət çəkərək vurğulamışdır ki, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və p rosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə də heç bir hüquqi qiymətləndirmə aparmamışdır.
64. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiyanın hədlərinin müəyyən edilməsində birinci dəfə yol verilən prosessual pozuntu təkrarlanmış və birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində yoxladığını göstərilmiş və bununla belə, yoxlamadığını qeyd etdiyi, əsas tələbə (kredit borcunun tutulması) aid hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, əlavə tələb kimi ipotekaya tutma yönəldilməsi hissəsində iddia müddətini tətbiq etməklə bu tələbi rədd etmişdir.
65. Halbuki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları nın “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il 14 oktyabr tarixli qərardadında da qeyd olunub ki,...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız m əhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun həm düzünə, həm də dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
66. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmaqla, ilk növbədə Cavabdeh4 (ipoteka qoyan) apellyasiya şikayətinin kredit borcunun məbləği ilə bağlı dəlilləri ilə bağlı da qiymətləndirmə aparılmalı, yalnız bundan sonra həmin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirilməlidir.
67. Əsas öhdəliklə bağlı əlavə öhdəlik üzrə iddia müddətinin keçib-keçməməsinin müəyyən edilməsi və iddia müddətinin tətbiqi məsələsinə baxılar kən nəzərə alınmalıdır ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (bax bu qərarın 49-cu bəndi).
68. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır.
69. Qeyd edilməlidir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə, tələbin iddia müddəti səbəbəindən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır.
70. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Bu səbəbdən MM-də nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qar şı tələblərinə toxunmur (bax bu qərarın 49-cu bəndi).
71. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn ipoteka qoyan) iddia müddətini tətbiq etmək hüququndan əsas borcludan asılı olmadan imtina edə bilər. Yaxud əksinə, əsas borclu iddia müddətindən istifadə etməsə belə, ipoteka qoyan bu hüquqdan yararlanmaqda sərbəstdir.
72. MM-nin iddia müddətinin əlavə tələblərə tətbiqi ilə bağlı 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
73. Kollegiya qeyd edir ki, əsas öhdəlik və ona bağlı əlavə öhdəlik üzrə bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin müəyyən edilməsi bölünməz olsa da, müddətin tətbiqi məsələsi hər cavabdehə münasibətdə fərd i olaraq yoxlanılmalı və həll edilməlidir.
74. Bununla bağlı Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının birgə 2020-ci il 14 oktyabr tarixli qərardadında həmçinin göstərilmişdir ki,...bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzə rə alınmalıdır....Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Odur ki, məhkəmə qərarlarının apellyasiya və kassasiya instansiyalarında şikayətin dəlilindən asılı olmayaraq, bu kobud prosessual pozuntunun olmasını yoxlayaraq, qətnaməni bu əsasla ləğv etməsi gələcəkdə bu Qərardadın qəbul edilməsi əsasını təşkil edən halların mövcudluğunun da qarşısını almış olacaqdır.
75. Baxılan işdən isə görünür ki, iş üzrə cavabdeh MM C-nin (borcalan) nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iştirakı təmin edilməmiş, məhkəmələr həmin cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə sənədlərin çatdırılması ilə bağlı MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə etməmişlər.
76. Belə ki, məhkəmə sənədinin MMC-yə elektron kabinet və ya poçt göndərişi vasitəsilə çatdırılmasının təmin edilməsi mümkün olmadığı halda, məhkəmələr qeyd olunan maddənin 1-ci hissəsində göstərilmiş prosessual imkandan istifadə edərək, prosesdə iştirakının təmin olunması məqəsədilə məhkəmə bildirişinin ona çatdırılmasını eyni tələbin cavabdehləri olduqları və onun iddiaçı qarşısında öhdəliyinə təminat vermiş prosesdə iştirak edən digər Cavabdeh4 (ipoteka qoyan) həvalə edə bilərdi. Lakin məhkəmələ r bu imkandan istifadə etməyərək, işə həmin cavabdehin iştirakı olmadan baxmış, bununla da qeyd olunan prosessual tələblərinə də əməl olunmamışdır.
77. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (MPM-nin 135.1-ci maddəsi).
78. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan verm ir.
79. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
80. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitu siya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
81. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiyanın hədləri düzgün müəyyən edilməklə, mülki qanunvericiliyin bu qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməli, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalıdır.
82. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-160/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.