Məhkəmə qərarları › İş №2-2(102)-341/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-341/2025

25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-341/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (“X2 Stansiyası” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisinin əvəzləşdirilməsi, borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommer siya kollegiyasının 2025-ci il 31 yanvar tarixli 2-2(103)-172/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İstehsalçı “X2 Stansiyası” MMC ilə təchizatçı "xxxx" ASC arasında Elektrik enerjisinin ötürülməsi haqqında 2024-cü il 1 yanvar tarixli müqaviləyə əsasən İstehsalçı "xxxx" tərəfindən istehsal olunub “enerji ötürən”-“Azərişıq" ASC-nin şəbəkəsi vasitəsilə “İstehsalçı”nın istehlakçılarına ötürüləcək elektrik enerjisinin hər kVt.s-nın dəyəri (ƏDV daxil olmaqla) 0.4 qəpik təşkil edir. İllik, rüblük və aylıq elektrik enerjisinin istehsalının proqnoz göstəriciləri və maksimal güc qrafiki hər müvafiq il üçün Energetika Nazirliyi tərəfindən təsdiq edilərək, bu müqaviləyə əlavə olunur.

2. Satıcı “X2 Stansiyası” MMC ilə Alıcı "xxxx" MMC arasında bağlanmış 2024-cü il 14 yanvar tarixli «Elektrik enerjisinin alqı-satqısı müqaviləsi»nə əsasən “Satıcı” müqavilə üzrə müəyyən edilmiş şərtlər əsasında elektrik enerjisini “Alıcı”-ya satmağı, “Alıcı” isə bu müqavilə ilə razılaşdırılmış qaydada elektrik enerjisinin dəyərini “Satıcı”-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 2022-ci il 14 yanvar tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Bu qayda növbəti illərə də şamil edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Satıcı” hər ay "xxxx" ASC-yə “Alıcı”-ya ötürmək istədiyi elektrik enerjisinin miqda rı barəsində məlumat verir. Bu əsasla da “Alıcı” ilə "xxxx" ASC “Satıcı” tərəfindən “Alıcı”-ya ötürülmüş elektrik enerjisinin miqdarı barədə akt tərtib edilir. Bu akt “Satıcı” tərəfindən “Aİıcı”-ya müvafiq elektron qaimənin verilməsi üçün əsas hesab edilir. 3. "xxxx" ASC-nin təchizat şəbəkəsinə, Müstəqil enerji istehsalçısı "xxxx" MMC-dən 2024-cü il yanvar-aprel aylarında istehsal olunaraq ötürülən elektrik enerjisi sərfiyyatı haqqında 2024-cü il 29 may tarixli Aktdan görünür ki, 35 kV-luq "xxxx" h/x, xüsusi sərfiyyat-istehsal rejimi üzrə 847448 kvts enerji istehsal edilmiş, Bakı RETSİ-nə 783590 kvts enerji ötürülmüşdür. 4. “X2 Stansiyası” MMC tərəfindən "xxxx" ASC-nin Satış departamentinin direktoru *a məktub ünvanlanaraq, tərəflər arasında təsdiqlənmiş akta əsasən 2024-cü il 1 yanvar2024 -cü il 1 may tarixinədək “X2 Stansiyası” MMC tərəfindən istehsal edilərək ötürülən 783590 kvts elektrik enerjisindən "xxxx" MMC-yə 310000 kvts, “Azərkimya İstehsal və X1” ASC-yə 75000 kvts, "xxxx" MTK-ya 398590 kvts əvəzləşdirmə aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. 5. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin sədri **a ünvanlanmış məktubundan görünür ki, “X2 Stansiyası” MMC-nin 2024-cü il 1 yanvar-2024-cü il 1 may tarixləri ərzində istehsal edərək ötürdüyü elektrik enerjisindən Holdingin tərkibinə daxil olan "xxxx" MMC ilə 310000 kvts, “Azərkimya İstehsal və X1” ASC ilə 75000 kvts, qalan istehsal olunaraq ötürülmüş elektrik enerjisinin isə "xxxx" MTK ilə əvəzləşdirmə aparılmasına göstəriş verilməsini xahiş etmişdir. 6. "xxxx" ASC tərəfindən “X2 Stansiyası” MMC-yə ünvanlanmış 202 4-cü il 24 iyun tarixli 13-13/2-1/07-8252/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, “X2 Stansiyası" MMC tərəfindən 2024-cü ilin yanvar - aprel dövrü ərzində istehsal edilmiş 783590-kVts elektrik enerjisinin 752327 kVts hissəsi "xxxx" MTK, 31.263 kVts hissəsi isə "xxxx" MMC ilə əvəzləşdirilmişdir. 7. “X2 Stansiyası” MMC tərəfindən istehsal olunaraq ötürülən elektrik enerjisinin “Azərişıq" ASC-yə rəsmi müraciətlə əvəzləşdirilməsi barədə məlumat cədvəlindən görünür ki, 2024-cü il 1 yanvar-2024-cü il 30 aprel dövrləri üzrə "xxxx" MMC-yə 310.000 kv/st əvəzləşdirilmənin aparılması nəzərdə tutulmuşdur.

8. MT2406 seriyalı, 10122354 nömrəli 2024-cü il 4 iyun tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 317079 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 31.707,9001 manat hesablanmaq la, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı "xxxx" MMC (bundan sonra-“iddiaçı”) iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək “X2 Stansiyası” MMC (bundan sonra “üçüncü şəxs”) tərəfindən ötürülmüş elektrik enerjisinin 310.000 kVt hissəsinin iddiaçı ilə əvəzləşdirilməklə yaranmış 31.000 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin (bundan sonra-«cavabdeh») üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslə cavabdeh arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən üçüncü şəxs istehsal etdiyi elektrik e nerjisini cavabdehin şəbəkələrinə ötürür və üçüncü şəxsin müəyyənləşdirdiyi abonentlər ilə cavabdeh arasında akt tərtib edilərək şəbəkəyə ötürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir, daha sonra həmin müəssisələr üçüncü şəxsin pulunu ödəyir. Üçüncü şəxs tərəfindən 2024-cü il 1 yanvar tarixdən 2024-cü il 1 may tarixə qədər 783.590 kVts elektrik enerjisi istehsal olunaraq cavabdehə ötürülmüş və bu 2024-cü il 29 may tarixli aktla təsdiq edilmişdir. 2024-cü il 27 may tarixli, 05 nömrəli məktubla üçüncü şəxs tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kVts hissəsinin iddiaçıya ötürülməsi və onunla əvəzləşdirilməli olması barəsində cavabdehə rəsmi məlumat verilmişdir. Buna görə də iddiaçının hazırda elektrik enerjisinə görə cavabdehə bo rcu yoxdur. Bir müddət əvvəl cavabdeh tərəfindən iddiaçının borcu olması səbəb göstərilərək əsassız olaraq iddiaçıya elektrik enerjisinin verilişi dayandırılmışdır. İddiaçının elektrik enerjisinin ödənilməsi ilə əlaqədar borcunun olması həqiqətə uyğun deyildir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli e-2-2(113)4350/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, üçüncü şəxs tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı ilə əvəzləşdirilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 31.000 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – K.Hüseynov).

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, üçüncü şəxslə cavabdeh arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 2024-cü il 1 yanvar tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh üçüncü şəxs tərəfindən istehsal olunan elektrik enerjisini üçüncü şəxsin istehlakçıları sırasında qeyd olunan iddiaçıya ötürməyi, üçüncü şəxs isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjisinin ötürülməsi haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, tərəflər arasında təsdiqlənmiş akta əsasən 1 yanvar-1 may 2024-cü il dövrü üzrə üçüncü şəxs tərəfindən istehsal edilən 783590 kvts elektrik enerjisindən 310000 kvts enerjini iddiaçıya ötürməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsi cavabdeh tərəfindən üçüncü şəxsə ünvanlanmış məktubla da təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 403.2-ci maddəsinə əsasən onun xeyrinə bağlanmış müqavilə üzrə öhdəliyin icrasını tələb edə etmək hüququ yaranmışdır. Belə ki, üçüncü şəxsin ötürdüyü elektrik enerjisi cavabdeh tərəfindən tərəflərin razılaşdığı qaydada əvəzləşdirilmədən, nəzərdə tutulmuş sərfiyyatın qalan hissəsini üçüncü şəxsin istehlakçıları sırasında qeyd olunmuş digər hüquqi şəxs olan "xxxx" MTK-nın ümumi borcuna silinmişdir.

13. Bu səbəbdən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, üçüncü şəxs tərəfindən iddiaçının xeyrinə müqavilə üzrə nəzərdə tutulmuş elektrik enerjisinin 310000 kv/st hissəsinin cavabdehə ötürdüyünü, cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisini əvəzləşdirmə aparmadığını nəzərə alaraq hesab etmişdir ki, üçüncü şəxs tərəfindən ötürülmüş elektrik enerjisinin 310000 kv/st hissəsi iddiaçı ilə əvəzləşdirilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 31.000 manat məbləğində borc silinməlidir.

14. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 403.1, 403.2, 403.3, 403.3.1, 403.3.2, 403.3.3, 403.6, 403.7, 442-ci, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.12, 1.1.17, 1.1.18, 1.1.19, 1.1.33, 19.7.1-19.7.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.3, 7.6, 8.4, 8.5, 8.14, 9.1, 9.10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 106.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edil məsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 31 yanvar tarixli 2-2(103)-172/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı və buna müvafiq olaraq silinməli olan borcun məbləği hissəsində dəyişdirilmiş, üçüncü şəxs tərəfindən ötürülmüş elektrik enerjisi ilə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı 278.737 kvst, buna müvafiq olaraq silinməli olan borc məbləği isə 27.873,7 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilməən saxlanılmışdır (sədrlik edən hakim-məruzəçi hakim L.Əliye va, hakimlər-Z.Şirinov və T.Mahmudova).

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmşdir ki, üçüncü şəxslə cavabdeh arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh, üçüncü şəxsin istehsal etdiyi elekteik enerjisini MMC-nin isteklakçılarına ötürməyi, o cümlədən müqavilənin 5-ci bəndinə əsasən “MMC-nin istehsal edərək ötürdüyü enerjisindən istehsal olunan elektrik enerjisindən istehsalçının enerji satacağı müəssisələrin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerjini istehsalçının Bakı ərazisində yerləşən müəssisələrinə (o cümlədən "xxxx" MMC -yə) ötürməyi, üçüncü şəxs isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Tər əflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə üçüncü şəxs tərəfindən 01 yanvar 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər 847448 kvts enerji istehsal edilmiş və həmin enerjinin artıq qalan 783590 kvts hissəsi Bakı RETSİ-ə ötürülmüşdür.

18. Üçüncü şəxs tərəfindən ötürülmüş 783590 kvts elektrik enerjisinin 75 000 kVst hissəsinin “Azərkimya İstehsal və X1” ASC-nin, 310000 kvts hissəsinin "xxxx" MMC-nin, 398590 kvts hissəsinin isə "xxxx" MTK-nin "xxxx" ASC-yə olan borcu ilə əvəzləşdirilməli olması barəsində cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən həmin enerjinin 752327 kVts hissəsi "xxxx" MTK və yalnız 31263 kVts hissəsi "xxxx" MMC ilə əvəzləşdirilmişdir.

19. Göründüyü kimi üçüncü şəxs, istehsal etdiyi elektrik enerjisinin 310.000 kvst hissəsini iddiaçının borcu ilə əvəzləşdirilməsi üçün cavabdehin Bakı RETSİ-yə ötürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisinə dair əvəzləşdirmə aparmamışdır. Odur ki, müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs olan iddiaçının MM-in 403.2-cü maddəsinə əsasən həmin öhdəliyin cavabdeh tərəfindən tam şəkildə icra edilməsini tələb etməkdə haqlıdır.

20. İddiaçı ilə əvəzləşdirilməli olan elekrik enerjisinin miqdarına, ona uyğun olaraq borcun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan cavabdehin məktubundan, eyni zamanda hər iki tərəfin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçının borcu ilə əvəzləşdirilməli olan 310.000 kvst elektrik enerj isinin 31263 kVts hissəsi ilə bağlı artıq əvəzləşdirmə aparılmış, yəni elektrik enerjisinin əvəzləşdirməmiş hissəsi 278.737 kvst, yəni 27.873,7 (278.737x0,1 manat) manat təşkil edir.

21. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı və buna müvafiq olaraq silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, üçüncü şəxs tərəfindən ötürülmüş elektrik enerjisi ilə əvəzləşdirilməli olan elektrik enerjisinin miqdarı 278.737 kvst, buna müvafiq olaraq silinməli olan borc məbləği isə 27.873,7 manat məbləğində müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 403.1, 403.2, 403.3, 403.6, 403.7 və 442-ci maddəl ərinə, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MPM-in 88, 217.4-cü maddələri üzrə-apellyasiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən belə qənaətə gəlmişdir ki, üçüncü şəxs istehsal etdiyi elektrik enerjisinin 310.000 kvst hissəsini iddiaçının borcu ilə əvəzləşdirilməsi üçün cavabdehin Bakı RETSİyə ötürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisinə dair əvəzləşdirmə aparmamışdır. Odur ki, müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs olan iddiaçı MM -in 403.2-cü maddəsinə əsasən həmin öhdəliyin cavabdeh tərəfindən tam şəkildə icra edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmənin həmin mövqeyi ilə razı deyil. Belə ki, "xxxx" MTK abonentlərin siyahısında olduğundan, onun mövcud borcu ilə bağlı əvəzləşdirmə aparılmışdır. "xxxx" MTK tərəfindən binada istifadə olunmuş elektrik enerjisi sərfiyyatının dəyərini ödənilmədiyindən və ümumilikdə binanın enerji təchizatı müvəqqəti olaraq kəsmək ağır nəticələnəcəyindən ümumi siyahı üzrə məbləğ əvəzləşdirilmişdir.

25. MPM-in 217.3, 217.4, 218.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, həmçinin bütün sübutların məcmusu üzrə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından sübutların qiymətləndirməsini düzgün aparmamış və bu hal öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissədə yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

403. Üçüncü şəxsin xeyrinə müqavilə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox.... 403.6. Borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. 403.7. Üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilmə yən hallarına görə cavabdehlə üçüncü şəxs arasında elektrik enerjisinin ötürülməsinə dair 2024-cü il 01 yanvar tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, üçüncü şəxsin istehsal etdiyi enerjinin 310.000.kVts hissəsi idiaçıya ötürülməklə, ona hesablanmış borcdan silinməli olduğu halda, cəmi 31.263 kVts silinmişdir. Cavabdeh həm iddia tələbinə mahiyyəti üzrə baxılarkən, həm də hazırki kassasiya şikayətində müvafiq silinmənin aparılmamasını onunla izah etmişdir ki, üçüncü şəxsin abonentləri siyahısında olan "xxxx" MTK-nın borcu olduğundan, mübahisəli əvəzləşdirmə onun borcuna yönədilmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü dəlil onun üzərinə götürdüyü öhdəliyin icrasını lazımi qaydada yerinə yetirməməsi üçün əsa s ola bilməz. İddianın məhkəmələr tərəfindən təmin edilməsi MM-in 403-cü maddəsinin tələbinə və cavabdehin üçüncü şəxslə bağladığı müqavilənin şərtlərinə uyğun olmuşdur.

35. Nəzərə alınmalıdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri «müqavilələr icra olunmalıdır» (pacta sunt servanda) prinsipidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (MM-in 425.1-ci maddəsi).

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaə tə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdə olan sübutlar qiymətləndirilərkən MPM-nin 88-ci maddəsinin, eləcə də mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri pozulmamış, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 31 yanvar tarixli 2-2(103)-172/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar