Məhkəmə qərarları › İş №2-2(102)-343/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-343/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-343/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və Elşad Şamayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 2-2(103)-363/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 2019-cu il 28 fevral tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələrdə göstərilmişdir ki, "xxxx" LTD MMC (bundan sonra- LTD) (“İcarəyə Verən”), icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələrini) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün ("xxxx") Cavabdeh MMC-yə (bundan sonra- MMC) verir. İcarəyə verilən texnikalar 2019-cu ilin mart ayının 1-dən – 2020-ci ilin aprel ayının 6-dək icarəçinin təyin etdiyi yerdə fəaliyyət göstərir.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı aylıq ödənilir.

3. Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə ed ərək, hesab faktura tərtib edir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir, müqavilənin 10-cu bəndinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə hesablanır. 4. 2019-cu il 9 aprel - 2020-ci il 6 aprel tarixləri arasında görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktlarından görünür ki, LTD tərəfindən MMC-yə göstərilmiş xidmətlərin icarə haqqı ümumilikdə 455727,12 (ƏDV daxil) manat təşkil edir.

5. LTD tərəfindən verilən EAAU seriyalı, 833432 nömrəli, 2019- cu il 23 may tarixli; EBAE seriyalı, 383626 nömrəli, 2019-cu il 25 dekabr tarixli; EBAF seriyalı, 318562 nömrəli, 2020-ci il 23 yanvar tarixli; EBAH seriyalı, 493214 nömrəli, 2020- ci il 11 mart tarixli; EAAZ seriyalı, 036904 nömrəli, 2019-cu il 27 avqust tarixli; EAAY seriyalı, 569395 nömrəli, 2019-cu il 16 avqust tarixli; EAAU seriyalı, 508884 nömrəli, 2019-cu il 16 may tarixli; EBAİ seriyalı, 374558 nömrəli, 2020-ci il 3 aprel tarixli; EAAW seriyalı, 061909 nömrəli, 2019-cu il 20 iyun tarixli; EBAE seriyalı, 494367 nömrəli, 2019-cu il 28 dekabr tarixli; EBAG seriyalı, 511775 nömrəli, 2020-ci il 18 fevral tarixli; EBAG seriyalı, 509874 nömrəli, 2020-ci il 18 fevral tarixli; EBAG seriyalı, 406095 nömrəli, 2020-ci il 14 fevral tarixli elektron qaimələrdən görünür ki, LTD tərəfindən MMC-yə göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 455.727,47 manat təşkil etmişdir.

6. İcarəyə verilən texnikaların GPRS saatları əsasında hesablama qaydası haqqında arayışdan görünü r ki, 2019-cu il 28 fevral tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi əsasında icrarəyə verənə məxsus texnikalar üzrə aylıq icarə haqları hesablanarkən, işləmiş texnikalar üzrə məlumatlar GPRS əsasında müvafiq olaraq saat, dəqiqə və saniyə olaraq təqdim olunurdu. Ödənişin həyata keçirilməsi üçün müvafiq aylar üzrə təqdim olunan hesab-fakturalar mühasibatlıq proqramı olan 1C proqramında hazırlanırdı. Qeyd olunan proqramda sistem hesablamanı 100-lük rəqəm olaraq tanıyır, yəni daxil edilən GPRS məlumatları (saat, dəqiqə,saniyə) müvafiq olaraq avtomatik yuvarlaqlaşdırılırdı. Bunun nəticəsində GPRS məlumatı əsasında çıxan rəqəmlər ilə 1C proqramında hazırlanan hesab faktura arasında texnikalar üzrə qəpik fərqləri yaranırdı.

7. LTD tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, LTD il ə MMC arasında bağlanmış 2019-cu il 28 fevral tarixli icarə müqaviləsinə əsasən ümumilikdə 386.209,71 manat əsas məbləğ və 69.517,76 manat ƏDV məbləğində icarə haqqı hesablanmış, icarəçi tərəfindən icarəyə verənə ümumilikdə 202.628,10 manat əsas məbləğ və 36.473,06 manat (ƏDV) ödənilmiş, icarəçinin icarəyə verənə 183.581,61 manat əsas məbləğ və 33.044,69 manat (ƏDV) məbləğində ödənilməmiş borcu qalmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı LTD cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/430 saylı, 2019-cu il 28 fevral tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 216.626,31 manat əsas borc və gecikdirilmiş günlər üzrə 3.233,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 219.859,86 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, LTD ilə MMC arasında 2019-cu il 28 fevral tarixdə AZTX/430 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən” LTD) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün "xxxx"yə (MMC) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götü rmüşdür. Tərəflər arasında bağlanan icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin mart ayının 1-dən - 2020- ci ilin aprel ayının 6-dək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 386.209,71 manat əsas məbləğ və 69.517,76 manat ƏDV olmaqla icarə haqqı hesablanmışdır. Lakin, icarəçi MMC tərəfindən icarəyə verənə ümumilikdə 202.628,10 manat əsas və 36.473,06 manat ƏDV məbləği ödənilmişdir. Tərtib edilmiş aktlardan, göndərilmiş e-qaimələrdən və maliyyə arayışından tam aydın olur ki, icarəçi müxtəlif vaxtlarda tərtib edilmiş aktlara əsasən yaranmış borcunu ödəməmişdir. İcarəçi MMC-nin icarə müqaviləsi əsasında LTD-dən istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 216.626,31 manat əsas borc və gecikdirilmiş günlə r üzrə 3233,55 manat məbləğində cərimə olmaqla, ümumilikdə 216626,31 + 3233,55 = 219859,86 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərin icrasından yayınmış və ödəməli olduğu pul məbləğini ödəməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(113)1743/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2019-cu il 28 fevral tarixli, AZTX/430 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələr üzrə yaranmış 208.298,23 (ƏDV daxil) manat məbləğində icarə haqqı borcunun, 701,77 manat cərimə borcunun, cəmi 209.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28,52 manat məbləğində vəsaitin cavabdeh MMC-dən tutularaq iddiaçı LTD-nin xeyrinə ödənilməsi qət edilmişdir (ha kim E.Əliyev).

11. Məhkəmə bildirmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Lakin, məhkəmə həmçinin qeyd etmişdir ki, 1 saatlıq tarifi 211,54 manat, işləmə günləri 26 saat olmaqla 5500 manat məbləğində icarə haqqı olan 1 ədəd Whell Loader texnikası və 1 saatlıq tarifi 173,08 manat, işləmə günləri 9 saat olmaqla 1557,69 manat məbləğində icarə haqqısı olan 1 ədəd EC210BLC ekskavator texnikasının icarəyə götürməklə istifadə edilməsi ilə bağlı EAAU seriyalı, 508884 nömrəli, 2019-cu il 16 may tarixli elektron qaimə imzalansa da, həmin texnikalar faktiki olaraq cavabdehə təhvil verilməmişdir. Belə ki, həmin texnikaların icarəyə verilməsi 2019-cu il 28 fevral tarixli, AZTX/430 nömrəli icarə müqaviləsində və həmin müqaviləyə 1,2,3,4,5,7,8,10,11,12,14 saylı əlavələrdə öz əksini tapmamışdır. Belə olan halda həmin texnikaların icarə haqqısı olan ümumilikdə 8328,08 (ƏDV daxil) manat məbləğində pul iddia tələbi olan icarə haqqı qismində 216.626,31 manat əsas borcdan çıxılmalı və icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 208.298,23 manat əsas borc cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin tənasübsüz surətdə yüksək olan 3233,55 manat cərimə borcunu azaldaraq 701,77 manat məbləğində müəyyən etmişdir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 700.1, 700.2, 862.1 və 862.3 -cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və 13-cü maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən MMC apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmuş hissəsində rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 16 mart tarixli 2-2(103)-363/2021 saylı qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər C.Yusifov və V.Baxışova).

15. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh bir tərəfdən icarə obyektlərinin ona verilmədiyini və heç bir təhvil təslim aktının olmadığını bildirsə də, digər tərəfdən icarə haqqının məbləğini mübahisələndirərək onun düzgün hesablanmadığını bildirmişdir. Göründüyü kimi cavabdehin mövqeyi özü-özlüyündə ziddiyyətlidir və o, bununla dolayısı ilə icarə obyektlərini təhvil aldığını təsdiq etmiş, iddiaçı tərəfindən ona göndərilmiş qaimələrə heç bir etirazı olmamışdır. Bu hal da icarə obyektlərinin cavabdehə təhvil verildiyini tam təsdiq etmişdir. Həmçinin hazırkı işdə cavablandırılması xüsusi bilik tələb edən suallar mövcud olmadığından ekspertizanın təyin edilməsinə zərurət yaranmamışdır.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 462.1, 467 və 700.1-ci maddələrinə, MPM-in 97.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd ediməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

18. İddiaçı icarə obyektlərinin cavabdehə təhvil verilməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin Əlavələrində (Əlavə 1. 2. 3. 4.5.7.8.10.11.12) qeyd olunan icarə obyektləri ilə sübut kimi iş materiallarına əlavə olunmuş maliyyə arayışındakı və görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktlarındakı malların adlarında isə heç bir uyğunluq olmamışdır.

19. Apellyasiya Məhkəməsi qətnamədə icarə obyektinin icar əçiyə təhvil verilibverilməməsini aydınlaşdırmadan, iddiaçının bununla bağlı hər hansı sübut təqdim edibetməməsinə münasibət bildirmədən, qətnamədə Mülki Məcəllənin 700.1-ci maddəsini qeyd etməklə, əsassız olaraq iddiaçının icarə obyektini təhvil verməsi, cavabdehin isə icarə haqqını ödəməməsi qənaətinə gəlmişdir. Bunu da iddiaçının cavabdehə 455.727,47 manat məbləğində icarə haqqının ödənilməsi tələbinə dair qaimə fakturalar göndərməsi ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə cavabdehin məhkəmədə bir tərəfdən icarə obyektinin təhvil verilmədiyini, təhvil-təslim aktının olmadığını bildirməsini, digər tərəfdən isə icarə haqqı məbləğini mübahisələndirməsini dolayısı ilə icarə obyektinin təhvil alınması kimi qiymətləndirməklə də səhvə yol vermişdir. Belə ki, cavabdehin icarə borcunu mübahisələ ndirməsi heç də icarə obyektinin təhvil verilməsi demək deyil və məhkəmənin bu qənaəti tam əsassızdır. Kassator hesab edir ki, istər əsas borcun, istərsə də borca görə faizin haradan meydana gəlməsi və düzgün hesablanmasını müəyyən etmək üçün ekspertiza keçirilməli idi. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən- iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tamamilə rədd edilməsi və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. İddiaçıya məhkəmə iclas ının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.

22. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

23. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu g ündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə tərəflər apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən e dilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...”. Madd ə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur...”. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşa ğıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğin ə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

29. İş materia llarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi icarə obyektinin icarəçiyə təhvil verilib-verilməməsini aydınlaşdırmadan əsassız olaraq iddiaçının icarə obyektini təhvil verməsi, cavabdehin isə icarə haqqını ödəməməsi qənaətinə gəlmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.

32. Belə ki, Mülki Məcəllənin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (385.1, 386.1, 442, 443.1).

33. İşin hallarından aydın olduğu kimi, tərəflər arasında 2019 -cu il 28 fevral tarixli, AZTX/430 saylı icarə müqaviləsi bağlanmışdır.

34. Mülki Məcəllənin 700-cü maddəsi icarə müqaviləsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddənin tələblərinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.1, 700.2).

35. Sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, əmlak kirayə müqaviləsi olan icarə müqaviləsinə əsasən, daşınar əmlaklar icarəyə verilə bilər və icarəçi həmin əml akdan istifadə edərək gəlir götürməklə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməlidir.

36. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, LTD tərəfindən elektron qaimələr tərtib edilərək MMC-yə göndərilmiş və 455.727,47 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir (bax §5). MMC isə həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndə rilən ilkin uçot sənədidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən elektron qaimələrin verilməsi, cavabdeh tərəfindən isə onlara etiraz edilmədən qəbul olunması əsası ilə iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

39. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, əsas və cərimə borclarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli olduğu halda məhkəmə ekspertizanı təyin etməmişdir.

40. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlili ilə də razılaşmadığını bildirir.

41. Belə ki, MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işd ə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

42. Həmin məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Prosessual qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin müqavilə üzrə iddiaçıya borcunun olması elektron qaimələrə əsasən müəyyən edildiyindən cavabdehin əsas borcunun hesablanması xüsusi bilik və bacarıq tələb edən məsələ olmamışdır.

45. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. İddiaçı tərəfindən cərimə məbləği tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq hesablanmış, məhkəmə isə tələb olunan 3.233,55 manat cərimə borcunun tənasübsüz surətdə yüksək olması nəticəsinə gələrək qanunvericiliyin tələblərinə uyğun olaraq onun məbləğini azaltmışdır.

47. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müd dəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli, 2-2(103)-363/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

49. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 16 mart tarixli, 2-2(103)-363/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar