Məhkəmə qərarları › İş №2-2(102)-344/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-344/2019

27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-344/2019 27.06.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-2(103)-259/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 15 mart tarixli 2iqt(81)-780/2012 nömrəli qətnaməsi ilə iddiaçının “borcun tutulmasına dair” iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 335.117 manat məbləğində əsas borc, 335.117 manat məbləğində cərimə, 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 670.254 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və 2012-ci il 13 may tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh həmin qətnamədən 2018-ci il 20 dekabr tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-2(103)-110/2019 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə icraata qəbul edilmədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli 2iqt(81)780/2012 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət ötürülməmiş hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 11 mart tarixli 2iqt(81)780/2012 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli qərardadı ləğv olunmuş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 mart tarixli 2iqt(81)780/2012 nömrəli qərardadı ilə şikayə t təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-2(103)-259/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 11 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Əsaslandırıcı hissə: Kassasiya şikayətinin qəbulundan imtina olunmalı və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxta r Respublikası Ali Məhkəməsinin mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırkı işdə cavabdeh “iddiaçının şikayəti əsasında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə qərardadın ləğv edilməsi barədə” məhkəmə aktının apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmasına dair qərardadı mübahisələndirir. Lakin həmin qərardaddan kassasiya şikayəti verilməsi MPM-in 402-ci maddəsinə əsasən istisna edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 402-ci maddəsinə əsasən, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-2(103)-259/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qəbulundan imtina olunur. Şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına qaytarılır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar