Məhkəmə qərarları › İş №2-2(102)-345/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-345/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-345/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcu, ipoteka predmetinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – “cavabdeh”) və Cavabdeh2 qarşı (bundan sonra – “Cavabdeh2”) “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərim ənin) ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 2-2(103)-87/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kreditor iddiaçı ilə borcalan cavabdeh arasında 2016-cı il 7 sentyabr tarixli, 601761/KMİ saylı kredit müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə Türkiyə Respublikasının Bodrum vilayətində tikilməkdə olan “Buta Resort” kompleksində kapital qoyuluşu məqsədilə 60 ay müddətinə illik 8% hesablanmaq şərti ilə 3.500.000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və m üqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1, 1.2, 4.1 və 5.3-cü bəndləri).

2. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqaviləyə 1 Saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə. ertəsi günündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır. Cərimə faizinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir (16%).

3. İpoteka saxlayan iddiaçı ilə ipoteka qoyan D.Tağızadə arasında 2017-ci il 31 may tarixli, 60176-1/İPM nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan cavabdehin Müqaviləyə əsasən 3.500.000 ABŞ dolları məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın - ünvan 3 yerləşən ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinin (mənzilin) girov qoyulması barədə razılığa gəlmişlər.

4. İpoteka müqaviləsinin 2.3-cü bəndinə görə, Cavabdeh2 məxsus olan əmlak "xxxx" MMC tərəfindən tərtib olunmuş 2017-ci il 25 Aprel tarixli, 04/02-317-i-Q saylı qiymətləndirmə aktına əsasən "bazar dəyəri" – 230.000 manat, "likvid dəyəri" – 184.000 manat məbləğində müəyyən edilmişdir.

5. Hüquqların Dövlət Qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, 2017-ci il 13 iyul tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaş ayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, cavabdeh tərəfindən kredit öhdəlikləri lazımınca icra edilmədiyindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. 7. 2020-ci il 31 avqust tarixli borc haqqında arayışdan görünür ki, cavabdehin 2016-cı il 7 sentyabr tarixli, 60176-1/KM saylı kredit müqaviləsi üzrə 2020-ci il 31 avqust tarixə qalıq borcu kreditə görə 3.500.000 ABŞ dolları əsas, 1.115.073,49 ABŞ d olları faiz, 293.466,86 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 4.908.540,35 ABŞ dolları təşkil etmişdir.

8. İddiaçı tərəfindən 2020-ci il 28 avqust tarixdə cavabdehə və Cavabdeh2 “BildirişXəbərdarlıq” ünvanlanaraq, kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb olunmuş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 2020-ci 10 sentyabr tarixdə cavabdehə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Müqavilənin ləğv edilməsi, cavabdehdən məcburi qaydada iddiaçının xeyrinə əsas borc üzrə 3.500.000 ABŞ dolları, 2020-ci il 31 avqust tarixə faiz borcu üzrə 1.115.073. 49 ABŞ dolları, həmin tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 293.466,86 ABŞ dolları, cəmi 4.908.540,35 ABŞ dolları kredit borcunun, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı) əvəzinin, ümumilikdə 4.908.540,35 ABŞ dollarının və 60 manat vəsaitin tutulması, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan 4.908.540,35 ABŞ dolları və 60 (altmış) manat məbləğində borcun un ödənilməsi, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv.m., yaşayış sahəsi 66.0 kv.m., olan 4 otaqlı yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay əsas məbləğə güzəşt verilməklə, ümumilikdə 60 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqaviləyə 1 sayı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.2-ci bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır və cərimə fazinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş fazi dərəcəsinin iki mislinə bərabərdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka əsas borc üzrə 3.500.000 ABŞ dolları, 2020-ci il 31 avqust tarixə faiz borcu üzrə 1.115.073,49 ABŞ dolları, həmin tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 293.466,86 ABŞ dolları olmaqla ümumilikdə 4.908.540,35 ABŞ dolları məbləğində borcu ya ranmışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 295, 297, 385.1, 442, 445.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – “Qanun”) 59.3-cü maddələrinə istinad olunmuşdur.

12. İddia ərizəsinə qarşı tərəflər etiraz təqdim etməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, e-2-2(113)-2450/2020 saylı qərardadı ilə məhkəmə-mühasibat və qiymətləndirmə ekspertizaları təyin edilmiş, qərardadla ipoteka predmetinin real bazar və likvid qiymətinin müəyyən olunması "xxxx" MMC-yə həvalə olunmuşdur (hakim – S.Nuriyeva).

14. Ekspert tərəfindən 2020-ci il 30 dekabr tarixli vəsatətlə tədqiqat obyektləri və iş üzrə materialların rəy verilməsi üçün yararsız və ya kifayət qədər olmaması əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur. 15. "xxxx" MMC-nin 2021-ci il 31 mart tarixli, QXM-376M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 95.0 kv. m., yaşayış sahəsi 66,0 kv. m., yardımçı sahə 29,0 kv.m. olan 4 otaqlı yaşayış evinin bazar dəyəri 228.000, likvid dəyəri isə 209.000 manat müəyyən olunmuşdur.

16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 28 aprel tarixli, e-2-2(113)-218/2021 saylı qərardadı ilə iş üzrə bir daha məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – S.Nuriyeva).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 26 iyul tarixli, 9/3364 saylı ekspert rəyində qeyd olnmuşdur ki, rəyin tədqiqat hissəsində göstəri lənlərə əsasən, cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları, Müqavilənin şərtləri nəzərə alınmaqla cavabdehin 2020-ci il 31 avqust tarixə (maliyyə arayışında göstərilə tarixlər) banka olan əsas və faiz borcu 4.615,072,44 ABŞ dolları (əsas borc ******* ABŞ dolları, Faiz borcu 1.115.072,44 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamışdır.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli, e-2-2(113)-218/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən 3.500.000 ABŞ dolları əsas, 1.115.072,44 ABŞ dolları faiz, 2934,66 ABŞ dolları dəbbə pulu, cəmi 4.618.007,1 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankını n ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olmaqla, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilmiş, əmlakın likvid dəyəri 209.000 manat məbləğində müəyyən olunaraq açıq hərracdan satılması qət edilmişdir (hakim – S.Nuriyeva).

19. Məhkəmə cavabdeh tərəfindən Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərinin lazımi qaydada icra olunamdığını bildirərək, iş üzrə əldə olunmuş ekspert rəyinə əsaslanmaqla cavabdehin 2020-ci il 31 avqust tarixinə banka olan borcu 3.500.000 ABŞ dolları əsas borcunun iddiaçıya ödənilməli olması q ənaətinə gəlmişdir.

20. Məhkəmə həmçinin bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Bu səbəbdən, iddia tələbi üzrə 2020-ci il 31 avqust tarixinədək hesablanmış 1.115.073,49 ABŞ dolları faiz borcunun ekspert rəyi üzrə qeyd olunan 1.115.072,44 ABŞ dolları hissəsi də cavabdehdən tutulmalıdır.

21. Məhkəmə 293.446,86 ABŞ dolları məbləğində tələb olunan dəbbə pulunun azaldılaraq 2934,66 manat müəyyən edilməsinin ədalətli olması qənaətinə gəlmişdir.

22. Bundan başqa, ca vabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmədiyindən iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmuşdur. İpoteka haqqında qanunvericiliyin tələblərinə əsasən, ipoteka qoyanlar müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdən sonra ipoteka saxlayan tərəfindən müvafiq ardıcıllıqda hərəkətlərin yerinə yetirilməsi müəyyən edilmişdir. Lakin, iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair hissəsi cavabdehlərin gələcəkdə qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaqdır. Bu səbəbdən, iddia tələbinin həmin hissəsi tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normasına zidd olduğundan təmin oluna bilməz.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadına, Qanunun 39.3.3, 41.1, 59.1, 59.2, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 101.7, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun qismən – ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi və dəbbə pulunun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir.

25. Cavabdeh tərəfindən iddiaçıya qarşı Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq tərəflər arasında bağlanmış 2016-cı il 7 sentyabr tarixli, 601761/KMİ nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 2-2(103)-87/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tutulmuş cərimə məbləğinin tələb edilən cərimə məbləğinin 1 faizi məbləğində müəyyən olunduğunu nəzərə alaraq həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğində əsas borca nisbətdə tənasübsüz şəkildə yüksək olduğuna dair apellyasiya şikayətinin dəlilinin əsassız olması nəticəsinə gəlmişdir.

28. Cavabdeh ipoteka predmetinin likvid dəyərinin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən artıq olmasına dair hər-hansı sübut təqdim etmədiyindən, apellyasiya şikayətinin ipoteka premdetinin likvid dəyəri ilə bağlı dəlili də əsassız hesab olunmuşdur.

29. Bundan başqa, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsinin etibarsız (əhəmiyyətsiz) əqd olduğuna dair hər-hansı dəlil irəli sü rməsə də, Müqavilənin əhəmiyyətsiz əqd olmasına dair iddia qaldırması əsası ilə hazırki iş üzrə icraatın dayandırılması ilə bağlı vəsatət verməsi səbəbindən, məhkəmə kollegiyası Müqavilənin şərtlərinin mülki qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq Müqavilə şərtlərində qanuna zidd hər-hansı müddəaların mövcud olmaması qənaətinə gəlmişdir.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Qanunun 1.0.9, 39.3.3-cü maddələrinə, ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadına istinad etməklə əsaslandırmışdır.

31. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 yanvar tarixdə iddiaçıya və cavabehin vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, həmçinin 2022-ci il 7 fevral tarixdə Cavabdeh2 göndərilmişdir.

32. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin kassasiya şikayətində qeyd olunan əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuşdur. Qeyd olunan maddənin məzmununa və aşağı instansiya məhkəmələrinin də istinad etdiyi Ali Məhkəmənin 2020-ci il 20 iyul tarixli qərardadında göstərilən mövqeyə görə əmlakın ilkin satış qiyməti bazar qiyməti nəzərə a lınmaqla onun likvid qiymətidir. Yəni, ilkin satış qiymətinin müəyyən edilməsi üçün yalnız likvid qiymət əsas götürülə bilməz. Lakin hazırki halda birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın bazar dəyərini nəzərə almadan, likvid qiymət əsasında ilkin satış qiymətini müəyyən etmiş, apellyasiya məhkəməsi isə şikayətdə qeyd olunan xüsusatları araşdırmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. 34. "xxxx" MMC tərəfindən tərtib edilmiş 2017-ci il 25 aprel tarixli qiymətləndirmə aktına əsasən ipoteka predmeti olan daşınmaz əmlakın bazar dəyəri 230.000 manat, likvid dəyəri isə 184.000 manat məbləğində müəyyən edilmişdir. Lakin bu aktın tərtib edilmə tarixindən 3 ildən artıq müddət keçməsinə baxmayaraq, hazırki işə baxılarkən əldə olunmuş qiymətləndirmə rəyinə istinad olunmaqla məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin 209.000 manat müəyyən etmişdir. Halbuki, ilk qiymətləndirmə ilə sonrakı qiymətləndirmə arasında uzun zaman fərqi mövcud olduğundan həmin müddət ərzində daşınmaz əmlakların qiymətlərində də artım müşahidə edilmişdir.

35. MPM-in 88, 97.1, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, qiymətləndirici tərəfindən ipoteka predmeti olan mənzilin dəyəri hazırki bazar qiymətindən çox aşağı qiymətləndirilmiş, məhkəmə qətnamədə həmin rəyə əsaslanmışdır. Halbuki, həmin qiymətləndirmə rəyində ipoteka predmeti olan evi xarakterizə edən cəhətlər və əmlakın şəhərin q iymətlərin yüksək olduğu mərkəzi hissəsində yerləşdiyi tam şəkildə nəzərə alınmamış, cavabdeh tərəfindən təkrar qiymətləndirmənin keçirilməsinə dair vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmiş, lakin bu mövqeyini də əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəs ində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka sa xlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavi lə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarını n şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı: “... Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlər inin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər....” 42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli 01 saylı Qərardadı: “...

13. İpoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər t ərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymət lə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır....” 43. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “M a d d ə

1. Əsas anlayışlar... 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” Maddə

39. İpoteka müqaviləsi ndən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “M a d d ə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …” “M a d d ə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satı ldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönə ldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.”

44. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 177.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsasl andırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” Maddə

101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

47. Cavabdehin kassasiya şikayətinin dəlillərinin ümumi məzmunu bundan ibarət olmuşdur ki, məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın likvid qiyməti müəyyən olunarkən real bazar dəyərinin nəzərə alınmadığı qiymətləndirici rəyinə istinad edilmişdir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zid d deyildir. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qoruyur.

49. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmeti ni könüllü olaraq satmaq imkanı vermişdir.

50. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur.

51. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur.

52. Məhkəmə kollegiyası vurğulayır ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılm ası barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməli, ipoteka predmetinin likvid qiyməti ilə bağlı tərəflər arasında hər-hansı razılaşmanın olub-olmadığı müəyyənləşdirilməli, belə razılıq olmadıqda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir.

53. Hazırkı halda, iş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, müqavilə bağlanan zaman ipoteka predmeti olan əmlakın bazar dəyəri 230.000 manat, likvid dəyəri isə 184.000 manat məbləğində müəyyən edilmişdir (bax §4).

54. Məhkəmə tərəfindən qərardad əsasında əldə olunmuş qiymətlə ndirici rəyində isə, yaşayış evinin bazar dəyəri 228.000, likvid dəyəri isə 209.000 manat müəyyən olunmuşdur (bax §15).

55. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmə mübahisəsi dövründə əldə olunmuş qiymətləndirici rəyinə istinad olunmaqla ipoteka predmeti olan əmlakın likvid dəyərinin, tərəflərin müqavilədə razılaşdırdıqları 184.000 manat məbləğdən daha artıq – 209.000 manat məbləğində müəyyənləşdirilməsi qanuni və ədalətli olmuşdur.

56. Həmçinin o da qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birb aşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

57. Göründüyü kimi, qanunvericilik ipoteka saxlayan və ipoteka qoyan üçün də ipoteka predmetinin hərracdan əldə olunması imkanını nəzərdə tutmuşdur.

58. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 22(103)-87/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

59. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 2-2(103)-87/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar