Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-345/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 22(104)-116/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikasının X2 yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra -“iddiaçı”) Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında 2016-cı il 28 iyun tarixində və 2016-cı il 10 oktyabr tarixində bağlanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrin ləğv edilməsi, cavabdehdən 2016-cı il 28 iyun tarixli müqavilə üzrə əsas borca görə 37.413,87 manat, faiz borcuna görə 557,05 man at, cərimə borcuna görə 3.741,39 manat, cəmi 41.712,31 manat, 2016-cı il 10 oktyabr tarixli müqavilə üzrə əsas borca görə 182.718,13 manat, faiz borcuna görə 4.131,47 manat, cərimə borcuna görə 18.271,81 manat olmaqla, cəmi 205.121,41 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 2 mart tarixli, 2-2(115)-22/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim K.Vəliyev).
3. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/ 2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 2 mart tarixli, 22(115)-22/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və R.Mamedov).
5. Cavabdeh tərəfindən 2022-ci il 5 oktyabr tarixində kassasiya şikayəti verilərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)116/2022 saylı qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 oktyabr tarixli, 2-2(102)-748/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qe yri-mümkün hesab edilmiş, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Qəribov, hakimlər- B.Məmmədli və İ.Dadaşov).
7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 dekabr tarixli, 2-2(104)-116/2022 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakimƏ.Abdullayev, hakimlər Ş.Rzaquliyev və R.Mamedov).
8. Cavabdeh tərəfindən ərizə verilərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətini n ötürülməmiş hesab edilməsi və ya ötürülmüş hesab edildiyi təqdirdə müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırmışdır ki, qətnamədən kassasiya şikayəti verilmiş, lakin məhkəmənin müvafiq qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəməyə rəsmi qaydada müraciət etdikdən sonra qərardadın surəti faktiki ünvana (Bakı şəhəri Məmməd Araz küçəsi 25 X3) göndərilmişdir. Hüquqi ünvanda şirkət fəaliyyət göstərmədiyindən qətnamənin həmin ünvanda alınıb-alınmaması, habelə kim tərəfindən qəbul edilməsi barədə məlumatları olmamışdır. Bərdə şəhəri Xətai küçəsi 24 ünvanda şirkət fəaliyyət göstərmir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-116/2022 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin verilməsi üçün burax ılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli 2-2(104)116/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və R.Mamedov).
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)116/2022 saylı qətnaməsinin surəti müşayiətedici məktubla poçt vasitəsilə cavabdehin hüquqi ünvanına (ünvan 3rişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Cavabdehin ərizəsinə əsasən, qətnamənin surəti ikinci dəfə onun ünvanına göndərilmişdir. S onuncu qətnamədən kassasiya şikayəti vermiş və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 28 oktyabr tarixli, 2-2(102)-748/2022 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 dekabr tarixli, 2-2(104)-116/2022 saylı qərardadı ilə də kassasiya şikayəti geri qaytarılmışdır.Bundan sonra cavabdeh 2023-cü il 9 mart tarixində hazırkı kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya cavabdehin prosessual müddətin ötürülməsinin səbəbi kimi göstərdiyi halı üzrlü səbəb hesab etməmişdir.
12. MPM-nin 146-cı maddəsinin tələbləri baxımından iş üzrə icraat zamanı ünvanın dəyişməsi barədə məhkəməyə məlumat vermək tərəflərin prosessual vəzifəsidir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin hal kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz.
13. Nəzərə alınmalıdır ki, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsə lə üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə; MPM-in 128, 129, 130, 133, 146, 402.1, 402.2, 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qərardadın ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsi və ya ötürülmüş hesa b edilsə belə üzürlü sayıb müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. MPM-in 146-cı maddəsinin tələbi pozulmuşdur -cavabdehin ünvanın ünvan 8məd Araz küçəsi 25 (X4) olması barədə məlumat Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərilmişdir. Başqa sözlə, ünvan barədə məlumat apellyasiya şikayətində verilmişdir. Hüquqi ünvanda şirkət fəaliyyət göstərmədiyindən, qətnamənin həmin ünvanda alınıbalınmaması və ya kim tərəfindən alınması barədə cavabdehin heç bir məlumatı olmamışdır. Əgər kimsə alıbsa belə həmin şəxsin cavabdehin şirkətinə aidiyyatı olmamışdır. Gəncə Apellyasiya Məhkəməs inin 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsi Bakı səhəri, Məmməd Araz küçəsi 25 (X4) ünvanına rəsmi olaraq 2022-ci il 5 avqust tarixində göndərilmişdir. ünvan 6 ünvanında isə cavabdehin şirkəti fəaliyyət göstərmir və həmin ünvana göndərilən sənədlər cavabdehə çatmır. Odur ki, qətnamədən şikayət vermə müddəti ötürülməmişdir, ötürülmüş hesab edilsə belə üzürlü əsasdır.
17. MPM-nin 185.3 və 185.5.3-cü maddələrinin tələbləri pozulmuşdur-2023-cü il 27 mart tarixli məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. Belə ki məhkəmə bildirişi cavabdehə 2023-cü il 3 aprel tarixində çatmışdır. İşdə cavabdehin iştirakı təmin edilməməsi cavabdehin prosessual hüquqlarının məhrum olmağla nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli ha disə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin so n günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)....” “Maddə
146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ün vana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üçün əsasların olmaması qənaətinə gəlmiş və ona istinad etmişdir ki, MPM-nin 146-cı maddəsinin tələbləri baxımından iş üzrə icraat zamanı ünvanın dəyişməsi barədə məhkəməyə məlumat vermək tərəflərin prosessual vəzifəsidir. 24.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialı ilə birgə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
25. Belə ki, işin materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilmiş, onlardan bəziləri imza edilərək qəbul edilmiş, bəziləri isə (İ cild i.v 34,90, 163) «bu ünvanda yaşamır» qeyd ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə, cavabdehin «Elektron məhkəmə» informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmiş, həmin qətnamədən apellyasiya şikayəti də elektron qaydada təqdim edilmişdir. «Elektron məhkəmə» informasiya sistemində yerləşdirilmiş həmin apellyasiya şikayətində cavabdehin faktiki ünvanının ünvan 8məd Araz 25A-da yerləşməsi göstərilmişdir.
26. Bundan əlavə, işin materiallarından göründüyü kimi, işə apellyasiya qaydasında baxılarkən, məhkəmə tərəfindən işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanı ilə yanaşı, ünvan 8məd Araz 25A-da yerləşən həmin faktiki ünvanına da göndərilmiş, bundan sonra cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir (İİ cild i.v 83).
27. Göründüyü kimi, apellyasiya icraatı zamanı cavabdehin faktiki ünvanda fəaliyyət göstərməsi məhkəməyə məlum olmuşdur. Bununla belə, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi yalnız hüquqi ünvana göndərilmiş, faktiki ünvana isə cavabdehin müraciətindən sonra məhkəmə tərəfindən təkrarən təqdim olunmuşdur (İİ cild, i.v. 1**).
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin MPM-nin 146-cı maddəsinin tələblərinə əməl etməməsinə dair qənaəti işin qeyd olunan halları ilə uyğunluq təşkil etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə prosessual müddətin bərpasından imtina etməklə, MPM-nin 133-cü maddəsinin tələblərini pozmuşdur.
29. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə proses inin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı). 30.Həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə poz ulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020ci il 16 oktyabr tarixli Qərar).
31. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2**8- ci il 8 may tarixli Qərarı).
32. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. Cavabdeh tərəfindən həmin məhkəmənin 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən verilmi ş kassasiya şikayəti MPM-in 407-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyindən, həmin şikayət üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
33. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-116/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 iyun tarixli, 2-2(104)-116/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik ed