Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-346/2025 21.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, ipoteka müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n 2025-ci il 6 fevral tarixli 2-2(103)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC-nin “Elmlər Akademiyası” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 2013-cü il 28 oktyabr tarixli 10L000005553 saylı kredit xətti müqaviləsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000 ABŞ dolları məbləğində kredit xəttini açmışdır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında verilmişdir. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSCnin möhürü ilə təsdiq edilmi şdir. 2. "xxxx" QSC-nin Nərimanov filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 2013-cü il 28 oktyabr tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 2019-cu il 6 may tarixli 056R********** saylı kredit razılaşması bağlanmışdır. Kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir 3. "xxxx" QSC-nin Elmlər Akademiyası filialı (bank) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 2013-cü il 28 oktyabr tarixli 10S000011378, 10S000011379 və 10S000011380 saylı zaminlik müqavilələri bağlanmışdır. 4. "xxxx" QSC-nin Elmlər Akademiyası (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka verən) arasında 2013-cü il 28 oktyabr tarixli 10M000001243 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsas ən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 2013-cü il 28 oktyabr tarixində Bakı şəhərində bağlanmış 10L000005553 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 437,7 m2 ümumi, o cümlədən 229,7 m2 yaşayış, 229,7 m2 yardımçı sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79 V nömrəli fərdi yaşay ış evidir. - 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 277.677 manat məbləğində müəyyən edilmişdir. - 3.2.2-ci bəndinə əsasən, borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. - 4.6-cı bəndinə əsasən, borc alan bu müqavilə müvafiq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.
5. Hüquqların Dövlət Qeydiyyatı haqqın da Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı 2013-cü il 30 oktyabr tarixli çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ 2013-cü il 28 oktyabr tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Elmlər Akademiyası filialı qarşısında 2013-cü il 30 oktyabr tarixdə ipoteka ilə yüklü edilmişdir. 6. "xxxx" QSC cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə əsas və faiz borcunun 2023-cü il 16 fevral tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. 7. "xxxx" QSC tərəfindən ipoteka qoyan Cavabd eh3 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və 2013-cü il 28 oktyabr tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 8. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 2023-cü il 13 yanvar tarixə 056R********** saylı 2019-cu il 6 may tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə əsas borcu 195.673,63 manat, faiz borcu 22.840,03 manat (gecikdirilən günlər in sayı 85 gün) cərimə borcu 15.037,1 manat olmaqla, cəmi borc 233.550,76 manat təşkil edir. 9. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə 2022-ci il 24 oktyabrda olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3” və “Cavabdeh4”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat krеdit bоrcu, 22.840,03 manat faiz bоrcu və 15.037,10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123,55 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsində 79V saylı fərdi yaşayış evinə (0,018212 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,55 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 15 manat və xidmət haqqının əvəzi olaraq 30 manat bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsi 79V saylı fərdi yaşayış evinə (0,018212 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 2013-cü il 28 oktyabr tarixli 10L000005553 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləy ə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. - Kredit razılaşması: kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 2019-cu il 6 may tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 2020-ci il 24 aprel tarixli 056R**********S saylı, 2020-ci il 30 iyul tarixli 056R**********SA saylı, 2021-ci il 26 fevral tarixli 056R**********SB saylı, 2021-ci il 18 may tarixli 056R**********SC saylı, 2021-ci il 21 sentyabr tarixli 056R**********SD saylı, 2021-ci il 27 dekabr tarixli 056R**********SE saylı, 2022-ci il 30 iyun tarixli 056R**********SF saylı saziş lə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 20 oktyabr tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 104.326,37 manat ödəmiş, onun 195.673,63 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 13 yanvar tarixinə 85 gün üçün hesablanmış faiz borcu 22.840,03 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 2023-cü il 13 yanvar tarixə 85 gün üçün hеsablanmış cərimə 15.037,10 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. - Zaminlik müqaviləsi: krеdit xətti müqaviləs i üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. - İpoteka müqaviləsi: kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 2013-cü il 28 oktyabr tarixli 10M000001243 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi xüsusi mülkiyyətdə olan 0,018212 h a torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 437,7 kv.m ümumi sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79V nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 234 №-li reyestr kitabının 21684 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi xüsusi mülkiyyətdə olan 0,018212 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 437,7 kv.m ümumi sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79V nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxl ayan iddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2022-ci il 21 dekabr tarixdə bildiriş göndərilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 may tarixli 9/3484 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqavilələri, həmçinin həmin müqavilələrin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 iddiaçıya olan borcu 2023-cü il 13 yanvar tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas kredit borcu 195.676,63 manat, faiz borcu 21.162,69 manat olmaqla, cəmi borc 216.839,32 manat məbl əğində müəyyən olunur.
13. Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin 2023-cü il 1 avqust tarixli LP112/2023 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 525.000 manat, likvid qiyməti 446.000 manat dəyərində müəyyən edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsi 2023-cü il 4 oktyabr tarixli e-2-2(113)-1799/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat məbləğində krеdit bоrcu, 21.162,69 manat məbləğində faiz bоrcu, 9.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 225.836,32 manat məbləğində pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat m əbləğində dövlət rüsumu, mediasiya xərclərinin əvəzi olaraq 400 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 446.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir (hakim – L.Əliyeva).
15. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyində əsas borc məbləği 195.676,63 manat məbləğində müəyyə n edilsə də, iddiaçı iddia ərizəsində 95.673,63 manat məbləğində əsas borcun tutulması tələbini irəli sürmüşdür. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxaraq hesab etmişdir ki, 2019-cu il 6 may tarixli 056R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas borc 95.673,63 manat məbləğində, 2023-cü il 13 yanvar tarixinə (iddia ərizəsində tələb olunan tarixə) olan faiz borcu isə ekspert rəyinə əsasən 21.162,69 manat məbləğində müəyyən edilməlidir.
16. Kredit müqaviləsi üzrə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab etmişdir ki, həmin məbləğ azaldılaraq 9.000 manat məbləğində müəyyən edilməlidir.
17. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4lə bağlanmış 2013-cü il 28 oktyabr tarixli 10S000011378, 10S000011379 və 10S000011380 saylı zaminlik müqavilələri ilə ə laqədar məhkəmə bildirmişdir ki, həmin müqavilələrə əsasən, zaminlər 2013-cü il 28 oktyabr tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi və kredit razılaşmalarından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Zaminlər Cavabdeh2, Cavabdeh3 həmin müqavilə üzrə 2019-cu il 6 may tarixdə bağlanmış 056R********** saylı kredit razılaşmasının mühüm şərtlərini əks etdirən (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ödəniş cədvəllərini imzalamaqla həmin kredit razılaşmasında əks olunan mühüm şərtlərlə razılıqlarını ifadə etdiklərindən həmin kredit razılaşması üzrə borclunun öhdəliklərinə görə borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyırlar. İddiaçının kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlər Cavabdeh2, Cavabdeh3 tutulması hissəsində iddia əsaslıdır.
18. İddianın zamin Cavabdeh4 qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh4lə bağlanmış zaminlik müqaviləsində, eləcə də sonuncunun zamin durduğu kredit xətti müqaviləsində əsas öhdəliyin mühüm şərtlərindən biri olan “kreditin faiz dərəcəsi” əks olunmamış, eyni zamanda digər zaminlərdən fərqli olaraq Cavabdeh4 mübahisəli kredit razılaşması və həmin razılaşmaya əlavə sazişlər üzrə ödəniş cədvəllərini imzalamamış və ya kredit razılaşması və əlavə sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə zamin durmasına dair iradəsinə hər hansı başqa formada ifadə etməmişdir. Beləliklə, hazırkı halda kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən və sonradan bağlanmış kredit razılaşmasında nəzərdə tutulmuş faiz dərəcəsinə dair zamin Cavabdeh4 razılığı alınmadığından, yəni zaminin razılığı olmadan əsas öhdəliyə zaminin məsuliyyətinin artmasına səbəb olan dəyişiklik edildiyindən mülki qanunvericiliyin tələblərinə əsasən Cavabdeh4 zaminliyinə xitam verilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi Cavabdeh4 münasibətdə rədd edilməlidir.
19. Bundan əlavə, borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini əsaslı hesab edən məhkəmə əmlakın qiyməti ilə bağlı bildirmişdir ki, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır (bax § 13). İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakın tərəflər arasında dəyərləndirilməsindən 10 ilə yaxın müddət keçmişdir. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş fərdi yaşayış evinin likvid dəyərinin (446.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
20. Cavabdeh1 nümayəndəsi X1 istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyini verərkən ipoteka predmeti olan fərdi yaşayış evinə onların iştirakı təmin edilməməklə baxış keçirilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tərəflər tədqiqat obyektinə baxışın təyin olunduğu tarixdə məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdə n obyektə baxış keçirilməsi qeyri-mümkün olduğundan qiymətləndirmə təqdim olunmuş fotoşəkillər əsasında analoji təhlil metodu ilə aparılmışdır. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yaradılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh1 vəzifələrinə daxil idi.
21. İddianın ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair tələbini də məhkəmə əsaslı hesab etmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 97.5, 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 477.0.1, 739, 743-cü maddələrinə, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarına, ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarlarına, “İpoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 47.5, 59.3 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 88, 103.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 27 dekabr tarixli 9/42xx-xx/3952 saylı (məhkəmə-əmtəəşünaslıq) ekspert rəyinə əsasən, tədqiq olunan mənzilin sahəsinə, təmirinə və s. uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində və ya həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair məl umat olmadığından, həmin ev üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
25. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 2025-ci il 3 fevral tarixli MB18/0083 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi üzrə ilkin satış qiyməti (likvid) 455.000 manat məbləğində (bazar dəyəri isə 530.000 manat) müəyyən edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 fevral tarixli 2-2(103)-16/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, Bakı şəhəri, Yas amal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi üzrə ilkin satış qiyməti (likvid) 455.000 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 10 manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və T.Mahmudova).
27. Məhkəmə bildirmişdir ki, qeyd edilən işin faktiki halları, müqavilələr, maliyyə arayışı, ekspert rəyi və digər sübutlarla təsdiqlənmişdir.
28. Cavabdeh1 faiz və dəbbə pulunun yüksə k olduğunu, birtərəfli işə baxdığını şikayətdə bildirsə də, əsas borcun nəyə görə rədd edilməsini əsaslandırmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənməmiş, məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları keçirərək, əsas borc, faiz borcunun məbləğini müəyyən etmişdir. Ekspert rəyinin qeyri-mötəbərliliyi barədə cavabdeh tərəfindən heç bir dəlil irəli sürülməmişdir.
29. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, kredit borcunun (əsas, faiz və dəbbə pulu) Cavabdeh1 tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
30. İpoteka müqaviləsində ipoteka predmetinin qiyməti-Bakı şəhəri, Yasamal rayonu, 2ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evi 277.677 manat məbləğində dəyərləndirilmişdir.
31. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyə rləndirilmiş qiymət ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakın tərəflər arasında dəyərləndirilməsindən 10 ilə yaxın müddət keçmişdir.
32. İşin yuxarıda göstərilən hallarına əsasən, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı birinci dəfə qiymətləndirici şirkətin rəyi alınmışdır.
33. Məhkəmə "xxxx" MMC-nin 2023-cü il 1 avqust tarixli, LP-112/2023 saylı mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş fərdi yaşayış evinin likvid dəyərinin (446.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiqdir.
34. Cavabdeh1 məhkəmənin bu mö vqeyi ilə razılaşmamış və mütəxəssis rəyini mübahisələndirdiyindən məhkəmə kollegiyası ziddiyyətli məqamların aydınlaşdırılması məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır.
35. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 27 dekabr tarixli, 9/42xx-xx/3952 saylı ekspert rəyinə əsasən ev üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır (bax § 24). Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qiymət müəyyən edilməmişdir.
36. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən "xxxx" MMC-nin 3 fevral 2025-ci il tarixli MB18/0083 saylı mütəxəssis rəyinə əsasən ilkin satış qiyməti (likvid) 455.000 manat məbləğində (bazar dəyəri isə 530.000 manat) müəyyən edilmişdir (bax § 24).
37. Yuxarıda qeyd edilən cəmi 2 ədəd mütəxəssis rəylərinin bazar və li kvid qiymətlə bağlı müəyyən etdiyi məbləğlər fərqlidir.
38. Bu fərq az olduğuna görə və sonuncu rəy tarix baxımından daha real və obyektiv rəy olduğuna görə məhkəmə hesab etmişdir ki, sonuncu rəydə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi əsas götürülməlidir.
39. Qeyd edilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, tutma yönəldilərkən, yəni hərrac keçirilərkən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinin likvid qiyməti isə 455.000 manat dəyərində müəyyən edilməlidir.
40. Məhkəmə hesab etmişdir ki, qətnamə mübahisələndirilən hissədə qismən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti (lik vid) məhkəmə araşdırmaları nəticəsində əldə edilən sonuncu mütəxəssis rəyində qeyd olunan qiymət müəyyən edilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 269, 270.1, 385.1, 386, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 38.2, 39.3, 41.3, 42.1, 47.5-ci, MPM-in 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 5.3, 425-ci maddələri üzrə - İddiaçı müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməmiş, öz istəyini həyata keçirmək üçün maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsi isə iddiaçının bu hərəkətlərini düzgün qaydada qiymətləndirməmişdir.
44. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya şikayətində qeyd olunduğu kimi sözügedən fərdi yaşayış sahəsinə dair doğru şəkildə qiymətləndirmə aparılmamışdır.
45. Belə ki, qiymətləndirmə ilə bağlı mütəxəssislər yaşayış sahəsinə gəlib baxış keçirməmiş, ümumiyyətlə cavabdehdən fərdi yaşayış sahəsində ekspertizanın keçirilməsi üçün şərait yaradılmasını tələb etməmişdir
46. Lakin ekspertiza tərəfindən təqdim edilmiş vəsatət məhkəmə tərəfindən təmin edilmədiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 23 aprel tarixli, 3-16-16/2-9/15xx-xx/1638/2024 saylı məktubu ilə ekspertizanın ap arılmasından imtina edilmişdir. Halbuki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina edildiyi halda məhkəmə mülki prosessual qanunvericiliyə əsasən təkrar ekspertizanın keçirilməsini tələb edə bilər və yaxud da mühəndis-texniki ekspertizası təyin edilməsi üçün Qiymətləndirmə Palatasının reyestrində qeydiyyatdan keçmiş "X3" MMC-yə həvalə edə bilərdi. Lakin məhkəmə tərəfindən bütün bunlar nəzərə alınmamış nəticə etibarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə düzgün qiymət verilməmişdir.
47. Daha sonra isə iddiaçı Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinə müraciət edərək qeyri-qanuni şəkildə sözügedən fərdi yaşayış evinə baxış keçirmədən sadəcə foto şəkillər əsasında saxta şəkildə qiymətləndirmə rəyi alaraq məhkəməyə təqdim etmişdir. Məhkəmə isə təqdim edilmiş rəyin nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmadan, heç bir araşdırma aparmadan tələsik şəkildə qətnamə qəbul etmişdir. Hətta qiymətləndirmənin aparılması ilə bağlı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması qərarını vermişdir.
48. Əmlaka tərəflərin iştirakı olmadan baxış keçirilmədən, heç bir əsaslandırılmış araşdırma aparılmadan qiymətləndirmə şirkəti tərəfindən hazırlanmış rəyə əsasən müəyyən edilmiş dövlət rüsumunun cavabdehdən tutulması anlaşılan deyildir.
49. MPM-in 217.1-ci maddəsi üzrə - Məhkəmə işin hallarını nəzərə almamış və nəticədə natamam qətnamə qəbul etmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən məhkəmə iclaslarının keçirilməsi ilə bağlı bildirişlər cavabdehin hüquqi və ya faktiki ünvanına daxil olmamış yaxud sms vasitəsi ilə rəsmi məlumatlar göndərilməmişdir.
50. Digər tərəfdən, iş üzrə digər Cavabdeh3 vəfat etməsinə baxmayaraq məhkəmə bunu müəyyən etmədən şəxs barəsində heç bir araşdırma aparmamış, hüquqi varisləri müəyyən etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Onu da qeyd edirik ki, kredit götürülən zaman Cavabdeh3 sözügedən əmlakın girov qoyulmasına razılıq vermişdir. Lakin həmin kredit müqaviləsinə əlavələr edilən zaman, kredit şərtlərində dəyişiklər edilən zaman, kreditin müddəti uzadılan zaman ipoteka qoyanın razılığı alınmamış, əmlakın likvid qiyməti müəyyən edilməmiş, amortizasiya xərcləri hesablanmamış, ümumiyyətlə əmlakın mövcudluğu barədə heç bir araşdırma aparmamışdır. Hətta iki il müddətinə məhkəmə prosesləri keçirilən zaman 1-ci instansiya məhkəməsində və mara qlı tərəf olan iddiaçının əmlakla bağlı saxta qiymətləndirmə rəyi təqdim etdiyi zaman əmlakın mövcudluğu, hal-hazırdakı vəziyyəti müəyyən edilməmişdir. Faktiki olaraq 5-6 il ərzində əmlakın hər hansı bir aşınmaya, təbii fəlakətə, fövqəladə vəziyyətlə əlaqədar dağılmasına və yaxud əksinə əmlakın yenidən günün tələblərinə uyğun olaraq, təmir edilməsində, fasadında və daxilində yenidənqurma işlərinin aparılması və bu kimi mövcud vəziyyətlər nəzərə alınmamışdır. Qeyd edək ki, müəyyən dövlət qurumlarının, statistik rəylərdə ümumi Respublika ərazisində, əsasən də Bakı şəhərində son 3 il ərzində əmlak xidmətlərində böyük dəyişkliklər olmuş, əmlakların bazar qiyməti 3040% arasında artmışdır. Qeyd olunan maddi həm də prosessual hüquq normalarının pozulması nəticəsində Bakı Apellyasiya Məhkəməsi tər əfindən qanunsuz və əsassız qətnamə qəbul edildiyi üçün sözügedən məhkəmə qətnaməsi ləğv edilməli və iş üçün əhəmiyyətli olan faktiki hallarının aydınlaşdırılması təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdehin kassasiya şikayəti formal xarakterlidir, iş materiallarında qeyd olunan iddiaları təsdiqləyən sübutlar yoxdur. Apellyasiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamə qanuni və əsaslıdır. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qiymətləndirmə "xxxx" MMC və "xxxx" MMC tərəfindən aparılmış, bazar və likvid qiymətləri müəyyən edilmişdir. Əmlaka baxış keçirilməməsi cavabdeh tərəfindən şərait yaradılmaması ilə bağlı olmu ş, mülki qanunvericiliyə əsasən ekspertiza üçün əngəl törətmək kimi qiymətləndirilməlidir.
52. Məhkəmə "xxxx" MMC-nin təqdim etdiyi rəy əsasında ipoteka predmetinin qiymətini müəyyən etmişdir, bu isə tarix və məzmun baxımından daha real və obyektiv sayılmışdır. Cavabdeh Mirhüseyn bu rəylərə qarşı sübut təqdim etməmiş, məhkəmə iclaslarında iştirak etməmiş və qiymətləndirməyə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi bir neçə qiymətləndirməni müqayisəli şəkildə təhlil etmiş, nəticədə daha dəqiq və əsaslandırılmış rəyə üstünlük vermişdir.
53. MPM-in sübutetmə yükünə dair müddəalarına uyğun olaraq, hər bir tərəf öz iddia və etirazlarını sübut etməyə borcludur. Kassasiya instansiyası isə sübutlara yenidən qiymət vermir, yalnız aşağı instansiya məhkəmələrinin qanunun tələblərinə əməl edib- etməməsini araşdırır. Bu baxımdan, cavabdehin kassasiya şikayəti əsassızdır və yalnız işin uzadılması məqsədi daşıyır. Kassasiya baxışının hədləri
54. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan d aşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) h üququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O h əm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.`` “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göst ərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müva fiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.” 57. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.6. ipoteka hüququ – bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;... 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə
3. İpot ekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə
10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyy atına alınmış hesab olunur....” “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi... 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qayd asında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yö nəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri....” “Maddə
41. İpoteka predmetinin satış üsulları... 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respubl ikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir....” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətin in 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipot eka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.”
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər h ansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edi lən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin aşağıdakı dəlillərini əsassız hesab edir.
60. İddiaçının müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etmədiyinə, öz istəyini həyata keçirmək üçün maddi hüquq normalarını kobud şəkildə pozduğuna, apellyasiya instansiyası məhkəməsinin isə iddiaçının bu hərəkətlərini düzgün qiymətləndirmədiyinə dair dəlilər yalnız ümumi xarakterli ifadələrlə verildiyindən, konkret hallarla əsaslandırılmadığından həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılması qeyri-mümkündür.
61. Kredit götürülən zaman Cavabdeh3 sözügedən əmlakın girov qoyulmasına razılıq versə də, həmin kredit müqaviləsinə əlavələr edilən zaman, kredit şər tlərində dəyişiklər edilən zaman, kreditin müddəti uzadılan zaman ipoteka qoyanın razılığının alınmamasına dair dəlillə əlaqədar qeyd olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, kredit razılaşmalarına və ödəniş planlarına hər dəfə əlavə və dəyişikliklər edilərkən ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh3, habelə zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. İş materiallarından görünür ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində və ya ayrıca olmaqla apellyasiya instansiyası məhkəməsinə bununla bağlı da hər hansı dəlil gətirilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, aşağı instansiyalarda bildirilməyən, bu səbəbdən də aşağı məhkəmələrdə müzakirə və qiymətlə ndirmə predmeti olmayan və işin faktiki halları ilə bağlı olan dəlillərə birbaşa kassasiya şikayətində istinad olunması MPM-in 407.2-ci maddəsinin (bax § 58) tələbləri baxımından yolverilməzdir.
62. İpoteka predmeti üzrə qiymətləndirmə ilə bağlı mütəxəssislərin yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirmədiyinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş materiallarına əsasən, eyniməzmunlu dəlillər iş üzrə ilk dəfə aparılmış qiymərləndirilmənin nəticəsi barədə də cavabdeh tərəfindən irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tərəflər tədqiqat obyektinə baxışın təyin olunduğu tarixdə məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdən obyektə baxış keçirilməsi qeyri-mümkün olduğundan qiymət ləndirmə təqdim olunmuş fotoşəkillər əsasında analoji təhlil metodu ilə aparılmışdır. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yaradılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh1 vəzifələrinə daxil idi.
63. MPM-in 97.5-ci maddəsinin (bax § 58) tələbləri ondan ibarətdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən fa ktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
64. Bununla əlaqədar birinci instansiya məhkəməsi iş üzrə birinci dəfə alınmış mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.
65. Bununla belə, mübahisələndirilən qətnamədən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilsə də, həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair məlumat olmadığından, ev üzrə qiymətləndirmə aparmaq mümkün olmamış, iddiaçı tərəf özü tərəfindən alınmış mütəxəssis rəyini təqdim etmişdir. İlkin və son mütəxəssis rəyiləri ilə müəyyən edilən qiymətlər arasında fərq az olduğuna və sonuncu rəy tarix baxımından daha real və obyektiv rəy olduğuna görə, apellyasiya instansiyası məhkəməsi məhz sonuncu rə ydə, yəni iddiaçının təqdim etdiyi rəydə müəyyən edilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti kimi əsas götürmüşdür.
66. Beləliklə, apellyasiya instansiya məhkəməsi yekun nəticədə, ilk rəylə müqayisədə daha yüksək qiymət müəyyən edən, yəni cavabdehin marağına uyğun olan son rəyə üstünlük vermişdir.
67. Mütəxəssislər tərəfindən əmlakın qiymətinin düzgün müəyyən edilmədiyinə, real vəziyyətin nəzərə alınmadığına dair dəlillərlə əlaqədar qeyd olunur ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsasl andırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövcud deyildir. O da qeyd olunmalıdır ki, məhkəmə tərəfindən təyin edilmiş son ekspertiza rəyindəki qiymətlərlə razılaşmayan iddiaçı tərəfin öz mövqeyini daha tutarlı dəlillərlə əsaslandırmaq üçün özü tərəfindən alınmış alternativ mütəxəssis rəyinə istinad etməsi də iş materiallarından görünmür.
68. Qiymətləndirmənin aparılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əsassız olaraq cavabdehdən tutulmasına dair dəlillə əlaqədar qeyd olunur ki, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi MPM-in 119.1-ci maddəsinin (bax § 58) tələbidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə rəyinin alınmasına görə ödənilməli xərcin böyük qismini iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərə aid etməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
69. Məhkəmə tərəfindən məhkəmə iclaslarının keçirilməsi ilə bağlı cavabdehin məlumatlandırılmamasına dair dəlil isə iş materialları ilə təkzib olunmaqdadır. O da qeyd edilməlidir ki, cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclaslarında iştirak etməsinə baxmayaraq, son iclasda hər hansı üzrlü səbəb gətirmədən iştirak etməmişdir.
70. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması aşağıdakı səbəbdən qeyri-mümkündür.
71. Kassatorun başqa dəlilinə görə, iş üzrə digər Cavabdeh3 vəfa t etməsinə baxmayaraq məhkəmə onun hüquqi varislərini müəyyən etməmişdir. 72. “Elektron Məhkəmə” informasiya sisteminin “Sorğular” bölməsinin məlumatları üzrə axtarışda həmin şəxsin şəxsiyyət vəsiqəsinin “aktivlik statusu” - “passiv” göstərilmişdir. Həmçinin cavabdeh tərəf sonradan Cavabdeh3 ölüm haqqında şəhadətnaməsini də sistemə yükləmişdir. Şəhadətnamədən məlum olur ki, sözügedən şəxs 2024-cü il 24 mart tarixində ölmüşdür.
73. Cavabdeh3 ölüm tarixi məhz hazırkı iş üzrə apellyasiya icraatının aparıldığı dövrə təsadüf edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2025-ci il 6 fevral tarixində, yəni Cavabdeh3 vəfat etdikdən təqribən 10 ay yarım sonra qəbul edilmişdir.
74. MPM-in 58.1-ci maddəsinin (bax § 58) məzmunundan aydın olur ki, mübahisə tərəfi olan fiziki şəxs öldü kdə, məhkəmə prosesin hər hansı mərhələsində onun hüquq varisi ilə əvəz olunmasını təmin etməlidir.
75. O da qeyd olunmalıdır ki, iş materiallarında əsasən, Lalə Mustafayevə həm zamin, həm də ipoteka qoyandır. Bu səbəbdən də işə baxan məhkəmə həm borcun tutulması tələbini (əsas cavabdehlə müştərək qaydada), həm də tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi Cavabdeh3 münasibətdə müvafiq hissədə təmin etmişdir.
76. Odur ki, onun prosessual hüquq varisliyi məsələsinin həlli istər borcun tutulmasına dair tələbin, istərsə də tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbin düzgün təmin olunması və icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
77. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də ifadə olunmuş mövqeyi mövcuddur.
78. Kredit müqaviləsi üzrə ya ranmış borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin (əsas borclunun) öldüyü halda onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, prosessual hüquq varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında prosessual hüquq varisliyi mümkün sayıla bilər.
79. Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur. Məsələn, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir.
80. Belə ki, Mülki Məcəllənin 558.1-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb ola bilər. Buna görə də məhkəmələr tərəfindən, ilk növbədə, maddi hüquq varisliyi, sonradan isə prosessual hüquq varisliyi məsələləri həll edilməlidir. 81.... mülki məhkəmə prosesi məhz tərəfin onun hüquq varisi ilə əvəz edilməsi ilə davam edir və Mülki Prosessual Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Bu halda o, əvəz olunan şəxsin hüquq və vəzifələrinin ona keçməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməyə borcludur (məsələn, vərəsəlik şəhadətnaməsi).
82. Göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməsinə yönələn prosessual hüquq varisliyi institutu tərəflərin prosessual hüquqlarını təmin edir, işlərə ağlabatan müddət ərzində baxılmasına və icraata qoşulmuş yeni iştirakçı tərəfindən təqdim olunan sübutlara (əvəz edilən şəxsin prosessual hərəkətləri ilə sıx bağlı olan) istinad edilməsinə imkan yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Bərdə Rayon Məhkəməsinin müraciətinə dair” 2023-cü il 6 fevral tarixli Qərardadı).
83. Yuxa rıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, digər Cavabdeh3 prosessual hüquq varisliyi məsələsinin həlli məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 6 fevral tarixli 22(103)-16/2025 nömrəli qətnaməsi ləğvi edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır..
84. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi prosessual baxımdan cavabdehin kassasiya şikayətinin nəticə (“kassasiya məhkəməsindən xahiş” hissəsi) hissəsi ilə üst-üstə düşsə də, bu, ümumilikdə cavabdehin kassasiya şikayətinin (onun dəlillərinin) mahiyyət etibarilə (maddi hüquqi baxımdan) əsaslı olması anlamına gəlmir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin kassasiya şikayətinin digər dəlillər i əsassızdır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
85. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 6 fevral tarixli 2-2(103)-16/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.