Məhkəmə qərarları › İş №2-2(102)-347/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-347/2024

02.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-347/2024 02.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-347/2024 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Mehparə Tofiq qızı Əhmədova və X2 ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-92/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci ilin yanvar-mart ayl arında iddiaçı cavabdehə 100.000 manat məbləğində vəsait vermiş, 2021-ci ilin noyabr ayında cavabdeh həmin vəsaiti iddiaçıya qaytarmışdır.

2. İddia ərizəsinə görə, 2020-ci ilin mart-aprel aylarında cavabdeh iddiaçıya birgə ticarətlə məşğul olmağı təklif etmişdir. Bir müddət su filtri işini öyrənmək üçün iddiaçı cavabdehin təsisçisi olduğu şirkətdə çalışmış, 2021-ci ilin yanvar ayının əvvəlində cavabdehin təklifi ilə Zaqatala-Balakən bölgəsində su filtrlərinin regional satışını və servis xidmətini həyata keçirmək üçün "xxxx" MMC-nin Zaqatala filialını (bundan sonra – “filial”) şərikli açmaqdan ötrü lazım olan 200.000 manat vəsaitin 50%-ni, yəni 100.000 manatı 2021-ci ilin yanvar-mart ayları ərzində cavabdehə vermişdir. Sonuncu məbləği verərkən cavabdehdən söz verdiyi ortaqlıq müqaviləsini h azırlamağı xahiş etmiş, cavabdeh isə bunun mümkün olmadığını, şirkətin filialına rəsmi şəriklik müqaviləsinin hazırlanmasına qanunla yol verilmədiyini, bunun əvəzində şərikli biznesə qoyduğu 100.000 manat investisiya əvəzində 100.000 manatlıq borc müqaviləsi bağlaya biləcəyini demişdir. O isə özünə məxsus obyekti satıb əldə etdiyi 100.000 manatı borc kimi yox, filiala şərik olmaq üçün verdiyini bildirmişdir. Cavabdeh filialın faktiki şəriki kimi gəlirin 50%-nin hər ay iddiaçıya veriləcəyini, filalın idarə olunmasında birbaşa iştirak edəcəyini bildirmiş, o da razılaşmışdır. 3. 2021-ci ilin may ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh filialın fəaliyyəti üçün heç bir vəsait qoymayıb, filial yalnız onun qoyduğu 100.000 manat vəsait hesabına fəaliyyət göstərib. 2021-ci iyul ayının əvvəlind ə iddiaçıya məlum oldu ki, cavabdeh filialın fəaliyyəti ilə bağlı cəmi 24.000 manat vəsait qoyub. Bununla bağlı iradını bildirəndə müəəyən olundu ki, cavabdeh fialialın fəaliyyəti göstərməsi üçün cəmi 50.000 manat məbləğində vəsait qoymuşdur. Bununla əlaqədar olaraq gəliri 50% şəklində bölə bilməsi üçün, cavabdeh iddiaçıya əsas vəsaitdən 25.000 manat verəcəyini və bundan sonra filialın gəliri aralarında yarı-yarıya bölünəcəyini bildirmişdir. Cavabdeh söz verdiyi 25.000 manat pulu vaxtında verməmişdir. 4. 2021-ci il iyul ayının sonunda iddiaçı ilə cavabdeh filialın fəaliyyətini yenidən təftiş edərkən bütün xərclər çıxılandan sonra 240.000 manat gəlir olduğunu müəyyən etmişlər. Cavabdeh iddiaçıya çatası 50% gəliri, yəni 120.000 manatı, eləcə də şərikliklə bağlı qoymuş olduğu 100.000 manat əs as vəsaitdən 25.000 manatını 1 ay ərzində, qalan 195.000 manat məbləği isə 18 ay ərzində ona bərabər hissələrə bölməklə qaytaracağına söz vermişdir. Cavabdeh iddiaçının qoymuş olduğu əsas vəsaitdən 25.000 manatı hissəhissə qaytarmış, 75.000 manat əsas vəsaitdən və 120.000 manat gəlirdən borcu qalmışdır. 2021-ci ilin noyabr ayında cavabdeh iddiaçıya 75.000 manat pul vermiş, qalan pulları isə verməyəcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1ci maddəsinə istinadən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, filiala qoyulmuş vəsaitinin 75.000 manat hissəsinin və 45.000 manat məbləğində gəlirin ödənilməmiş qaldığını bildirərək, cavabdehdən 120.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 410 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin (hakim X5) 2023-cü il 5 oktyabr tarixli e-22(113)-3082/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsində iddianın müdafiəsi üçün bir sıra sübutlar, o cümlədən eşitdiklərinə görə, iddiaçı ilə cavabdeh tərəfindən filialın şərikli surətdə işlətdiyini və gəliri birgə bölüşməli olduğunu bildirən filialın işilərinin şahid ifadələri təqdim edilmişdir.

8. Birinci instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki, “Məhkəmə əvvəla qeyd edir ki, tərəflər məhkəmədə verdikləri izahatlarda pul vəsaitinin fərqli məqsədlərlə verilməsini iddia etsələr belə (iddiaçı pulun şərikli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün cavabdeh isə borc olaraq verildiyini iddia edir) iddiaçı tərəfindən cavabdehə 100.000 manat məbləğində pul vəsaitinin verilməsi və sonradan cavabdeh tərəfindən iddiaçıya həmin məbləğində pul vəsaitinin qaytarılması faktlarını təsdiq etmişlər.... İddiaçı cavabdeh tərəfindən 100.000 manat məbləğində pul vəsaitinin bir hissəsinin ona birgə sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir olaraq ödənildiyini bildirsə də, göstərilən halı sübuta yetirə bilməmişdir.... Birgə sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirin ona çatmalı hissəsinin cavabdehdən tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, iş materiallarında olan sübutlara əsasən İddiaçı "Kazımoff Group” MMC-nin payçısı olması, eləcə də "Kazımof f Group” MMC-nin Zaqatala filialı adında ayrıca bölməsinin olması öz təsdiqini tapmır.... İkincisi, tərəflər arasında "Kazımoff Qrup” MMC-nin Zaqatalada ofisinin açılması barədə qeyri-rəsmi razılaşmanın mövcudluğu və həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin ofisin açılması üçün xərclənməsi ehtimal edilərsə isə qeyd edilməlidir ki, birincisi, fiziki şəxs Cavabdeh "Kazımoff Group” MMC-nin təsisçisi olsa belə, mülki hüququn müstəqil subyekti olan hüquqi şəxsin (Kazımoff Group” MMCnin) bölməsini yaratmaq, həmin bölmənin yaradılması barədə digər şəxslə razılığa gəlmək, eləcə də həmin hüquqi şəxsin mənfəətini bölüşdürmək, yəni əmlakına sərəncam vermək kimi hüquqları olmadığından həmin razılaşmanın etibarlı əqd olması istisna olunur. Digər tərəfdən iş materialların da olan sübutlara əsasən sözügedən razılaşmanın şərtləri, o cümlədən gəlirlərin tərəflər arasında bölüşdürülməsi qaydası barədə əsaslı nəticəyə gəlmək də qeyri-mümkündür. Belə ki, məhkəmə iclasında dindirilən şahid ifadələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanılmış razılaşmanın şərtləri, eləcə də "Kazımoff Group” MMC-nin Zaqatalada həyata keçirilən sahibkarlıq fəaliyyətindən cavabdehin əldə etdiyi gəlirin məbləğini müəyyən etmək üçün kifayət etmir. İddiaçı tərəfindən təqdim edilmiş imzasız, möhürsüz, kim tərəfindən tərtib edilməsi məlum olmayan sənədlər "mötəbərlik” meyarına cavab vermədiyindən sübut qismində qəbul edilə bilməz.... Beləliklə, hazırkı halda Cavabdeh İddiaçı qarşısında müvafiq öhdəliyinin mövcud olması iş materialları ilə müəyyən edilmədiyindən g əlirin ödənilməsi hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir.”

9. Məhkəmə qətnaməsi MM-in 53.2, 53.3, 87.1, 386-cı maddələrinə istinad edilməklə əsaslandırmışdır.

10. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X6, hakimlər X3 və X4) 2024-cü il 15 fevral tarixli 2-2(103)-92/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma i lə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki: “32. İddiaçı tərəfindən təqdim edilmiş "Kazımoff Group” MMC-nin Zaqatala ofisində 2021-ci ilin yanvar-mart aylarında ödəniş edən şəxslərin adını, mədaxil (təyinatları qeyd edilməklə) və qalıq məbləğlərini əks etdirən cədvəl şəklində, satıcı "Kazimoff Group” MMC ilə müxtəlif alıcılar arasında bağlanmış alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsi olan satılan məhsulun adı, tarixi, qiyməti, ilkin ödənişi, qalıq məbləği, müddəti və qalıq məbləğin ödəniş müddətini və məbləğini əks etdirən imzasız möhürsüz ödəniş cədvəlləri; müxtəlif şəxslərin adı qeyd edilməklə həmin şəxslərdən alınan məbləğlərin (o cümlədən kassa əməliyyatları ilə bağlı məlumatların), eləcə də məxariclərin (rasxodların) əks olunduğu və müştərilərin adı, soyadı və ata adı, kreditin əsas məbləği, kreditin ödəniş məbləği, mobil telefonları, ünvanları, alınan malı və kreditin bitmə tarixini əks etdirən cədvəl şəklində sənədlərə münasibətdə kollegiya qeyd edir ki, həmin sənədləri tərtib edən şəxslərin adı, soyadı, vəzifəsi göstərilmədiyindən, səlahiyyətli şəxs tərəfindən imzalanıb, möhür vurulmadığından həmin sənədlər "mötəbərlik” meyarına cavab verməmiş, odur ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz....

34. Səs yazısı 75.000 manat əsas vəsaitin və həmin vəsaitlə bağlı əldə olunmuş payına düşən 45.000 manat gəlirin cavabdeh tərəfindən əldə edilməsi barədə nəticəyə gəlmək üçün yetərli deyildir.”

13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş e dilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassator MM-in 385.1, 386, 425, 442, 443, 448-ci və MPM-in 88-ci maddələrinin tələblərinin pozulduğunu bildirmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini yalnız cavabdeh tərəfin nümayəndəsinin səsləndirdiyi fikirlərə əsaslanmaqla qəbul etmiş, iş materiallarında olan digər sənədlərə, yəni "xxxx" MMC-nin adından ŞəkiZaqatala bölgəsində yaşayan sakinlərlə bağlanmış su filtrlərinin satışı ilə bağlı müqavilələrə istinad olunmamış, həmin müqavilələrə heç bir qiymət verməmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş səs yazısı qətnamədə təhrif olunmuş şəkildə qeyd edilmişdir. Həmin səs yazısının 12-ci dəqiqəsində cavabdeh tərəfindən faktiki olaraq 240.000 manat qazancın olm asının təsdiq edilməsi, həmin gəlirdən iddiaçının payına 120.000 manatın düşməsi, hər ay iddiaçıya 10.000 manat ödəməklə bağlı aralarında razılıq əldə olunması, son iki ayda Sahibin yığdığı (Zaqatala filialında kredit pullarını yığan şəxs) 45.000 manata yaxın pulun kimə aid olması ilə bağlı iddiaçının sualına cavabdehin “həmin pul ortağın, yəni cavabdehin və iddiaçının pulu” olması barədə cavabı, hətta həmin səs yazısında iddiaçının cavabdehin ona satılmış müqavilələri üzü aşağı çevirib, yarısını özünə, yarısını ona verməklə bağlı sonuncunun təklif etdiyini bildirməsi və cavabdehin də bunu təsdiqləməsi göstərilsə də, məhkəmə iş üçün əhəmiyyət kəsb etdiyi halda bu xüsusatlara heç bir hüquqi qiymət verməmiş, qeyd olunan ifadələri görməzdən gəlmişdir.

15. Birinci instansiya məhkəməsində cav abdehin nümayəndəsi Vəkil2 məhkəmənin hazırlıq iclaslarında ümumiyyətlə tərəflər arasında ortaqlıq, eləcə də, pul münasibətlərinin olmadığını, belə bir hal olmuş olsaydı, hansısa yazılı sənəd, müqavilənin olmalı olduğunu bildirsə də, məhkəməyə təqdim olunmuş sübutlarla tanış olduqdan sonra tərəflər arasında borc münasibəti olduğunu irəli sürmüş və cavabdehin hazırda iddiaçıya borcunun olmadığını deməklə kifayətlənmişdir. Məhkəmə isə həmin ziddiyyətli ifadələrə qiymət vermədən, onların üzərindən keçməklə qanunsuz qətnamə qəbul etmişdir.

16. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şəxslər öz izahatlarında bildirmişlər ki, cavabdehin təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMC-nin Zaqatala şəhərində qeyri-rəsmi filialının açılması üçün iddiaçı 100.000 manat vəsait qoymuş, Zaqatala ofisində iddiaçının şərik olduğu dövrdə 240.000 manat qazanc əldə edilmişdir ki, həmin pulun 120.000 manatının iddiaçıya verilməli idi. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasındakı faktiki ortaqlıq münasibətlərini görməzdən gəlmişdir.

17. Apellyasiya baxışı zamanı qeyd olunan halların araşdırılması məqsədilə cavabdehin məhkəməyə dəvət olunması ilə bağlı məhkəmə iclası iki dəfə təxirə salınsa da, cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə isə buna baxmayaraq işin faktiki hallarına düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları düzəltmədən qəbul etdiyi qanunsuz və əsassız qətnaməni qüvvədə saxlamışdır ki, həmin qətnamə cavabdehin əsassız olaraq varlanmasına şərait yaratmış olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şi kayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİ LƏN HÜQUQ

21. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

22. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında müəyyən edilmişdir ki, “kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

25. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillər i eyni zamanda apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əs aslandırılmışdır.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 fevral tarixli 2-2(103)-92/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar