Məhkəmə qərarları › İş №2-2(102)-347/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-347/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-347/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaç ı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-cü il 5 fevral tarixli 2-2(103)-119/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 021L**********73 nömrəli uzunmüddətli kredit müqaviləsi (bundan sonra – “uzunmüddətli kredit müqaviləsi”) ilə bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 manat məbləğində uzunmüddətli kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.

2. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** nömrəli kredit razılaşması ilə bank məbləği 15.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,75 % olmaqla 36 ay müddətinə kredit alana verməyi, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 4.2.2-ci bəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərim ə ödəməyə borcludur.

3. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 021R********** nömrəli kredit razılaşması ilə bank məbləği 30.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667 % olmaqla 36 ay müddətinə kredit alana verməyi, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən göstərilmiş tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

4. İddiaçı QSC ilə zamin Cavabdeh2 və borclu Cavabdeh3 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 021S**********02 nömrəli zaminlik müqaviləsi ilə zamin borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti və borcl u ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

5. İddiaçı QSC ilə zamin Cavabdeh1 və borclu Cavabdeh3 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 021S**********01 nömrəli zaminlik müqaviləsi ilə zamin borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət aşımağı öz üzərinə götürmüşdür.

6. İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 021M**********01 nömrəli ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 81 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzili 2019-cu il 31 oktyabr tarixli 021L**********73 nömrəli uz unmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin olunması məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 7. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh3 adına rəsmiləşdirilmişdir. ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (dövlət reyestrindən çıxarış).

8. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 29 noyabr tarixli 021R**********S nömrəli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” saziş ilə 021R********** nömrəli kredit razılaşması əsasında kredit alanın razılaşma üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2021-ci il 29 noyabr tarixli ödəniş planına uyğun olaraq banka ödəməli olması razılaşdırılmışdır.

9. İddiaçı QSC ilə Cavabdeh 3 arasında bağlanmış 2021-ci il 29 noyabr tarixli 021R**********S nömrəli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” saziş ilə 021R********** nömrəli kredit razılaşması əsasında kredit alanın razılaşma üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2021-ci il 29 noyabr tarixli ödəniş planına uyğun olaraq banka ödəməli olması razılaşdırılmışdır.

10. İddiaçı QSC tərəfindən verilmiş 2023-cü il 14 avqust tarixli maliyyə arayışında Cavabdeh3 021R********** nömrəli 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə 2023-cü il 5 may tarixinə olan əsas borcunun 10.073,16 manat, faiz borcunun 747,23 manat, cərimə borcunun 179,67 manat, cəmi borcunun isə 11.000,06 manat təşkil etdiyi qeyd olunmuşdur.

11. İddiaçı QSC tərəfindən verilmiş 202 3-cü il 14 avqust tarixli maliyyə arayışında Cavabdeh3 021R********** nömrəli 2020-ci il 22 sentyabr tarixli kredit razılaşması üzrə 2023-cü il 5 may tarixinə olan əsas borcunun 5.888,82 manat, faiz borcunun 147,71 manat, cərimə borcunun 11,78 manat, cəmi borcun isə 6.048,31 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 25 avqust tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 021R********** nömrəli krеdit razılaşması üzrə 10.073,16 manat krеdit bоrcu, 747.23 manat faiz bо rcu və 179,67 manat cərimə borcu olmaqla, həmçinin 021R********** nömrəli krеdit razılaşması üzrə 5.888,82 manat krеdit bоrcu, 147,71 manat faiz bоrcu və 11,78 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.048,37 manat bоrcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 200 manat mediasiya xərcinin tutulması; - tələbin Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 81.0 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 18 nömrəli mənzilə (bundan sonra – “ipoteka predmeti”) yönəldilməsi, onun açıq hərracdan satılması və cəmi 17.048,37 manat bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 200 manat mediasiya xərcinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı ilə bağladığı 2019-cu il 31 oktyabr tarixli 021R********** nömrəli krеdit krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2023-cü il 6 yanvar tarixindən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 19.926,84 manat ödəmiş, onun 10.073,16 manat kredit borc u qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 5 may tarixinə 119 gün üçün hesablanmış faiz borcu 1.370,71 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 2023-cü il 5 may tarixinə 119 gün üçün hеsablan mış cərimə 179,67 manat təşkil etmişdir.

14. İddiaçı həmçinin bildirmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı ilə bağladığı 2020-ci il 22 sentyabr tarixli 021R********** nömrəli krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2023-cü il 24 aprel tarixindən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 9.111,18 manat ödəmiş, onun 5.888,82 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023cü il 5 may tarixinə 10 gün üçün hesablanmış faiz borcu 147.71 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 2023-cü il 5 may tarixinə 10 gün üçün hеsablanmış cərimə 11,78 manat təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit müqavi ləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən Cavabdeh3 ilə iddiaçı arasında bağlanılmış 2019-cu il 31 oktyabr tarixli 021M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin iddiaçının xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. 15. "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 30 dekabr tarixli LP-254/2023 nömrəli qiymətləndirmə hesabatında göstərilmişdir ki, ipoteka predmetinin hazırkı bazar qiyməti 160.000 manat, likvid qiyməti 145.000 manat təşkil etmişdir.

16. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 30 avqust tarixli 9/1505 nömrəli ekspert rəyində göstərilmişdir ki, 2019-cu il 31 oktyabr tarixində bağlanmış 021R********** nömrəli kredit razılaşmasına əsasən 2021-ci il 29 noyabr tarixində bağlanmış 021R**********S nömrəli əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh3 iddiaçıya 2023-cü il 27 iyul tarixinə olan borcu 10.303,83 manat (əsas borc 9674,96 manat, faiz borcu 628,87 manat), 2023-cü il 14 avqust tarixinə olan borcu 10.395,21 manat (əsas borc 9.674,96 manat, faiz borcu 720,25 manat), 2024-cü il 16 fevral tarixinə olan borcu 11.373,46 manat (əsas borc 9.674,96 manat, faiz borcu 1.698,49 manat) təşkil etmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e-2-2(113)223/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək (birgə) qaydada 021R********** nömrəli krеdit razılaşması üzrə 9.67 4,96 manat əsas bоrc, 720,25 manat faiz bоrcu, 179,67 manat cərimə borcu, 021R********** nömrəli krеdit razılaşması üzrə 5.888,82 manat əsas borc, 147,71 manat faiz bоrcu, 11,78 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 16.868,19 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinin ilkin satış qiymətinin 145.000 manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 16.868,19 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – Ü.Həsənova).

18. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər. Belə olan təqdirdə iddiaçı cavabdehlərdən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə 2020-ci il 22 sentyabr tarixli 021R********** nömrəli və 2019-cu il 31 oktyabr tarixli 021R********** nömrəli krеdit razılaşmaları üzrə 2023-cü il 14 avqust tarixinə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehlərdən 021R********** nömrəli krеdit razılaşması üzrə tutulacaq faiz borcu məbləğinin 2024-cü il 30 avqust tarixli ekspert rəyinə uyğun müəyyən edilməsi qənaətinə gəlmişdir.

19. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 2023-cü il 14 avqust tarixində ça tdırılmış, həmin tarixdə iddiaçı tərəfindən kredit müqavilələri birtərəfli qaydada ləğv edilmişdir. Bu səbəbdən məhkəmə 021R********** nömrəli razılaşma üzrə 5.888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 021R********** nömrəli krеdit razılaşması üzrə isə 9.674,96 manat əsas borc, 720,25 manat faiz borcunun əsas borclu və zaminlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

20. Bununla yanaşı, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış (021R********** nömrəli razılaşma üzrə 11,78 manat 021R********** nömrəli krеdit razılaşması üzrə isə 179,67 manat) dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

21. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də tə kzib olunmadığından və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

22. İddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

23. İşin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 2020-ci il 22 sentyabr tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 5.888,82 manat əsas borc, 147,71 manat faiz borcu, 11,78 manat cərimə borcunun, 2019-cu il 31 oktyabr tarixli 021R********** nömrəli krеdit razılaşması üzrə 9.674,96 manat əsas borc, 720,25 manat faiz borcu və 179,67 manat cərimə borc unun olması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.

24. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 30 avqust tarixli mütəxəssis rəyinə uyğun (145.000 manat) müəyyən edilməsi qənaətinə gəlmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 319.2, 319.5, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 34, 39.3 və 41.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-cü il 5 fevral tarixli 2-2(103)-119/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeləri ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyinin sübut kimi qəbul olunmaması və mötəbər sübut hesab edilməməsi üçün heç bir əsas mövcud olmamışdır. Apellyator borcun düzgün hesablanmaması dəlilini irəli sürsə də, bu hal ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən ipoteka predmetinin yenidən dəyərləndirilməsi barədə dəlilin də heç bir hüqu qi və faktiki əsası mövcud olmamışdır. Belə ki, apellyator ipoteka predmetinin dəyərinin daha yüksək olduğunu qeyd etsə də, bu dəlilini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə sübutetmə yükü bölüşdürülür və iddiaçının üzərində yalnız iddia etdiyi tələblə bağlı sübutetmə yükü mövcuddur, həmin tələbə münasibətdə etiraz edən tərəf isə etirazının əsası kimi istinad etdiyi halların ən azından faktiki əsasını məhkəməyə təqdim etməlidir.

29. Sübutlar kifayət qədər aydın, təkzib olunmaz və anlaşılan olmalıdır, sübut təqdim edilməyən halı məhkəmə kollegiyası mövcud olmayan kimi dəyərləndirir. Ona görə də məhkəmə kollegiyası apel lyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.

30. Apellyasiya şikayətinin digər dəlili qeydiyyatda olan şəxslərin mənafeyinin nəzərə alınmamasıdır. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin mənzildə qeydiyyatda olması onun həmin mənzillə bağlı əmlak hüquqlarının yaranması anlamına gəlmir. Mənzilə qeydiyyatda olmaq formal xarakterlidir və vətəndaşın ünvanının dövlət orqanları tərəfindən aparılan qeydiyyat reyestrində qeyd edilməsi məqsədi daşıyır. Qeydiyyat şəxsin həmin yaşayış sahəsinə olan istifadə hüququnu özündə ehtiva etmir. MM-in 269.1-ci maddəsinə əsasən, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. M əhkəmə formal qeydiyyatda olan şəxsin mənafeyini müdafiə etmək məqsədi ilə kreditorun əmlak hüquqlarını poza bilməz. Belə ki, MM-in 158-ci maddəsinə görə, ipoteka hüququ əmlak hüququ hesab edilir və iddiaçının əmlak hüquqları formal qeydiyyatda olan şəxslərdən əlavə mülkiyyətçinin belə özünə münasibətdə qorunur.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 158.1-158.4, 269, 317.1, 385.1, 425, 462.1, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 34-cü maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Ka ssator şikayətində Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinin İ bəndi və 125-ci maddəsinin Vİİ hissəsi, həmçinin MM-in 5.3, 6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7, 6.8, 6.9, 6.10, 6.11, 16.1, 324.5, 404.1, 404.2, 560.1, 777.2, 778.1 və 1096.1ci maddələri üzrə bildirir ki, apellyasiya məhkəməsində də birinci instansiya məhkəməsində olduğu kimi qətnamə qəbul olunarkən maraqlı şəxsin hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş, məhkəmə maraqlı şəxsə qarşı bir qədər ədalətsiz mövqe nümayiş etdirərək, işi hərtərəfli və tam araşdırmamış, iş üçün əhəmiyyətli olan sübutlar, faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş, nəticədə məhkəmə icraatı həqiqəti müəyyən etməmişdir.

34. Qanunvericilikdə nəzərdə tutulmuş bütün haqların istifadə o lunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2020-ci il 18 noyabr tarixl i Qərarı).

35. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 3 iyul tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir.

36. Odur ki, məhkəmə subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini p ozmuşdur. Eyni zamanda, hazırda şikayət olunan hissədə məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və işi hərtərəfli, tam və ədalətli araşdırmamaqla, nəticədə həmin hissədə əsassız qətnamə çıxarmışdır.

37. İpoteka predmetinin indiki bazar qiyməti 180.000 manat təşkil edir. Bundan ipoteka predmeti olan mənzildə cavabdehlərdən başqa X1 və onun az yaşlı uşağı həmin mənzildə qeydiyyatdadırlar. Lakin həmin hissə yenə də araşdırılmamışdır. Bu da insan hüquqlarının kobud pozuntusu deməkdir. Bundan əlavə həmin mənzildə 2021-ci il 15 iyul tarixində anadan olmuş azyaşlı uşaq (Cavabdeh3 nəvəsi) qeydiyyatdadır, buna baxmayaraq az yaşlı uşağın mənafeyi nəzərə alınmamışdır.

38. MPM-in 2.1, 9.3, 14.1, 81, 217.1 və 217.3-cü maddələri üzrə - Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətna mənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir.

39. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarı).

40. Qətnamə şikayət olunan hissədə qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə üzrə” 2008-ci il 30 dekabr, “X.Xəlilovun şikayəti üzrə” 2009-cu il 16 yanvar və “N.Manafovun şikayəti üzrə” 2009-cu il 13 iyul tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qə tnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması ndan ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş v ə ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud gir ov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilən in məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faiz lər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 45. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi....” “ Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, cavabdehlər İddiaçı QSC ilə bağladıqları 2019-cu və 2020-ci illərə aid kredit müqavilələri üzrə öhdəlikləri lazımi qaydada icra etməmişlər. Məhkəmə ekspertizasının rəyində göstərilən bo rc məbləğləri, bankın təqdim etdiyi arayışlarla üstüstə düşdüyündən, borcun miqdarı və tələbin əsaslılığı şübhə doğurmur. Bu halda, borcun dəqiq miqdarı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, əsas və faiz borcları ilə yanaşı, müqavilə şərtlərinə uyğun hesablanmış cərimələr də mübahisə olunmadan təsdiqini tapmışdır.

49. Zaminlik müqavilələrinə gəlincə, apellyasiya instansiyası məhkəməsi cavabdeh zaminlərin məsuliyyətinin müqavilə əsasında birgə və tam məsuliyyət prinsipi ilə qurulduğunu əsaslı şəkildə qeyd etmişdir. Zaminlərin müqavilə şərtlərinə dair etirazları da faktiki və hüquqi əsasa malik olmadığından məhkəmə tərəfindən rədd edilmişdir.

50. Eyni zamanda, ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq kreditin təminatı məqsədilə yüklü edilmiş daşınmaz əmlakın hər rac vasitəsilə satışına yönəldilmiş tutma, kreditorun təmin olunmamış borcunun ödənilməsi məqsədilə zəruri addım kimi qiymətləndirilmişdir. Bu barədə ipoteka müqaviləsində tərəflərin razılığı mövcuddur və ipoteka predmetinin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qanunvericiliyə və müqavilənin tələblərinə tam uyğundur.

51. Bundan başqa, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

52. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi möv qeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

53. Bütün yuxarıda qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması üçün hüquqi və faktiki əsaslar mövcuddur. Kassasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müəyyən olunmuş halları və hüquqi qiymətləndirməni dəyişdirməyə yönəlmiş əsassız etirazlar olmaqla, qətnamənin ləğvini və ya dəyişdirilməsini zəruri edən hal kimi qiymətləndirilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2025-cü il 5 fevral tarixli 2-2(103)-119/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar