Məhkəmə qərarları › İş №2-2(102)-348/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-348/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-348/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan “X2” ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan “X2” ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit müqavilələri üzrə kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. “X2” ASC(bundan sonra-“ASC”) ilə Cavabdeh MMC(bundan sonra-“MMC”) arasında bağlanmış 2015-ci il 30 iyul tarixli 121 nömrəli kredit müqaviləsinə (bundan sonra"xxxx") əsasən ASC tərəfindən MMC-yə 94 ha yeni fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan 1.000.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. ASC ilə MMC arasında bağlanmış 2015-ci il 26 oktyabr tarixli 164 nömrəli kredit müqaviləsinə (bundan sonra-"xxxx") əsasən ASC tərəfindən MMC-yə kommersiya məqsədilə istifadə müddəti 36 ay olan 25.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 25 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

3. ASC ilə MMC arasında bağlanmış 2016-cı il 11 yanvar tarixli 05 nömrəli kredit müqaviləsinə (bundan sonra-"xxxx") əsasən ASC tərəfindən MMC-yə 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan 7.300.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 4 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

4. Ləğv prosesində olan ASC MMC-yə 2019-cu il 10 iyul tarixli, **********461 nömrəli pretenziya məktubu göndərərək kredit müqavilələri üzrə banka ödənilmə miş cəmi 9.508.834,25 manat borcun 3 gün müddətində qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. ASC 2019-cu il 23 sentyabr tarixində MMC-nin 121 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 978.838,59 manat əsas borc, 184.053,02 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 20.970,52 manat əsas borc, 13.285,03 manat faiz borcu, 1.960,21 manat cərimə, 704,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7.300.000 manat əsas borc, 1.009.022,04 manat faiz borcu olmaqla, cəmi 9.508.834,25 manat kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət et mişdir.

6. İddiaçı iddia tələbini yuxarıda göstərilən hallarla(bax §§ 1-5) əsaslandırmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 442, 445.1, 445.2.1, 445.3, 448.1, 449.4-cü maddələrinə istinad edilmişdir.

8. X3 Məhkəməsinin 2019-cu il 17 dekabr tarixli, e-2-2(84)-274/2019 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə MEM-in 2020-ci il 10 noyabr tarixli, 9/2226 saylı ekspert rəyi ilə 164 saylı kredit müqaviləsi üzrə MMC-nin ASC-yə olan borcu 2018-ci il 26 oktyabr tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 19.085,26 manat, faiz borcu 4.302,43 manat, 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 19.08 5,26 manat, faiz borcu 7.470,05 manat, 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) - əsas kredit borcu 19.085,26 manat, faiz borcu - 7.668,85 manat müəyyən edilir. 05 saylı kredit müqaviləsi üzrə MMC-nin ASC-yə olan borcunun 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixinə) əsas kredit borcu-7.300.000 manat, faiz borcu 11.355,75 manat, 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) əsas kredit borcu 7.300.000 manat, faiz borcu 23.522,38 manat, 2026-cı il 11 yanvar tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 7.300.000 manat, faiz borcu 1.898.000. 16 manat müəyyən edilir. 121 saylı kredit müqaviləsi üzrə MMC-nin ASC-yə 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixinə) əsas kre dit borcu- 961.614,81 manat, faiz borcu- 4.006,73 manat, 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) əsas kredit borcu- 961.614,81 manat, faiz borcu - 1.516,58 manat, 2025-ci il 30 iyul tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 961.614,81 manat, faiz borcu - 324.027,39 manat müəyyən edilmişdir.

9. Ləğv prosesində olan ASC 2021-ci il 16 mart tarixində elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya məhkəməysinə müraciət edərək iddia tələbini faiz borcuna münasibətdə artırmış və “121 nömrəli kredit müqaviləsi üzrə 978.838,59 manat əsas borc, 276.879,60 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 20.970,52 manat əsas borc, 16.902,16 manat faiz borcu, 2.397,84 manat mü qavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 1.470.543,90 manat faiz borcu olmaqla cəmi 10.066.532,61 manat kredit borcunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 121 nömrəli kredit müqaviləsi üzrə 961.614,81 manat əsas borc, 1.516,58 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 19.085,26 manat əsas borc, 4.302,43 manat faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan ASC-yə ödənilməsi, iddianın qalan h issələrdə rədd edilməsi, ekspertizanın dəyəri olan 150 manat pulun 75 manatının ASC-dən və 75 manatının MMCdən tutularaq MEM-in hesabına ödənilməsi qət edilmişdir. (hakim – R.Məcidov).

11. Birinci instansiya məhkəməsinin möveyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş kredit borcu qalmışdır.

12. İddia tələbi əsas borcun və faiz borcun tutulması hissələrində qismən təmin edilərək ekpert rəyində göstərilən məbləğlərdə - 121 nömrəli kredit müqaviləsi üzrə 961.614,81 manat əsas borc, iddia qaldırılan 2019-cu il 10 iyul tarixinə 1.516,58 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 19.085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi 2018-ci il 26 oktyabr tarixinə 4.302,43 manat faiz borcu, 05 nömrəli kred it müqaviləsi üzrə 7.300.000 manat əsas borc, iddia qaldırılan 2019-cu il 10 iyul tarixinə 23.522,38 manat faiz borcu MMCdən tutularaq ASC-yə ödənilməlidir.

13. Məhkəmə iddiaçı tərəfindən 2021-ci il 16 fevral tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi, yəni faiz borcları hissəsində iddia tələbinin artırılması barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2019-cu il 10 iyul tarixli iddia ərizəsi 2019-cu il 23 sentyabr tarixdə məhkəmənin icraatına daxil olmuş, işin məhkəmə araşdırması aparılmış, iş üzrə ekspertiza təyin edilmiş və bu səbəbdən mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsi xeyli müddət tələb etmiş, bu isə cavabdehdən asılı olan səbəblərdən baş verməmişdir. 14. 121 nömrəli və 05 nömrəli kredit müqavilələrinin müddəti bitməmiş ləğv prosesində olan ASC bütün əsas borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə faktiki olaraq tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb etmişdir.

15. Tərəflər arasında bağlanmış qeyd olunan kredit müqavilələrinin 8.1-ci bəndinin z) yarımbəndində tərəflər razılaşmışlar ki, müqavilənin şərtləri borc alan tərəfindən yerinə yetirilmədikdə, yəni kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin 2 ay ödənilmədikdə bank borc öhdəliyini vaxtından əvvəl tələb edə bilər.

16. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin 8.1-ci bəndinə əsasən öhdəliyin icrasını vaxtından öncə tələb etmiş və bu barədə tələblə məhkəməyə müraciət etmişdir ki, MMC-dən kredit müqavilələr i üzrə ilkin olaraq məhkəməyə müraciət olunduğu tarixə olan faiz borcu tutula bilər. İddiaçının faiz borcuna münasibətdə hər məhkəmə ekspertizası keçirildikdən sonra iddia həcmini artırması yenidən ekspertizanın keçirilməsinə və yenidən iddia həcminin artırılmasına və sonda yenidən ekspertizanın keçirilməsi ilə nəticələnər ki, bu da məhkəmə araşdırmasının bitməsinə maneədir.

17. İddiaçının məhkəməyə müraciət etməsindən sonra cavabdeh məhkəmə araşdırmasının uzadılmasına yönələn hər hansı hərəkətə yol vermədiyindən, məhkəmə araşdırmasının uzanması ekspetizanın keçirilməsi və ekspertə təqdim olunmalı sənədlərin vaxtında təqdim edilməməsinə görə baş verdiyindən, habelə iddiaçı faktiki olaraq məhkəməyə müraciət edərək əsas borcu bütövlükə tələb etməklə tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb etdiyindən iddiaçının faiz borcuna münasibətdə iddia həcmini artırması və cavabdehdən əlavə faiz tələb edilməsi əsassızdır. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsi faktiki olaraq tərəflər arasında müqavilədən irəli gəlmiş öhdəlik münasibətlərinin pozulmasına və öhdəliyin vaxtından əvvəl icra edilməsinə yönəlmişdir.

18. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir 05 nömrəli kredit müqaviləsinin müddəti 2018-ci il 26 oktyabr tarixdə bitmişdir ki, iddiaçı həmin kredit müqavilə üzrə kredit müddətinin bitdiyi tarixdən sonra faiz borcu hesablaya bilməz. Kredit müddətinin bitdiyi tarixə ekspert rəyinə əsasən MMC-nin 4.302,43 manat məbləğində borcu olmuşdur ki, məhz həmin məbləğdə MMC-dən tutula bilər.

19. İddia tələbinin 164 nömrəli kredit müqav iləsinin müddəti bitdikdən sonra hesablanan 2.397,84 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarında qeyd olunmuşdur ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliy ini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

20. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

21. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaran ır.

22. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2015-ci il 26 oktyabr tarixində kredit müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş buna baxmayaraq iddiaçı hətta müqavilə müddətinin bitdiyi 2018-ci il 26 oktyabr tarixindən də təxminən 1 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki qeyd olunan qərara əsasən kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalı idi.

23. Kreditor tərəfindən tələb edilən pul əldən çıxmış fayda şəklində vurulmuş zərərdən ibarətdir. Hazırki iş üzrə iddiaçı bank Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına istinad edərək cavabdehdən 2.397,84 manat məbləğində borcu tələb etsə də, pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi qiymət verilən hissədə əsassızdır və rədd edilməlidir.

24. Məhkəmə öz qətnaməsini MM-in 21.2, 428.4, 445.7, 449.3 -ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “MM-in 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

25. Cavabdehin qanuni təmsilçisi 2021-ci il 10 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat fa iz borcu hissəsində dəyişdirilərək iddia tələbinin bu hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 noyabr tarixli 2-2(107)-74/2021 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə MEM-in 2021-ci il 15 dekabr tarixli 4/1608 saylı ekspert rəyindən müəyyən olur ki, mülki işin 2-ci cildinin 110-113-cu vərəqlərində ASC ilə V.Əliyev arasında olan № 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzalar – V.ƏLİYEV tərəfindən icra olunmuşdur və mülki işinin 1-ci cildinin 79-82-ci vərəqlərində ASC ilə V.Əl iyev arasında olan № 121 nömrəli kredit müqaviləsinin kserosurətinin 1-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı əks olunmuş imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı əks olunmuş imzalar – V.Əliyev tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

27. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli, kredit müqaviləsində qeyd edilən vəsaitin cavabdehin bank hesablarına köçürülübköçürülmədiyi barədə məlumat verilməsinə dair qərardadı ilə bağlı ləğv prosesində olan ASC tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış ərizədə MMC-yə ayrılmış 7.300.000 mnat məbləğində kredit vəsaitinin müştəri tərəfindən nağd şəkildə bankın xəzinəsindən əldə edildiyini, vəsaitin verilməsinə dair hesablar üzrə hər hansı köçürm ə əməliyyatının aparılmadığı qeyd edilmişdir.(İİİ cild, i/v25)

28. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2022 saylı qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC–dən alınaraq LPO ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi LPO ASC-nin MMC-yə qarşı 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC-dən alınaraq LPO ASCnin xeyrinə tutulması hissəsində təmin olunmamışdır (sədrlik edən hakim – A.Mahmudov, hakimlər – Ə.Məcidov və M.Əsədli).

29. Apellyasiy a instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ASC ilə MMC arasında bir neçə kredit müqaviləsi, o cümlədən hazırda mübahisələndirilən 05 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncu müqaviləyə əsasən iddiaçı tərəf 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla 7.300.000 manat kredit verməyi, borcalan isə kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

30. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı tərəf həmin müqavilə üzrə verilmiş pulu tələb edir, cavabdeh isə belə bir müqavilədən ümumiyyətlə məlumatsız olmalarını, qeyd olunan müqavilə üzrə onlara heç bir pul məbləğinin ödənilməməsini, müqavilədən çox sonralar, yəni Bank tərəfindən onlara xəbərdarlıq məktubu gələndə məlumatlı olduqlarını, bundan sonra Banka mü raciət edərək sözügedən müqaviləni əldə etdiklərini bildirirlər.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından cavabdehin iddiaya olan mövqeyinə əsasən məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, ekspert tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, mülki işin 2-ci cildinin 110-113-cu vərəqlərində ASC ilə V.Əliyev arasında olan (MMC-nin həmin dövrdə olmuş direktoru) 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzalar – V.Əliyev tərəfindən icra olunmuşdur.

32. Bundan sonra kollegiya apellyasiya şikayətinin digər dəlillərini araşdırmaq məqsədilə müvafiq Qərardadlar qəbul edərək, aidiyyəti təşkilatlardan, (o cümlədən, Mərkəzi Bankda n, LPO ASC-dən, Əmanətlər Sığortalanması Fondundan, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və s.) məlumatlar almağa cəhd etmiş, lakin sonda hər bir təşkilat 05 nömrəli kredit müqaviləsi üzrə verilməli olan məbləğ barədə onlarda məlumat olmadığını, belə bir pulun MMC-yə ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmədiklərini qeyd etmişlər.

33. Kollegiya verilmiş sorğuların cavablarını tərəflərlə, o cümlədən iddiaçının nümayəndəsi ilə əlaqəli şəkildə təhlil edərkən, sonuncu müqavilədən başqa onlarda digər bir rəsmi məlumatın olmadığını, pulun verilməsini təsdiq edən kassa məxaric orderinin və ya hesaba köçürülməsini təsdiq edəcək sübutların olmadığını bildirmiş, mövcud sübutlar əsasında işə baxmağı xahiş etmişdir.

34. Apellyasiya insta nsiya məhkəməsi iddia tələbinin və apellyasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisəsi gedən müqavilənin cavabdeh MMC-nin keçmiş direktoru tərəfindən imzalandığı müəyyən edilsə də, cavabdehin həmin pul məbləğindən real şəkildə faydalanması, faydalandığı halda qaytarmadığı iş materilalları ilə sübut olunmamış, əksinə apellyasiya icraatı zamanı dəfələrlə cəhd edilməsinə və iddiaçı tərəfə təklif olunmasına baxmayaraq bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

35. Vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur. Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir. Kollegiyanın araşdırılması zamanı yuxarıda qeyd olunan (8-ci bənddə qeyd olunan) hallara riayət olunması da m üəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsindən məhkəməyə ünvanlanmış 2022-ci il 21 yanvar tarixli, **********583500 nömrəli məktubda ASC-nin hesabından vergi ödəyicisi MMC-nin (VÖEN **********) hesabına nə qədər məbləğdə pul köçürülməsi və hesablaşmaların aparılması barədə vergi orqanında hər hansı məlumatın olmaması qeyd edilmişdir (i/m 3-cü cild. səh. 25.)

36. MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə 05 saylı kredit müqaviləsi üzrə ASC-yə görə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

37. Məhkəmə araşdırması zamanı ekspert rəyi tərəflərin iştirakı ilə təhlil edilərkən, cavabdehin nümayəndəsi ümumiyyətlə ekspert rəyindən məlumatsız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən onlara ekspert rəyinin təqdim olunmadığını və sonda həmin müqavilə üzrə MMC tərəfindən heç bir ödəniş aparılmadığını bildirmişdir.

38. İddiaçının nümayəndəsi isə 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, ekspert rəyində qeyd olunanlar əvvəlki müqavilələr üzrə ödənildiyini bildirərək, sonda ekspertin bu müqavilə üzrə yanlışlığa yol verdiyini bildirmişdir. Mübahisənin bu halı iş materiallarına əlavə edilmiş müvafiq ödəniş cədvəlləri ilə də təsdiq olunur. Həmin ödəniş cədvəllərində n görünür ki, vaxtaşırı ödəmələr yalnız 164 nömrəli və 121 nömrəli kredit müqavilələri üzrə aparılmışdır (i/m 3-cü cild. səh. 27-30).

39. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bu nun əhəmiyyəti yoxdur.

40. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz, bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

41. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və iddi açını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

42. Məhkəmə öz qətnaməsini MM-in 5, 14.2.1, 21, 49, 385, 386.1, 425, 445.1, 739.1, 739.2, MPM-in 88, 101.3, 103.1, 103.2, 206.1, 384.0.2, 387.1-ci maddələrinə, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının 2.1, 2.4-cü bəndlərinə, KMP-nin F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, “N.Manafovun şikayəti üzrə” 2009-cu il 13 iyul tari xli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarına, istinad etməklə əsaslandırmışdır.

43. Qətnamə 2022-ci il 25 yanvar tarixində tərəflərə göndərilmişdir.

44. İddiaçı 2022-ci il 18 mart tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

45. MM-in 14 və 386.1-ci maddələrinin tələbləri pozulmuşdur. 05 nömrəli kredit müqaviləsinə əsasən MMC-yə 7.300.000 AZN məbləğində kredit verilmişdir. ASC ilə MMC arasında yaranan mübahisə müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsa slarından biri tərəflər arasında bağlanmış müqavilə hesab olunur. Həmçinin öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən maddi hüquq normalarından aydın görünür ki, mülki hüquq münasibətlərinin, öhdəlik hüququnun yaranmasının əsası tərəflər arasında bağlanmış müqavilə hesab olunur.

46. Bu baxımdan apellyasiya instansiya məhkəməsi, öhdəliyin yaranmamasının səbəbi kimi qeyd etdiyi kassa məxaric qəbzinin olmaması əsası qanunsuzdur. Belə ki, hər hansı bir səbəbdən (bankın ləğv prosesində olması, sənədlərin düzgün sistemləşdirilib yığılmaması, arxiv işinin düzgün təşkil olunmaması) kassa məxaric qəbzinin itməsi və ya olmaması müqavilə üzrə yaranan öhdəlik üçün iddia tələbinin təmin edilməməsinin əsası ola bilməz. Həmçinin bildirmək istərdim ki, bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışlarda kredit vəsaitinin nəğd şəkildə verilməsi öz əksini tapmışdır. Məhkəmə bu sübutu ümumiyyətlə təhqiq etməmiş və nəzərə almamışdır. Hüquqi baxımdan kassa məxaric qəbzi hər-hansı bank əməliyyatının həyata keçməsini təsdiq edən texniki sənəd növüdür. Qəbz özüözlüyündə hər hansı öhdəliyin yaranmasını təsdiq edən sənəd hesab edilə bilməz.

47. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Şəki Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

48. Belə ki, cavabdehin nümayəndəsi və MMC-nin direktoru V.Əliyev qeyd edilən 05 nömrəli kredit müqaviləsində V.Əliyevin adından olan imzanın sonuncuya məxsus olmadığı nı bildirsələr də məhkəmə xəttşünaslıq ekspertizasının rəyinə əsasən müqavilədə olan imzanın V.Əliyev tərəfindən icra olunduğu müəyyən edilmişdir. Halbuki, cavabdeh və onun nümayəndəsi israrla bildirirdilər ki müqavilə saxtadır, hüquqi şəxsin direktoru həmin müqaviləni imzalamamışdır. Apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan ekspertiza rəyini nəzərə almamış, bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməsinə dair qanunun tələbini pozmuşdur.

49. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

50. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən 05 saylı, 11 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri çərçivəsində həmin hissədə yoxlanılacaqdır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgü n tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “ Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsə dinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hans ı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadını n məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Maddə

206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud ə lavə və ya tərar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır...” Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

56. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 22(107)-2/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

57. İddia tələbini 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC-dən alınaraq LPO ASC-nin xeyrinə tutulması” hissəsində rədd edən apelyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ekspert rəyi tərəflərin iştirakı ilə təhlil edilərkən, cavabdehin nümayəndəsi ümumiyyətlə ekspert rəyindən məlumatsız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən onlara ekspert rəyinin təqdim olunmadığını və sonda həmin müqavilə üzrə MMC tərəfindən heç bir ö dəniş aparılmadığını bildirmiş, iddiaçının nümayəndəsi isə 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, ekspert rəyində qeyd olunanların əvvəlki müqavilələr üzrə ödənildiyini bildirərək, sonda ekspertin bu müqavilə üzrə yanlışlığa yol verdiyini bildirmiş, iş materiallarına əlavə edilmiş müvafiq ödəniş cədvəllərindən görünür ki, vaxtaşırı ödəmələr yalnız 164 nömrəli və 121 nömrəli kredit müqavilələri üzrə aparılmışdır.

58. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

59. Belə ki, işdəki MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəyinə əsasən, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə məhz 05 saylı 11 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə ASC-yə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

60. Cavabdeh 2016-cı il 11 yanvar tarixli 05 nömrəli kredit müqaviləsindən ümumiyyətlə xəbəri olmadığını, belə bir müqaviləyə imza etmədiyini bildirsə də MEM-in 2021-ci il 15 dekabr tarixli 4/1608 saylı ekspert rəyindən, ASC ilə V.Əliyev arasında olan № 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzaların, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzaların məhz V.ƏLİYEV tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bu hal isə öz növbəsində cavabdehin məhkəmə iclaslarında izahatl arına tənqidi yanaşmaq üçün əsas versə də, apelyasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən həmçinin cavabdehin izahatlarına da sübut kimi istinad etmişdir.

61. Digər tərəfdən “X2” ASC(bundan sonra-“ASC”) ilə Cavabdeh MMC(bundan sonra“MMC”) arasında bağlanmış 2015-ci il 30 iyul tarixli 121 nömrəli və 2015-ci il 26 oktyabr tarixli 164 nömrəli kredit müqavilələri üzrə verilmiş kreditlərin ümumi məbləği (1.000.000 manat+25.000 manat), müddətləri (120 ay və 36 ay), faiz dərəcələri (illik 6 % və 25 %) nəzərə alınarsa, 1.021.999.83 manat məbləğində ödənişin həmin müqavilələr üzrə faizlərə silinməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə iş materiallarındakı digər sübutlarla yanaşı MEM-in 2020-ci il 10 noyabr tarixli, 9/2226 saylı ekspert rəyi ilə də təkzib edilir.

62. Belə ki, MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə 05 saylı kredit müqaviləsi üzrə ASC-yə görə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

63. Beləliklə, 1.021.999.83 manat məbləğində ödənişin ümumi məbləği 1.025.000 manat olan əvvəlki iki kredit müqavilələri üzrə faiz borcuna silinməsi barədə apelyasiya məhkəməsinin gədiyi nəticə sübutların və ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsini nəzərdə tutan MPM-nin 88 və 103-cü maddələrinin pozulduğunu və ekspert rəyinin düzgün qiymətlə ndirmədiyini təsdiq edir.

64. İşə yenidən baxılarkən 05 nömrəli kredit müqaviləsinin məhz V.Əliyev tərəfindən imzalanması və bu kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 1.021.999.83 manat məbləğində ödəniş aparıldığı barədə ekspert rəyləri MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməli, bu hallar hərtərəfli müzakirə və araşdırma predmeti olmalı, 1.021.999.83 manat məbləğində ödənişin məhz hansı kredit müqaviləsi üzrə aparıldığı rəsmi ödəniş sənədlərinə əsasən dəqiq müəyyən edilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

65. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiym ətləndirilməsində səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)2/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:

67. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar