Məhkəmə qərarları › İş №2-2(102)-348/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-348/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-348/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə və sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 saylı qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 14 aprel tarixli PB/GTC-073/2015 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X3” müqaviləsinin 1-ci bəndindən görünür ki, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 2. 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə: - K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2020-ci il 12 iyun tarixinədək illik faiz dərəcəsi 16 faiz (illik cərimə faizi 31 faiz, gündəlik 0,086111 faiz) olmaqla, 100.000 manat məbləğində kredit vermişdir. - K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2022-ci il 21 iyul tarixinədək illik faiz dərəcəsi 17 faiz (illik cərimə faizi 15 faiz, gündəlik 0,0416 faiz) olmaqla, 125.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir. 3. 2018-ci il 12 iyun tarixli İ2357 nömrəli ipoteka müqaviləsindən görünür ki, 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayo nu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – “DƏDRX”) tərəfindən 2018-ci il 21 iyun tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında razılığa əsasən 270.000 manat məbləğində göstərilmişdir. 4. 2019-cu il 17 iyul tarixli, İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, 2018-ci il 12 iyun tarixli GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 2019-cu il 25 iyun tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları DƏDRX tərəfindən 2019-cu il 1 avqust tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5. 2018-ci il 12 iyun tarixli Z2615 nömrəli zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 6. 2019-cu il 25 iyun tarixli, Z2615 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 2018-ci il 12 iyun tarixli kredit limit i müqaviləsi və ona əlavə edilmiş 2019-cu il 25 iyun tarixli 01 saylı əlavə üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC-nin 2021-ci il 6 noyabr tarixli, ********* nömrəli və ********** qeydiyyat kodlu Azərbaycan Respublikası Mərkəzi X1 ödənilmiş mədaxil qəbzindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. 8. 2021-ci il 30 iyun tarixli **********31 nömrəli DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə göndərdiyi məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

9. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 2020-ci il 16 dekabr tarixli PBCOS-1603 saylı xəbərdarlıqdan görünür ki, tərəflər arasında bağlanmış 2015-ci il 14 aprel tarixli PB/GTC-073/2015 nömrəli “X3” müqaviləsinə əsasən 2020-ci il 29 iyul tarixli, K4058 və 2018-ci il 14 iyun tarixli K2607 nömrəli maliyyələşdirmə üçün ərizə formaları imzalanmışdır. K4058 maliyyə nömrəli ərizəsi üzrə 84, K2607 maliyyə nömrəli ərizəsi üzrə 91 gün ödəniş gecikdirilmişdir. Qeyd olunan ərizələr üzrə yaranmış borcun 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 2020-ci il 16 dekabr tarixli PBCOS1604 saylı bildirişdən görünür ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 iyun tarixli Z2615 nömrəl i “Zaminlik müqaviləsi” bağlanmışdır. K4058 nömrəli maliyyə ərizəsi üzrə 84 gün, K2607 nömrəli maliyyə ərizəsi üzrə 91 gün ödəniş gecikdirilmişdir. Qeyd olunan ərizələr üzrə yaranmış borcun 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış 2021-ci il 14 iyun tarixli PB-OUT03009-2021 saylı bildirişdən görünür ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 iyun tarixli İ2357 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh1 MMC-nin K2607 saylı maliyyələşdirmə ərizəsi üzrə 11.406,43 manat və K4058 saylı maliyyələşdirmə ərizəsi üzrə 138.140,06 manat məbləğində borcun ödənilmədiyi təqdirdə, 5 gün müddətində ipoteka predmetinin açıq bazarda satılması məqsədilə İddiaçı ASC-yə müraciət olunmasını xahiş etmişdir.

12. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 2021-ci il 25 iyun tarixli PB-OUT-03252-2021 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında yaranmış öhdəliklərin icra olunmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

13. Cavabdeh1 MMC-nin 2018-ci il 6 mart tarixli və 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş 2019-cu il 25 iyun tarixli 01 saylı əlavə üzrə İddiaçı ASC-yə 2022-ci il 10 yanvar tarixinə olan borcu barədə maliyyə arayışından görünür ki, K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9.492,45 manat, faiz borcu 387,15 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120.138,70 manat, faiz borcu 28.025,84 manat məbləğində təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh”, “cavabdeh zamin” və “cavabdeh ipoteka qoyan”) qarşı iddia ərizəsi (daha sonra iddia həcminin artırılması barədə ərizə) ilə 2021-ci il 1 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh və zamindən K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9.492,45 manat əsas borc, 387,15 manat faiz borcu, 3.284,24 manat cər imə borcu olmaqla, cəmi 13.163,84 manat məbləğində borcun; K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120.138,70 manat əsas borc, 28.025,84 manat faiz borcu, 7.554,99 manat cərimə borcu olmaqla, cəmi 155.719,53 manat məbləğində borcun; K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 248.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdeh və zamindən iddiaçıya olan K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdeh və zamindən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının cavabdeh və zamindən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırıl mışdır ki, iddiaçı ilə cavabdeh arasında 2015-ci il 14 aprel tarixli PB/GTC-073/2015 saylı bank xidmətlərinin göstərilməsinə dair “X3” müqaviləsi bağlanmış, sonradan tərəflər arasında 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona 2019-cu il 25 iyun tarixli 01 nömrəli əlavə imzalanmışdır. Daha sonra GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 2018-ci il 12 iyun tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və iddiaçı tərəfindən Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 2020-ci il 12 iyun tarixinədək illik faiz dərəcəsi 16 faiz (illik cərimə faizi 31 faiz, gündəlik 0,086111 faiz) olmaqla, 100.000 manat məbləğində tranşlarla krеdit verilmişdir. Bununla yanaşı, GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tə rəflər arasında 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana K3313 və K3809 saylı öhdəliklərin bağlanması məqsədilə 2022-ci il 21 iyul tarixinədək illik faiz dərəcəsi 17 faiz (illik cərimə faizi 15 faiz, gündəlik 0,0416 faiz) olmaqla, 125.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir. 16. 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın iddiaçı qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: girov qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə 2018-ci il 12 iyun tarixli İ2357 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış, bu haqda 2018-ci il 21 iyun tarixli RX1312702 saylı dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 2018-ci il 12 iyun tarixli GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 2019-cu il 25 iyun tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İ2357 saylı ipoteka müqaviləsinə 2019-cu il 17 iyul tarixli 01 nömrəli əlavə imzalanmış, həmin əlavə dövlət reyestrində qeydə alınmış, bu haqda 2019-cu il 1 avqust tarixli dövlət reyestrindən çıxarış verilmişdir. 2018-ci il 12 iyun tarixli GL2606 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın iddiaçı qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə zamin arasında 2018-ci il 12 iyun tarixli Z2615 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 2019-cu il 25 iyun tarixli 01 nömrəli əlavə bağlanmışdır.

17. K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 259 gün, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 252 gün ərzində müqavilə öhdəlikləri icra edilməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsi həyata keçirilməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları, ipoteka qoyana ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların iddiaçıya məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda n sonra – “MM”) 21, 295, 317, 319.1, 319.6, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472, 500.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 39.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26, 119.1, 172.3-cü maddələrinə istinad etmişdir.

19. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

20. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 iyul tarixli e-2-2(113)-3409/2021 saylı qərardadları ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur (hakim – E.Əliyev).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 4 oktyabr tarixli 9/6657 nömrəli rəyinə əsasən, cavabdehin iddiaçıya olan borcu maliyyə arayışında borcun he sablandığı 2021-ci il 1 iyun tarixinə 2018-ci il 12 iyun tarixli K2607 saylı maliyyələşdirmə ərizəsi üzrə 9.879,60 manat (əsas borc üzrə 9.492,45 manat və faiz borcu üzrə 387,15 manat); 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə ərizəsi üzrə maliyyə 135.967,15 manat (əsas borc üzrə 120.138,70 manat və faiz borcu üzrə 15.828,45 manat) məbləğində müəyyən olunmuşdur. 22. "xxxx" MMC-nin 2021-ci il 16 noyabr tarixli 21/9 saylı rəyinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə, 0,03189 ha dövlət istifadəsində olan torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinin bazar dəyəri – 292.000 manat, likvid dəyəri – 248.000 manat məbləğində təşkil etmişdir. 23. 2022-ci il 9 yanvar tarixində cavabdeh ipoteka qoyan ərizə ilə məhkəmə yə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin likvid və bazar dəyərinin müəyyən olunması məqsədilə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, məhkəmənin 2022-ci il 22 fevral tarixli iclas protokolundan (İ cild, i/v 309) görünür ki, ipoteka qoyan tərəfindən verilmiş ərizə rədd edilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 fevral tarixli e-2-2(113)-185/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh və zamindən 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9.492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat, cəmi 10.000 manat; K4058 s aylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120.138,70 manat, faiz borcu 28.025,84 manat və cərimə 335,46 manat, cəmi 148.500 manat; ümumilikdə 158.500 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyana məxsus ilkin satış qiyməti 270.000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əl də olunan vəsait K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdeh və zamindən birgə qaydada tutulması, mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 12,30 manatı iddiaçıdan, 187,70 manatı isə cavabdeh və zamindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatı iddiaçıdan, 234,63 manatı isə cavabdeh və zamindən tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim – E.Əliyev).

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə y etirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

26. Cavabdehlərdən iddiaçının xeyrinə K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, eyni zamanda ipoteka predmetin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə tutulması hissəsində iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməlidir.

27. Cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120,40 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 335,46 manat məbləğində müəyyən olunmalıdır.

28. Məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin likvid qiymətinin 248.000 manat, bazar dəyəri isə 292.000 manat məbləğində müəyyən edildiyini, Cavabdeh3 nümayəndəsi Vəkil1 müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620.000 manat məbləğində müəyyən edildiyini bildirdiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, gələcəkdə tərəflərin ipoteka predmetinin likvid qiyməti ilə bağlı mübahisənin qarşısının alınması məqsədi ilə ipoteka predmetinin likvid satış qiyməti tərəflərin ipoteka müqaviləsində razılaşdığı kimi 270.000 manat məbləğində müəyyən edilməlidir.

29. Birinci instansiya m əhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 465.2, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. İddiaçı 2022-ci il 15 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdeh ipoteka qoyan 2022-ci il 21 aprel tarixində apellyasiya şikayəti ilə və sonradan həmin şikayət üzrə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qətnamənin, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilən hissədə ləğv olunması, yeni likvid qiymət müəyyən edilməklə iddianı qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 22(103)-535/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 5 yanvar tarixli 10/4119 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 585.000 manat (500 x 1.170), 30 faiz azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 410.000 manat (585.000 - 30 faiz) məbləğində müəyyən olunmuşdur.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdeh və zamin Cavabdeh2 iddiaçının xeyrinə 474,5 manat cərimə tutulmuş, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 410.000 manat müəyyən edilərək qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, 150 manat ekspertiza xərci (apellyasiya instansiyası mərhələsində) Cavabdeh3 Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmuş, işə apellyasiya qaydasında baxılarkən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və M.Tağızadə).

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti 2020-ci il 12 iyun tarixində bitdiyi halda, kredit borcunun qaytarılması təmin edilmədiyindən cavabdehlərdən icrası 1 il gecikdirilmiş öhdəlik üzrə cəmi 120,40 manat cərimə tutularkən məhkəmə tər əfindən kreditorun mənafeyi nəzərə alınmamışdır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan hissəsi qismən təmin edilərək 2018-ci il 12 iyun tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə məhkəmə tərəfindən tutulmuş cərimənin məbləği dəyişdirilərək formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas borcun 5 faizi məbləğində - 474,5 manat müəyyən edilməlidir.

36. K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddətinin 2022-ci il 21 iyul tarixinədək müəyyən edildiyi, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə 2021-ci il 1 iyul tarixində, qrafik üzrə ödənişlərin gecikdirilməsinə əsaslanaraq kreditin qaytarılması ilə bağlı öhdəliyin icra müddəti bitmədən müraciət etdiyi nəzərə alınaraq, həmin müqavilə üzrə məhkəmə t ərəfindən tutulmuş 335,46 manat cərimə məbləği ağlabatan məbləğ olduğundan qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Tərəflər arasında ipoteka müqaviləsinin 2018-ci il 12 iyun tarixində bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən edildiyini, daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmaya yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır. Eyni zamanda, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 2021-ci il 16 noyabr tarixli 9/21 nömrəli hesabatında ipoteka predmeti olan əmlakın likvid dəyəri onun ipoteka müqavil əsi ilə müəyyən edilmiş ilkin satış qiymətindən belə aşağı (248.000 manat) göstərildiyindən həmin rəy əsaslı hesab edilə bilməz.

38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 467, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü, MPM-in 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 6 mart tarixində tərəflərə göndərilmişdir.

40. İddiaçı 2023-cü il 4 may tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin qismən dəyişdirərək – iddia tələbinin dəbbə puluna münasibətdə tam təmin edilməsi, tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin 270.000 manat müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. İpoteka qoyan cavabdeh 2023-cü il 5 may tarixin də kassasiya şikayəti verməklə həmin qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və iddianın həmin hissədə apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

42. MM-in 390.1, 445.7, 462.1, 462.3, 465.2, 467-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddələri üzrə - Dəbbə pulunun məbləği əsas borc münasibətdə adekvat olmuş və tənasübsüz sürətdə yüksək olmamışdır. Cavabdeh kredit müqavilələrini imzalamaqla sonuncu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq verilmişdir. Lakin məhkəmələr tərəfindən cərimə məbləği kəskin sürətdə azaldılmış, K2607 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 474,5 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 335,46 manat məbləğində müəyyən olunmuşdur. K4058 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən müəyyənləşdirilən illik cərimə faizi (15 faiz) kreditinin illik faizindən də aşağı olmuşdur. Hətta məhkəmə MM-in 445.7-ci maddəsinin tələblərini pozaraq maddədə imperativ qaydada müəyyən edilmiş borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda kreditora gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olmasını da nəzərə almamışdır. Hətta məhkəmənin özünün qətnaməsində qeyd etdiyi bu sahədə formalaşmış məhkəmə təcrübəsini də nəzərə almadan əsas borc məbləğinin 5 faizindən də xeyli az məbləğdə dəbbə pulu hesablanmışdır. Belə ki, K4058 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavab dehin 120.138,70 manat əsas borcunun olduğu halda, həmin məbləğin 5 faizi 6.006,9 manat təşkil etmiş və müəyyən olunan 335,46 manat cərimə məbləği tamamilə əsassız olmuşdur. 43. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 39.3, 39.3.3-cü maddələri üzrə - Birinci instansiya məhkəməsi tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olduğundan ekspert rəyində daha aşağı göstərilən likvid dəyəri deyil, tərəflərin ipoteka müqaviləsində razılaşdırdığı daha yüksək məbləği (270.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən etmişdir. Lakin apellyasiya məhkəməsi əsassız olaraq, buna zərurət olmadan yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyini əsas götürül məklə tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətini 410.000 manat müəyyən etmişdir. Qeyd olunan məbləğ ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasında müəyyən olunmuş və ilkin ekspert rəyində göstərilən məbləğdən xeyli miqdarda artıq təşkil etmiş və əmlakın dəyəri adekvat olmamışdır.

44. MPM-in 88, 103.1, 103.2-ci maddələri üzrə - Məhkəmələr dəbbə pulunu azaldarkən tərəflər arasında bağlanılmış kredit müqavilələrinin və maliyyələşdirmə üzrə ərizələrin şərtlərini, cərimələrin maliyyə arayışında göstərilən gecikdirilmiş günlərin sayına müvafiq hesablandığını nəzərə almamışdır. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair iki ekspert rəyi mövcud olmuşdur. Ekspert rəyinə digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəf indən qəbul olunması və yaxud qəbul edilməməsinin səbəbləri qətnamədə öz əksini tapmamışdır. Məhkəmə öz qətnaməsində mövcud ekspert rəylərindən məhz Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyini qəbul etdiyini əsaslandırmamışdır. Nəticədə məhkəmə tərəfindən iş materiallarında olan sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir. b) İpoteka qoyan cavabdehin kassasiya şikayətinin dəlilləri 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.5, 39.3.3-cu, MPM-in 14, 77, 88, 97, 217-ci maddələri üzrə - Cavabdehin vəsatəti üzrə birinci instansiya məhkəməsində ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş, məhkəmə həmin rəylərdə göstə rilən qiyməti deyil, tərəflər arasındakı müqavilədə göstərilən qiyməti nəzərə almışdır. Bu isə qanunun tələblərinə və işin hallarına uyğun olmamışdır. Həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 5 yanvar tarixli rəydə əmlakın bazar dəyəri 585.000 manat, likvid dəyəri isə 410.000 müəyyən edilmişdir. Həmin ünvanda təxminən 0,25 ha torpaq sahəsi və üzərində 500 kv.m orta təmirli fərdi yaşayış evinin ümumi qiyməti 600.000 – 620.000 məbləğində olmuşdur. Lakin ekspert əmlakın likvid dəyərini müəyyən edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Likvid dəyərin hesablanma əsasları rəydə göstərilməmişdir. Həmçinin ekspert likvid dəyərinin müəyyən edilməsi üçün 30 faiz əmsaldan istifadə etmişdir ki, bunun əsasları məlum olmamışdır. Həmin fərdi yaşayış evinin b azar dəyəri 500.000 – 510.000 manat məbləğində təşkil etmişdir. Ekspert rəyində likvid dəyərin müəyyən edilmə əsasları məlum olunmamışdır. Lakin məhkəmə həmin ekspertiza rəyi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı cavabdehin kassasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, sonuncu ekspertiza tərəfindən verilmiş rəy əsasında müəyyən edilmiş əmlakın dəyəri adekvat məbləğdə olmamışdır. Lakin apellyasiya məhkəməsi məhz Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyini qəbul etdiyini əsaslandırmamışdır. Cavabdehin kassasiya şikayətində qeyd etmiş olduğu ilkin satış qiymətinin 500.000 manatdan yuxarı olması barədə dəlili əsassız olmuşdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSAS İYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya baxışının predmetini yalnız cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti təşkil etdiyi və kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını y alnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 7 39.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 51. “İpoteka haqqında” Azərbaycan Respublikası 2005-ci il 15 aprel tarixli, 883-İİQ nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predm etinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi … 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönə ldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. İddiaçı kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsini və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı cərimə borcunun tutulması hissəsində, ipoteka qoyan cavabdeh isə ipoteka predm etinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini qismən təmin edərək aşağı məhkəmənin qətnaməsini dəyişdirmiş, K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cəriməni 474,5 manat müəyyən etmiş və ipoteka predmetinin ilkin satış qiymətini 410.000 manat müəyyən etmiş, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır.

55. Cərimə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi nəticə etibarilə ondan ibarət olmuşdur ki: 1) K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti 2022ci il 21 iyul tarixinədək müəyyən edildiyi, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə 2021-ci il 1 iyul tarixində, qrafik üzrə ödənişlərin gecikdirilməsinə əsaslanaraq kreditin qaytarılması ilə bağlı öhdəliyin icra müddə ti bitmədən müraciət etdiyi nəzərə alınaraq, həmin müqavilə üzrə məhkəmə tərəfindən tutulmuş 335,46 manat cərimə məbləği ağlabatan məbləğdir. 2) K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti 2020-ci il 12 iyun tarixində bitdiyi halda kredit borcunun qaytarılması təmin edilmədiyindən cavabdehlərdən icrası 1 il gecikdirilmiş öhdəlik üzrə cəmi 120,40 manat cərimə tutularkən məhkəmə tərəfindən kreditorun mənafeyi nəzərə alınmamışdır. Ona görə də məhkəmə tərəfindən tutulmuş həmin cərimənin məbləği dəyişdirilərək formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas borcun 5% məbləğində 474,5 manat müəyyən edilməlidir.

56. Məhkəmə kollegiyası K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə məbləğinin müəyyən edilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından kassatorun müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum görmür.

57. Bununla belə, məhkəmə kollegiyası K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə məbləğinin müəyyən edilməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

58. Birinci instansiyası məhkəməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cəriməni 335,46 manat məbləğində müəyyən etmişdir ki, bu da təmin edilmiş əsas borcun (120.138,70 manat) cəmi 0,3 %-ni təşkil edir.

59. Məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə üzrə öhdəliyin icra müddətinin bitməməsi hazırkı halda dəbbə pulu ilə bağlı kommersiya məhkəmələrində formalaşmış təcrübənin (cərimə kimi, təmin edilmiş əsas borcun 5%-nin tutulması) tətbiq edilməməsi üçün əsas ola bilm əz.

60. Əvvəla, ona görə ki, qanunda belə bir məhdudiyyət nəzərdə tutulmamışdır. MM-in 465.2-ci maddəsinin (bax yuxarıda § 50) tələblərinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

61. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçı tərəfindən cavabdehə 2022-ci il 21 iyul tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0,0416%) olmaqla, 125.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir.

62. Göründüyü kimi, tərəflərin razılaşmasında illik cərimə faizi 15%, gündəlik 0,0416% nəzərdə tutulmuşd ur.

63. Beləliklə, hazırkı iddia ərizəsi məhkəməyə 2021-ci il 1 iyul tarixində verildiyindən və məhkəmə iddia ərizəsini qismən əsaslı hesab etdiyindən, məhkəmə razılaşma üzrə cavabdehin öhdəliyinin, ən azından, təxminən 1 il ərzində icra olunmaması faktı ilə razılaşmışdır.

64. Bu isə o anlama gəlir ki, həmin dövr üzrə cərimənin hesablanması iddiaçının haqqı olmuşdur.

65. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinə münasibətdə, formalaşmış məhkəmə təcrübəsini tətbiq etməməklə, həmin cərimə məbləğini həddən artıq aşağı müəyyən etmiş, bununla da MM-in 467-ci maddəsinin (bax yuxarıda § 50) tələblərini pozaraq kreditorun əmlak mənafelərini nəzərə almamışdır.

66. Tutma yö nəldilmiş ipoteka predmetinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti həm iddiaçının, həm də ipoteka qoyan cavabdehin kassasiya şikayətlərində mübahisələndirilmişdir. Belə ki, iddiaçı həmin qiyməti çox artıq, ipoteka qoyan cavabdeh isə, əksinə, çox aşağı hesab etmişdir.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin əsas götürdüyü Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyində müəyyən edilmiş qiymətlərin artıq olmasına və adekvat olmamasına dair iddiaçı kassatorun dəlilləri kifayət qədər əsaslandırılmamış, ümumi xarakterli mülahizələrlə ifadə olunmuşdur.

68. Həmçinin iddiaçının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq, buna zərurət olmadan yenidən məhkəmə-əmtə əşünaslıq ekspertizası təyin etmişdir.

69. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, "xxxx" MMC-nin 2021-ci il 16 noyabr tarixli 9/21 nömrəli hesabatı ilə ipoteka predmetinin bazar dəyəri 292.000 manat müəyyən edilmişdir. İpoteka qoyan cavabdehin təqdim etdiyi müstəqil əmtəəşünaslıq rəyinə əsasən isə, ipoteka predmetinin bazar dəyəri 620.000 manat məbləğində müəyyən edilmişdir.

70. Göründüyü kimi, iş materiallarında eyni əmlakın dəyəri barədə bir-birindən kəskin şəkildə fərqlənən 2 mütəxəssis rəyi mövcud olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi yeni rəyin alınması üçün əmtəəşünaslıq ekspertizası təyin edə rkən MPM-in 97.1-ci maddəsində (bax yuxarıda § 52) məhkəmələrə verilmiş səlahiyyəti həyata keçirmiş, bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.

71. Bundan başqa, iddiaçının kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qətnaməsində mövcud rəylərdən məhz Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyini qəbul etdiyini əsaslandırmamışdır.

72. Halbuki apellyasiya instansiyası məhkəməsinin hansı səbəblərdən məhz üçüncü ekspert rəyini əsas götürməsi mübahisələndirilən qətnamədən aydın şəkildə görünür. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ipoteka müqaviləsinin 2018-ci il 12 iyun tarixində bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən edildiyini, daşınmaz əmlak bazarı nda qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyi kifayət qədər əsaslandırılmışdır və həmin rəylə müəyyən edilmiş qiymət əmlakın real bazar qiymətinə daha çox uyğundur.

73. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 5 yanvar tarixli 10/4119 saylı rəyinə istinad edərkən öz mövqeyini əsaslandırmışdır.

74. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, məhk əmə həmin ekspertiza rəyi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.

75. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 5 yanvar tarixli rəydə əmlakın bazar dəyəri 585.000 manat, likvid dəyəri isə 410.000 müəyyən edilmişdir. Ekspert həmin likvid dəyəri 30 faiz azalma əmsalını tətbiq edərək müəyyən etmiş, lakin bunun əsaslarını, hesablama metodunu göstərməmiş, nəticədə əmlakın bazar dəyəri ilə likvid dəyəri arasında 175.000 manat məbləğində fərq yaranmışdır ki, bu da ağlabatan uyğun görünmür.

76. Bundan başqa, həmin ekspert yanaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020 -ci il 20 iyul tarixli 01 saylı Qərardadına da uyğun deyildir.

77. Belə ki, həmin Qərardadın 11-ci bəndinə əsasən,... “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

78. Həmçinin Qərardadın 13-cü bəndinə əsasən,... likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fə rqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir...

79. Sözügedən Qərardadda ifadə olunmuş hüquqi mövqelərdən aydın olur ki, tutma yönəldilən ipoteka predmetinin bazar qiyməti ilə likvid qiyməti arasındakı fərq əhəmiyyətli olmamalı və qiymət itkisi yaratmamalıdır.

80. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə ekspert tərəfindən heç bir əsaslandırma gətirmədən, müəyyən edilmiş bazar qiyməti ilə likvid qiyməti arasındakı 30%-lik fərq əhəmiyyətli qiymət fərqidir və dəyər itkisi yaradır. Apellyasiya instansiyası məhkəməsi isə həmin ekspert rəyini əsas götürərkən qeyd olunan məsələləri nəzərə almamışdır.

81. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası b elə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmiş, eyni zamanda qanunun (MM-in 467-ci maddəsinin) tətbiqində səhvə yol vermiş, həmçinin tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissəsində işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddələrinin (bax yuxarıda § 52) tələblərini pozmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 saylı Qərardadının müddəalarını nəzərə almamış, nəticədə MPM-in 217.1- ci maddəsinə (bax yuxarıda § 52) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

82. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-24/2023 saylı qətnaməsi qismən - 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun müəyyən edilməsi və tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

83. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi prosessual baxımdan iddiaçının kassasiya şikayətinin nəticə (“kassasiya məhkəməsindən xahiş” hissəsi) hissəsi ilə üst-üstə düşsə də, bu, ümumilikdə iddiaçının kassasiya şikayətinin (onun dəlillərinin) həmin hissədə mahiyyət etibarilə (maddi hüquqi baxımdan) əsaslı olması anlamına gəlmir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayəti həmin hissədə əsassızdır və iddiaçının müvafiq dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin sözügedən hissədə ləğvi üçün əsas ola bilməz.

84. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, müvafiq hissələrdə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 417-41 9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 22(103)-24/2023 saylı qətnaməsi qismən - 2020-ci il 21 iyul tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun müəyyən edilməsi və tutma yönəldilən ipoteka predmetinin ilkin qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar