Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-350/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kredit borcunun tutulması, zaminin birgə (müştərək) məsuliyyəti, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 n oyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Paşa Bank" ASC (Bank) ilə Cavabdeh1 MMC (Müştəri) arasında 2022-ci il 18 mart tarixində sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X2 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-06926LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla müştəri Cavabdeh1 MMC X3 qeyd edilmiş şərtləri qəbul etmişdir.
2. Razılaşma əsasında 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni imzalayan borcalan Cavabdeh1 MMC-yə “Bank xidmətlərinin göstərilməsinə dair” X6 çərçivəsində borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi - 17%, illik cə rimə faizi - 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi - 32% olmaqla 24 ay müddətinə, yəni 2024-cü il 31 mart tarixinədək cəmi 26.647 manat məbləğində birdəfəlik kredit verilmişdir.
3. Razılaşmanın 1-ci bəndinə əsasən, borcalan Cavabdeh1 MMC bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X2 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul e dir. 4. “Bank xidmətlərinin göstərilməsinə dair” X2 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli Versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
5. Şərtlər Toplusunun “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün Ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəli k verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir.
6. Şərtlər Toplusunun “Kredit (Maliyyələşdirmə)” ilə b ağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.
7. Şərtlər Toplusunun “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, Kreditin əsa s məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
8. İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 2022-ci il 29 mart tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 MMC tərəfindən “Bank xidmətlərinin göstərilməsinə dair” X6 çərçivəsində 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Əriz ə" əsasında alınan kredit üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı1 ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrılıqda - “MMC” və Cavabdeh2) qarşı iddia ərizəsi ilə, sonradan “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, DC00425921-02 nömrəli Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26.618,11 manat əsas borc, 7.075,66 manat faiz borcu və 1.834,35 manat cərimə borcu olmaqla cəmi 35.528,12 manat məbləğində kredit borcunun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqı və ödənilmiş 1 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müşt ərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
10. İddia onunla əsaslandırılmışdır ki, borc alan MMC DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” üzrə öhdəliklərini icra etməyərək, 405 gün ərzində kreditlərin müəyyənləşdirilən qaydada qaytarılmasını təmin etməmişdir. Ona görə də, borc alanın 2023cü il 13 iyun tarixinə Bank qarşısında öhdəlikləri DC00425921-02 nömrəli Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26.618,11 manat əsas borc, 9.182,63 manat faiz borcu və 1.019,77 manat cərimə borcu olmaqla, cəmi kredit borcu 36.820,51 manat məbləğində təşkil etmişdir. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilməd ikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda, X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər s əlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli e-2-2(119)48/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” üzrə 26.618,11 manat əsas borc, 6.069,77 manat faiz borcu, 1.000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi və ödənilmiş 1 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 33.788,88 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim - Z.Sadiqov).
12. Məhkəmə qeyd etmişdir ki, işə baxılarkən cavabdehlərin vəsatəti əsasında 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 2023cü il 30 noyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmişdir. Həmin məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 22 yanvar tarixli 9/9809 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, kredit verən iddiaçı ilə kredit alan MMC arasında imzalanmış 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 2023-cü il 22 iyun tarixinə və 2023-cü il 16 oktyabr tarixinə cavabdeh MMC-nin iddiaçıya olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: 2023-cü il 22 iyun tarixinə - əsas borc üzrə 26.618,11 manat və faiz borcu üzrə 4.636,83 manat; 2023-cü il 16 oktyabr tarixinə - əsas borc üzrə 26.618,11 manat və faiz borcu üzrə 6.069,77 manat.
13. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 17 iyul tarixli 9/1950 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, kredit verən iddiaçı ilə kredit alan MMC arasında imzalanmış 2022-ci il 31 mart tarixli DC00425921- 02 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 2023-cü il 22 iyun tarixinə və 2023-cü il 16 oktyabr tarixinə cavabdeh MMC-nin iddiaçıya olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: - 1) 2023-cü il 22 iyun tarixinə - əsas borc üzrə 26.618,11 manat və faiz borcu üzrə 4.636,83 manat; 2) 2023-cü il 16 oktyabr tarixinə - əsas borc üzrə 26.618,11 manat və faiz borcu üzrə 6.069,77 manat.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borcalan MMC 2022-ci il 31 mart tarix li DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Lakin, 2022-ci il 31 mart tarixli DC0042592102 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 17 iyul tarixli 9/1950 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və 2022-ci il 31 mart tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə həmin Ekspertiza Rəyi ilə 16 oktyabr 2023-cü il tarixinə müəyyən edilmiş "26.618,11 manat miqdarında əsas borc və 6.069,77 manat miqdarında faiz b orcu” cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
15. Məhkəmə işin hallarına əsasən hesab etmişdir ki, iddianın “1.834,35 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlərdən müştərək qaydada cəmi 1.000 manat məbləğində cərimə tutulmalıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2 470.1, 472.1, 739.1-ci maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 17.İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamən in iddianın faiz və cərimə borclarının qismən təmin olunması hissəsində ləğv edilməsini, həmin hissədə faiz və cərimə borclarının tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 18.Cavabdeh2 apellyasiya şikayəti verərək ona münasibətdə həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilmiş, iddiaçının xeyrinə cavabdehlərdən kredit müqaviləsi üzrə müştərək qaydada tutulma lı olan faiz borcu 5.104,02 manat, ümumi borc isə (ödənilmiş 100 manat mediasiya xərcinin və 1 manat dövlət rüsumunun əvəzi də daxil olmaqla) 32.823,13 manat müəyyən edilmişdir. Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – M.Hüseynov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).
20. Məhkəmə belə nəticəyə gəlmişdir ki, həm cavabdehin, həm də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Belə ki, Cavabdeh2 zamin olmaq etibarilə iddiaçı qarşısında borc alan olan cavabdeh MMC ilə birgə (müştərək, eyni dərəcədə) məsuliyyət daşıyır. Onun barəsində zaminliyə xitam verilməsi üçün MM-in 477-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Cavabdeh2 zaminliyinə o halda xitam verilə bilər ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verilmiş olsun, bu isə həmin öhdəliyin yerinə yetirilməsindən asılıdır. Cavabdeh2 həm də cavabdeh MMC-nin qanuni təmsilçisi (rəhbəri) olduğundan öhdəliyin icrasına bilavasitə məsuliyyət daşıyır. Qeyd edilənlərə müvafiq olaraq Cavabdeh2 apellyasiya şikayəti əsassızdır.
21. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsi bağlanarkən borc verən (bank) öz üstün mövqeyindən və borc alanın pul vəsaitinə yaranmış ehtiyacından sui-istifadə etməməli, borc alanın üzərinə qanunla müəyyən olunduğundan daha ağır öhdəliklər qoymaqdan çəkinməlidir. MM-in 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 390-cı maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanu nla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Göründüyü kimi, borclu tərəfindən qismən icra edilən borc öhdəliyinin hesaba alınması ardıcıllığı qanunla müəyyən edilmişdir və bundan fərqli, xüsusən də borclunun vəziyyətini ağırlaşdıran qaydanın müqavilədə nəzərdə tutulması yolverilməz və etibarsızdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ekspert tərəfindən qanuna əsaslanan hesablama yolu ilə müəyyən olunmuş faiz borcunu düzgün nəticə kimi qəbul etməkdə haqlı olmuşdur.
22. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən cərimə məbləği azaldılarkən öhdəliyin icrasının gecikdirilməsi müddətinin nəzərə alınmalı olması barədə dəlili ilə də razılaşmamışdır. Ona görə ki, həmin müddətin gecikməsinin davam etməsi (uzanması) həm də bankların fəaliyyətsizliyi, yəni öhdəliyin icrası müddətinin gecikməsinə vaxtında adekvat reaksiya verməməsi ilə bağlı olur. Məhkəmələr isə onsuz da borc ödəməyə lazımi imkanı olmayan borclunun vəziyyətini qismən də olsa yüngülləşdirmək məqsədilə cəriməni mümkün qədər azaltmaq mövqeyindən çıxış edir. Qeyd olunanlara əsasən məhkə mə kollegiyası hesab etmişdir ki, iddiaçının da apellyasiya şikayəti əsaslı deyildir.
23. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə kredit üzrə faiz borcunun iddiaçı tərəfindən tələb olunan müddətədək hesablanıb ödənilməsini qət etməkdə səhvə yol vermiş və həmin hissədə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə cavabdehlərdən faiz borcunun (və bundan irəli gələn ümumi borcun) artıq məbləğdə tutulmasını qət etmişdir.
24. Belə ki, iddiaçı cavabdehlərdən 2023-cü il 16 oktyabr tarixinə hesablanmış 7.075,66 manat məbləğdə faiz borcunun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə faiz borcunu müvafiq ekspertiza rəyi ilə müəyyən olunmuş 6.069,77 manat məbləğdə təmin etmişdir. Qanunvericiliyin mənasına görə, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə (xəbərdarlıqda) göstərilən əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşdə olan 2023-cü il 22 iyun tarixli bildiriş və eyni tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə həmin tarixədək yaranmış kredit borclarının 7 gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qayd ada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, istinad edilən bildiriş və xəbərdarlığa əsasən iddiaçı borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin təmin olunmaması səbəbindən müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş və cavabdehlərə ödəniş üçün 2023-cü il 30 iyun tarixinədək vaxt vermişdir ki, bu da iddiaçının kredit müqaviləsini birtərəfli qaydada ləğv etməklə bağlı iradə ifadəsini təsdiqləyir. Cavabdehlər iddiaçı tərəfindən əlavə verilmiş müddət ərzində də kredit öhdəliklərini icra etmədiklərinə (həmçinin icra etmək niyyətlərini göstərən addım atmadıqlarına) görə tərəflər arasındakı müqavilə əlavə müddətin bitdiyi, yəni 2023-cü il 30 iyun tarixindən ləğv olunmuş sayılır. Belə olduğu halda iddiaçı müqavilə faizləri üzrə yalnız həmin (2023-cü il 30 iyun) tarixədək hesablanan borcun cavabdehlərdən tutulmasını tələb edə bilər. Həmin tarixdən sonrakı dövr üçün isə iddiaçı cavabdehlərdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanan faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2024-cü il 17 iyul tarixli ekspert rəyindən görünür ki, borc alan MMC-nin 2023-cü il 22 iyun tarixinə 26.618,11 manat əsas borcu və 4.636,83 manat faiz borcu; 2023-cü il 16 oktyabr tarixinə isə 26.618,11 manat əsas borcu və 6.069,77 manat faiz borcu olmuşdur. Lakin, müqavilə faizi yalnız 2023-cü il 30 iyun tarixinədək tətbiq oluna bilər. Ekspertin rəyinə əsasən gecikdirilmiş hər g ünə 12,57 manat məbləğdə faiz borcunun hesablandığı nəzərə alınmaqla 2023-cü il 30 iyun tarixinə yaranmış faiz borcu 4.724,82 (4.636,83 + 87,99 (7 x 12,57)) manat təşkil edəcəkdir. 2023-cü il 30 iyun tarixindən iddiaçının faiz borcu hesabladığı 2023-cü il 16 oktyabr tarixinədək isə cavabdehlərdən vurulmuş zərərə (əldən çıxmış faydaya) görə 5% hesabı ilə faiz borcu tələb edilə bilər ki, bu da 379,20 manat (əsas borcun 1 günlük faiz borcu 3,64 manat ((26.618,11: 100 x 5): 365) x gecikdirilmiş 104 gün (2023-cü il 30 iyun - 16 oktyabr) təşkil edəcəkdir. Nəticədə cavabdehlərin 2023-cü il 16 oktyabr tarixinə 5.104,02 (4.724.82 + 379,20) manat məbləğdə faiz borcunun olduğu müəyyən edilir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə faiz borcu qətna mə ilə müəyyən olunmuş 6.069,77 manat deyil, 5.104,02 manat məbləğində təşkil edir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 390.2, 432.4, 447.1, 470.1, 472.1-ci maddələrinə və MPM-in 77.1, 217, 372.7, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh N.Salmanova kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 347.1-ci maddəsi üzrə - kredit müqaviləsini cavabdeh MMC-nin adından imzalamış və müştərilərlə olan müqaviləyə əsaslanaraq krediti vaxtında ödəyəcəyinə əmin olub formal olaraq zaminliyi öz üzərinə götürmüşdür. Müştərilər müqavilən i dayandırdığına görə maddi durumu və ödənişləri etməkdə çətinlik çəkir.
29. MPM-in 217.2, 217.3, 217.4, 372.5-ci maddələri üzrə - birinci instansiya məhkəməsində iştirak edə bilmədiyi üçün qeyd edilən faktları məhkəməyə bildirə bilməmiş və qarşılıqlı iddia verə bilməmişdir. Onun bu hüququ apellyasiya instansiyası məhkəməsində də təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətində cavabdeh zaminlik müqaviləsinin vacib əhəmiyyətli yanılma ilə bağlandığını iddia etmişdir. Lakin MM-in 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma halları mövcud olmadığından, zaminlik müqaviləsi etibarlıdır. Müqavilədə iradə və iradə ifadəsi arasında uyğunsuzluq yoxdur, zaminlik müqaviləsi açıq şəkildə borcun təminatına yönəlmişdir və Cavabdeh2 bu müqaviləni formal olaraq imzalaması iddiası əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında da vurğulandığı kimi, iddia tələbinin həllində əsas əqd üzrə etibarlılıq məsələsi ilkin olaraq qiymətləndirilməli, etibarsızlıq iddiası əsaslı sübutlarla təsdiqlənməlidir. Mövcud işdə belə sübutlar təqdim edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, dəlillər MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirilmiş və nəticədə qanuni qətnamə qəbul edilmişdir. Kassasiya baxışının hədləri
31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilmişdir. Bununla yanaşı, iddia qismən təmin edilsə də, iddiaçı tərəf indən kassasiya şikayəti verilməmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edilməsi hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.” “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri al tında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəs ində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
36. Kassasiya şikayətində istinad olunan MM-in 347.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
37. Belə ki, həmin maddədə müəyyən edilmişdir ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd bel ə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. MM-in 347.2-ci maddəsində isə əqdin bağlanması zamanı vacib əhəmiyyətli yanılma halları göstərilmişdir. Lakin Cavabdeh2 istinad etdiyi hallar həmin maddədə müəyyən edilən hallara aid deyildir.
38. Eyni zamanda, Cavabdeh2 istinad etdiyi hallardan görünür ki, o bankla bağlanmış müqavilələrdəki razılaşmanın predmetini təşkil etməyən əqdin motivləri (müştərilərlə bağlanmış müqavilələrə əsaslanaraq kreditin vaxtında ödəyəcəyinə əmin olmuşdur) barəsində yanılmışdır.
39. MM-in 347.3-cü maddəsində isə təsbit edilmişdir ki, əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
40. Kassasiya şikayətində istinad olunan MPM-in 217.2, 217.3, 217.4-cü maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
41. Cavabdeh2 birinci instansiya məhkəməsində iştirak edə bilməməsi və bu səbəblərdən öz dəlillərinin məhkəməyə bildirmək imkanından məhrum olması barədə dəlillər də əsassızdır. Belə ki, o birinci instansiya məhkəməsində keçirilən iclasda şəxsın iştirak etmiş, lakin kassasiya şikayətində qeyd etdiyi faktları bildirməmiş, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş və məhkəmə tərəfindən həmin vəsatət təmin edilmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiy ası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-122/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.