Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-352/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-352/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 01.12.2020 Açar sözlər: sudan istifadəyə görə borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhman Qəribli və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, Cavabdeh ASC-nin nümayəndəsi xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-cı il tarixli, 2-2(103)-295/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 69.336 manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının su sayğacına baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə olunması əsas gətirilərək yoxlanılması üçün laboratoriyaya göndərilmiş, daha sonra isə hər-hansı akt tərtib edilmədən sadəcə rəy vasitəsilə sayğaca müdaxilənin olunduğuna istinad etməklə iddiaçıya 69.336 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli, 48946/0045746 saylı rəydə su sayğacının mexaniki hissədə yerləşən zavod möhürünün olmaması, hesablayıcı mexanizmin qoruyucu halqasının vintlərinin üzərindəki 3 ədəd qurğuşun möhürlərin olmaması, habelə elektron və mexaniki sərfiyyat göstəricilərinin fərqli olması və sayğacın əvvəlki istismar dövründə müqayisəli dövlət yoxlamasına təqdim edilməməsi qeyd olunmuşdur. Halbki, ona məxsus su sayğacı müəssisənin olduğu ərazidən kənarda yerləşdiyindən ona dövlət nəzarətinin həyata keçirilməsi, hər-hansı qüsurların aşkar olunması zamanı sayğacın təmiri və ya yenisi ilə dəyişdirilməsi cavabdehin öhdəliklərinə aid olmuşdur. Habelə, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair xx xxxxxx 2015-ci il tarixli, 15/05682 saylı aktda sayğac quraşdırılarkən onun üzərində plombun olduğu göstərilməmişdir. Bundan başqa, sayğaca iddiaçı tərəfindən müdaxilə olunm asına dair cavabdehdə hər-hansı sübutlar olmamış, sayğacın mexaniki sərfiyyat göstəricisi ilə elektron sərfiyyat göstəricisi isə eyni olmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)1228/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilənin edilməsi və ona əlavə sərfiyyatın hesablanması üçün əsas olmuş hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Su sayğacının dəyişdirilməsi haqqında” akta əsasən, cavabdehin əməkdaşları iddiaçıya məxsus obyektdə sayğac quraşdırılarkən, sayğacın zavod möhürünün olmasına dair hər-hansı məlumatı qeyd etməmişdirlər. Bu sə bəbdən, xx xxxxxx 2019-cu il tarixli aktda sayğacda zavod plombunun olmamasının qeyd edilməsi iddiaçı tərəfindən sayğaca müdaxilə olunması kimi qiymətləndirilə bilməz. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-295/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının tərəfl ər arasında bağlanmış müqavilə (№070543) əsasında sudan istifadə etdiyi işin mübahisələndirilməyən halıdır. İşin tərəflər arasında mübahisələndirilən halı ondan ibarətdir ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiaçı müəssisənin su sayğacına baxış keçirilərkən, xx xxxxxx 2015-ci il tarixdə quraşdırılmış su sayğacına müdaxilə aşkar olunmuşdur. Cavabdehin X2 İdarəsinin Suölçən X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş həmin rəyə, habelə mübahisəli 49748946 saylı su sayğacının quraşdırılmasına və istismara verilməsinə dair 15/05682 saylı, xx xxxxxx 2015-ci il tarixli ilkin akta əsasən isə müəyyən olunur ki, həmin sayğacın dövlət plombu olmamış, üzərində yalnız cavabdehin özünə məxsus Cavabdeh loqolu plomb vurulmuşdur k i, həmin plombun da tamlığı pozulmamışdır, yəni ona qırılma və müdaxilə mövcud deyil və həmin aktda digər qurğuşun möhürlərlə bağlı heç bir qeyd yoxdur. Rəyin yoxlamannın nəticələrinə dair hissəsində isə təsbit olunur ki, “sayğacın zavod möhürü yoxdur. Hesablayıcı mexanizmin qoruyucu halqasının vintillərinin qurğuşun möhürləri yoxdur, elektron və mexaniki göstəriciləri fərqlidir. Bu uyğunsuzluqları nəzərə alaraq sayğacın laborator şəraitdən kənar format olunması aşkar olundu. Hesablama mexanizminə müdaxilə var, təmirə və istismara yararsızdır.” Sayğac ilkin quraşdırılıb istismara verilərkəq onun üzərində dövlət plombu mövcud olmamış və yalnız cavabdehə məxsus plombu olmuşdur. İşin mübahisələndirilməyən halıdır ki, sayğac dəyişdirildikdən sonra müəssisədə su sərfiyyatında əhəmiyyətli dəyişi klik baş verməmiş, əvvəlki aylara uyğun sərfiyyat mövcud olmuşdur. Belə olan halda, həmçinin, müəssisənin 2019-cu ilə dair hesabat sənədlərinə əsasən istehsalın 2019-cu il üzrə həcmi, cəmi, 32.762 manat təşkil etdiyi halda, 69336 manat məbləğində əlavə sərfiyyat hesablanması da fakitki vəziyyətə və həqiqiqətə uyğunluğu istisna olunur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, laboratoriya rəyində elektron və mexanika göstəricilərinin fərqli olduğu və hesablama mexanizminə müdaxilə edildiyi qeyd olunsa da, bu müdaxilənin konkret nədən ibarət olması açıqlanmamış və iddiaçının bu halda konkret təqsirinə aydınlıq gətirilməmişdir. Həmçinin, cavabdehə məxsus loqolu plomb qırılmadığı və tam olduğu və sayğac sökülmədiyi halda, onun daxili müxanizminə müda xilənin mümkünlüyü də ağlabatan deyildir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, sahibkarlıq subyektində yoxlama, baxış və digər hərəkətlər Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Su təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı müəssisədə su sayğacının texniki vəziyyətinə keçirilən baxış və bu zaman onun çıxarılması və laborator müayinəyə götürülməsi Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmadığından, həmin yoxlamanın nəticələri etibarsızdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi “Su təchizatı və su tullantıları haqqında” Azərbaycan Respublikas ı Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin “d”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin qətnamə qəbul edərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlığın maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməsi dü zgün olmamışdır. Belə ki, həmin Qanunda öz əksini tapmış yoxlama məfhumu yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin yerinə yetirilibyetirilməməsinin qiymətləndirilməsi üzrə tədbirlər məcmusu kimi nəzərdə tutulmuşdur. Cavabdehin əməkdaşları tərəfindən aparılan baxış isə belə yoxlama kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı təchizatçı müəssisəyə yazılı müraciət etmiş, bununla bağlı sayğaca baxış keçirilməklə sayğac şəbəkədən ayrılaraq laborator yoxlamaya göndərilmişdir. Bundan başqa bildirilmişdir ki, cavabdeh cəmiyyət su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun də yərindən formalaşır. Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və istehlakçı ilə cəmiyyət arasında ziyan vurma ilə bağlı mülki-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Dəlilin hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 31.5, 32.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.13, 6.15, 6.16, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlığın maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandır ılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmiş dir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus sayğaca baxışın və yoxlamanın aparılmasına dair məlumatlar Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınmadığından həmin yoxlamanın hüquqi nəticələri etibarlı hesab oluna bilməz. Məhkəmənin bu mövqeyini mübahisələndirən cavabdeh hesab etmişdir ki, onun əməkdaşları tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunvericiliyin məcburi tələblərinin yoxlanılması ilə bağlı olmadığından, iddiaçıya aid binaya baxışın Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydiyyata alınması zəruri olmamışdır. Məhkəm ə kollegiyası aşağıdakı qaydada qiymətləndirilməsini aparmışdır. İşin hallarından göründüyü kimi, cavabdehin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə sudan istifadə və kanalizasiya xidmətindən istifadə qaydalarına riayət olunması iddiaçı hüquqi şəxsdə yoxlanılmış, lakin yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xro nometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublik ası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində hətta qanun pozuntusu müəyyən edilsə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Müddəaların tələblərinin cavabdehin bildirdiyi dəlilə münasibətdə tətbiqinin nəticəsi onunla bağlıdır ki, tərəflər arasında məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması barədə müqavilə münasibə tləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh su təchizatı və kanalizasiya xidməti ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində iddiaçının ona məxsus su sayğacının elektron hissəsinin işləməməsi ilə bağlı təchizatçı müəssisəyə müraciət olunduğunu, bununla bağlı abonentin sayğacına məsul şəxsin, X2 İdarəsinin və yerli sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə sayğaca baxış keçirildiyini, sa yğac şəbəkədən ayrılaraq abonentin məsul şəxsinə təhvil verilməklə laborator yoxlamaya göndərildiyini və bütün prosesin onun əməkdaşları tərəfindən müvafiq qaydada sənədləşdirildiyini bildirmişdir. Məhkəmə kollegiyası dəlili ilə razılaşmadığının aşağıdakılardan irəli gəldiyini bildirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsi “Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə buraxılmaq hüququ”nu aşağıdakı kimi tənzimləmişdir: - 50-ci maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər: a) fövqəladə hadisə zamanı; b) ob yekt sahibi işlərin aparılmasına etiraz etmədikdə; c) suyun çirklənməsinin, ondan qeyri-məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün. Müddəanın tələblərindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinin hər hansı bir obyektdə müəyyən işlərin aparılmasına zəruriyyəti yarandığı halda və obyektin sahibi buna etiraz etmədikdə, əvvəlcədən bildirmədən həmin obyektə daxil ola bilərlər. Maddənin “b” bəndində qeyd edilmiş ifadə hansı hallarda su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə buraxılmaq hüququnu əks etdirmiş, məhkəmənin qətnaməsində isə hüquqi əsaslandırma sahibkarlara məxsus təssərüfat subyektlərində qanunsuz yoxlamaların aparılmasının qarş ısının alınması məqsədilə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gəlmişdir. Yəni qanunvericikdə müxtəlif normativ hüquqi aktlar eyni məsələ ilə bağlı deyil, müxtəlif məsələ ilə bağlı qaydaları tənzimləmişdir. Bundan başqa, işin hallarından göründüyü kimi və cavabdehin kassasiya şikayətində də etiraf edildiyi kimi, onun əməkdaşları xx xxxx 2019-cu il tarixində qeyri-əhali grupuna aid olan istehlakçı iddiaçıda quraşdırılmış suölçən cihazın növbəti dövrü dövlət yoxlamasından keçirilməsi məqsədilə müəssisənin su sayğacına baxış keçirmişdirlər. Qeyd edilənlər isə o nəticəni yaradır ki, yoxlamanın aparılmasının təşəbbüskarı cavabdeh qurum olmuş və belə yoxlama dövlət qeydi yyatından keçirilməli idi. Kassasiya şikayətində cavabdeh həmçinin cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsinin cəmiyyətə ziyan vurduğunu və bu zaman cəmiyyətlə istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlərin yarandığını qeyd etmişdir. Məhkəmə kollegiyası yuxarıda apardığı qiymətləndirməyə uyğun olaraq qeyd edir ki, bu dəlilə əlavə olaraq münasibətin bildirilməsi o əsasla zəruri deyildir ki, iddiaçının obyektində baxışın keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından, hətta onun nəticəsində qanun pozuntusu müəyyən edilsə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Bu səbəbdən iddiaçının bu nəticələrin ləğv edilməsi barədə tələbi əsaslı hesab olunmuşdur. Beləlik lə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh ASC-nin nümayəndəsi xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-cı il tarixli, 2-2(103)-295/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür" Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-352/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-352/2020
01.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver