Məhkəmə qərarları › İş №2-2(102)-352/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-352/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-352/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh3 MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-530/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli e-2-2(113)-158/2024 nömrəli qətnaməsi 2024-cü il 12 fevral tarixində Cavabdeh1 elektron kabinetinə yüklənmişdir.

2. Cavabdeh1 2024-cü il 19 mart tarixində Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, e-2-2(113)-158/2024 nömrəli qətnaməsindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3 MMC-yə (bundan sonra – “MMC”), Cavabdeh1 (bundan sonra-“Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra“Cavabdeh2”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2022-ci il 26 may tarixli, TZM2722008 saylı maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində bağlanmış 2022-ci il 5 avqust tarixli, TZM2722008/02 saylı razılaşma üzrə 98.227 manat əsas, 14.436,29 manat faiz, 35,24 manat dəbbə pulu olmaqla, cəmi 112.698,53 manat pulun, həmçinin illik 5 faiz həcmində 4.100 manat əldən çıxmış fayda və dövlət rüsumu kimi ödənilmiş 402,70 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, e-2-2(113)-158/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 98.227 manat məbləğində əsas borc, 603,07 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illik 5 %-lə 4.079,15 manat məbləğində faiz b orcu, 35,24 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 102.944,46 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

5. Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-530/2024 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Cavabdeh1 məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməsi üç ün qanunla nəzərdə tutulmuş müddətin axımı 2024-cü il 13 mart tarixində bitdiyindən cavabdeh 2024-cü il 19 mart tarixində apellyasiya şikayəti verməklə prosessual müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət verməmişdir.

8. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ 116.798,53 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 406,80 manat dövlət rüsumunun 50 faizi, yəni 203,40 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin cavabdeh apellyasiya şikayəti verərkən 202 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. Apellyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 8.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 10-1.1-10-1.3, 10-1.5, 112.1.1, 363.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməklə apellyasiya şikayətinin mümkün hesab olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin l və ll bəndlərinin tələbləri pozulmuşdur-Apellyasiya instansiya məhkəməsi bu maddənin tələblərini pozaraq cavabdehi məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir.

12. MPM-in 135.1-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhk əməsi qeyd olunan maddənin tələblərini nəzərə almamış və Cavabdeh1 qətnamənin poçt vasitəsi ilə rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmasına lazımı qiymət verməmişdir. Apellyasiya məhkəməsi məhkəmə sənədlərinin çatdırılmasını elektron məhkəmə sistemi vasitəsi ilə həyata keçirildiyini qeyd etsə də, birinci instansiya məhkəməsinin həmin qətnaməni kağız daşıyıcıda cavabdehin rəsmi ünvanına göndərməsini və cavabdehin də, məhkəmənin bu hərəkətinə etimad hissinin və bununla da, apellyasiya şikayətinin rəsmi qaydada aldığı tarixdən verilməli olması gözləntisinin yaranmasını nəzərə almamışdır. Həmçinin cavabdeh apellyasiya şikayətini kifayət qədər vaxt aralığı ilə vermiş olsaydı məhkəmənin bu mövqeyini başa düşmək olardı. Lakin, cavabdeh 2024-cü il 25 mart tarixində rəsmi qaydada aldığı qətnaməd ən 2024-cü il 19 aprel tarixində, yəni apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi 2024-cü il 13 aprel tarixindən 6 gün sonra şikayət vermişdir. Cavabdeh1 hesab edir ki, birinci instansiya məhkəməsinin yaratmış olduğu bu qarışıq vəziyyətə görə məhkəmə müdafiəsi hüququndan məhrum edilməməlidir.

13. MPM-in 12.1.1 və 130-cu maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsi prosessual müddətin bərpasına dair vəsatətin verilməməsini əsas olaraq qeyd etmişdir. Cavabdeh1 qətnaməni 2024-cü il 25 mart tarixində rəsmi qaydada aldığından həmin qətnamədən apellyasiya şikayəti vermək müddəti 2024-cü il 25 aprel tarixinə qədər müəyyən edildiyi üçün prosessual müddətin bərpasına dair vəsatət verməyə zərurət olmamışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 12.1.1-ci maddəsin ə istinad etsə də, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləğlərinə diqqət etməmişdir. Cavabdeh olaraq Cavabdeh1 iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı isə dövlət rüsumu olaraq 2023-cü il 14 iyun tarixli qəbzə əsasən 2 manat 70 qəpik və 2023-cü il 14 may tarixli MD140623-400 nömrəli ödəniş tapşırığına əsasən 400 manat dövlət rüsumu ödəmişdir. İddianın qiyməti isə 112.698 manat 53 qəpik təşkil edirdi. Sonradan, iddiaçı iddia tələbinin həcmini artıraraq iddia qiymətini 116.798 manat 53 qəpik etsə də, həmin məbləğə görə əlavə rüsum ödəməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edib baxdığı halda, cavabdehin məhkəmənin hərəkətlərinə etimad hissi formalaşmış olur və ona uyğun prose ssual hərəkətlərini davam etdirir. Birinci instansiya məhkəməsinin dövlət rüsumu ilə bağlı yalnışlığa yol verməsini apellyasiya instansiyası məhkəməsi nəzərə almamış və ona qiymət verməmiş, lakin cavabdehin apellyasiya şikayətini dövlət rüsumunun düzgün ödənilməməsi əsası ilə qeyri-mümkün hesab etmişdir. Ümumiyyətlə dövlət rüsumu düzgün ödənilmədiyi üçün birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

16. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmas a da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.4. iddia qiyməti 100.0 00 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” i nformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.

20. Məhkəmə kollegiyası kassatorun “apellyasiya şikayətinin verilmə müddətinin ötürülməməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir, mü lki prosessual qanunvericiliyin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri o halda rəsmi, elektron qaydada verilmiş hesab edilir ki, qanunda nəzərdə tutulan iki tələbə əməl edilmiş olsun; 1-ci tələb məhkəmə sənədi işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməlidir; 2-ci tələb belə yerləşdirilmə barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır (MPM-nin 135.5 və 135.8-ci maddələri).

21. Nəzərə alınmalıdır ki, hazırda “Elektron məhkəmə” informasiya sistemində məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsinə dair məlumatların SMS xəbərdarlıq vasitəsilə, ünvan sahibinə çatdırılması imkanları mövcud deyild ir. Elektron poçtla bağlı isə qeyd edilməlidir ki, elektron kabinet yaradılarkən, kabinet sahibi tərəfindən təsdiq edilmiş elektron ünvan (e-mail) göstərildiyi təqdirdə, həmin informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə məlumatı müvafiq elektron ünvana göndərmək funksionallığına malikdir.

22. Baxılan işin materiallarından görünür ki (İ cild i.v 182), cavabdehin elektron kabinetinə məhkəmə aktı yerləşdirilsə də, təsdiq edilmiş elektron ünvan mövcud olmamışdır. Başqa sözlə, məhkəmə aktının elektron kabinetdə yerləşdirilməsinə dair məlumat ünvan sahibinə çatdırılmamışdır.

23. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işdə 2024-cü il 31 yanvar tarixli məhkəmə qətnaməsinin 2024-ci il 12 fevral tarixində cavabdehə rəsmi təqdim edilmiş hesab edilməsi və həmin tarixdən hesablanmaqla apellyasiya şikayətinin verilməsi üçün prosessual qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi MPM-nin 135.8-ci, 360 və 363.1.3-cü maddələrinin tələblərinə uyğun olmamışdır (bax yuxarıda bu qərarın 18-ci bəndi).

24. İşin materiallarından görünür ki, iş üzrə qəbul edilmiş qətnamə birinci instansiya məhkəməsi tərəfindən həm də rəsmi poçtla, kağız daşıyıcıda da 2024-cü il 22 fevral tarixində cavabdeh kassatora təqdim edilmiş və cavabdeh məhz həmin tarixdən hesablamaqla 1 (bir) ay müddətində apellyasiya şikayəti vermişdir.

25. Məhkəmə kollegiyası cavabdehə məhkəmə aktının elektron təqdim edilməsinin MPM-nin 135.8-ci maddəsinin tələbləri baxımından natamam olmasını, məhkəmə akt ının eyni zamanda rəsmi qaydada poçtla təqdim olunmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin sonuncu təqdimetmə tarixindən hesablanması MPM-nin 360-cı maddəsinin tələblərinə uyğun olmuşdur.

26. Apellyasiya şikayəti verilərkən ödənrilməli olan dövlət rüsumunun məbləğinə gəldikdə, məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinin məzmunundan aydın olur ki, apellyasiya və kassasiya şikayətləri verilərkən eyni həcmdə, yəni həmin iş üzrə iddia verilərkən ödənilən dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilir.

27. İşin materiallarından göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə ödənilən dövlət rüsumunun məbləği, iddia verilərkən ödə nilən rüsumun 50 faizi həcmində olmuşdur. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən, sonradan iddiaçı tərəfindən rüsum ödənilmədən iddia tələbinin həcminin artırılması, müvafiq olaraq apellyasiya şikayəti üzrə rüsumun (1 manat 40 qəpik olmaqla), kəsirlə ödənilməsi ilə nəticələnmişdir.

28. Məhkəmə kollegiyası qeyd olunanları və MPM-nin 113-cü maddəsində rüsumun kəsirinin məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq alınması imkanlarının nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə həmin maddənin tələbləri baxımından yenidən qiymət verilməlidir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəra rdadı prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(103)-530/2024 nömrəli qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar