Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-353/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kolegiyasının İddiaçı cavabdeh “x” Acıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: səhmlərin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X3 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “x” ASC-yə qarşı “səhmlərin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-263/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılm ışdır. İşin halları 1. “Qiymətli kağızların alqı satqısı” haqqında 2001-ci il 6 dekabr tarixli 1633 nömrəli müqaviləyə əsasən "xxxx" Sement ATSC üzrə (indiki Holcim ASC) 186 ədəd səhm İddiaçı tərəfindən həmin müqavilə üzrə etibarnamə əsasında X2 tərəfindən təmsil edilən "xxxx" Sement ATSC-yə satılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 15 may tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “x” ASC-dən (bundan sonra –“cavabdeh”) ona aid səhmlərin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildən 2000-ci ilə qədər Qaradağ sement zavodunda işləmişdir. Orada işlədiyi müddət ərzində xəstələnib 3-cü qrup əlil olmuşdur. Yeganə oğlu da 1-ci q rup ömürlük əlildir. 1999-cu ildə işlədiyi zavod özəlləşdirilərək Qaradağ Sement ATSC-yə çevrilmişdir. Bununla əlaqədar olaraq o, bir çox zavod işçiləri kimi həmin müəssisənin səhmdarı olmuş və 01 ədəd səhm payı olmuşdur. 1999-cu ilin oktyabr ayından etibarən İsveçrənin “Holderbank” şirkəti zavodda fəaliyyətə başladı. Elə ilk gündən etibarən zavodun işçiləri sıxışdırılmağa başlandı. İlk növbədə Həmkarlar Komitəsinin işinə zərbə vuruldu. Nümayəndələri olan Ağaməmməd Zalova iclaslarda iştirak etmək qadağan oldu. Zavoda yeni təyin olunmuş həmkarlar komitəsinin sədri X1 tərəfindən məlumat verildi ki, verilmiş səhmlərin gələcəyi yoxdur, onlar qiymətdən düşərək batıb gedəcək və belə olan vəziyyətdə səhmləri yalnız Səhmdar Cəmiyyətin rəhbərliyinə və onların müəyyən etdiyi qiymətə satmaq olar. Həm in vaxtlarda kütləvi şəkildə işdən çıxarmağa başladılar. İşsiz qalmış səhmdarlar zavod nümayəndəsinin sözlərinə inanaraq əllərində olanı da qorxu altında çarəsiz qalıb səhmlərini cavabdehin qoyduğu şərtlərlə satmağa başladılar. Həmkarlıq Komitəsinin sədri Ə.Ələkbərov latın qrafikasında yazılan mətnləri oxuya bilmədiyindən sui-istifadə etmişdir. Əslində isə həmin səhmlər paketinin nominal dəyəri 3.360 manat təşkil edir. Göstərilən səhmlərdən gələn gəlir bir ildə təqribən 4.000 manat təşkil edir və getdikcə artmaqdadır. Göründüyü kimi, cavabdehin üzvləri həmin səhmlərin gəlir gətirəcəyini bilərək səhmdarları aldatmaqla onların sahib olduğu səhmləri bu yolla ələ keçirmişlər. 4. 2024-cü il 16 dekabr tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Milli Depozit Mərk əzinin sorğuya cavabından da görünür ki, iddiaçını cavabdeh aldatmamış, onun səhmlərini ələ keçirməmişdir. Cavabdehin adından Ə.Əkbərov çıxış etmiş, səhmi cavabdeh zavod almışdır. Bu tip müqavilə notarial qaydada bağlanılır və Milli Depozit Mərkəzində qeydiyyata alınır. Bu da o deməkdir ki, qarşı tərəf öz iradə ifadəsini sərbəst şəkildə ifadə etmişdir. Yəni 20 il sonra səhmin alqı-satqı müqaviləsinin mübahisələndirilməsi əsassızdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 16 dekabr tarixli 2-2(113)-4843/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim – K.Hüseynov).
6. Məhkəmə işin yuxarıda qeyd olunmuş faktiki halına istinadla vurğulamışdır ki, iddiaçı özünə aid olan səhmləri alqı-satqı müqaviləsi əsasında cavabdehə satmış, həmin alqı-satqı müqaviləsi də iddiaçı tərəfindən mübah isələndirilməmiş və hal-hazırda da qüvvədədir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmadığı üçün iddia təmin edilə bilməz.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 98.1, 99.1, 157.2, 567-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-263/2025 nömrəli qətnam əsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
10. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı halda iddiaçı səhmlərin geri qaytarılması barədə iddiasının faktiki əsası kimi cavabdeh ilə aralarında səhmlərin alqısatqı müqaviləsi bağlanarkən aldadılmasına, yəni tərəflər arasında bağlanmış müqavilənin etibarsız olmasına istinad etmiş, bununla da iddiaçı belə bir tələb irəli sürməsə də, faktiki olaraq alqı-satqı müqaviləsinin etibarlılığını mübahisələndirmişdir. Bununla bağlı əvvəla qeyd edilməlidir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas qismində istinad etdiyi faktiki halları, yəni mübahisəli əqddə qarşı tərəfi təmsil edən şəxs olmuş Ə.Ələkbərov tərəfindən aldadıldığını sübuta yetirə bilməmişdir.
11. İkincisi, mübahisəli əqdin aldatma nəticəsində bağlanması fərz edilsə belə, iddiaçı hazırkı iddianı müqavilə bağlandığı və belə olan halda hüquqlarının pozulmasını bilməli olduğu vaxtdan 23 il sonra qaldırmaqla mübahisələndirilən əqdlərin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür.
12. Üçüncüsü, məhkəmə kollegiyası alqı-satqı müqaviləsindəki imzanın onun tərəfindən icra edilməməsi və alqı-satqı müqaviləsindən məlumatlı olmaması barədə iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, əvvəla, yuxarıda da qeyd olunduğu kimi iddiaçı iddia ərizəsində tələbinin faktiki əsası kimi ona məxsus olmuş səhmlərə dair cavabdehlə araların da alqı-satqı müqaviləsinin bağlanması zamanı aldadılmasına istinad etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin iclas protokollarından da göründüyü kimi, iddiaçı tərəf məhkəmədə verdiyi izahatında da dəfələrlə (o cümlədən Milli Depozit Mərkəzinə cavab məktubu alındıqdan sonra) ona məxsus olmuş səhmlərin tərəfindən satılmasını, səhmlərə görə pul almasını təsdiq etmiş, lakin latın qrafikasında oxuya bilmədiyindən müqavilənin məzmununu başa düşməməsini, müqavilə bağlanarkən ona divident veriləcəyinin vəd edilməsini, yəni mübahisəli müqaviləni bağlayarkən aldadılmasını bildirmişdir.
13. Belə ki, iddiaçının iddia ərizəsində ilkin olaraq ona məxsus olmuş səhmlərə dair cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanması zamanı aldadılmasına istinad etdiyi halda apellyasiya şik ayətində müqavilənin bağlanması faktını ümumiyyətlə inkar etməsi və müqavilədəki imzanın həqiqiliyini mübahisələndirməsi estoppel prinsipi ilə uzlaşmayan ziddiyyətli davranış kimi qiymətləndirilməlidir.
14. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in 53-54-cü maddələrində nəzərdə tutulmuş prosessual hüquqlarının həyata keçirilməsi, yəni Ə.Ələkbərovun cavabdeh qismində işə cəlb edilməsi üçün şərait yaradılmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi səhmlər mübahisəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış, iddiaçının hazırda cavabdeh qismində işə cəlb edilməli olmasını iddia etdiyi Ə.Ələkbərov isə həmin müqavilənin bağlanması zamanı cavabdehi təmsil etmiş, yəni mübahisəli müqavilə üzrə tərəf ol mamışdır. Odur ki, iddianın Ə.Ələkbərova qarşı yönəldilməli olması, lakin məhkəmənin iddiaçı tərəfə yardım göstərməməsi səbəbindən həmin şəxsin cavabdeh qismində işə cəlb edilməməsi barədə iddiaçının dəlilləri də əsassız olmaqla qətnamənin ləğvi üçün əsas vermir.
15. Odur ki, kollegiya hesab etmişdir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
16. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 98.1, 99.1, 337.1, 337.5, 339.2, 354.2, 567-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 18 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 157, 337 və 339-cu maddələri üzrə - Məhkəmə işə baxarkən MM-in 567-ci maddəsinə istinad etmişdir. Halbuki iddiaçı işdə olan alqı-satqı haqqında müqavilədən xəbərsiz olduğunu, imzasının saxtalaşdırıldığını bildirmişdir. Qeyd edilən müqavilə məhkəmə baxışı zamanı aşkar edilmişdir. İddiaçı da imzasının bu müqavilədə “ alıcı” kimi göstərilmiş Ə.Əkbərov tərəfindən saxtalaşdırıldığını bildirmiş və göstərmişdir ki, o heç bir zaman 186 səhmi etibarnamə əsasında Ə.Əkbərova satmamışdır. 186 səhmdar iddiaçıya etibarnamə verməmişdir və bu barədə ona aid imza (imzalar) saxtalaşdırılmışdır. İddiaçı ümumiyyətlə latın qrafasında yazıb oxumağı bacarmır. Kifayət qədər əsaslar olmasına baxmayaraq məhkəmə bu tələbə hüquqi qiymət verməmişdir. Məhkəmə istinad etdiyi alqısatqı müqaviləsinin hansı şəraitdə və necə tərtib edildiyinə, bağlanarkən qanunvericilik qaydasında alqı-satqı müqaviləsini ehtiva edən maddi normalara əməl edilibedilməməsinə hüquqi qiymət verməmişdir.
19. MPM-in 53-cü maddəsi üzrə - İşə baxılarkən iddiaçının mülkiyyət hüquqlarının məhz cavabdehin adından çıxış edən Ə.Əkbərov tərəfindən pozulduğu nəzərə a lınmamışdır. İddiaçının səhmi cavabdehə verildiyindən ondan tələb edilməlidir. Çünki mübahisənin əsl mahiyyətini açan alqı-satqı müqaviləsindən iddiaçı tam xəbərsiz olmuş və 186 səhmi etibarnamə əsasında “alıcı” hesab edilən Ə.Əkbərova satmamışdır. Belə olan halda iddiaçı MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddianın dəyişdirilməsini irəli sürə bilərdi.
20. MPM-in 54-cü maddəsi üzrə - Qeyd olunan prosessual normanın tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur.
21. Kassasiya şikayətinin “digər məsələlər” adlı bölməsində qeyd olunmuşdur ki, yuxarıda adı çəkilən alqı-satqı müqaviləsindəki imzaların həqiqiliyi yoxlanılmalı idi. Lakin bu məqsədlə ekspertiza keçirilməmişdir. Cavabdehin özünü qanundan üstün tutmasına, qanuni göstəriş və tələblərə əməl etməməsinə məhk əmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməmiş və yalnız cavabdehin gətirdiyi əsassız arqumentə istinad edilmişdir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, səhmlərin alınmasını və müvafiq müqavilədə “alıcı” kimi göstərilmiş və hazırda cavabdeh təşkilatda işləyən Ə.Əkbərovun məhkəmədə iştirakını təmin etməmişdir. Bundan başqa, həmin müqavilədə satıcı kimi göstərilmiş iş üzrə iddiaçı İİİ qrup əlil olmaqla latın qrafikasında yazıb-oxumağı bilmir, habelə bu müqavilənin saxta olduğunu və müqaviləyə imza etmədiyini, habelə 186 səhmin ona etibar edilməsinin absurd fikir olmaqla inandırıcı olmadığını göstərmişdir. Həmçinin həmin müqavilənin notarial qaydada təsdiq edilməməsi də şübhə doğurur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Res publikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
98. Səhmdar cəmiyyəti 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır....” “Maddə
99. Açıq səhmdar cəmiyyəti 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir”. “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keç irilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.
26. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçının kassasiya şi kayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
28. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
29. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
30. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnaməni n ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 26) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 26) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-263/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tari xli 2-2(103)-263/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.