Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-354/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı ASC-nin Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: aidiyyət, borcun tutulması 13.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli e-2-2(113)-307/2021 nömrəli iş üzrə qərardadından cavabdehin nümayənd əsi və vəkilinin verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC (bundan sonra – “ASC”) 2020-ci il 13 oktyabr tarixində Cavabdehə (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2016-cı il 2 iyun tarixli H01516 saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə” və həmin müqavilə daxilində 2017-ci il 26 may tarixli H041KR17-H01516 saylı kredit sazişi üzrə 41.405,92 manat əsas borc, 4.391,33 manat faiz borcu və kreditin gecikdirilməsinə görə hesablanmış 8.585,50 manat cərimə borcu olmaqla, cəmi 54.382,75 manat məbləğində borcun və işin məhkəməyə v erilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehdən tutularaq ASC-yə ödənilməsi, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 2016-cı il 2 iyun tarixli 3M-233 saylı “İpoteka müqaviləsi”nə əsasən, Cavabdehin mülkiyyətində olan xxx nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili 2021-ci il 6 iyun tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkə məyə ərizə (vəsatət) təqdim edərək, hazırkı kommersiya mübahisəsinin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə (vəsatət) belə əsaslandırılmışdır ki, tərəflərdən birinin statusu qeyriənənəvidir. Belə ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsa da, tərəflərin hüquqi statusu və subyektiv tərkibi işin ümumi məhkəməyə göndərilməsini zəruri edir. Bu da onu göstərir ki, prosessual normalar məhkəmə tərəfindən birtərəfli qaydada pozulmuş və aidiyyət qaydalarına riayət edilməmişdir, ona görə də hazırkı iş kommersiya mübahisəsi deyil, mülki işdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli e-2-2(113)-307/2021 saylı qərardadı ilə həmin ərizə (vəsatət) rəd d edilmişdir (hakim – L.Əliyeva).
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 31.1, 32.1, 32.2, 32.4-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, hazırkı işdə ASC-nin icra edilməsini tələb etdiyi əsas öhdəliyin yaranması üçün əsas olmuş kredit müqaviləsi hüquqi şəxs olan ASC və fərdi sahibkar Cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlanmışdır. Yəni həmin müqavilə üzrə yaranmış mübahisə həm subyektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.
6. Cavabdehin nümayəndəsi 2021-ci il 16 iyun tarixində həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin aidiyyat üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 iyun tarixli e-2-2(113)-307/2021 saylı qərardadı ilə Cavabdehin nümayəndəsi və vəkilinin şikayəti ilk qərardadda göstərilmiş eyni əsaslarla təmin edilməmiş, şikayət işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir (hakim – L.Əliyeva).
8. Məhkəmə bu qənaətini § 5-də göstərilən hüquq normalarına və əlavə olaraq MPMnin 32.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol veri lməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.... 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
10. Şikayətin dəlillərini, məhkəmənin mövqeyini, habelə iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin dəlilləri əsassızdır, məhkəmə məsələ ilə bağlı düzgün nəticəyə gəlmişdir, bununla əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli e-2-2(113)-307/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
12. İşin materiallarında olan (i/v 50) vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdehin vergi ödəyicisi, eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN ****** ****).
13. İşin materiallarında olan (i/v 20) 2016-cı il 2 iyun tarixli H01516 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişinin “tərəflər və rekvizitlər” hissəsində Cavabdeh həmin sazişi VÖEN-i göstərilməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi imzalamışdır.
14. Bundan başqa, Cavabdehin 2020-ci il 18 noyabr tarixində məhkəməyə ünvanlandığı ekspertizanın təyin edilməsi barədə vəsatətdə kredit məbləğini kommersiya məqsədləri üçün aldığını etiraf etmişdir (i/v 68).
15. Həmçinin Cavabdehin vəkili məhkəməyə ünvanlandığı 2021-ci il 4 iyun tarixli ərizədə iddia tələbinin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu etiraf etmişdir (i/v-189).
16. Yuxarıda göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, müqavilə üzrə yaranmış mübahisə həm su byektiv tərkibi, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.
17. Belə olan halda məhkəmə kollegiyası o nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırda mübahisələndirilən qərardadı qəbul edərkən aidiyyətlə bağlı prosessual hüquq pozuntusuna yol verməmişdir.
18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli e-2-2(113)-307/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.