Məhkəmə qərarları › İş №2-2(102)-356/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-356/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-356/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: istifadə olunmuş təbii qaza görə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 (bundan sonra – “iddiaçı”) cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialına (bundan sonra – “cavabdeh”) qarşı istifadə olunmuş təbii qaza görə yaranmış borc un tutulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(106)-15/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 29 yanvar tarixli, AMX-0775/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin (bundan sonra – “Müqavilə”) surətinə əsasən, paylayıcı iddiaçı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı cavabdehə məxsus müəssisəni qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən, ödəməyi öhdələrinə götürmüşdürlər. 2. 2020-ci il 13 mart tarixli ******* nömrəli akta əsasən, çıxarılmış G-4** markalı rotor tipli 80129651 nömrəli qaz sayğacının əvəzinə müvəqqəti olaraq G-4** markalı 80108854 nömrəli, elektron və mexaniki göstəricisi **92373 m3 olan qaz sayğacı quraşdırılmışdır.

3. İddiaçı İB-nin SOCAR2029**031631791640X**601 saylı 2020-ci il 10 matrt tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Ağcabədi rayon Xidmət sahəsinin X3 Sənaye və Ticarət A.Ş-nin qaz xətti üzərində quraşdırılmış G4** markalı, 80129651 nömrəli turbin tipli “Elster” qaz sayğacı 2020-ci il 12 mart tarixdə xətdən çıxarılmış, 2020-ci il 14 aprel tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmişdir. 4. 2020-ci il 21 aprel tarixli SS 29/1640-**601 nömrəli akta əsasən, qaz sayğacına Metrologiya Departamentinin laboratoriyasında texniki baxış keçirilmiş, sayğacın daxilinin çirkli olduğu, gövdənin daxilində daş parçalarının aşkarlandığı, sayğacın pərinin fırlanmadığı, pərin bəzi dişlərinin qırıldığı, ekranda “ERR” işarəsinin olduğu, təzyiq borusu yoxlanılarkən sızmanın olmadığı, temperatur və təzyiq çeviricisinin normal olduğu, lakin elektron göstəricisi olan Vt mexaniki göstəricisindən 767 m3 çox olduğu və arxivlərə əsasən, elektron hissədə qaz həcminin nizamsız fasilələrlə qeydə alındığı barədə yekun qərar verilmişdir.

5. Qaz sayğacının yoxlanılması aktına əsasən, Ağcabədi XS-nin nümayəndələri tərəfindən cavabdehin əməkdaşı “Əzizov Vüsal” adlı şəxsin iştirakı ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2020-ci il 30 aprel tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən, Tərtər RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən dəymiş ziyanın bərpasına dair 2020-ci il 30 aprel tarixli tələbnaməyə əsasən, 33 gün müddətinə 65953.80 manat (33 x 9993 m3 = 329769 m3) məbləğində hesabat aparılmışdır. 6. 2020-ci il 29 iyul tarixli abonentin saldosunun surətinə əsasən, cavabdehin (abonent kodu 2797047**1**031) 65953.80 manat borcu vardır.

7. Energetika Nazirliyinin Enerji X1 İmişli Filialının rəyinə əsasən, araşdırmanın yekun nəticəsi olaraq, qaz sayğacının kipləşməsi nəticəsində Şirkətin 2020-ci il 6 fevral tarixindən - 2020-ci il 12 mart tarixinə kimi 33 gün olmaqla təbii qaza görə hesablanmış 65716.73 manat məbləğində qalıq borcunun ödənilməsi məqsədəuyğun hesab edilmişdir.

8. İddiaçının cavabdehə ünvanladığı 2020-ci il 6 iyul tarixli preten ziya məktubunun surətində əsasən, cavabdehin təbii qazdan istifadəyə görə 2020-ci il 1 iyul tarixinə yaranmış 70621.77 manat məbləğində borcunun 10 gün müddətində iddiaçının hesabına ödənilməsinin təmin edilməsi cavabdehə təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 2021-ci il 1 mart tarixində cavabdehə qarşı “istifadə olunmuş təbii qaza görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 65716.13 manat əsas borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.

10. İddia tələbi §1, 3-5-də göstərilmiş hallara istinad olunmaqla əsaslandırılmışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 443.1, 442, 448.1, 448.2-ci maddələrinə, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 2**0-ci il 29 iyun tarixli, 356 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 4.8-ci bəndinə istinad olunmuşdur.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmı şdır ki, cavabdeh qurumun Ağcabədi-Zərdab istehsalat sahəsinin bölmələri 2021-ci il 28 fevral tarixində tamamilə dayanmışdır və həmin dövrə qədər müqavilə şərtlərinə uyğun olaraq, qazdan istifadəyə dair bütün borclar rəsmi qaydada ödənilmişdir. Müqavilə şərtləri qəbzlərdən də göründüyü kimi, tam yerinə yetirilmiş, 2021-ci il 28 fevral tarixində iş bitmişdir. İddiaçı iddia ərizəsində bəhs etdiyi rəqəmə dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi aktlara baxdıqda onların əsassız olduğu görünür. İddiaçı tərəf hər ay tərtib etdiyi aktda 65.716 manatı təsvir edir və bu məbləğin 2020-ci ilin əvvəllərinə aid olduğunu bildirir. Belə olduğu təqdirdə, həmin dövrdə qazdan istifadəyə görə sonrakı ödənişlərin nəyə aid olduğu sual olunur. Həmçinin, iddiaçının cavabdehə yazdığı pr etenziya məktubu anlaşılan olmadığına görə cavab verilməmişdir.

14. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 27 oktyabr tarixli e-2-2(121)445/2021 saylı qətnaməsi ilə iddia olunmuş – cavabdehdən 65.716,73 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 65.746,73 (altmış beş min, yeddi yüz qırx altı manat, yetmiş üç qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev).

15. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin 2020-ci il 6 fevral tarixindən 2020-ci il 12 mart tarixinə kimi 33 gün olmaqla, təbii qaza görə hesablanmış 65.716,73 manat məbləğ və iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaq ədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni MM-n 21, 385.1, 386.1, 425.2, 427.3, 443.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Qaydaların 4.8, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, MPM-in 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməklə, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1

8. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2-2(106)-15/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T.Heydərov və Z.Zeynalov).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Həmçinin, apellyasiya şikayətində göstərilmiş dəlillərə münasibətdə məhkəmənin mövqeyi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmuşdur.

20. Apellyasiya şikayətinin sayğacda da şların, yad cisimlərin aşkar olunmasına görə cavabdehliyin istehlakçının üzərinə qoyula bilməməsinə dair dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, qaydalara əsasən qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istahlakçı hüquqi şəxslər daşıdığından, şirkət sayğacın gündəlik işinə nəzarət etməli və sayğacın qaz sərfiyyatını qeydə almasında problemləri aşkar etdiyi halda, dərhal təchizatçıya məlumat verməli idi.

21. Hazırki halda isə qaz paylayıcının səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektinin qaz sayğacının göstəricisi oxunan zaman sayğaca müdaxilə (əzilməsi, ekranın sındırılması, blombun olmaması və sair), qanunsuz qoşulma halları aşkar edilməmiş, qaz sərfiyyatının olmasına baxmayaraq sayğacın sərfiyyatı qeydə almaması müəyyən edilmiş və sayğac dövlət yoxlamasından keçirilməsindən ötrü çıxarılaraq, istehlakçının qazla təchiz edilməsi üçün yerinə başqa sayğac quraşdırılmışdır.

22. Qaz paylayıcının səlahiyyətli nümayəndələrinin hərəkətlərində qanun pozuntusu aşkar olunmur və cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir.

23. Bundan başqa, cavabdeh iddiaçı ilə sahibkarlıq fəaliyyətinin subyekti olaraq təbii qazın istehlakı ilə bağlı müqavilə bağladığından, işə ümumi məhkəmədə baxılmalı olmasından ibarət apellyasiya şikayətinin dəlili də əsassızdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1,,2.3, 3.1, 3.2-ci maddəl ərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5, 3.51, 3.5-2-ci maddələrinə, Qaydaların 4.2, 4.8, 4.9, 5.4-cü bəndlərinə, MPM-in 14.2, 217.3, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 fevral tarixində iddiaçı və cavabdehə təqdim edilmişdir.

26. Cavabdeh həmin qətnamədən 2022-ci il 4 aprel tarixində kassasiya şikayəti verərək, onun tamamilə ləğv olunmaqla, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə mütəxəssisin əsassız rəyini qəbul etməklə, cavabdehin hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Mütəxəssis barəsində müvafiq xüsusi qərardad çıxarılmaqla aidiyyəti təşkilata göndərməsi barəsində cavabdehin vəsatəti ilə bağlı da qətnamədə izah gətirilməmişdir. Cavabdeh tərəfin ekspertiza təyini haqqında vəsatətinin qəbul edilməməsi maddi hüquq normasının pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfin “sayğac bilmirik haradadır, bizdə deyil” kimi əsassız cümləsini də dəlil kimi qəbul etmişdir. Lakin həqiqətdə sayğac iddiaçıdadır.

28. MPM-in 217.1-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdehə yazılan borcun hansı qaimələrlə müqayisə edilərək və hansı ədalətli ekspertiza rəyi ilə yazılması müəyyən olunmamışdır. 2020-ci il 29 yanvar tarixindən quraşdırılan sayğacın həmin tarixdən işləməməsi isə inandırıcı olmamışdır.

29. MPM-in 217.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə cavabdehin etiraz etdiyi mütə xəssis rəyinin hüquqiliyini qətnamədə əsaslandıra bilməmişdir.

30. MPM-in 217.3-cü maddəsinin tələbi pozulmuşdur. İşin materialında olan qəbzlərlə sübut olunur ki, cavabdeh tərəfindən bütün borclar ödənilmişdir. İddiaçı tərəfindən tələb edilən borc məbləği isə onun tərəfindən düzgün hesablamanın aparılmamasının nəticəsidir. EBAJ seriyalı **9528 nömrəli, 2020-ci il 21 aprel tarixli iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimədə 2020-ci il 13 mart tarixindən 2020-ci il 15 aprel tarixinə sərf olunmuş qaz üçün 51973.84 manat borc yazılmış və borc tərəfimizdən ödənilmişdir. Ondan əvvəlki dövr üçün yəni, 2020-ci il 6 fevral tarixindən 2020-ci il 12 fevral tarixinə kimi niyə 65716.73 manat borc yazılması sual olunur. Arada 13742.89 manat fərq mövcuddur. İddiaçı və onun mütəxəssisi borcu hes ablayarkən 2020-ci il 13 mart - 2020-ci il 8 aprel tarixlərinə istinad etmişdir. Belə bir qaimə yazılmamışdır. 2020-ci il 21 aprel tarixli, EBAJ seriyalı, **09528 nömrəli iddiaçı tərəfindən təqdim olunmuş qaimədə 2020-ci il 13 mart – 2020-ci il 15 aprel tarixlərində sərf olunmuş qaz üçün 51973.84 manat borc yazılmış elektron qaimə nəzərə alınmamışdır.

31. MPM-in 218.1-ci maddəsinin tələbi pozulmuşdur. Sübutlar qanunvericiliyə uyğun qiymətləndirilməmişdir. Borcun hansı elektron qaiməyə və sərfiyyata istinadən hesablanması haqqında iddiaçıdan heç bir sənəd tələb edilməmişdir.

32. Cavabdeh qurumun Ağcabədi-Zərdab istehsalat sahəsinin bölmələri 2021-ci il 28 fevral tarixində tamamilə dayanmış və həmin dövrə qədər müqavilə şərtlərinə uyğun olaraq qazdan istifadəyə dair bütün borclar rəsmi qayda da ödənilmişdir. Müqavilə şərtləri qəbzlərdən də göründüyü kimi tam yerinə yetirilmiş, 2021-ci il 28 fevral tarixində iş bitmişdir. İddiaçının təqdim etdiyi aktlara baxdıqda onların əsassız olduğu görünür. İddiaçı tərəf hər ay tərtib etdiyi aktda 65.716 manatı təsvir edir və bu məbləğin 2020-ci ilin əvvəllərinə aid olduğunu bildirir. Belə olduğu təqdirdə, həmin dövrdə qazdan istifadəyə görə sonrakı ödənişlərin nəyə aid olduğu sual olunur. Həmçinin, iddiaçının cavabdehə yazdığı pretenziya məktubu anlaşılan olmadığına görə cavab verilməmişdir.

33. Sayğacın cavabdehin iştirakı ilə ekspertizadan keçirilməsi üçün məhkəməyə vəsatət verilsə də, sayğacın harada olması bəlli olmadığı üçün rədd edilmişdir.

34. Cavabdehin nümayəndəsinin iştirakı olmadan aparılan ekspertiza ədalətli sayıla bilməz. Bor cların hesablanması zamanı istinad olunmalı hüquqi sənəd, istehlak sərfiyyatı dəlili olmadan pul tələbi irəli sürülə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır ( MPM-nin 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər ol madıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkar lıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər nor mativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” 39. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

3. Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzi mlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....” 40. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulmuşdur:... 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti he sabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilm əsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”

41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi müvafiq 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

44. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tikinti obyektinin qaz xəttinin qaz paylayıcı şəbəkəyə fiziki qoşulma yeri qoşulma nöqtəsidir. Həmçinin qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arası nda müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi balans mənsubiyyəti sərhədidir.

45. Həmçinin, Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

46. Həmin Qaydaların 4.1-ci bəndinə görə, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

47. İşdən göründüyü kimi, iddi açı İB-nin telefonoqramına əsasən yoxlama aparılmış, cavabdehin qaz xətti üzərində quraşdırılmış G4** markalı, 80129651 nömrəli turbin tipli “Elster” qaz sayğacı müayinə laboratoriyasında texniki baxışdan keçirilmişdir. 48. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2020-ci il 30 aprel tarixli, ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən, Tərtər RQİİ-nin istehlakçılarına satılan qaza nəzarət şöbəsi tərəfindən dəymiş ziyanın bərpasına dair 2020-ci il 30 aprel tarixli tələbnaməyə əsasən, 33 gün müddətinə sərfiyyat hesablanmışdır. 49. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri, o c ümlədən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı aparılmış tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır və belə qeyd aparılmadan həyata keçirilmiş yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən məsuliyyət tədbirləri də tətbiq oluna bilməz (bu Qanunun 2.1, 2.3 və 3.2-ci maddələri).

50. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-2-ci maddəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

51. Bununla əlaqədar məhkəmə tərkibi vurğulamağı zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş akta münasibətdə qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarının tətbiq olunması baxımından ilk növbədə balans məsubiyyəti aktına əsasən qaz xəttinin və onun üzərində quraşdırılmış qaz sayğacının balans mənsubiyyətinin müəyyənləşdirilməsi zərurəti meydana çıxmışdır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

53. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.2-ci maddəsi).

54. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

55. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnamə si haqqında” 2**5-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a. məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b. məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c. qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

58. Məhkəmə kollegiyası hesab edir ki, sübut ların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməm işdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

60. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

62. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tari xli, 22(106)-15/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(106)-15/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar