Məhkəmə qərarları › İş №2-2(102)-356/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-356/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-356/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu (Ali Məhkəmənin Mülki Kollegiyası) və Kərimov Səyyad Əli oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh Az ərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Göygöl Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (bundan sonra – “cavabdeh”) (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Göygöl rayon Notariat ofisinin 2023-cü il 04 avqust tarixli 8İ2661 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Göyg öl Rayon Məhkəməsinin 2024-cü il 18 yanvar tarixli e-2(066)-223/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Q.Abbasov).

3. İş materiallarına əlavə edilmiş Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Göygöl rayon Notariat ofisi tərəfindən verilmiş 2023-cü il 6 iyul tarixli 8İ-2264 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi barədə iddiaçıya və X1 10 gün müddətində vaxt verilmişdir.

4. Azərbaycan Respublikası Respublika Xammal və X3 Mərkəzi "xxxx" MMC-nin 2023cü il 21 noyabr tarixli hərracın keçirilməsinə dair 1 nömrəli bildirişdən görünür ki, Göygöl ray, M.H.Şəhriyar küçəsində yerləşən 72 saylı fərdi yaşayış evinin hərracda satılması və həmin evin ilkin satış qiymətinin 18000 manat olması qeyd edilmişdir.

5. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə istinadən qeyd etmişdir ki, iddiaçının iddiası üzrə tələbinin tərəflərin sahibkarlıq fəaliyyətinə görə yaranmasına baxmayaraq, iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı iddia ərizəsi ilə Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə, Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 30, 31.1, 32.1-32.6, 44.2.2, 45.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Gəncə Kommersiya məhkəməsindəki icraat

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 aprel tarixli 2-2(115)-439/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası nın Ali Məhkəməsinə göndərilmişdir (hakim – G.Quliyeva).

8. İş materiallarına əsasən məhkəmə müəyyən etmişdir ki, “AFB Bank" Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar İddiaçı arasında kredit müqaviləsi bağlanılmış, kredit borcalana digər banklardakı kredit borcunun bağlanması və yeni dükanın açılışı məqsədilə verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Bank arasında ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə Göygöl rayon Notariat ofisi icra qeydi vermişdir. İddiaçı cavabdehə qarşı icra qeydinin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisənin subyekti olan iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirə n fiziki şəxs statusuna malik olsa da, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir. Belə ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının 11, 12 və 26-cı bəndlərinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tar ixli, 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həya ta keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkar lıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....” 13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Bənd

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məs ələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin....”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməs inə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” Ali Məhkəmənin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.

16. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

17. MPM-in 24.2, və 26.1-ci maddələrinin (bax yuxarıda § 14) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

18. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. 19. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını təl əb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

20. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya mə hkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

21. Hazırkı iş üzrə də iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olsa da, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxs statusuna malik deyildir.

22. Bu baxımdan qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə subyektiv tərkib ba xımından kommersiya mübahisələrinin şərtlərinə uyğun gəlmir.

23. Bundan başqa iddia ərizəsindən görünür ki, tələb xüsusi notariusun icra qeydinin ləğvi ilə əlaqədardır. 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 8-ci bəndi ilə notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması müəyyənləşdirilmişdir.

25. Bu isə ona dəlalət edir ki, mübahisə mahiyyət baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığa malik deyildir.

26. Digər tərəfdən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə a idiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq - Xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır.

27. Bu baxımdan qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

28. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-n in 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə (üçüncü şəxslər Göygöl rayonu İcra və Probasiya şöbəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar